Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

XXI əsrdə ölümün anlamı və biz niyə ondan qorxuruq?

AzLogos AzLogos
., Sərbəst
21 İyul 2020

Filosof Xavi Kerol ölüm qorxusu və öz həyatını yaşamağın hərdən niyə çətin olduğu barədə danışır.

Ölüm – keçmişdə də, indi də filosoflar üçün ən maraqlı təzahürlərdən biri olub. Biz bilirik ki, insan həyatının sonu var. Deməli, bizim vaxtımız son dərəcə məhduddur. Bəlkə buna görə, filosoflar ölüm haqqında bilgilərin insanın həyatına necə təsir etdiyini araşdırırlar.

Rəqəmsal sferada nəhəng imkanlara və texnologiyalara malik olan XXI əsr, ölümün anlamı ilə bağlı çoxlu suallar verməyə vadar edir.

Çağdaş dövrdə ölümün kriteriyaları barədə bioetika (disiplinlərarası tədqiqatların bir sahəsi; tibdə və biologiyada insan fəaliyyətinin əxlaqi aspektlərini araşdırır; XX əsrin ortalarında formalaşıb) çərçivəsində son dərəcə maraqlı diskussiya gedir. Keçmişdə hər şey çox bəsit idi: insan nəfəs almır, ürəyi daha döyünmür – deməli, o, ölüdür. Lakin müasir texnologiya komaya düşmüş və daimi vegetativ vəziyyətdə olan insanların həyatını dəstəkləməyə imkan verir. Onlar nəfəs alırlar, ancaq şüurları sağlam insanların şüurları kimi işləmir. Bəs belə insanları sağ hesab etmək olarmı? Bu, günümüzün ən həyati-vacib suallarından biridir.

Bu fikirlərə fəlsəfənin nöqteyi-nəzərindən baxsaq, xatırlayarıq ki, fenomenoloji ənənə tərəfdarı olan Haydegger və digər filosoflar əmindirlər: insan artıq yeni təcrübə və həyəcanlar ala bilmədiyi anda ölüm baş verir. Hətta onun əvvəlki emprik təcrübəsinin izləri rəqəmsal formatda yaşamağa davam eləsə belə, o, artıq ölüdür.

Mənə elə gəlir ki, insan bədəni öz funksiyalarını yerinə yetirməyə davam eləsə belə, beynin işinin dayanması- ölümdür.

Ölümün varlığı sayəsində, həyatımızda öncəliklərimiz formalaşır. Biz bu dünyada hər şeyi dəyişə bilmərik, odur ki, seçməyə məcbur qalırıq. Çox güman ki, əksər insanların hədəflər siyahısında ən çox yaşadığı müddətdə edə biləcəyi işlər yazılır. Əks halda seçim anlamsız ola bilər. Və insanlar bu seçimləri intuitiv edirlər.

Özünün müvəqqəti olduğunu dərk etmək “dəyər” məfhumunu yaradır. Freyd “Ötərilik” essesində yazırdı ki, nəyinsə dəyərini dərk etmək hissi həmin şeyin əbədi olmadığını anlayanda gəlir. O öz əsərində bir gül təsvir edir – bu gül ona görə gözəldir ki, yalnız bir gecə çiçək açır. Həyatın sonu olduğunu nə qədər çox dərk ediriksə, bizim üçün müəyyən şeylər o qədər dəyər qazanır.

Filosoflar iddia edirlər ki, ətrafdakıların öləcəyini düşünmək daha asandır, nəinki öz ölümlülüyünü dərk etmək. Biz bunu rasional qatda başa düşürük, amma duyğusal qatda yox. Haydegger bunu onunla izah edir ki, insanlara ölüm haqqında gələcək zamanda düşünmək xasdır: “Bu, mən çox qoca olanda baş verəcək. Amma indi mən gəncəm, ona görə də, narahatlıq üçün səbəb yoxdur”.

Filosof bu təzahürü “əminsizlik” adlandırır. “Əminsizlik”, gündəlik işlərlə məşğul olmağa və həyatın əbədi olmadığı barədə düşünməməyə imkan verir, öz fəaliyyətini və qərarlarını isə anda dərk etmək mümkün deyil. Filosofun fikrincə, bunu eləmək üçün varlığın “səhihliyinə” çatmaq, öz mövcudluğunun əzəli anlamsızlığını dərk etmək və ölümü duyğusal təcrübələrdən keçərək – məsələn, təlaş və ya darıxmaq – qəbul eləmək lazımdır.

Haydegger “Varlıq və zaman” (1927) kitabında yazır ki, biz qəbul etsək də, etməsək də, varlıq olaraq amansızcasına öz ölümümüzə doğru irəliləyirik.

Epikür düşünürdü ki, ölüm haqqında fikirləşməyi bir kənara qoymaq lazımdır. Onun üçün həyat və ölüm – tamamilə fərqli, müqayisəedilməz iki məfhum idi. O, dostuna yazdığı məktubda deyirdi ki, insan yaşayanda ölüm onun üçün mövcud olmur, çünki sağlığında onu yaşaya bilmir. O, öləndə isə, artıq buna görə narahat olacaq adam qalmır. Beləliklə də, alimin fikrincə, həyat və ölüm arasında heç bir bağ yoxdur.

Əslində, bu mövqedə kiçik bir hiyləgərlik var. Ya da bu cavabı natamam adlandıra bilərik. Çünki, əslində, əksər insanlar ölümün özünə görə yox, onunla əlaqəli şeylərə görə narahat olurlar. Məsələn, insanlar sağalmaz xəstəliyə tutulmaqdan, ya da əlil qalmaqdan qorxurlar. İnsanlar, onları fəaliyyətsizliyə gətirib çıxaracaq hadisələrdən qorxurlar. İnsanlar qəzaya düşməkdən, ya da timsaha yem olmaqdan qorxurlar. Odur ki, ölüm qorxusunun tərkibinə başqa qorxular da qarışır: xəsarət almaq və xəstələnmək qorxusu, cismaniliyin pozulması və həyati-təhlükə yaranması qorxusu.

Mənə elə gəlir ki, gələcəkdə insanlar dürüstlüyə daha çox dəyər verəcəklər. Fəlsəfənin praktikaları sayəsində isə, öz həyatlarını yaşamağı, xoşladıqları işlə məşğul olmağı öyrənə biləcəklər. Uzun sözün qısası, Haydeggerin yazdığı kimi, daha “gerçək” olacaqlar. Təhsil də bu dəyişikliklərin açarına çevriləcək.

Xavi Kerol

Bristol Universitetinin fəlsəfə üzrə PhD, professor

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

“Bir Təbəssüm, Bir Ümid”

Jack Ma rəsmi olaraq təqaüdə çıxdı

Hökumətin trolları və primitiv media siyasətinə dair

Qədimlik yarışı

Diktator olmağın üstünlükləri: Kitabınız mütləq bestsellerə çevriləcək

Rasim Cəfər: “Yavaş-yavaş “yox” deməyi öyrənirəm”

Uduzduğumuz müharibə

Robert Kapa və Gerda Taro – müharibənin içindən fotoqraflar

Fundamental dizaynın əsas prinsipləri

Mükəmməllik axtarışında

Fəryad

“Dirilər və ölülər” haqqında

Media era

Sərhədlərə sığmayan qadın

İntiqam Hacılı: “Seriallara ayrılan maliyyənin kəsilməsi yaxşı oldu”

Hər şey çox pisdir və daha da pis olacaq

“Bakılılar günü” – olsun, olmasın?

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

Ermənilər kimdir?

Məsud Aşina: “Heç vaxt mükafat haqda düşünməmişəm”

Yaxşı tanımadığımız evimiz

Depressiya və Azərbaycan gəncliyi

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr

Suda boğulan uşağın zədələnmiş beyin toxuması bərpa edilib

Xüsusi insan tipi

Tuata De Danann: Nəzarətdən çıxan siyasi sifariş

Fuad İbrahimov La Folle Journée festivalında

İyrənmə

XXI əsrdə ölümün anlamı və biz niyə ondan qorxuruq?

AzLogos AzLogos
., Sərbəst
21 İyul 2020

Filosof Xavi Kerol ölüm qorxusu və öz həyatını yaşamağın hərdən niyə çətin olduğu barədə danışır.

Ölüm – keçmişdə də, indi də filosoflar üçün ən maraqlı təzahürlərdən biri olub. Biz bilirik ki, insan həyatının sonu var. Deməli, bizim vaxtımız son dərəcə məhduddur. Bəlkə buna görə, filosoflar ölüm haqqında bilgilərin insanın həyatına necə təsir etdiyini araşdırırlar.

Rəqəmsal sferada nəhəng imkanlara və texnologiyalara malik olan XXI əsr, ölümün anlamı ilə bağlı çoxlu suallar verməyə vadar edir.

Çağdaş dövrdə ölümün kriteriyaları barədə bioetika (disiplinlərarası tədqiqatların bir sahəsi; tibdə və biologiyada insan fəaliyyətinin əxlaqi aspektlərini araşdırır; XX əsrin ortalarında formalaşıb) çərçivəsində son dərəcə maraqlı diskussiya gedir. Keçmişdə hər şey çox bəsit idi: insan nəfəs almır, ürəyi daha döyünmür – deməli, o, ölüdür. Lakin müasir texnologiya komaya düşmüş və daimi vegetativ vəziyyətdə olan insanların həyatını dəstəkləməyə imkan verir. Onlar nəfəs alırlar, ancaq şüurları sağlam insanların şüurları kimi işləmir. Bəs belə insanları sağ hesab etmək olarmı? Bu, günümüzün ən həyati-vacib suallarından biridir.

Bu fikirlərə fəlsəfənin nöqteyi-nəzərindən baxsaq, xatırlayarıq ki, fenomenoloji ənənə tərəfdarı olan Haydegger və digər filosoflar əmindirlər: insan artıq yeni təcrübə və həyəcanlar ala bilmədiyi anda ölüm baş verir. Hətta onun əvvəlki emprik təcrübəsinin izləri rəqəmsal formatda yaşamağa davam eləsə belə, o, artıq ölüdür.

Mənə elə gəlir ki, insan bədəni öz funksiyalarını yerinə yetirməyə davam eləsə belə, beynin işinin dayanması- ölümdür.

Ölümün varlığı sayəsində, həyatımızda öncəliklərimiz formalaşır. Biz bu dünyada hər şeyi dəyişə bilmərik, odur ki, seçməyə məcbur qalırıq. Çox güman ki, əksər insanların hədəflər siyahısında ən çox yaşadığı müddətdə edə biləcəyi işlər yazılır. Əks halda seçim anlamsız ola bilər. Və insanlar bu seçimləri intuitiv edirlər.

Özünün müvəqqəti olduğunu dərk etmək “dəyər” məfhumunu yaradır. Freyd “Ötərilik” essesində yazırdı ki, nəyinsə dəyərini dərk etmək hissi həmin şeyin əbədi olmadığını anlayanda gəlir. O öz əsərində bir gül təsvir edir – bu gül ona görə gözəldir ki, yalnız bir gecə çiçək açır. Həyatın sonu olduğunu nə qədər çox dərk ediriksə, bizim üçün müəyyən şeylər o qədər dəyər qazanır.

Filosoflar iddia edirlər ki, ətrafdakıların öləcəyini düşünmək daha asandır, nəinki öz ölümlülüyünü dərk etmək. Biz bunu rasional qatda başa düşürük, amma duyğusal qatda yox. Haydegger bunu onunla izah edir ki, insanlara ölüm haqqında gələcək zamanda düşünmək xasdır: “Bu, mən çox qoca olanda baş verəcək. Amma indi mən gəncəm, ona görə də, narahatlıq üçün səbəb yoxdur”.

Filosof bu təzahürü “əminsizlik” adlandırır. “Əminsizlik”, gündəlik işlərlə məşğul olmağa və həyatın əbədi olmadığı barədə düşünməməyə imkan verir, öz fəaliyyətini və qərarlarını isə anda dərk etmək mümkün deyil. Filosofun fikrincə, bunu eləmək üçün varlığın “səhihliyinə” çatmaq, öz mövcudluğunun əzəli anlamsızlığını dərk etmək və ölümü duyğusal təcrübələrdən keçərək – məsələn, təlaş və ya darıxmaq – qəbul eləmək lazımdır.

Haydegger “Varlıq və zaman” (1927) kitabında yazır ki, biz qəbul etsək də, etməsək də, varlıq olaraq amansızcasına öz ölümümüzə doğru irəliləyirik.

Epikür düşünürdü ki, ölüm haqqında fikirləşməyi bir kənara qoymaq lazımdır. Onun üçün həyat və ölüm – tamamilə fərqli, müqayisəedilməz iki məfhum idi. O, dostuna yazdığı məktubda deyirdi ki, insan yaşayanda ölüm onun üçün mövcud olmur, çünki sağlığında onu yaşaya bilmir. O, öləndə isə, artıq buna görə narahat olacaq adam qalmır. Beləliklə də, alimin fikrincə, həyat və ölüm arasında heç bir bağ yoxdur.

Əslində, bu mövqedə kiçik bir hiyləgərlik var. Ya da bu cavabı natamam adlandıra bilərik. Çünki, əslində, əksər insanlar ölümün özünə görə yox, onunla əlaqəli şeylərə görə narahat olurlar. Məsələn, insanlar sağalmaz xəstəliyə tutulmaqdan, ya da əlil qalmaqdan qorxurlar. İnsanlar, onları fəaliyyətsizliyə gətirib çıxaracaq hadisələrdən qorxurlar. İnsanlar qəzaya düşməkdən, ya da timsaha yem olmaqdan qorxurlar. Odur ki, ölüm qorxusunun tərkibinə başqa qorxular da qarışır: xəsarət almaq və xəstələnmək qorxusu, cismaniliyin pozulması və həyati-təhlükə yaranması qorxusu.

Mənə elə gəlir ki, gələcəkdə insanlar dürüstlüyə daha çox dəyər verəcəklər. Fəlsəfənin praktikaları sayəsində isə, öz həyatlarını yaşamağı, xoşladıqları işlə məşğul olmağı öyrənə biləcəklər. Uzun sözün qısası, Haydeggerin yazdığı kimi, daha “gerçək” olacaqlar. Təhsil də bu dəyişikliklərin açarına çevriləcək.

Xavi Kerol

Bristol Universitetinin fəlsəfə üzrə PhD, professor

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel