Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Washington Post” və çöl donuzları

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
20 Oktyabr 2020

Bu günlərdə döyüş meydanında gələcək taleyimiz həll edilir. Hazırda əminliklə demək olar ki, qarşı tərəf dərin bir fəlakətin astanasındadır. Bir məsələ də artıq tamamilə aydındır: qarşı tərəf açıq-aşkar indidən məğlubiyyətinin əsaslanmasını qurur, bu fəlakəti Ermənistan ictimaiyyətinə qəbul etdirməyin yollarını arayır.

Paşinyanın dəfələrlə verdiyi bəyanatlara görə, Qarabağda Azərbaycan ordusu yox, İsraillə Pakistan, türklərlə suriyalılar, işidçilərlə Mossad çiyin-çiyinə vuruşub “dini müharibə” aparırlar. Eyni zamanda ermənilərin çoxu paralel olaraq Gürcüstanı da günahlandırır. Bunlar anlaşılandır, post-müharibə dövrü bu biabırçılığı və dəhşətli itkiləri cəmiyyətə yedirtmək üçün var. İndi desə ki, bizə qarşı Antarktikadan gəlmiş pinqvinlər də vuruşub buz atır bizə – yenə də az olacaq. Doktor Goebbelsin sözləridir: “Yalanı elə həyasızcasına danışmaq lazımdır ki, inansınlar”. Doktorun davamçıları da ona çox layiqlidir. Bu anlamda nəinki onların yardımçısı olan biabırçı rus mediası, eyni zamanda qərb mediası da belə bir “psixoterapevt” qismində çıxış edir.

Xislətinə bələd olduğum üçün Qərb mediasını oxumayacağım haqda antiterror əməliyyatları başlayan gündən yazmışdım.

Amma bu günlərdə normal hesab etdiyim insanlardan biri “Washington Post”-un “Suriyalı muzdluların ölümü Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə necə cəlb oluna biləcəyini göstərir” (“Deaths of Syrian mercenaries show how Turkey, Russia could get sucked into Nagorno-Karabakh conflict”) adlı məqaləsini paylaşdı, məcbur açıb oxudum. Nə əla, nə pakizə.

Öncə məqalənin müəllifi kimdir, deyə soruşa bilərsiniz. Əttöbə, təbii ki, ismi iki başqa müəlliflə qarışdırılmış, özü Moskvada yaşayıb bu qəzetin xarici müxbiri kimi çalışan İsabella Xurşudyan adlı xanım… kiminsə şübhəsi ola bilərdi ki?

Mövzu təbii ki, Qarabağda Azərbaycan tərəfdə vuruşmağa gələn suriyalı yaraqlılardır, mənbə kimi də bu döyüşlərdə öldürülmüş bir suriyalının qohumuna istinad edilir. Sən demə, xanım Xurşudyan o qardaşla telefonda görüşüb danışıbmış.

Məqalədə söhbət ondan başlayır ki, Türkiyə-Suriya sərhəd məntəqəsindəki meyit daşıyan refrijerator maşını ətrafında toplanan ailələr Qarabağdakı müharibədə öldürülən 52 suriyalının cəsədlərinin boşaldılmasını gözləyirlər. Qısası, məqalənin baş qəhrəmanı guya 38 yaşlı Mahmud Nəcar adlı birisi imiş. Bu adamın ismini açıqlamayan əmioğlusu İsabella xanımla telefonda görüşüb, hətta mərhumun cəsədinin 12 nömrəsi ilə işarələndiyini də söyləyibmiş. O qardaş xanıma həm də onu deyibmiş ki, əmioğlusunu Azərbaycana ayda 2000$ vəd edib aparıblar, elə ikinci gün cəbhə xəttinə göndərilıb, oradan da cəmi bir dəfə ailəsi ilə danışıb, deyib ki, tapşırığa gedir, elə oradaca da snayper tərəfindən vurulub.

Nə maraqlı söhbətdir?! Təsəvvür edin ki, bir ölkə başqa ölkədən muzdlu döyüşçünü pul müqabilində cəlb edir, konspirativ yollarla, indiki total Covid-19 şəraitində, əlbəttə ki, çox böyük çətinliklərlə onu gətirir öz cəbhə xəttinə – nəyin naminə? Bu kimdir, Schwarzeneggerdir, yoxsa Rembodu-nədi?

Deməli, yaraqlıları inanılmaz yollarla, çətin nəql vasitələri ilə Azərbaycandakı ön cəbhəyə gətirir, öldükləri zaman da tabutlarla, xüsusi refrijeratorda çıxıb gəldikləri kəndə qaytarırlar. Sadəcə təsəvvür edin ki, bunun üçün gərgin müharibə zamanı və hər şeyin çox rahat bilindiyi çağdaş dövrdə necə gizli çatdırılma kanallarından istifadə etmək lazımdır. Azərbaycanda hərbi çağırış komissarlıqlarının qarşısında müharibəyə getmək üçün, az qala, qırğın olduğu halda bu işlər dövlətin nəyinə gərəkdir, görəsən?

Məqalədə jurnalist xanım daha sonra yazır ki, həmin bu “əmioğlu” ona öldürülmüş qohumu ilə Azərbaycanda olduğu zaman söhbət etdiklərini, yəni Qarabağda ön cəbhədən beynəlxalq telefon xətti ilə (!) Suriyaya zəng vurduğunu (!) söyləyibmiş. Həmin o telefon söhbətində Mahmud Nəcar harada olduğunu (!), şəraitin necə olduğunu (!) və alacağı honorarın məbləğini də deyibmiş.

Bir anlıq təsəvvür edin, lütfən: demək, bu suriyalı muzdlu bahalı, “matah mal” kimi gətirilir Azərbaycana, bunun üçün ona “all inclusive”, yəni hər şey daxil bir müqavilə (yol xərcləri, ayda 2000$ maaş, bundan başqa eyni zamanda cəbhədən beynəlxalq zənglər də!) verilir. İşdir, ölsə, cənazənin evə çatdırılması təmin edilir, hələ bir üstündə qohumları üçün xanım Xurşudyanın Moskvadakı telefon nömrəsi də verilir. Necədir?

Çox əla və pakizə, hörmətli oxucular! Eynən “Washington Post”dakı bu materiala tam uyğun olaraq bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Harsrun Hovannisyan da bəyanat verib demişdi ki, Qarabağda olmazın qədər suriyalı cihadçı öldürülüb, amma heyf ki, meyitləri yoxdur, çünki onların yarısı Araz ətrafındakı bataqlıqlarda batıb, qalanlarını da vəhşi çöl donuzları yeyib.

Hər hansı bir şərhin əbəs olduğu bu müqayisənin ən maraqlı yeri bura kimi idi ki, ərz olundu.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021

Redaktorun seçimi

Robert Köçəryanın erməni təbliğatına vurduğu zərbə

Dumanda azmış kirpi

Azərbaycanda pasifizm

Dünyanın ən varlı yazıçıları

Dünyanın yaşı və ya Dinozavr fosilləri

Jack Ma rəsmi olaraq təqaüdə çıxdı

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Azərbaycan və Ermənistanda tarixi saxtakarlıq

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

Zeynəbin pulunu verin!

Milet Bazarının söhbətləri

Covid-19 pandemiyası və Beynəlxalq Sistem

AzLogos-u “bəyənməmək”

Sol və sağ liberalizm – ortaq məxrəc və ixtilaflar

Onanizm və onun insan psixikasına təsiri

Mədəniyyətlərin qloballaşması: zərurət yoxsa özünüməhv?

Uşağınız qayğıkeşdirsə – siz pis valideynsiniz?

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

Mandat Erkin Qədirlinin nəyinə lazım idi?

Gecənin sonuna səyahət

Rotşildlər Bakıya qayıdır?

Primakov söhbəti

Bolşevik işğalı – 100

Sülh! Nəhayət.

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

Yumor ictimai problem kimi

Bir “həppi end”ə dair kiçik qeydlər

“Müəyyən qədər” maliyyə sabitliyi

Eşşəkliyin adı brutallıq olanda

Nifrətin sevgi dili. Müharibəyə sözardı

“Washington Post” və çöl donuzları

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
20 Oktyabr 2020

Bu günlərdə döyüş meydanında gələcək taleyimiz həll edilir. Hazırda əminliklə demək olar ki, qarşı tərəf dərin bir fəlakətin astanasındadır. Bir məsələ də artıq tamamilə aydındır: qarşı tərəf açıq-aşkar indidən məğlubiyyətinin əsaslanmasını qurur, bu fəlakəti Ermənistan ictimaiyyətinə qəbul etdirməyin yollarını arayır.

Paşinyanın dəfələrlə verdiyi bəyanatlara görə, Qarabağda Azərbaycan ordusu yox, İsraillə Pakistan, türklərlə suriyalılar, işidçilərlə Mossad çiyin-çiyinə vuruşub “dini müharibə” aparırlar. Eyni zamanda ermənilərin çoxu paralel olaraq Gürcüstanı da günahlandırır. Bunlar anlaşılandır, post-müharibə dövrü bu biabırçılığı və dəhşətli itkiləri cəmiyyətə yedirtmək üçün var. İndi desə ki, bizə qarşı Antarktikadan gəlmiş pinqvinlər də vuruşub buz atır bizə – yenə də az olacaq. Doktor Goebbelsin sözləridir: “Yalanı elə həyasızcasına danışmaq lazımdır ki, inansınlar”. Doktorun davamçıları da ona çox layiqlidir. Bu anlamda nəinki onların yardımçısı olan biabırçı rus mediası, eyni zamanda qərb mediası da belə bir “psixoterapevt” qismində çıxış edir.

Xislətinə bələd olduğum üçün Qərb mediasını oxumayacağım haqda antiterror əməliyyatları başlayan gündən yazmışdım.

Amma bu günlərdə normal hesab etdiyim insanlardan biri “Washington Post”-un “Suriyalı muzdluların ölümü Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə necə cəlb oluna biləcəyini göstərir” (“Deaths of Syrian mercenaries show how Turkey, Russia could get sucked into Nagorno-Karabakh conflict”) adlı məqaləsini paylaşdı, məcbur açıb oxudum. Nə əla, nə pakizə.

Öncə məqalənin müəllifi kimdir, deyə soruşa bilərsiniz. Əttöbə, təbii ki, ismi iki başqa müəlliflə qarışdırılmış, özü Moskvada yaşayıb bu qəzetin xarici müxbiri kimi çalışan İsabella Xurşudyan adlı xanım… kiminsə şübhəsi ola bilərdi ki?

Mövzu təbii ki, Qarabağda Azərbaycan tərəfdə vuruşmağa gələn suriyalı yaraqlılardır, mənbə kimi də bu döyüşlərdə öldürülmüş bir suriyalının qohumuna istinad edilir. Sən demə, xanım Xurşudyan o qardaşla telefonda görüşüb danışıbmış.

Məqalədə söhbət ondan başlayır ki, Türkiyə-Suriya sərhəd məntəqəsindəki meyit daşıyan refrijerator maşını ətrafında toplanan ailələr Qarabağdakı müharibədə öldürülən 52 suriyalının cəsədlərinin boşaldılmasını gözləyirlər. Qısası, məqalənin baş qəhrəmanı guya 38 yaşlı Mahmud Nəcar adlı birisi imiş. Bu adamın ismini açıqlamayan əmioğlusu İsabella xanımla telefonda görüşüb, hətta mərhumun cəsədinin 12 nömrəsi ilə işarələndiyini də söyləyibmiş. O qardaş xanıma həm də onu deyibmiş ki, əmioğlusunu Azərbaycana ayda 2000$ vəd edib aparıblar, elə ikinci gün cəbhə xəttinə göndərilıb, oradan da cəmi bir dəfə ailəsi ilə danışıb, deyib ki, tapşırığa gedir, elə oradaca da snayper tərəfindən vurulub.

Nə maraqlı söhbətdir?! Təsəvvür edin ki, bir ölkə başqa ölkədən muzdlu döyüşçünü pul müqabilində cəlb edir, konspirativ yollarla, indiki total Covid-19 şəraitində, əlbəttə ki, çox böyük çətinliklərlə onu gətirir öz cəbhə xəttinə – nəyin naminə? Bu kimdir, Schwarzeneggerdir, yoxsa Rembodu-nədi?

Deməli, yaraqlıları inanılmaz yollarla, çətin nəql vasitələri ilə Azərbaycandakı ön cəbhəyə gətirir, öldükləri zaman da tabutlarla, xüsusi refrijeratorda çıxıb gəldikləri kəndə qaytarırlar. Sadəcə təsəvvür edin ki, bunun üçün gərgin müharibə zamanı və hər şeyin çox rahat bilindiyi çağdaş dövrdə necə gizli çatdırılma kanallarından istifadə etmək lazımdır. Azərbaycanda hərbi çağırış komissarlıqlarının qarşısında müharibəyə getmək üçün, az qala, qırğın olduğu halda bu işlər dövlətin nəyinə gərəkdir, görəsən?

Məqalədə jurnalist xanım daha sonra yazır ki, həmin bu “əmioğlu” ona öldürülmüş qohumu ilə Azərbaycanda olduğu zaman söhbət etdiklərini, yəni Qarabağda ön cəbhədən beynəlxalq telefon xətti ilə (!) Suriyaya zəng vurduğunu (!) söyləyibmiş. Həmin o telefon söhbətində Mahmud Nəcar harada olduğunu (!), şəraitin necə olduğunu (!) və alacağı honorarın məbləğini də deyibmiş.

Bir anlıq təsəvvür edin, lütfən: demək, bu suriyalı muzdlu bahalı, “matah mal” kimi gətirilir Azərbaycana, bunun üçün ona “all inclusive”, yəni hər şey daxil bir müqavilə (yol xərcləri, ayda 2000$ maaş, bundan başqa eyni zamanda cəbhədən beynəlxalq zənglər də!) verilir. İşdir, ölsə, cənazənin evə çatdırılması təmin edilir, hələ bir üstündə qohumları üçün xanım Xurşudyanın Moskvadakı telefon nömrəsi də verilir. Necədir?

Çox əla və pakizə, hörmətli oxucular! Eynən “Washington Post”dakı bu materiala tam uyğun olaraq bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Harsrun Hovannisyan da bəyanat verib demişdi ki, Qarabağda olmazın qədər suriyalı cihadçı öldürülüb, amma heyf ki, meyitləri yoxdur, çünki onların yarısı Araz ətrafındakı bataqlıqlarda batıb, qalanlarını da vəhşi çöl donuzları yeyib.

Hər hansı bir şərhin əbəs olduğu bu müqayisənin ən maraqlı yeri bura kimi idi ki, ərz olundu.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel