Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Üzeyir Mehdizadə və eşşəklər

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
08 Yanvar 2021

Vudi Allen yaradıcılığında adətən intellektualların mənəvi-etik problemlərini araşdırır, onun qəhrəmanları cürbəcür situasiyalarda varolma səbəblərini aydınlaşdırmağa çalışırlar. Bəzən də o, obrazların onanizm səviyyəsinə çatan intellektuallığına ehmalca ironiya edir.

“Small Time Crooks” komediyasında isə məsələ bir balaca başqa tərzdə qoyulur. Əla şirniyyat ustası olan Frençi istedadı və zəhməti sayəsində holdinq rəhbərinə kimi yüksəlir. O, yüksək cəmiyyətə daxil olmaqdan ötrü intellektini artırmağa, xüsusən ədəbiyyatı, incəsənəti öyrənməyə qərar verir. Qadıncığaz bu istiqamətdəki fəaliyyətinə söz ehtiyatını artırmaqdan başlayır və gündəlik leksikonuna daxil olmayan kəlmələri öyrənməyə girişir. Bir ziyafətdə o, hələ ki, “a” ilə başlayan kəlmələri öyrəndiyindən cümlələrini onlar üzərində qurur: “Sizin burnunuz atipikdir”, “Gecə çox apokaliptikdir”, “Mən affektasiyadaydım”, “Mən əvvəlcə onun ideyasına antipatiya bəsləyirdim, sonra adekvat oldum” və s. Beləcə, intellektual görünmək tutqusu üzündən özünü gülünc vəziyyətə salır və kimsə onu ciddiyə almır. Halbuki, Frençi şirniyyat ustası kimi bacarıqlıdır, öz sahəsində funksional, cəmiyyətə faydalıdır və bu səbəbdən özünü zorlayaraq klassik musiqini, rəssamlığı öyrənməsinə gərək yox idi.

Biz real və xüsusən virtual həyatda Frençinin müxtəlif redaktələrdəki prototiplərinə rast gəlirik. Frençilər kitab oxumağı, çeşidli “izm”lər haqda məlumatlı olmağı ilə qürurlanır, terminlərdən istifadə edir, bol-bol sitatlar gətirib onun-bunun gözünə soxur, xalqa kinayə ilə yanaşırlar. Əsas problemləri isə budur: Niyə, axı niyə xalq zövqsüz Üzeyir Mehdizadəni (Mehdizadə təbii ki, burda populyar mədəniyyətin ümumiləşmiş obrazıdır) dinləyir? Çünki təsəvvürlərində Mehdizadəni dinləmək keyfiyyətsizliyin meyarı sayılır. Halbuki, bu adamlar Mehdizadə heyranlarının əkib-becərdiyi məhsullardan alıb qidalanır, kafe və restoranlarda onların xidmətindən istifadə edir, tikdikləri binada yaşayırlar və s.

44 günlük müharibədə əllərində bir fincan qəhvə, damaqlarında siqaret ilə isti yuvalarında qələbə xəbərlərini gözləyəndə Mehdizadə dinləyiciləri hər qarış torpaq uğrunda qan tökürdülər. Yadıma düşmüşkən, Mehdizadəni dinlədiyi üçün insanları aşağılayan tarixçi professorun bir paylaşımından aydınlaşdı ki, onun özünün əslində musiqidə plankası Aydın Sani imiş…

Frençilərdə vacib olan bir keyfiyyət çatmır: funksionallıq, faydalı ola bilmək. Ələkbər Əliyev müsahibələrindən birində bu kateqoriyadan adamların dəqiq təyinatını vermişdi: “Əgər sən 55 kitab oxuyub funksional ola bilmirsənsə, uzağı kitabla yüklənmiş eşşəksən”.

Əslində “eşşək” sözünü də heç uyğun saymıram. Çünki eşşəyin gözəl, ifadəli gözləri var, mənasız intellektuallığa iddialı deyil, təsərrüfatda faydalıdır, yaxşı yaddaşı olduğundan təhlükəli yoldan ikinci dəfə keçmir, xüsusi qayğı tələb eləmir, aclığa dözümlüdür və ümumiyyətlə, sevimli heyvandır. Nə isə, eşşəyi rahat buraxaq.

Həqiqət budur ki, intellekti ilə faydalı olan, yeni fikir və kontekst yaradan, maarifləndirən, ciddi, analitik mətnlər yazan, insan yetişdirən çox az adam var ölkəmizdə. Misalçün, onlardan biri fizik Yalçın İslamzadədir.

Yəni başqa cür desəm, kiminsə bilgilərinin nəticəsi yoxdursa, bazası nəyəsə yaramırsa o, mahiyyətcə, birdəfəlik prezervativ dəyərindədir. Yaxud bu ölkədə Mehdizadə heyranları bir qism “intellektualdan” cəmiyyətə daha çox fayda verirlər.

Youtube kanalında ”Kənd Həyatı” silsilə film-reportajının qəhrəmanı, Qusar sakini Əzizə Rəmixanovanın milyonlarla izləyicisi var. Müxtəlif ölkələrdən olan izləyicilər qadının həyat tərzindən, təbiətə sevgisindən, əməksevərliyindən zövq alır və paylaşımların onlara hüzur gətirdiyi üçün təşəkkür edirlər. Kim bilir, Əzizə xanım bəlkə özü də Mehdizadə heyranıdır və axırıncı dəfə nə zaman kitab oxuduğunu yəqin xatırlamır. Ancaq onun yaşamaq mədəniyyəti insanlara örnək və motivasiya verir.

… Bəsit bir gerçəklik unudulur ki, həyat deyilən nəsnə Fukodan, Vitgenştayndan gözlənilməz, mürəkkəbdir. Ona görə dünyaya kitablardan baxan adamlar pandemiya gerçəkliyi ilə üz-üzə qalanda isterikaya düşərək az qala intihar həddinə çatmışdılar. Təcrübəsini yalnız kitab oxuyub sitat gətirməklə məhdudlaşdırmaq (üstəlik, oxuduğundan nəsə qanmamaq), həyatın hər üzünə hazır olmağa, onun bilinməyən qatlarını görməyə yetərli ola bilmir.

Ümumiyyətlə isə, hazırkı həyat təcrübəmdən baxanda “insan niyə yaranıb, yaşamağa dəyərmi, hardan gəlib, hara gedirik” kimi suallar, bir çox fəlsəfi məsələlər artıq mənə saxta, axmaq, nəticəsiz görünür və yaşamağa mane olur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021

Redaktorun seçimi

Reinhard Gehlen – Qərbi Almaniya kəşfiyyatının ulduzu

Ulduz falı

Pirlər və ziyarətgahların daha səmərəli fəaliyyət göstərməsi üçün təkliflər

“Parazitlər” filminin təhlili

Sovet dövründə çəkilmişlər haqqında

Rəşadət Axundov: “Özümü məğlub sayıram”

Nuşirəvan seriallarımız

Dağlıq Qarabağ Muxtar Vilayəti əraziləri

Aşura sonrası tarixi qeydlər

“Semiçka” və tamaşa, yaxud milli pop-korn

Konsert mövsümü “La Valse”la bitir

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Milli emosionallıq, yoxsa “matışkə”lik

Şort və universitet

90-ların “korona”sız uşaqlığı

Natiq Cəfərlinin acizliyi

Hardasan, ay Zorro?

Sosial Darvinizm və ölməyən irqçilik

Qara dəlik

“Zapı” haqqında bədii-fəlsəfi esse

Abbas Mirzə Şərifzadənin güllələnməsi

Əbədi məhbus?

Günəşi düzgün oxumaq

Sülh! Nəhayət.

Müştəri təmsilçisi kimdir?

Təbiət və İnşaat

Maslow Piramidi

Quş bazarı

Ədəbiyyat və viruslar

Qırx üç dərəcə istilik

Üzeyir Mehdizadə və eşşəklər

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
08 Yanvar 2021

Vudi Allen yaradıcılığında adətən intellektualların mənəvi-etik problemlərini araşdırır, onun qəhrəmanları cürbəcür situasiyalarda varolma səbəblərini aydınlaşdırmağa çalışırlar. Bəzən də o, obrazların onanizm səviyyəsinə çatan intellektuallığına ehmalca ironiya edir.

“Small Time Crooks” komediyasında isə məsələ bir balaca başqa tərzdə qoyulur. Əla şirniyyat ustası olan Frençi istedadı və zəhməti sayəsində holdinq rəhbərinə kimi yüksəlir. O, yüksək cəmiyyətə daxil olmaqdan ötrü intellektini artırmağa, xüsusən ədəbiyyatı, incəsənəti öyrənməyə qərar verir. Qadıncığaz bu istiqamətdəki fəaliyyətinə söz ehtiyatını artırmaqdan başlayır və gündəlik leksikonuna daxil olmayan kəlmələri öyrənməyə girişir. Bir ziyafətdə o, hələ ki, “a” ilə başlayan kəlmələri öyrəndiyindən cümlələrini onlar üzərində qurur: “Sizin burnunuz atipikdir”, “Gecə çox apokaliptikdir”, “Mən affektasiyadaydım”, “Mən əvvəlcə onun ideyasına antipatiya bəsləyirdim, sonra adekvat oldum” və s. Beləcə, intellektual görünmək tutqusu üzündən özünü gülünc vəziyyətə salır və kimsə onu ciddiyə almır. Halbuki, Frençi şirniyyat ustası kimi bacarıqlıdır, öz sahəsində funksional, cəmiyyətə faydalıdır və bu səbəbdən özünü zorlayaraq klassik musiqini, rəssamlığı öyrənməsinə gərək yox idi.

Biz real və xüsusən virtual həyatda Frençinin müxtəlif redaktələrdəki prototiplərinə rast gəlirik. Frençilər kitab oxumağı, çeşidli “izm”lər haqda məlumatlı olmağı ilə qürurlanır, terminlərdən istifadə edir, bol-bol sitatlar gətirib onun-bunun gözünə soxur, xalqa kinayə ilə yanaşırlar. Əsas problemləri isə budur: Niyə, axı niyə xalq zövqsüz Üzeyir Mehdizadəni (Mehdizadə təbii ki, burda populyar mədəniyyətin ümumiləşmiş obrazıdır) dinləyir? Çünki təsəvvürlərində Mehdizadəni dinləmək keyfiyyətsizliyin meyarı sayılır. Halbuki, bu adamlar Mehdizadə heyranlarının əkib-becərdiyi məhsullardan alıb qidalanır, kafe və restoranlarda onların xidmətindən istifadə edir, tikdikləri binada yaşayırlar və s.

44 günlük müharibədə əllərində bir fincan qəhvə, damaqlarında siqaret ilə isti yuvalarında qələbə xəbərlərini gözləyəndə Mehdizadə dinləyiciləri hər qarış torpaq uğrunda qan tökürdülər. Yadıma düşmüşkən, Mehdizadəni dinlədiyi üçün insanları aşağılayan tarixçi professorun bir paylaşımından aydınlaşdı ki, onun özünün əslində musiqidə plankası Aydın Sani imiş…

Frençilərdə vacib olan bir keyfiyyət çatmır: funksionallıq, faydalı ola bilmək. Ələkbər Əliyev müsahibələrindən birində bu kateqoriyadan adamların dəqiq təyinatını vermişdi: “Əgər sən 55 kitab oxuyub funksional ola bilmirsənsə, uzağı kitabla yüklənmiş eşşəksən”.

Əslində “eşşək” sözünü də heç uyğun saymıram. Çünki eşşəyin gözəl, ifadəli gözləri var, mənasız intellektuallığa iddialı deyil, təsərrüfatda faydalıdır, yaxşı yaddaşı olduğundan təhlükəli yoldan ikinci dəfə keçmir, xüsusi qayğı tələb eləmir, aclığa dözümlüdür və ümumiyyətlə, sevimli heyvandır. Nə isə, eşşəyi rahat buraxaq.

Həqiqət budur ki, intellekti ilə faydalı olan, yeni fikir və kontekst yaradan, maarifləndirən, ciddi, analitik mətnlər yazan, insan yetişdirən çox az adam var ölkəmizdə. Misalçün, onlardan biri fizik Yalçın İslamzadədir.

Yəni başqa cür desəm, kiminsə bilgilərinin nəticəsi yoxdursa, bazası nəyəsə yaramırsa o, mahiyyətcə, birdəfəlik prezervativ dəyərindədir. Yaxud bu ölkədə Mehdizadə heyranları bir qism “intellektualdan” cəmiyyətə daha çox fayda verirlər.

Youtube kanalında ”Kənd Həyatı” silsilə film-reportajının qəhrəmanı, Qusar sakini Əzizə Rəmixanovanın milyonlarla izləyicisi var. Müxtəlif ölkələrdən olan izləyicilər qadının həyat tərzindən, təbiətə sevgisindən, əməksevərliyindən zövq alır və paylaşımların onlara hüzur gətirdiyi üçün təşəkkür edirlər. Kim bilir, Əzizə xanım bəlkə özü də Mehdizadə heyranıdır və axırıncı dəfə nə zaman kitab oxuduğunu yəqin xatırlamır. Ancaq onun yaşamaq mədəniyyəti insanlara örnək və motivasiya verir.

… Bəsit bir gerçəklik unudulur ki, həyat deyilən nəsnə Fukodan, Vitgenştayndan gözlənilməz, mürəkkəbdir. Ona görə dünyaya kitablardan baxan adamlar pandemiya gerçəkliyi ilə üz-üzə qalanda isterikaya düşərək az qala intihar həddinə çatmışdılar. Təcrübəsini yalnız kitab oxuyub sitat gətirməklə məhdudlaşdırmaq (üstəlik, oxuduğundan nəsə qanmamaq), həyatın hər üzünə hazır olmağa, onun bilinməyən qatlarını görməyə yetərli ola bilmir.

Ümumiyyətlə isə, hazırkı həyat təcrübəmdən baxanda “insan niyə yaranıb, yaşamağa dəyərmi, hardan gəlib, hara gedirik” kimi suallar, bir çox fəlsəfi məsələlər artıq mənə saxta, axmaq, nəticəsiz görünür və yaşamağa mane olur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
elmir-mirzeyev
Mövqe

“Əbədi tələbə” sindromu, sosial parazitizm fenomeni kimi

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel