Azlogos
  • Kimlər var
  • Bizi tanı

Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

XXI əsrdə 37-ci il rüzgarları

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
29 Dekabr 2019

İlin sonu yaxınlaşdıqca bəzi qurumlar geridə qalan ilin ən yaxşılarını seçməyə başlayıblar.

Əslində bütün seçimlər, müqayisələr qüsurlu olsa da, istənilən halda görünən işlərə nəzərən kiminsə fərqləndirilməsi həvəsləndirmə baxımından yaxşıdır.

Di gəl ki, bu seçimlər zamanı obyektivliyi qorumaq, layiq olanı fərqləndirmək işin ən çətin hissəsidir.

Elə bizim Gənclər və İdman Nazirliyi də belə çətinliklə üzləşib. Nazirlik keçirdiyi böyük mərasimlə həm illik hesabatını təqdim edib, həm də öz sahələrində fərqlənən şəxsləri, xüsusilə də jurnalistləri təltif edib.

Bir haşiyə çıxaraq qeyd edim ki, bu kimi seçimlər, fərqləndirmələr, mənə Sovetdən qalma, mənasız adət kimi gəlsə də, bunu gözləyən, sevinən, istəyən şəxslərin hisslərinə də hörmətlə yanaşıram.

Bu dəfə nazirliyin təltifetməsində maraqlı adlarla qarşılaşdıq. Mən bir-bir sadalayıb kimin hansı ada layiq görüldüyünü, kimin buna layiq olub-olmamasını qabartmaq fikrində deyiləm.

Amma təqdimatdan sonra yaranmış narazılıq və qarşılıqlı atışma haqqında bir az bəhs edəcəm.

Deməli, ölkədə fəaliyyət göstərən iki idman kanalından birinin – CBC Sportun rəsmisi, tanınmış jurnalist və şərhçi Rüstəm Əfsərli ilin ən yaxşı idman kanalı nominasiyasında kənarda qalmaqları ilə bağlı etirazını sosial şəbəkə hesabından bildirdi. Əfsərlinin qeydləri tam olaraq belə idi:

“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.

Həmkarımızın fikirlərinin səhv və ya düz olmasını qoyaq bir kənara, düşünürəm ki, dozası yerində, təhqir elementi olmayan, bir az da yumorla bəzədilmiş, özünəməxsus, maraqlı yanaşmadır.

Fikirlə razılaşan da olar, razılaşmayan da, amma nazirlik rəsmisinin buna reaksiyası fikrin özündən daha çox ajiotaj yaratdı.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova elə “Facebook” vasitəsilə Rüstəmə hədə-qorxu dolu mesaj ünvanladı:

“2019-cu ilin idman yekunlarına dair ADBTİA-da keçirilən tədbirdən sonra CBC Sport telekanalının əməkdaşı Rüstəm Əfsərlinin öz Facebook səhifəsində Dövlətin gənclər və idman siyasətinə cavabdeh olan qurumunu şəxsi ambisyasına görə qeyri-peşəkarlıqda ittiham etməsi, nazirliyin ölkə başçısının rəhbərliyi ilə apardığı gənclər və idman siyasətinə qarşı atılan addımı kimi qiymətləndirilir.

Nazirlik bu mövzu ilə bağlı atacağı addımları qısa zamanda ictimaiyyətə açıqlayacaq”.

Səmayə xanımın mövqeyi nazirliyin rəsmi mövqeyidirmi, bilmirəm, amma istənilən halda peşəkar reaksiya kimi qarşılana bilməz.

Bu açıqlama ən yaxşı halda məktəb uşağının sinif yoldaşından müəllimə şikayəti, ən pis halda isə donosa bənzəyir.

Bəli, 21-ci əsrdə kiminsə işlətdiyi təhqirsiz ifadəyə görə bu şəkildə hədələnməsi donosbazlıqdan başqa bir şey deyil.

Belə çıxır ki, hansısa dövlət qurumunu haqlı tənqid etmək, onun fəaliyyətini sorğulamaq dövlətin siyasətinə zidd getməkdir?

Tariximizə qırmızı-qanlı hərflərlə düşmüş 37-ci il repressiyalarına necə də oxşayır, deyilmi?

Halbuki, elə Səmayə xanımın sığındığı “Prezidentin siyasəti” məsələsini birinci elə bu təhdid özü pozmurmu?

Axı ölkə başçısı da dəfələrlə vurğulayıb ki, jurnalistlər mənim ən yaxın dostlarım, köməkçilərimdi, onlar yerlərdə olan haqsızlıqları, qanunsuzluqları yazaraq mənə çatdırırlar.

Bəs indi necə olur ki, kiçik bir tənqidi yazı Gənclər və İdman Nazirliyində bu qədər təlaşa, narahatlığa səbəb olur?

Bir müddət bundan əvvəl AFFA haqqındakı tənqidi fikirlərinə görə ATV kanalındakı işi ilə hədələnən İlkin Xəlilovdan sonra növbəti hədəf Rüstəm olmamalıdır.

Yaxşı hal deyil, həmkarlarımızın öz fikirlərinə görə bu şəkildə təhdid olunması, hansısa vasitələrlə hədələnməsi ölkə adına da, demokratiya adına da utanılacaq hərəkətdir.

21-ci əsrin ikinci on illiyinin astanasında 37-ci il rüzgarlarının əsməsinə imkan vermək olmaz.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2020-03-07 at 09.48.51
.

Supermen Rəşad

07 Mart 2020
WhatsApp Image 2020-03-04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

04 Mart 2020
colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

18 Fevral 2020
e7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

11 Fevral 2020
83350049_2870743812946702_6999656597706244096_n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

28 Yanvar 2020
Kobe-Bryant
.

Mamba out…

27 Yanvar 2020

Redaktorun seçimi

“Zaqatala problemi” – Dağıstan, Gürcüstan və Azərbaycan üçbucağında

“Ağıllı və layiqli” olmağın resepti

Vyetnam müharibəsi – qan və iqtisadiyyat

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – 2 hissə

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Koen qardaşlarının qara təbəssümü

Orta əsrlərdə seks

Yalanımız silahımızdır

“Netflix”iniz var?

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

Şeirimizin Elza Seyidcahan zirvəsi

Sosial beyinə doğru

Miqren nədir

Tövbə qapısı

Prof. Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır”

Azər Qasımlı: “Mən siyasi doğulmuşam”

Mircavad dünyası

Ölümün nəfəsi

Planet hirsini necə soyudur?

Krışanızdan muğayat olun

Gürcüstan ictimai yerlərdə İslam dininə aid qadın geyimlərini qadağan edir

Moskvada Fərəc Qarayevin müəllif konserti

Ağ və qaranın 50 çaları

Propaqandanızı yesinlər

Tənqidin əhəmiyyəti

“Qəhbə” sözünün yaratdığı beyin partlayışı

Cafe de Flore filminin təhlili

Ağlamayana pəpə yoxdur

Berlin divarının dağıdılmasının 30 illiyi

Abbas Mirzə Şərifzadənin güllələnməsi

XXI əsrdə 37-ci il rüzgarları

Zaur Xudiyev Zaur Xudiyev
Yaşıl meydan
29 Dekabr 2019

İlin sonu yaxınlaşdıqca bəzi qurumlar geridə qalan ilin ən yaxşılarını seçməyə başlayıblar.

Əslində bütün seçimlər, müqayisələr qüsurlu olsa da, istənilən halda görünən işlərə nəzərən kiminsə fərqləndirilməsi həvəsləndirmə baxımından yaxşıdır.

Di gəl ki, bu seçimlər zamanı obyektivliyi qorumaq, layiq olanı fərqləndirmək işin ən çətin hissəsidir.

Elə bizim Gənclər və İdman Nazirliyi də belə çətinliklə üzləşib. Nazirlik keçirdiyi böyük mərasimlə həm illik hesabatını təqdim edib, həm də öz sahələrində fərqlənən şəxsləri, xüsusilə də jurnalistləri təltif edib.

Bir haşiyə çıxaraq qeyd edim ki, bu kimi seçimlər, fərqləndirmələr, mənə Sovetdən qalma, mənasız adət kimi gəlsə də, bunu gözləyən, sevinən, istəyən şəxslərin hisslərinə də hörmətlə yanaşıram.

Bu dəfə nazirliyin təltifetməsində maraqlı adlarla qarşılaşdıq. Mən bir-bir sadalayıb kimin hansı ada layiq görüldüyünü, kimin buna layiq olub-olmamasını qabartmaq fikrində deyiləm.

Amma təqdimatdan sonra yaranmış narazılıq və qarşılıqlı atışma haqqında bir az bəhs edəcəm.

Deməli, ölkədə fəaliyyət göstərən iki idman kanalından birinin – CBC Sportun rəsmisi, tanınmış jurnalist və şərhçi Rüstəm Əfsərli ilin ən yaxşı idman kanalı nominasiyasında kənarda qalmaqları ilə bağlı etirazını sosial şəbəkə hesabından bildirdi. Əfsərlinin qeydləri tam olaraq belə idi:

“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.

Həmkarımızın fikirlərinin səhv və ya düz olmasını qoyaq bir kənara, düşünürəm ki, dozası yerində, təhqir elementi olmayan, bir az da yumorla bəzədilmiş, özünəməxsus, maraqlı yanaşmadır.

Fikirlə razılaşan da olar, razılaşmayan da, amma nazirlik rəsmisinin buna reaksiyası fikrin özündən daha çox ajiotaj yaratdı.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova elə “Facebook” vasitəsilə Rüstəmə hədə-qorxu dolu mesaj ünvanladı:

“2019-cu ilin idman yekunlarına dair ADBTİA-da keçirilən tədbirdən sonra CBC Sport telekanalının əməkdaşı Rüstəm Əfsərlinin öz Facebook səhifəsində Dövlətin gənclər və idman siyasətinə cavabdeh olan qurumunu şəxsi ambisyasına görə qeyri-peşəkarlıqda ittiham etməsi, nazirliyin ölkə başçısının rəhbərliyi ilə apardığı gənclər və idman siyasətinə qarşı atılan addımı kimi qiymətləndirilir.

Nazirlik bu mövzu ilə bağlı atacağı addımları qısa zamanda ictimaiyyətə açıqlayacaq”.

Səmayə xanımın mövqeyi nazirliyin rəsmi mövqeyidirmi, bilmirəm, amma istənilən halda peşəkar reaksiya kimi qarşılana bilməz.

Bu açıqlama ən yaxşı halda məktəb uşağının sinif yoldaşından müəllimə şikayəti, ən pis halda isə donosa bənzəyir.

Bəli, 21-ci əsrdə kiminsə işlətdiyi təhqirsiz ifadəyə görə bu şəkildə hədələnməsi donosbazlıqdan başqa bir şey deyil.

Belə çıxır ki, hansısa dövlət qurumunu haqlı tənqid etmək, onun fəaliyyətini sorğulamaq dövlətin siyasətinə zidd getməkdir?

Tariximizə qırmızı-qanlı hərflərlə düşmüş 37-ci il repressiyalarına necə də oxşayır, deyilmi?

Halbuki, elə Səmayə xanımın sığındığı “Prezidentin siyasəti” məsələsini birinci elə bu təhdid özü pozmurmu?

Axı ölkə başçısı da dəfələrlə vurğulayıb ki, jurnalistlər mənim ən yaxın dostlarım, köməkçilərimdi, onlar yerlərdə olan haqsızlıqları, qanunsuzluqları yazaraq mənə çatdırırlar.

Bəs indi necə olur ki, kiçik bir tənqidi yazı Gənclər və İdman Nazirliyində bu qədər təlaşa, narahatlığa səbəb olur?

Bir müddət bundan əvvəl AFFA haqqındakı tənqidi fikirlərinə görə ATV kanalındakı işi ilə hədələnən İlkin Xəlilovdan sonra növbəti hədəf Rüstəm olmamalıdır.

Yaxşı hal deyil, həmkarlarımızın öz fikirlərinə görə bu şəkildə təhdid olunması, hansısa vasitələrlə hədələnməsi ölkə adına da, demokratiya adına da utanılacaq hərəkətdir.

21-ci əsrin ikinci on illiyinin astanasında 37-ci il rüzgarlarının əsməsinə imkan vermək olmaz.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2020-03-07 at 09.48.51
.

Supermen Rəşad

07 Mart 2020
WhatsApp Image 2020-03-04 at 10.30.20
.

“Qrupdan çıxmasaq, faciə olmayacaq”

04 Mart 2020
colli
Yaşıl meydan

Milliləşdirəbildiklərimizdənsinizmi?

18 Fevral 2020
e7e39430e8867ab4f05365017b528e4e
.

AFFA rəhbərliyi konkret nə istəyir?

11 Fevral 2020
83350049_2870743812946702_6999656597706244096_n
Yaşıl meydan

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

28 Yanvar 2020
Kobe-Bryant
.

Mamba out…

27 Yanvar 2020
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel