Azlogos
  • Qaydalar
  • Kimlər var

Yeni tarixi hekayə və yenidən özünüdərk Qoy işığı söndürüm Cəmil Həsənli ümumiləşdirilmiş obraz kimi Bakı Jazz şəhəridirmi? Əsl dinin kitabı olmur Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Xocalı qətliamı olduğu kimi

Tural Həmid Tural Həmid
Uncategorized
26 Fevral 2019

Dağlıq Qarabağ münaqişəsi başlayanda Xocalının qəsəbə statusu vardı. 1989-cu ilə qədər Xocalıda əhalinin sayı 2 min nəfərdən artıq idi. Münaqişə başlayandan sonra Xocalının DQMV paytaxtı Stepanakertə 10 km məsafədə olduğunu nəzərə alan Azərbaycan hökuməti Xocalıdakı əhalinin sayını süni surətdə artırdı. Xocalıda yaşayanların sayı 2 mindən 6300-ə yüksəldi, Azərbaycan SSR Xocalıya şəhər statusu verdi. Köçürülənlər arasında Özbəkistandan Azərbaycana gətirilən Axıska türkləri də vardı. Hökumət bu süni say artımı ilə erməniləri şəhərə hücum etməkdən çəkindirmək niyyəti güdürdü.

1991-ci ilin payızından etibarən Xocalı blokada altında qalmışdı. Sovet qoşunlarının ərazini tərk etməsi ilə şəhərdə işıq, istilik sistemi dayandırıldı.Yanvarda Azərbaycan ordusu Xocalını blokadadan çıxarmaq üçün Əsgəran istiqamətində hücuma keçsə də, bu, uğursuzluqla nəticələndi. Şəhərlə əlaqə vasitəsi kimi sadəcə vertolyotdan istifadə edilirdi. Xocalı İcra hakimiyyəti başçısı Elman Məmmədovun əhalini tamamilə Xocalıdan çıxarmaq barədə istəyi yerinə yetirilmədi. Əhalinin bir qismi öz imkanlarıyla şəhəri tərk etdi.

1992-ci il fevralın 25-də erməni silahlı birləşmələri tərəfindən Xocalıya hücum başladı. Həmin gün Sumqayıt poqromunun 4 illiyi idi. 1992-ci ilin fevral ayından etibarən Qarabağdakı erməni silahlı qüvvələrinin liderlərindən biri olan Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında göstərir ki, bu tarix Sumqayıt hadisələrinin ildönümü ilə əlaqədar seçilib və intiqam xarakteri daşıyırdı. Xocalıya hücum zamanı şəhərdə 2-4 min arası əhali vardı. Hücumda keçmiş SSRİ-nin 366-cı motoalayının komandanlığın əmrinə tabe olmadığı 2-ci bölüyü iştirak edirdi. Bölüyün demək olar ki, hamısı ermənilərdən ibarət idi və ona daha sonra Ermənistanın Müdafiə naziri olacaq Seyran Ohanyan komandanlıq edirdi. Xocalının bombardmanı fevralın 25-də axşam saat 23 radələrində başladı. Fevralın 26-da saat 01.00-dan 04.00-ə qədər olan zaman zərfində müqavimət qırıldı, ermənilər şəhərə daxil oldular.

Hücumun başlanmasından sonra əhalinin bir hissəsi Ağdam istiqamətində hərəkət etməyə başladı. Qaçan bəzi qruplarda şəhərin qarnizonunun silahlı əsgərləri də var idi. Qaçqınlar iki istiqamətdə hərəkət edirdi:

1) Əsgəranı solda buraxıb, şəhərin şərq kənarlarından şimal-şərqə doğru çay yatağı boyunca.

2) Əsgəranı sağda buraxıb şəhərin şimal kənarından şimal-şərqə doğru (qaçqınların kiçik hissəsi bu yolla getmişdi).

Beləliklə, əhalinin əksəriyyəti Xocalıdan ayrıldı, təxminən 200-300 nəfər evlərində və zirzəmilərində gizləndi. Yolda 1-ci qrupu silahlı qarnizon əsgərləri müşayiət etdiyi üçün ermənilər “qaçqın karvanı”nı atəşə tutdu (daha sonra Ermənistan bu istiqamətdə olan sivillərin ölümünü əsgərlərin üzərinə atacaqdı). Panikaya düşən qrupun bir hissəsi səhv səmtə, birbaşa erməni hərbi hissələrinin yerləşdiyi əraziyə yönəldi və burada öldürüldü (ermənilər üzərlərinə gələn kütlənin əsgərlər olduğunu zənn etdiklərini bildirmişdi. Human Rights Watch bu arqumenti rədd edir). Bir hissəsi isə yolda don vurmadan həyatını itirdi. Azad koridor verilməsinə baxmayaraq 2-ci istiqamətdə gedən qaçqınlar da atəşə tutulmuşdu. Burda itkilər birinci ilə müqayisədə az idi.

Şəhər erməni silahlı qüvvələri tərəfindən işğal ediləndə orada 86-sı Axıska türkü olan, təxminən 300 mülki qalmışdı. 1992-ci il martın 28-nə qədər həm şəhərdə qalan, həm də Ağdam istiqamətində saxlanılan 700-dən çox Xocalı sakini Azərbaycan tərəfinə təhvil verildi. Onların çoxu qadın və uşaqlar idi. 1992-ci il 26 mart tarixli Qarabağ qəzetinin yazdığına görə, “Xocalıda ümumilikdə 476 nəfər mülki şəxs” həyatını itirmişdi.

Dana Mazalova

Qətliamın siyasi təsirləri də böyük oldu. Ayaz Mütəllibov çex jurnalist Dana Mazalovaya verdiyi müsahibədə Ağdam yolunda qalan meyitlərin daha sonra eybəcər hala salındığını əsas gətirərək bunda müxalifəti günahlandırmışdı. Ermənilərə duyduğu simpatiyanı gizlətməyən Mazalova, bu sözlərdən sonra Xocalı qətliamının azərbaycanlıların özü tərəfindən törədilməsi nəticəsinə varmış və müsahibəni bu formada tirajlamışdı.

Ermənistan da eyni mövqedən çıxış edirdi. Hətta bu versiyanı rəsmi şəkildə Human Rights Watch-a ünvanladığı məktubla müdafiə edirdi. Human Rights Watch Ermənistan hökümətinə göndərdiyi cavab məktubunda Qarabağ ermənilərinin etdiyi əməli azərbaycanlıların üzərinə atmaq cəhdinə təəccübləndiklərini, bu qətliamın məsuliyyətinin birbaşa DQR hərbçilərinin üzərində olduğunu bildirmişdi.

Ayaz Mütəllibov isə Mazalovanın müsahibəni təhrif etdiyini demiş, Xocalıdakı qətliamın məsuliyyətini azərbaycanlıların üzərinə atmağı isə müstəsna həyasızlıq adlandırmışdı.

Bütün bunlara baxmayaraq Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 1992-ci ildə vəzifəsindən istefa verdi.

Çingiz Mustafayevin Tamerlan Qarayevə ünvanladığı “meyitləri kim sonradan bu hala salıb?” sualı isə açıq qalmaqdadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1400918859_seymur-baycan
Uncategorized

İnkişafın qısa yolu

23 Mart 2021
WhatsApp Image 2020-08-01 at 13.14.23
Uncategorized

Əyləncə

03 Avqust 2020
WhatsApp Image 2020-07-25 at 20.10.17
Uncategorized

Niyə səriştəsizlər özünü ağıllı sayır?

26 İyul 2020
WhatsApp Image 2020-07-25 at 17.38.59
Uncategorized

Ssenarilərimiz

26 İyul 2020
WhatsApp Image 2020-07-25 at 15.29.59
Uncategorized

Demokratiya maskası

26 İyul 2020
WhatsApp Image 2020-07-17 at 16.56.06
Uncategorized

Maslow Piramidi

18 İyul 2020

Redaktorun seçimi

Mehdi Hüseynin ölümü – 3

Müşfiq haqqında donoslar – 2

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

Kinosuz Azərbaycan

Küçədə nə işiniz var?

Avtoritar Kapitalizm?

Dramatürkiyə – ümummilli dramamız

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam”

Rüstəm İbrahimbəyov – Uğurlu məğlubiyyət (İkinci hissə)

PSYCHO – Nərmin Şahmarzadənin yeni vloqu

“İstək zənciri”

Sərt alkoqol həzm sistemini yaxşılaşdırır?

Dehidratasiyanın fəsadları haqda

Fəryad

NASA “dünyanın axırının” şəklini çəkib

Xərçəng tropiki

Bakı Jazz şəhəridirmi?

Mitinqlər Tiflisə necə təsir edib?

İnsanlığın, demokratiyanın və azadlığın düşməni

Müasir memarlıqda ekstrim məkanlar – 2

Samir Mirzəyevin yeni kitabı

Azərbaycan-Çeçenistan münasibətləri

AzLogos-u “bəyənməmək”

İndi biz kimə inanaq?

Bakı. Hökumət evi. Tarix və miras.

Əzilən qadınlar diyarı

Tarixin məşhur feministləri – Mariya Trubnikova

İslahatdan razı qalan Vergilər

Rus liberalların bərbad olmuş Qarabağ sınağı

Freddi Merkurinin misilsiz markaları

Xocalı qətliamı olduğu kimi

Tural Həmid Tural Həmid
Uncategorized
26 Fevral 2019

Dağlıq Qarabağ münaqişəsi başlayanda Xocalının qəsəbə statusu vardı. 1989-cu ilə qədər Xocalıda əhalinin sayı 2 min nəfərdən artıq idi. Münaqişə başlayandan sonra Xocalının DQMV paytaxtı Stepanakertə 10 km məsafədə olduğunu nəzərə alan Azərbaycan hökuməti Xocalıdakı əhalinin sayını süni surətdə artırdı. Xocalıda yaşayanların sayı 2 mindən 6300-ə yüksəldi, Azərbaycan SSR Xocalıya şəhər statusu verdi. Köçürülənlər arasında Özbəkistandan Azərbaycana gətirilən Axıska türkləri də vardı. Hökumət bu süni say artımı ilə erməniləri şəhərə hücum etməkdən çəkindirmək niyyəti güdürdü.

1991-ci ilin payızından etibarən Xocalı blokada altında qalmışdı. Sovet qoşunlarının ərazini tərk etməsi ilə şəhərdə işıq, istilik sistemi dayandırıldı.Yanvarda Azərbaycan ordusu Xocalını blokadadan çıxarmaq üçün Əsgəran istiqamətində hücuma keçsə də, bu, uğursuzluqla nəticələndi. Şəhərlə əlaqə vasitəsi kimi sadəcə vertolyotdan istifadə edilirdi. Xocalı İcra hakimiyyəti başçısı Elman Məmmədovun əhalini tamamilə Xocalıdan çıxarmaq barədə istəyi yerinə yetirilmədi. Əhalinin bir qismi öz imkanlarıyla şəhəri tərk etdi.

1992-ci il fevralın 25-də erməni silahlı birləşmələri tərəfindən Xocalıya hücum başladı. Həmin gün Sumqayıt poqromunun 4 illiyi idi. 1992-ci ilin fevral ayından etibarən Qarabağdakı erməni silahlı qüvvələrinin liderlərindən biri olan Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında göstərir ki, bu tarix Sumqayıt hadisələrinin ildönümü ilə əlaqədar seçilib və intiqam xarakteri daşıyırdı. Xocalıya hücum zamanı şəhərdə 2-4 min arası əhali vardı. Hücumda keçmiş SSRİ-nin 366-cı motoalayının komandanlığın əmrinə tabe olmadığı 2-ci bölüyü iştirak edirdi. Bölüyün demək olar ki, hamısı ermənilərdən ibarət idi və ona daha sonra Ermənistanın Müdafiə naziri olacaq Seyran Ohanyan komandanlıq edirdi. Xocalının bombardmanı fevralın 25-də axşam saat 23 radələrində başladı. Fevralın 26-da saat 01.00-dan 04.00-ə qədər olan zaman zərfində müqavimət qırıldı, ermənilər şəhərə daxil oldular.

Hücumun başlanmasından sonra əhalinin bir hissəsi Ağdam istiqamətində hərəkət etməyə başladı. Qaçan bəzi qruplarda şəhərin qarnizonunun silahlı əsgərləri də var idi. Qaçqınlar iki istiqamətdə hərəkət edirdi:

1) Əsgəranı solda buraxıb, şəhərin şərq kənarlarından şimal-şərqə doğru çay yatağı boyunca.

2) Əsgəranı sağda buraxıb şəhərin şimal kənarından şimal-şərqə doğru (qaçqınların kiçik hissəsi bu yolla getmişdi).

Beləliklə, əhalinin əksəriyyəti Xocalıdan ayrıldı, təxminən 200-300 nəfər evlərində və zirzəmilərində gizləndi. Yolda 1-ci qrupu silahlı qarnizon əsgərləri müşayiət etdiyi üçün ermənilər “qaçqın karvanı”nı atəşə tutdu (daha sonra Ermənistan bu istiqamətdə olan sivillərin ölümünü əsgərlərin üzərinə atacaqdı). Panikaya düşən qrupun bir hissəsi səhv səmtə, birbaşa erməni hərbi hissələrinin yerləşdiyi əraziyə yönəldi və burada öldürüldü (ermənilər üzərlərinə gələn kütlənin əsgərlər olduğunu zənn etdiklərini bildirmişdi. Human Rights Watch bu arqumenti rədd edir). Bir hissəsi isə yolda don vurmadan həyatını itirdi. Azad koridor verilməsinə baxmayaraq 2-ci istiqamətdə gedən qaçqınlar da atəşə tutulmuşdu. Burda itkilər birinci ilə müqayisədə az idi.

Şəhər erməni silahlı qüvvələri tərəfindən işğal ediləndə orada 86-sı Axıska türkü olan, təxminən 300 mülki qalmışdı. 1992-ci il martın 28-nə qədər həm şəhərdə qalan, həm də Ağdam istiqamətində saxlanılan 700-dən çox Xocalı sakini Azərbaycan tərəfinə təhvil verildi. Onların çoxu qadın və uşaqlar idi. 1992-ci il 26 mart tarixli Qarabağ qəzetinin yazdığına görə, “Xocalıda ümumilikdə 476 nəfər mülki şəxs” həyatını itirmişdi.

Dana Mazalova

Qətliamın siyasi təsirləri də böyük oldu. Ayaz Mütəllibov çex jurnalist Dana Mazalovaya verdiyi müsahibədə Ağdam yolunda qalan meyitlərin daha sonra eybəcər hala salındığını əsas gətirərək bunda müxalifəti günahlandırmışdı. Ermənilərə duyduğu simpatiyanı gizlətməyən Mazalova, bu sözlərdən sonra Xocalı qətliamının azərbaycanlıların özü tərəfindən törədilməsi nəticəsinə varmış və müsahibəni bu formada tirajlamışdı.

Ermənistan da eyni mövqedən çıxış edirdi. Hətta bu versiyanı rəsmi şəkildə Human Rights Watch-a ünvanladığı məktubla müdafiə edirdi. Human Rights Watch Ermənistan hökümətinə göndərdiyi cavab məktubunda Qarabağ ermənilərinin etdiyi əməli azərbaycanlıların üzərinə atmaq cəhdinə təəccübləndiklərini, bu qətliamın məsuliyyətinin birbaşa DQR hərbçilərinin üzərində olduğunu bildirmişdi.

Ayaz Mütəllibov isə Mazalovanın müsahibəni təhrif etdiyini demiş, Xocalıdakı qətliamın məsuliyyətini azərbaycanlıların üzərinə atmağı isə müstəsna həyasızlıq adlandırmışdı.

Bütün bunlara baxmayaraq Ayaz Mütəllibov AXC-nin təzyiqi ilə 1992-ci ildə vəzifəsindən istefa verdi.

Çingiz Mustafayevin Tamerlan Qarayevə ünvanladığı “meyitləri kim sonradan bu hala salıb?” sualı isə açıq qalmaqdadır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1400918859_seymur-baycan
Uncategorized

İnkişafın qısa yolu

23 Mart 2021
WhatsApp Image 2020-08-01 at 13.14.23
Uncategorized

Əyləncə

03 Avqust 2020
WhatsApp Image 2020-07-25 at 20.10.17
Uncategorized

Niyə səriştəsizlər özünü ağıllı sayır?

26 İyul 2020
WhatsApp Image 2020-07-25 at 17.38.59
Uncategorized

Ssenarilərimiz

26 İyul 2020
WhatsApp Image 2020-07-25 at 15.29.59
Uncategorized

Demokratiya maskası

26 İyul 2020
WhatsApp Image 2020-07-17 at 16.56.06
Uncategorized

Maslow Piramidi

18 İyul 2020
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel