Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ya TƏBİB-i

Ələkbər Əliyev Ələkbər Əliyev
., Covid-19
20 İyun 2020

Hədəfdə olan, hər kəsin danladığı adamlara, qurumlara söz deyə bilmirəm. Xora qoşulmaq, hamıdan biri olmaq mənim üçün ciddi əzab, hətta qorxu səbəbi olsa belə, bu dəfə şəxsi tabumun üstünə getməkdə qərarlıyam. Qərarlıyam deyəndə ki, bu qədər adam söz deyirsə, sənin sondan əllinci ekspert kimi orijinallıq etməyə imkanın, deməyə yeni sözün qalmır. Meynstrimin pis olan tərəfi də budur. Yoxsa bu kompleks əbəs yerdən yaranmayıb. Köynək geyinib küçəyə çıxmaq və o köynəyi dörd oğlanın əynində görmək səni beş oğlandan biri etsə də, razılaşın ki, allah kəssin bu cür beşdən biri olmağı.

ramin-bayramli-800x445

Son günlərin mənfi qəhrəmanı, TƏBİB sədri Ramin Bayramlı haqqında söz deməyən qalmadı. Memlər sosial şəbəkələri başına götürüb; söyən kim, qarğıyan kim, şərqlilərin də adamı hədəfə götürməyi bir başqadır, canlarını-ciyərlərini qoyurlar işə. Xüsusən azərbaycanlılar hücum obyekti tapanda buna ibadət kimi yanaşırlar – çox ciddi və məsuliyyətli. Rusiyalı skandalist şair Yaroslav Moqutin şahzadə Diananın ölüm səhnəsini belə təsvir edir: “Toplaşıb qəzaya, cəsədə tamaşa edən sürünün içindəki hər bir kəs, Diananın vaginasından bir çimdik qoparmaq istəyirdi“. Bilmirəm, niyə düşdü yadıma.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin de-yure tabeliyində olsa da, de-fakto müstəqil, hətta Zaur Əliyevdən daha üst səviyyədə şəxs kimi tanınır.

TƏBİB – ideya kimi olduqca proqressivdir. Beynəlxalq təcrübə nəzərə alınaraq yaradılıb. Tabeliyinə keçən tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi onun əsas vəzifələridir. İdeya kimi yaxşıdır, amma bizdə yaxşı ideyaların başına nə oyunlar açıldığını da bilirik. TƏBİB nə münasibətlə istisna olmalıydı?

Təxminən bir həftə əvvəl dostuma deyirdim ki, İlham Əliyev TƏBİB-dən yığır. Hələlik səbrlə, təmkinlə gözləyir ki, bu işlərin axırı nə olacaq. Özü də mümkün qədər təbliğat işinə qoşulur, cibindən maska çıxarıb göstərir, çox sərt olmasa da məsuliyyətsiz vətəndaşları məzəmmət edir və s. Odur ki, Ramin Bayramlının axırı heç yaxşı görünmür. Çanaq onun başında sınacaq.

Özüm Azərbaycanda yaşamasam da oxuduqlarım, baxdıqlarıma görə ölkədə nələrsə yolunda getmir – yoluxanların sayı artır, yataq fondu tükənir, fəlakət senariləri yazılır. TƏBİB əhalini, əhali TƏBİB-i günahlandırır. Bir yandan da virusa yox, 5G-yə inanan sürü-sürü nadan. Heç şübhəm yoxdur ki, bu dəfə də həqiqət tən ortadadır – TƏBİB də, onun simasında hökumət də, vətəndaş da – hamısı günahkardır.

Amma biz yenə də ənənəyə sadiq qalaraq yalnız hökuməti hədəfə gətirək. Belədir də dünyanın ədaləti – gül kimi, yapon kimi, alman kimi xalqın başında belə səriştəsiz hökumət dayanıb.

Açıq mənbələr Ramin Bayramlı haqqında çox məlumat vermədiyinə görə, dədə-baba üsulu ilə trivial dosta zəngə əl atdım və məlum oldu ki, Əli İnsanov dövründə T.C.-də uzmanlaşan kadrlardan hesab olunan Bayramlının Türkiyədə təhsil almamış, Türkiyə təcrübəsi olmayan həkimləri həkim hesab etməməsi səhiyyə sektorunda böyük qıcıq doğurur, ona qarşı cəbhələşmə yaradır.

Mənbə bildirir ki, həftəsonu qadağalarının tətbiqini şiddətlə tövsiyə edərək TƏBİB-i yoldan çıxaran şəxs, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancıdan başqası deyilmiş. “Bir millət, iki dövlət“ – həm də bütün axmaqlıqlarda sinxronluq deməkdir. Əlbəttə, yalnız Azərbaycan tərəfdən sinxronluq, yoxsa bu qayda tərsinə işləmir, çox da sevinməyin. Bildiyiniz kimi, eksperiment də alınmadı, bunu da bu gün, 20 iyunda keçirilən brifinqdə özləri etiraf etdilər: “Həftəsonu qadağaları faydasız oldu“ deyə.

Qayıdıram başda qoyduğum suala: hər kəs danışıb qurtarıbsa, mən təzə nə söz deyə bilərəm?

Sosial şəbəkələrdən daha kompetent şəxslərin rəylərini oxumaq problemə dair qəti fikrimin formalaşmasına çox kömək oldu. Onlarla, bəlkə də daha çox şərh, status, tvit arasından siyasətçi Natiq Cəfərli və iqtisadçı Toğrul Maşallının yazdıqları mənə daha sistemli, bitkin göründü deyə, tirajlamağa qərar verdim.

NctgbRBWzWZwiA5PJVBnV3qCeueUpiCvaa0e3NCp

Ben nerde yanlış yaptım

Hökumətin mart ayından başlayaraq məktəbləri, metronu, böyük ticarət mərkəzlərini bağlaması, yəni Avropa ilə pararlel hərəkət etməsini təqdir edən tənqidçilər haqlı olaraq sual edir ki, əgər 56 günlük sərt karantin effekt vermədisə, indi nə olacaq? Bu sualı səsləndirən Natiq Cəfərli belə davam edir:

“Karantin rejiminin, qadağaların tək bir məqsədi var idi – virusun sürətlə yayılmasının qarşısını almaq, zaman qazanmaq, bu zaman ərzində yeni modul tipli xəstəxanalar qurmaq, yeni reanimasiya otaqları yaratmaq, süni tənəffüs aparatları, tibbi avadanlıqlar almaq, dezinfeksiya məhsullarını ölkəyə gətirmək. Yəni, martdan başlayaraq tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirləri məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Mart-aprel aylarında atılan addımlar, müəyyən qüsurlarla olsa da, doğru addımlar idi.

Sonra, hökumət may ayının 18-də SMS-lə evdən çıxmanı ləğv etdi, kafe-restoranların saat 18:00-a qədər işləməsinə icazə verdi, qeyri-ərzaq ticarət mağazaları açıldı. Həmin gün, mayın 18-i yoluxma sayı 113 idi, ölkədə 3387 virusa yoluxmuş insan var idi. Daha sərt karantinə keçid günü – 4 apreldə isə yoluxma sayı 78 nəfər olmuşdu, ölkədə cəmi 521 nəfər koronavirus xəstəsi var idi. Yəni, SMS-in ləğv olunduğu, hökumətin daha böyük açılım qərarı verdiyi mayın 18-i yoluxma sayı sərt karantinin tədbiq olunduğu gündən 40%-ə yaxın çox idi.

Ağlı və məntiqi olan hər kəs düşündü ki, bu boyda hökumət, yəqin bilir nə edir – əgər SMS-i ləğv edib iqtisadiyyatı açırlarsa, deməli artıq səhiyyə sistemini qaydaya salıblar, xəstə qəbulu üçün artıqlaması ilə yer hazırlayıblar, yəqin reanimasiya sayı da artırılıb, süni tənəffüs aparatları da alınıb ki, hökumət rahat açılıma gedir. Bu fikir iyunun 1-də daha da gücləndi – Mall-lar açıldı, kafe-restoranlara saat 22:00-a qədər işləməyə icazə verdilər – biz də dedik ki, daha ən pis günlər arxada qaldı, hökumət bilir nə edir. Yeri gəlmişkən, yumşalmanın artdığı gün – iyunun 1-də 168 nəfər virusa yoluxmuşdu. Və bütün qərarları hökumət ictimai müzakirələr aparmadan, təkbaşına verir – deməli, qərarların məsuliyyətini də daşımağı bacarmalıdır.

İyunun 1-də yumşalma başlayır, üstündən cəmi 3 gün keçməmiş hökumət iyunun 6-7-də misli görünməmiş, analoqu olmayan çox sərt “lockdown” elan edir – zibil atmaq olmaz, çörək və dərman belə satmaq olmaz, evdən çıxmaq qəti qadağan olunur və bu hal 14-15 iyunda da təkrarlanır. Yaxşı, yumşalma nə idi, üzərindən 3 gün keçməmiş daha sərt addımlar nə idi? Qərarları kim və necə verir? Qərarların verilməsində məsuliyyət payı kimdədir? Və ən pisi odur ki, indi xəstəxanalarda yerlərin çatışmadığını söyləyirlər – bəs mart-aprel-may aylarında karantini nəyə elan etmişdiniz?! Nədən çarpayı sayı, reanimasiya sayı artırılmayıb?! Necə olur ki, məntiqi ardıcıllığı olmayan qərarları siz – hökumət alır, amma sonra çıxıb camaatı günahlandırırsınız?! Normal nəqliyyat sistemi qura bilməmisiniz, avtobuslarda, metro vaqonlarında insanlar bir-birinin üstündə getməyə məcbur qalır deyə əhali günahkardır? Qeyri-ərzaq mağazalarını, Mall-ları camaatmı açdı, yoxsa hökumət? Əgər virus qapalı yerlərdə daha geniş və tez yayılırsa, nədən açdınız?

1583398015953_Q3pRG2Jg

Yaxşı, ilk “lockdown” 11-12 gün əvvəl oldu, bəs nədən virusa yoluxanların sayı azalmır? Nə səbəbə manatın sabit məzənnəsi kimi hər gün aşağı-yuxarı eyni yoluxma rəqəmlərini elan edirsiniz? Əgər sərt qapanma effekt vermirsə, nədən bunu davam etdirmək istəyirsiniz? İsti və açıq havada gəzmək immunitet artırırsa, nədən sərt qapanma günlərində Mall-ları, qapalı bütün ticarət və xidmət müəssisələrini bağlayıb, bütün ictimai nəqliyyatı saxlayıb insanlara piyada gəzməyə icazə vermirsiniz? Hanı məntiq? Haradadır hesablamalarınız, modelləriniz?!“

Natiq Cəfərli hökumətin atmalı olduğu addımları da sadalayır: „Hökumət tezliklə mütəxəssislərdən ibarət böhran masası qurmalı, 4 istiqamət üzrə fəaliyyət başlamalıdır: 1) Səhiyyə 2) İqtisadiyyat, 3) Sosial, 4) Siyasi idarəetmə. Hökumət anlamalıdır ki, səlahiyyəti öz əlində cəmləməklə məsuliyyəti də öz çiyninə yükləyir, ola bilməz ki, uğuru öz adına, bütün uğursuzluqları isə camaatın adına yazsın – bu həm məntiqsizdir, həm də etikadan kənardır.“

İqtisadçı Toğrul Maşallı isə hökuməti əhali qarşısında hesabat verməməkdə, hər hansı addımını əsaslandırmamaqda ittiham edərək, yeni tibbi qurum olan TƏBİB-in fəaliyyətini nümunə göstərir: „TƏBİB hər hansı təklif ilə çıxış edirsə, müvafiq təklifi əsaslandırmalı və ya onu öz saytınızda dərc etməlidir. Amma bu boyda qurumun saytı da yoxdur.“

Natiq Cəfərli kimi müəllif də hökumətdən şəffaflıq və əsaslandırma tələb edir, suallarını ünvanlayır: “Əgər siz 14 günlük (daha doğrusu 342 saatlıq) “sərt karantin rejimi” ilə bağlı çıxış edirsinizsə, zəhmət çəkin onu əsaslandırın” yazan Toğrul Maşallı, “xüsusi karantin rejiminin sərtləşdirilməsi” ilə bağlı sonuncu qərarda Salyan, Kürdəmir və İsmayıllı rayonlarının da qeyd olunduğunu xatırladaraq, sözügedən rayonların növbəti “ciddi karantin rejimi”nin əhatə dairəsində olmamasının səbəbləri ilə maraqlanır.

O, həmçinin SMS və icazələrin virusun yayılmasına necə təsir etməsi barədə soruşur və davam edir: “Sizin əlinizdə SMS sisteminin virusun yayılmasını azaltdığına dair tədqiqat nəticələri varmı? Əvvəlki brifinqdə ÜST-ın nümayəndəsi bildirmişdi ki, SMS-lə icazə dövrünün 2 saatdan 3 saata qədər artırılmasından sonra yoluxmalar da çoxalmağa başladı. Beləliklə, dünyada ilk dəfə olaraq aşkar edildi ki, SMS-lə icazə vaxtının 1 saat artırılması yoluxmanın artmasına səbəb olur. Əgər müvafiq tədqiqat nəticələri əlinizdə varsa, ictimaiyyətə təqdim edin…“

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Müharibə və milli efir

«Səni deyirlər» – böhran kommunikasiyasına dair keyslər

Azərbaycanda faşizmin ayaq səsləri?

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Yuri Norşteyn: “Uşaqlıq – həyatın xırdalıqlarıdı”

Məsud Aşina: “Gələcəyimizi qururuq”

Cambridge Casus Toru və Kim Philby

Emosiyasız kölələr

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Homo. “Erectus”dan “sapiens”ə

Gündüz Ağayev – Təbliğatsız plakatlar

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Qarabağ filmləri barədə

Sülh: mümkünmü, mümkünsüzmü?

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

Alman xalqını formalaşdıran təhsil sistemi

28 Apreldən bir gün əvvəl nə baş vermişdi?

Rədd olsun papaq!

Yaza bilməməyin dözülməz yüngüllüyü

Həmişəki Hindistan – Rəna Əfəndi təqdim edir

Bakının graffiti üzü

Amputant gözəllik – utancdan imtina

Qara şar filminin təhlili

Siyasət – mümkün ola biləcəklərin sənəti

Konsert mövsümü “La Valse”la bitir

Miqrenlə mübarizə davam edir

İsrailin kino tövbəsi

Ağ-qara LGBT

Bakının identikliyi

Mehdi Hüseynin ölümü – 2

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel