Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Bilal Əşrəfov Bilal Əşrəfov
Covid-19
19 Aprel 2020

Koronavirus pandemiyası ətrafında hazırda ən çox müzakirə edilən mövzulardan biri iqtisadiyyatın yenidən açılışının nə vaxt olacağına dair müəmmadır. Avstriya, Danimarka və Çexiya kimi ölkələr keçən həftədən (12–18 aprel) karantin qaydalarını yüngülləşdirməyə qərar verib, hətta Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya belə kansler Angela Merkelin bildirdiyi kimi, gələn həftədən yavaş-yavaş işə düşəcək.

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Bu qərarların fonunda bir məsələyə aydınlıq gətirmək istəyirəm. İqtisadiyyatın müəyyən mənada yenidən açılışına hazırlıq üçün karantin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı edilən müzakirədə tərəflərın məqsədlərinə dair istəmədən də olsa əsassız dixotomiya yaranır: yaşayış yoxsa yaşam. Bu dixotomiya ingilisdilli müzakirələrdə da özünə yer tapır: lives v. livelihood. Müzakirənin bu formada təqdim edilməsi istər-istəməz bir tərəfə “insan həyatının hər şeydən üstün tutulduğu” imici yaratdığı üçün əxlaqi üstünlük statusuna malik olma haqqı verir, bu da öz növbəsində digər tərəfin daha çox iqtisadi mənfəətlər baxımından çıxış etməkdə ittiham olunmasına səbəb olur və qarşı tərəfi sıradan çıxarır (bu barədə daha ətraflı Reason-da çıxan bu yazıya nəzər yetirə bilərsiniz). Son mərhələdə, bu əsassız dixotomiya əsl sağlam müzakirənin qarşısını alır.

Bəs dixotomiyanın problemi nədir? İlk olaraq, sözügedən dixotomiya iqtisadi savadsızlıqdan (economic illiteracy) bəhrələnir. Çünki iqtisadi faəliyyəti insan yaşamına “o qədər də dəxli olmayan bir şey” kimi təqdim etmək ən başda iqtisadiyyatın nə demək olduğunu anlamamaqdır. Daha doğrusu, iqtisadiyyatı, rəqəmlərdən ibarət abstrakt bir konsepsiya kimi başa düşməkdir – hansı ki, bu cür yanaşma əsas xətt kimi iqtisadda təxminən 100 ildir mövcud olan bir problemdir. Ona görə də ilk mərhələdə bu təhlükəyə düşməmək lazımdır.

Bəs iqtisadiyyat nədir? Suala bu konteksdə ən uyğun cavab: insanların qarşılıqlı əlaqəsindən ibarət kompleks adaptiv sistemidir. Bu isə daha sadə dildə o deməkdir ki, iqtisadiyyat elə insanlardır və hər insan qərarının iqtisadi yanı var. Və ya belə də ifadə etmək olar: bütün iqtisadi itkilər insan itkisidir və bütün insan itkiləri iqtisadi itkiyə səbəb olur.

Yəni, iqtisadi itkini gözə almağın insan itkisinə əsla səbəb olmayacağını düşünməyimiz üçün heç bir əsasımız yoxdur. Bəs iqtisadi itki hansı yollar vasitəsilə insan itkisinə səbəb olur? İşsizlik. Misal üçün, sadəcə ABŞ-da karantin səbəbilə işsizlərin sayı 20 milyon artıb. İşsizliyin intihar başda olmaqla müxtəlif yollarla ölümə səbəb olduğuna dair depressiv araşdırmalar sübut edir. Həmçinin, işsizliyin uzun müddətli təsirlərindən biri də ailədaxili zorakılıqdır. Uşaqlara qarşı zorakılıq da istisna deyil. Bundan əlavə, koronavirus səbəbilə yaşanan iqtisadi geriləmənin yüz minlərlə uşağın ölümünə səbəb ola biləcəyi qeyd ounur. Məişət zorakılığı isə qısa müddətdə artıq özünü büruzə verməyə başlayıb. Belə ki, karantinin məişət zorakılığının qlobal səviyyədə yüksəlişinə təkan verdiyi indidən təsdiqlənir, bətta bəzi hallarda məişət cinayətlərinin 2 qat artdığı müşahidə olunur. Bütün bu nümunələr bir həqiqətdən xəbər verir: iqtisadiyyat insan sağlamlığına (istər mental, istər fiziki) yüksək səviyyədə təsir göstərə bilən faktordur.

Bütün bunlarla açıqlamaq istədiyim budur ki, iqtisadi itki və insan itkisi çox da bir-birinə zidd deyil, əksinə iqtisadiyyat insanların bir-biri ilə qarşılıqlı təsirindən təşkil olunduğu üçün bu ikisinin müəyyən qədər bir-biri ilə iç-içə keçdiyini qəbul etmək lazımdır. Bundan sonra isə karantinin uzadılıb-uzadılmaması barədə müzakirəni xalq sağlamlığı lehində və əleyhində deyil, hər iki qərarın xalq sağlamlığı üçün ciddi nəticələri ola biləcəyi nəzərə alınaraq, ən məqbul qərarın verilməsi gərəkir.

Son olaraq dövlətin karantin səbəbilə sosial yardımlar etməsi qısa müddətdə mümkün olsa da uzun müddətdə çox da mümkün görünmür. Uzun müddətdə yardımı davam etdirmək qərarı alınsa belə iqtisadi geriləmə yaşanacağı üçün, bunun nəticələri əhalinin müəyyən qruplarına daha güclü iqtisadi ziyan vura bilər. Bu, istisnasız bütün ölkələrə aiddir. Bir az paradoksal səslənsə də məsələni belə şərh etmək olar: güclü iqtisadiyyata malik istənilən cəmiyyət, iqtisadi fəaliyyətləri işlək vəziyyətdə olmayanda gücdən məhrum qalır.

Digər yandan, iqtisadiyyatın birbaşa təsir etdiyi bir digər sahə koronavirusla mübarizənin ön cəbhəsi sayılan səhiyyə xidmətidir. İqtisadi geriləmənin bu sahəyə zərbə vuracaq qədər uzun çəkməsi, uğrunda iqtisadi fəaliyyətlərin dayandırıldığı xalq sağlamlığı üçün təhlükə deməkdir. “Karantini yenidən düşünmək” mövzulu yazıda Wall Street Jurnalın redaksiya heyəti bu barədə narahatlığını belə dilə gətirir:

“Heç bir cəmiyyət iqtisadi sağlamlığı bahasına xalq sağlamlığını uzun müddət qoruya bilməz.”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Old_People_Photo
.

65 yaşdan yuxarı olanların aqibəti

04 Yanvar 2021
unnamed
.

 Demokrat viruslar

27 Dekabr 2020
detail_d439b8bc1790c7c6796f7b23d263cc16 (1)
.

Korona işarəsi altında

27 Dekabr 2020
apoptotik cell
.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

23 Dekabr 2020
detail_1b491fbb6dbe941c29d1877666ab246e
.

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

04 Dekabr 2020
image1170x530cropped
.

Koronavirus əleyhinə vaksin

25 Noyabr 2020

Redaktorun seçimi

Nərmin Şahmarzadə cavab verir

İşlətdiyimiz sözlərin anlamı

Azərbaycan kinosu və yulaflı peçenye

Məsud Pənahi: “Dominant qadın olmalıdır, kişi yox”

Onanizm və onun insan psixikasına təsiri

Büdcəmiz gələn ilə nə vəd edir?

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

Risk etməyə dəyərmi?

65 yaşdan yuxarı olanların aqibəti

Səhv göndərilən peyklər sayəsində nəzəriyyə sübuta yetirildi

Sərt alkoqol həzm sistemini yaxşılaşdırır?

Uduzduğumuz müharibə

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Dəvədən böyük fil

Hərb və Sülh

Dofamin – hedonizmin təminatçısı

İslahatdan razı qalan Vergilər

Köhnə və yeni nağıllar

Seymur Baycan too

Trans-Xəzər qaz kəməri

Stalin: qısa bioqrafiya

Alman xalqını formalaşdıran təhsil sistemi

Mart qırğını olduğu kimi

Kərimlinin məkrli gülü

Dejavu. “1993”?

Gitaraya hökm edən adam

Yalanımız silahımızdır

Qaraguruha qarşı Psevdointellektual söhbət

Maksim və Cavidin Fatih Terim olması

Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Bilal Əşrəfov Bilal Əşrəfov
Covid-19
19 Aprel 2020

Koronavirus pandemiyası ətrafında hazırda ən çox müzakirə edilən mövzulardan biri iqtisadiyyatın yenidən açılışının nə vaxt olacağına dair müəmmadır. Avstriya, Danimarka və Çexiya kimi ölkələr keçən həftədən (12–18 aprel) karantin qaydalarını yüngülləşdirməyə qərar verib, hətta Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya belə kansler Angela Merkelin bildirdiyi kimi, gələn həftədən yavaş-yavaş işə düşəcək.

Virusun gündəliyi: pul yoxsa sağlamlıq?

Bu qərarların fonunda bir məsələyə aydınlıq gətirmək istəyirəm. İqtisadiyyatın müəyyən mənada yenidən açılışına hazırlıq üçün karantin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı edilən müzakirədə tərəflərın məqsədlərinə dair istəmədən də olsa əsassız dixotomiya yaranır: yaşayış yoxsa yaşam. Bu dixotomiya ingilisdilli müzakirələrdə da özünə yer tapır: lives v. livelihood. Müzakirənin bu formada təqdim edilməsi istər-istəməz bir tərəfə “insan həyatının hər şeydən üstün tutulduğu” imici yaratdığı üçün əxlaqi üstünlük statusuna malik olma haqqı verir, bu da öz növbəsində digər tərəfin daha çox iqtisadi mənfəətlər baxımından çıxış etməkdə ittiham olunmasına səbəb olur və qarşı tərəfi sıradan çıxarır (bu barədə daha ətraflı Reason-da çıxan bu yazıya nəzər yetirə bilərsiniz). Son mərhələdə, bu əsassız dixotomiya əsl sağlam müzakirənin qarşısını alır.

Bəs dixotomiyanın problemi nədir? İlk olaraq, sözügedən dixotomiya iqtisadi savadsızlıqdan (economic illiteracy) bəhrələnir. Çünki iqtisadi faəliyyəti insan yaşamına “o qədər də dəxli olmayan bir şey” kimi təqdim etmək ən başda iqtisadiyyatın nə demək olduğunu anlamamaqdır. Daha doğrusu, iqtisadiyyatı, rəqəmlərdən ibarət abstrakt bir konsepsiya kimi başa düşməkdir – hansı ki, bu cür yanaşma əsas xətt kimi iqtisadda təxminən 100 ildir mövcud olan bir problemdir. Ona görə də ilk mərhələdə bu təhlükəyə düşməmək lazımdır.

Bəs iqtisadiyyat nədir? Suala bu konteksdə ən uyğun cavab: insanların qarşılıqlı əlaqəsindən ibarət kompleks adaptiv sistemidir. Bu isə daha sadə dildə o deməkdir ki, iqtisadiyyat elə insanlardır və hər insan qərarının iqtisadi yanı var. Və ya belə də ifadə etmək olar: bütün iqtisadi itkilər insan itkisidir və bütün insan itkiləri iqtisadi itkiyə səbəb olur.

Yəni, iqtisadi itkini gözə almağın insan itkisinə əsla səbəb olmayacağını düşünməyimiz üçün heç bir əsasımız yoxdur. Bəs iqtisadi itki hansı yollar vasitəsilə insan itkisinə səbəb olur? İşsizlik. Misal üçün, sadəcə ABŞ-da karantin səbəbilə işsizlərin sayı 20 milyon artıb. İşsizliyin intihar başda olmaqla müxtəlif yollarla ölümə səbəb olduğuna dair depressiv araşdırmalar sübut edir. Həmçinin, işsizliyin uzun müddətli təsirlərindən biri də ailədaxili zorakılıqdır. Uşaqlara qarşı zorakılıq da istisna deyil. Bundan əlavə, koronavirus səbəbilə yaşanan iqtisadi geriləmənin yüz minlərlə uşağın ölümünə səbəb ola biləcəyi qeyd ounur. Məişət zorakılığı isə qısa müddətdə artıq özünü büruzə verməyə başlayıb. Belə ki, karantinin məişət zorakılığının qlobal səviyyədə yüksəlişinə təkan verdiyi indidən təsdiqlənir, bətta bəzi hallarda məişət cinayətlərinin 2 qat artdığı müşahidə olunur. Bütün bu nümunələr bir həqiqətdən xəbər verir: iqtisadiyyat insan sağlamlığına (istər mental, istər fiziki) yüksək səviyyədə təsir göstərə bilən faktordur.

Bütün bunlarla açıqlamaq istədiyim budur ki, iqtisadi itki və insan itkisi çox da bir-birinə zidd deyil, əksinə iqtisadiyyat insanların bir-biri ilə qarşılıqlı təsirindən təşkil olunduğu üçün bu ikisinin müəyyən qədər bir-biri ilə iç-içə keçdiyini qəbul etmək lazımdır. Bundan sonra isə karantinin uzadılıb-uzadılmaması barədə müzakirəni xalq sağlamlığı lehində və əleyhində deyil, hər iki qərarın xalq sağlamlığı üçün ciddi nəticələri ola biləcəyi nəzərə alınaraq, ən məqbul qərarın verilməsi gərəkir.

Son olaraq dövlətin karantin səbəbilə sosial yardımlar etməsi qısa müddətdə mümkün olsa da uzun müddətdə çox da mümkün görünmür. Uzun müddətdə yardımı davam etdirmək qərarı alınsa belə iqtisadi geriləmə yaşanacağı üçün, bunun nəticələri əhalinin müəyyən qruplarına daha güclü iqtisadi ziyan vura bilər. Bu, istisnasız bütün ölkələrə aiddir. Bir az paradoksal səslənsə də məsələni belə şərh etmək olar: güclü iqtisadiyyata malik istənilən cəmiyyət, iqtisadi fəaliyyətləri işlək vəziyyətdə olmayanda gücdən məhrum qalır.

Digər yandan, iqtisadiyyatın birbaşa təsir etdiyi bir digər sahə koronavirusla mübarizənin ön cəbhəsi sayılan səhiyyə xidmətidir. İqtisadi geriləmənin bu sahəyə zərbə vuracaq qədər uzun çəkməsi, uğrunda iqtisadi fəaliyyətlərin dayandırıldığı xalq sağlamlığı üçün təhlükə deməkdir. “Karantini yenidən düşünmək” mövzulu yazıda Wall Street Jurnalın redaksiya heyəti bu barədə narahatlığını belə dilə gətirir:

“Heç bir cəmiyyət iqtisadi sağlamlığı bahasına xalq sağlamlığını uzun müddət qoruya bilməz.”

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Old_People_Photo
.

65 yaşdan yuxarı olanların aqibəti

04 Yanvar 2021
unnamed
.

 Demokrat viruslar

27 Dekabr 2020
detail_d439b8bc1790c7c6796f7b23d263cc16 (1)
.

Korona işarəsi altında

27 Dekabr 2020
apoptotik cell
.

COVID-19-un yeni mutasiyası – panikaya gərək varmı?

23 Dekabr 2020
detail_1b491fbb6dbe941c29d1877666ab246e
.

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

04 Dekabr 2020
image1170x530cropped
.

Koronavirus əleyhinə vaksin

25 Noyabr 2020

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel