Azlogos
  • Qaydalar
  • Kimlər var

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vəkilin şeyi

Ilahə Ucaruh Ilahə Ucaruh
., Gender
18 Oktyabr 2021

Azərbaycanda cinsi zorakılıq mövzusu yenidən gündəmə gəlmişkən, bir olayı da mən danışım. İstəyirsiniz – inanın, istəmirsiniz – inanmayın, elə bilin fantastik hekayə oxuyursunuz.

2000-ci ildə Bakının Nizami metrostansiyasına yaxın olan bir hüquq məsləhətxanasına getmişdim. Ərimdən boşanmaq üçün ərizə yazmağa yardım istəyəcəkdim. Bir alçaqboy cavan vəkilə acınacaqlı vəziyyətimi anlatmağa başlamışdım. Birdən vəkil dik atılıb, ofisdən çıxıb vacib iş üçün təcili başqa yerə getməli olduğunu dedi. Sonra təklif etdi:

– İstəyirsizsə, ora birlikdə gedək. Təqribən 15-20 dəqiqəlik işdir, sonra yenə bura dönəcəyəm. Boşanma məsələnizi maşında, yolda danışarıq.

Vaxta qənaət məqsədilə təklifi qəbul etdim. ”Hüquq işçisidir, heçnə olmaz. Niyə qorxum axı?!” – düşünüb razılaşdım. Tələm-tələsik hüquq məsləhətxanasından çıxıb, yaxınlıqda saxlanılmış avtomobilə mindik. Yol boyu ailə zorakılığına məruz qaldığımı, həyat yoldaşım tərəfindən zorla seksə məcbur edildiyimi danışdım. Sükan arxasındakı vəkil hərdən “vay, vay, heç olmadı ki!” kimi kommentlər əlavə edirdi.

Beş-on dəqiqə yol gedib hansısa bir mikrorayona çatdıq. Vəkil onunla getməyimi xahiş etdi. Kimdənsə müsadirə edilmiş mənzilin boşaldılıb-boşaldılmamasını öyrənməliydi. Ev sahibi evdə olsa, vəkil ona məni göstərib, “baxın, artıq bu mənzilin yeni qanuni sakini də var, tələsin, evi boşaldın!” – deyəcəkdi.

“Dövlət işinə barı kiçik də olsa bir yardımım dəyər” fikri ilə maşından çıxdım. Vəkil ilə çoxmərtəbəli bir binanın hansısa qapısının zəngini çaldıq. Heçkəs cavab vermədi. Vəkil cibindən açar çıxarıb qapını açdı. Mənzilin boş olub-olmamasına baxmağa girdik. Mənzil tamamilə boş idi. Neçə otaqdan ibarət olmasını bilmədim, çünki qəflətən vəkil üstümə atılıb məni qucaqladı. Təəccüblə onu itələmək istədim, bacarmadım. Vəkil bərk-bərk mənə sarılmışdı, buraxmırdı. Hər şeyi anlasam da, artıq gec idi. Avam, təcrübəsiz gənc bir qadını aldatmaq elə də çətin iş deyildi. Hüquqçu olan birisi üçün isə – asandan da asan idi. Axı sovetlər dönəmində “mənim milisim məni qoruyur” təfəkkürü ilə böyümüşdüm…

Vəkilin belə kobud və alçaq hərəkətinə hiddətlənib var gücümlə özümü müdafiə etməyə başladım. Balacaboy kişi ilə sözün əsl mənasında əlbəyaxa oldum. Bir neçə dəqiqədən sonra taqətdən düşməyə başladım. Qızımın uşaq bağçasında olduğu yadıma düşdü. Bir neçə saatdan sonra bağça bağlanacaq. Bu mənzildən çıxıb uşağımın bağçasına yollanmaq üçün vəkilin hücumlarına təslim olmaqdan başqa yol görmürdüm. Qaçıb canımı qurtara bilmirdim. Həm qol əzələlərimi, həm də səsimin müdafiə əzmini zəiflədib, “yaxşı, qoy barı tualetə dəyim – sonra…”, – dedim. Vəkil həmin andaca məni buraxıb tualetin qapısını göstərdi.

Tualetə tərəf addımlayanda həqiqətən də yuyunub təslim olmağı düşünürdüm. Tualetə girər-girməz isə, qapının yaxşı kilidi olduğunu görər-görməz isə beynimdən əlimə tamam başqa əmr gəldi: “Qapını bağla, tualetdə qal!!!” Cəld hərəkətlə tualeti kilidləyib qalib səslə bəyanat verdim: “Burdan çıxan deyiləm! Haha!” Vəkil qapını açmağa nə qədər cəhd etdisə, heçnə alınmadı. Mənzil yeni təmirli, qapı kilidi də sap-sağlam idi. “Mənim milisim” indi kilidim idi.

Tualetin mətbəxə baxan balaca pəncərəsi var idi. Vəkil o pəncərədən içəri soxulmaq istəyəndə tualetdəki pol taxtasına sarıldım. Bir andaca taxtanı vəkilin başına, əlinə-qoluna bərk-bərk çırpmağa başladım. Vəkil ağrısa da, səsini çıxarmadı. Geri çəkildi. Mülayim səslə ləliməyə başladı. Dönə-dönə üzr istədi. Peşmançılığını bildirdi. Zarafat elədiyini dedi. Məni sınamaq istədiyini anlatdı. Bir də heç vaxt belə hərəkətlərə yol verməyəcəyinə söz verdi. Bu ona bir dərs oldu, – dedi.

Bütün bu dil tökmələrə baxmayaraq tualetdən çıxmırdım. Mövqeyim özümün xoşuma gəlmişdi. Cəsarətim özümün xoşuma gəlmişdi. Fərasətim özümün xoşuma gəlmişdi. Fəndim, kələyim özümün xoşuma gəlmişdi. Düz etdiyim özümün xoşuma gəlmişdi. Bir sözlə – qəhrəmanlığım özümün xoşuma gəlmişdi. Ağlıma nədənsə Əlincə qalası düşdü. Bu qalanı heçvaxt görməsəm də, ata nənəmin əsli-kökünün Əlincə kəndindən olduğunu eşitmişdim. Bir anlıq qürur hissi keçirdim: bəlkə damarlarımda qədim Əlincə qalasının bir qorxmaz döyüşçüsünün qanı axır, ona görə mən də qorxmuram?! Sığındığım o balaca mikrorayon tualeti mənə bir alınmaz qala kimi gəldi…

Bir neçə saat tualetdə qalmışdım. “Gözünə döndüyüm” “mənim vəkilim” də qapının o biri tərəfindən yalvarmaqdan yorulub susmuşdu. Qolumdakı saat, uşaq bağçasının bir saatdan sonra bağlanacağını göstərirdi. Uşaq məsələsi olmasaydı, bəlkə də acından ölənədək orada qalacaqdım. Uşaqlıqdan inadkaram. Yox — inadlıyam. Elə uşaqlıqdan ancaq ruh qəhrəmanlarına paxıllıq edirəm – başqa heçkəsə…

Tualetin qapısını açıb vəkilin pörtmüş üzünə baxdım:

– Uşaq bağçası bir azdan bağlanacaq”, – dedim. Sakit dedim. Döyüşməyə vaxtım artıq yox idi. Hər şey vəkilin insafına, abırına qalmışdı.

– Yox ee, nə danışırsan! Sən ki mənim başıma neçə saatdır bu müsibəti açırsan, səni elə-belə buraxan deyiləm! – əsəbi halda cavab verdi.

Acından halsız, çarəsiz, tərpənmədən qarşısında dayanmışdım. “Nə olursa-olsun, ancaq tez olsun – çıxım balamın yanına gedim”, – düşünürdüm. Vəkil bərk sarılıb məni yerə yıxdı. Yox, yıxmadı. Yadımdadır, donub yerimdə qalmışdım. Cansız kötük kimiydim. Məni, qucağına alıb otağa keçdi, astaca tozlu parket döşəməyə uzatdı. Özümü bir mumiya, bir meyid kimi hiss edirdim. Bütün əzələlərim sanki taxtaya dönmüşdü. Heç bir duyğu – nə etiraz həyəcanı, nə utanc həyəcanı məndə qalmamışdı. Soyuq başım ancaq bunları ifraz edirdi: “Kitablarda oxuduğum, filmlərdə gördüyüm əsirlik, köləlik beləymiş demək! Konslaqerlərdəki əclaf faşistlər beləymiş demək! Sibir meşələrində Hüseyn Cavidləri sürgünlərdə çürüdən zalım stalinçilər beləymişlər demək! Babəkə, Nəsimiyə işgəncə verənlər beləymişlər demək!”

Gözlədiyim kimi olmadı. Qorxularım əbəs idi. Vəkil məni yerə uzandırsa da, heçnə edə bilməmişdi. Edə bilmirdi. Ya yaşadığı bu bir neçə saatlıq tualet döyüşündən, ya əsəbdən, ya peşmanlıqdan, ya da başqa səbəbdən – vəkil heçcür mənə cinsi təcavüz edə bilmirdi. Alınmırdı. Etmədi. Alınmadı. Bunu anladığımda sevincdən məni dəli qəhqəhə tutdu. Belə isterik şəkildə uzun-uzadı uca səslə qəhqəhə çəkməyim həyatımda ilk dəfəydi. Özümü tanıya bilmirdim. Sanki teatrda komediyaya baxırdım. Hönkür-hönkür çox ağlamışdım həyatda. Lakin hönkür-hönkür qəhqəhə çəkməyim ilk dəfə idi…

Vəkil rəsmən bir qadına uduzmuşdu. Vəkil rəsmən bir qadın qarşısında biabır olmuşdu. Vəkilin vəkilliyi rəsmən ölüb yerə girmişdi. Alçaq boyu daha da alçalmışdı…

Uşaq bağçasına özümü vaxtında çatdırmışdım…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022

Redaktorun seçimi

“Stansiya” – Oasys

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

Memardan üzr istədilər

Elinanın qətli, ReAL, Notr Dam

Koronavirus və qloballaşma

Azərbaycanda orta sinif varmı?

Banan imperializmi

Müharibə və qadın bədəni

Yumor ictimai problem kimi

Ya TƏBİB-i

Bakının graffiti üzü

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

İsveçrəyə sığmayan Robert Frank

Korrupsiya taledir?

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

Gitaraya hökm edən adam

“Carmen” və parislilər

Qismət. Erotika

Deizm xilas yolu ola bilərmi?

Qaranlıq materiya və qaranlıq enerji nədir?

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Bizim qırmızı xəttimiz

Dil çıxaran qoca kişi

Pişikli kollajlar – Gündüz Ağayev təqdim edir

İnsan necə ağıllı ola bilər?

Siyasi millət vs Folklor xalqı

Seymur Baycan – “Mənim mübarizəm-6”

107 il öncə Bakını sarsıdan qətl

Vəkilin şeyi

Ilahə Ucaruh Ilahə Ucaruh
., Gender
18 Oktyabr 2021

Azərbaycanda cinsi zorakılıq mövzusu yenidən gündəmə gəlmişkən, bir olayı da mən danışım. İstəyirsiniz – inanın, istəmirsiniz – inanmayın, elə bilin fantastik hekayə oxuyursunuz.

2000-ci ildə Bakının Nizami metrostansiyasına yaxın olan bir hüquq məsləhətxanasına getmişdim. Ərimdən boşanmaq üçün ərizə yazmağa yardım istəyəcəkdim. Bir alçaqboy cavan vəkilə acınacaqlı vəziyyətimi anlatmağa başlamışdım. Birdən vəkil dik atılıb, ofisdən çıxıb vacib iş üçün təcili başqa yerə getməli olduğunu dedi. Sonra təklif etdi:

– İstəyirsizsə, ora birlikdə gedək. Təqribən 15-20 dəqiqəlik işdir, sonra yenə bura dönəcəyəm. Boşanma məsələnizi maşında, yolda danışarıq.

Vaxta qənaət məqsədilə təklifi qəbul etdim. ”Hüquq işçisidir, heçnə olmaz. Niyə qorxum axı?!” – düşünüb razılaşdım. Tələm-tələsik hüquq məsləhətxanasından çıxıb, yaxınlıqda saxlanılmış avtomobilə mindik. Yol boyu ailə zorakılığına məruz qaldığımı, həyat yoldaşım tərəfindən zorla seksə məcbur edildiyimi danışdım. Sükan arxasındakı vəkil hərdən “vay, vay, heç olmadı ki!” kimi kommentlər əlavə edirdi.

Beş-on dəqiqə yol gedib hansısa bir mikrorayona çatdıq. Vəkil onunla getməyimi xahiş etdi. Kimdənsə müsadirə edilmiş mənzilin boşaldılıb-boşaldılmamasını öyrənməliydi. Ev sahibi evdə olsa, vəkil ona məni göstərib, “baxın, artıq bu mənzilin yeni qanuni sakini də var, tələsin, evi boşaldın!” – deyəcəkdi.

“Dövlət işinə barı kiçik də olsa bir yardımım dəyər” fikri ilə maşından çıxdım. Vəkil ilə çoxmərtəbəli bir binanın hansısa qapısının zəngini çaldıq. Heçkəs cavab vermədi. Vəkil cibindən açar çıxarıb qapını açdı. Mənzilin boş olub-olmamasına baxmağa girdik. Mənzil tamamilə boş idi. Neçə otaqdan ibarət olmasını bilmədim, çünki qəflətən vəkil üstümə atılıb məni qucaqladı. Təəccüblə onu itələmək istədim, bacarmadım. Vəkil bərk-bərk mənə sarılmışdı, buraxmırdı. Hər şeyi anlasam da, artıq gec idi. Avam, təcrübəsiz gənc bir qadını aldatmaq elə də çətin iş deyildi. Hüquqçu olan birisi üçün isə – asandan da asan idi. Axı sovetlər dönəmində “mənim milisim məni qoruyur” təfəkkürü ilə böyümüşdüm…

Vəkilin belə kobud və alçaq hərəkətinə hiddətlənib var gücümlə özümü müdafiə etməyə başladım. Balacaboy kişi ilə sözün əsl mənasında əlbəyaxa oldum. Bir neçə dəqiqədən sonra taqətdən düşməyə başladım. Qızımın uşaq bağçasında olduğu yadıma düşdü. Bir neçə saatdan sonra bağça bağlanacaq. Bu mənzildən çıxıb uşağımın bağçasına yollanmaq üçün vəkilin hücumlarına təslim olmaqdan başqa yol görmürdüm. Qaçıb canımı qurtara bilmirdim. Həm qol əzələlərimi, həm də səsimin müdafiə əzmini zəiflədib, “yaxşı, qoy barı tualetə dəyim – sonra…”, – dedim. Vəkil həmin andaca məni buraxıb tualetin qapısını göstərdi.

Tualetə tərəf addımlayanda həqiqətən də yuyunub təslim olmağı düşünürdüm. Tualetə girər-girməz isə, qapının yaxşı kilidi olduğunu görər-görməz isə beynimdən əlimə tamam başqa əmr gəldi: “Qapını bağla, tualetdə qal!!!” Cəld hərəkətlə tualeti kilidləyib qalib səslə bəyanat verdim: “Burdan çıxan deyiləm! Haha!” Vəkil qapını açmağa nə qədər cəhd etdisə, heçnə alınmadı. Mənzil yeni təmirli, qapı kilidi də sap-sağlam idi. “Mənim milisim” indi kilidim idi.

Tualetin mətbəxə baxan balaca pəncərəsi var idi. Vəkil o pəncərədən içəri soxulmaq istəyəndə tualetdəki pol taxtasına sarıldım. Bir andaca taxtanı vəkilin başına, əlinə-qoluna bərk-bərk çırpmağa başladım. Vəkil ağrısa da, səsini çıxarmadı. Geri çəkildi. Mülayim səslə ləliməyə başladı. Dönə-dönə üzr istədi. Peşmançılığını bildirdi. Zarafat elədiyini dedi. Məni sınamaq istədiyini anlatdı. Bir də heç vaxt belə hərəkətlərə yol verməyəcəyinə söz verdi. Bu ona bir dərs oldu, – dedi.

Bütün bu dil tökmələrə baxmayaraq tualetdən çıxmırdım. Mövqeyim özümün xoşuma gəlmişdi. Cəsarətim özümün xoşuma gəlmişdi. Fərasətim özümün xoşuma gəlmişdi. Fəndim, kələyim özümün xoşuma gəlmişdi. Düz etdiyim özümün xoşuma gəlmişdi. Bir sözlə – qəhrəmanlığım özümün xoşuma gəlmişdi. Ağlıma nədənsə Əlincə qalası düşdü. Bu qalanı heçvaxt görməsəm də, ata nənəmin əsli-kökünün Əlincə kəndindən olduğunu eşitmişdim. Bir anlıq qürur hissi keçirdim: bəlkə damarlarımda qədim Əlincə qalasının bir qorxmaz döyüşçüsünün qanı axır, ona görə mən də qorxmuram?! Sığındığım o balaca mikrorayon tualeti mənə bir alınmaz qala kimi gəldi…

Bir neçə saat tualetdə qalmışdım. “Gözünə döndüyüm” “mənim vəkilim” də qapının o biri tərəfindən yalvarmaqdan yorulub susmuşdu. Qolumdakı saat, uşaq bağçasının bir saatdan sonra bağlanacağını göstərirdi. Uşaq məsələsi olmasaydı, bəlkə də acından ölənədək orada qalacaqdım. Uşaqlıqdan inadkaram. Yox — inadlıyam. Elə uşaqlıqdan ancaq ruh qəhrəmanlarına paxıllıq edirəm – başqa heçkəsə…

Tualetin qapısını açıb vəkilin pörtmüş üzünə baxdım:

– Uşaq bağçası bir azdan bağlanacaq”, – dedim. Sakit dedim. Döyüşməyə vaxtım artıq yox idi. Hər şey vəkilin insafına, abırına qalmışdı.

– Yox ee, nə danışırsan! Sən ki mənim başıma neçə saatdır bu müsibəti açırsan, səni elə-belə buraxan deyiləm! – əsəbi halda cavab verdi.

Acından halsız, çarəsiz, tərpənmədən qarşısında dayanmışdım. “Nə olursa-olsun, ancaq tez olsun – çıxım balamın yanına gedim”, – düşünürdüm. Vəkil bərk sarılıb məni yerə yıxdı. Yox, yıxmadı. Yadımdadır, donub yerimdə qalmışdım. Cansız kötük kimiydim. Məni, qucağına alıb otağa keçdi, astaca tozlu parket döşəməyə uzatdı. Özümü bir mumiya, bir meyid kimi hiss edirdim. Bütün əzələlərim sanki taxtaya dönmüşdü. Heç bir duyğu – nə etiraz həyəcanı, nə utanc həyəcanı məndə qalmamışdı. Soyuq başım ancaq bunları ifraz edirdi: “Kitablarda oxuduğum, filmlərdə gördüyüm əsirlik, köləlik beləymiş demək! Konslaqerlərdəki əclaf faşistlər beləymiş demək! Sibir meşələrində Hüseyn Cavidləri sürgünlərdə çürüdən zalım stalinçilər beləymişlər demək! Babəkə, Nəsimiyə işgəncə verənlər beləymişlər demək!”

Gözlədiyim kimi olmadı. Qorxularım əbəs idi. Vəkil məni yerə uzandırsa da, heçnə edə bilməmişdi. Edə bilmirdi. Ya yaşadığı bu bir neçə saatlıq tualet döyüşündən, ya əsəbdən, ya peşmanlıqdan, ya da başqa səbəbdən – vəkil heçcür mənə cinsi təcavüz edə bilmirdi. Alınmırdı. Etmədi. Alınmadı. Bunu anladığımda sevincdən məni dəli qəhqəhə tutdu. Belə isterik şəkildə uzun-uzadı uca səslə qəhqəhə çəkməyim həyatımda ilk dəfəydi. Özümü tanıya bilmirdim. Sanki teatrda komediyaya baxırdım. Hönkür-hönkür çox ağlamışdım həyatda. Lakin hönkür-hönkür qəhqəhə çəkməyim ilk dəfə idi…

Vəkil rəsmən bir qadına uduzmuşdu. Vəkil rəsmən bir qadın qarşısında biabır olmuşdu. Vəkilin vəkilliyi rəsmən ölüb yerə girmişdi. Alçaq boyu daha da alçalmışdı…

Uşaq bağçasına özümü vaxtında çatdırmışdım…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

patrick-tomasso-oaqk7qqnh_c-unsplash-1
.

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd

08 Avqust 2022
Azerbaijan-YEAs-news-EC-in-Brussels-group-e1617542136638
.

Azərbaycanda selektiv abort mifi

03 Avqust 2022
1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel