Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Utandıran “Düşərgə”

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Kültür
22 Avqust 2020

Təxminən bir neçə gün əvvəl Günel Mövludun öz bioqrafiyasına dair qələmə aldığı “Düşərgə” romanını bir neçə saata oxuyub bitirdim. “Düşərgə” müharibə zamanı qaçqın düşən Günelin ailəsinin və onlarla taleləri bu məqamda kəsişən adamların düşərgə həyatından bəhs edir. Kitab haqqında fikir bildirmək üçün günlərlə gözlədim. Artıq bu günün kitab haqqında yazmaq üçün uyğun ola biləcəyini düşündüm. Bu yazıda G.Mövludun bioqrafik romanı haqqında və sonda niyə bu qədər gözləməyimlə bağlı, bir oxucu kimi fikirlərimi bildirəcəm.

İllərdir formalaşan mütaliə vərdişimdə (6 yaşımdan bəri) dəyişməyən əsas şeylərdən biri kitabın maraqlı olub-olmamasını özlüyümdə ölçmə tərzimdir. İlk oxuduğum ədəbiyyat nağıllar olub, daha sonra hekayə kitabları, zamanla povestlər, romanlar. Əgər kitab ata-anamın təsiri olmadan məni saatlarla məhəllədəki uşaqlarla qızğın oyunlardan yayındırıb öz əsirliyinə götürə bilirdisə, deməli, mənim üçün çox maraqlı kitab idi. Böyüdükcə dost-tanışlarımla maraqlı görüşlərdən; həm oxuyub, həm də işlədiyim zamanlar 5-6 saatlıq gecə yuxusunun həzzindən məni öz ağuşuna ala bilən kitabları maraqlı hesab etməyə başladım. Əks təqdirdə elə ilk səhifələrdəcə oxumağı dayandırıb rəfdə gözüm görməyən arxa cərgələrə qoyurdum (çünki bu halda onu yarımçıq qoyduğumu xatırlayıb əzab çəkmirəm, həmçinin, tərcümə etməli olduğum, lakin həvəsim öldüyü üçün tərcüməsi təxirə düşən kitabları da vicdan əzabından qurtulmaq üçün arxalara qoyuram).

“Düşərgə”ni oxumağa başlayanda axşam idi. Kitabı məndən əvvəl oxuyanların “oxuyanda adamın bütün günü bədbinlik və məyusluqla keçir” rəylərinə rəğmən, yuxumun qaçma ehtimalını nəzərə alıb başlamışdım kitaba. Müharibə dəhşətini şahid və zərərçəkənlərin dilindən duymaq, qələmindən oxumaq müharibə həvəskarlarına çox yaxşı şillə ola bilər, məncə. Lakin müharibədən bəhs etməzdən əvvəl Günel hələ proloqdaca, atası ilə düşərgəyə gedərkən yaşadıqlarıyla oxucunu növbəti səhifələrə isindirmək üçün şillələyir. Proloqdakı şillələr müharibə istəyənlərdən çox, övladını hiss etməyən, onlara mərhəmətli yanaşmayan valideynlərədir, zənnimcə:

“Yolun ortasında qıvrılaraq özünü günəşə verən boz ilanlar, addım səslərimiz yaxınlaşdıqca bir göz qırpımında sivişərək yolboyu uzanan qamışlığın arxasında gizlənirdi. İlanlardan bərk qorxsam da, atamın əlindən yapışmaq barədə düşünmürdüm; ümid edirdim ki, o özü qorxduğumu görüb əlimdən tutar.”

“Artıq bir saat idi ki, piyada yol gedirdik. Biz yeridikcə qalxan toz üst-başımıza, üz-gözümüzə hopmuşdu. Atam mənə tərəf baxmadan:

– Düşərgə də elə bu gündədir. Toz yığıb bizi boğaza. Altında oturmağa bir dənə də ağac yoxdur, -dedi.

Elə bildim, atam bu sözləri məni bir azdan qarşılaşacağım mənzərəyə hazırlaşdırmaq üçün deyir. Özümü buna çoxdan hazırlamış kimi göstərməyə çalışırdım:

– Eybi yoxdur. Ağaclar olmasa da, hər halda açıq təbiətdə yaşayacağam. Mən təbiəti sevirəm…

Ağzımın üstündən qəfil açılan şillə sözümü ağzımda qoydu. Burnumdan qan açıldı, üstəlik, şillə danışdığım yerdə vurulduğu üçün dişim də dilimi kəsdi. Burnumdan və ağzımdan axan qan boynuma, sinəmə süzülürdü. Paltarımın yaxası batmasın deyə, əlimlə durmadan axan qanı silir, qollarıma və saçlarıma yaxırdım. Əlimdəki paltar bağlamasındakı paltarlardan birini çıxarıb qanı silə bilərdim. Ancaq biz qəsəbəyə çatana kimi o qan qurusa da, hər halda ləkəsi qalacaqdı. Qan ləkəli paltarı isə atmalı olacaqdıq. Buna görə anam məni döyə bilərdi. Odur ki, ən yaxşısı, qanı qollarıma və saçlarıma silmək idi: belədə qanı daha tez yumaq olardı.”

Kitabın o hissəsində pasiyentlərimdən birinin həyatına dair bir şeyi xatırladım: balaca vaxtı anası tərəfindən xüsusi qəddarlıqla döyüldüyü zaman bədən üzvlərindən biri yaralanıb. Əmisi xəstəxanaya aparıb, həkim yaraya tikiş atıb. Qayıdarkən çox soyuq olub və əmisindən utandığı üçün ona tualetə getmək istədiyini deməyə çəkinib. Axırda dözə bilməyib sidiyini paltarına buraxıb. Bundan sonra yol boyu anasının onu paltarını batırdığı üçün döyəcəyini düşünərək qorxa-qorxa evə gəlib və anasına onu döyməməsi üçün xəstə-xəstə yalvarıb. Həmin pasiyent belə bir ifadə işlətmişdi: “niyə balaca bir uşaq valideyni tərəfindən qəsdən yaralansın və niyə altına qaçırdı deyə anasının onu döyməsindən yol boyu qorxa-qorxa evə gəlib o halda ona yalvarsın?!”

Kitabın proloqunda mən də özümə bu sualı vermişdim: niyə balaca uşaq valideyni narahat olmasın deyə ona təsəlli verməyə çalışarkən döyülüb, burnu qanayıb, dişi dilini kəsib, amma ağlamaq, küsmək şansı olmadan burnundan axan qanın paltarını bulaşdırmamasını və buna görə yenidən döyülməməyi düşünüb?!

Növbəti səhifələrdə cavab almaq istədiyim, bəzən də ritorik olan suallarım daha da artdı. Kitabı oxuduqca ağlıma çox fikirlər gəldi, lakin yığcam ifadə etməliyəmsə, bu kitab həm də oxucu nöqteyi-nəzərindən Günelin yazılarından, facebook-dakı statuslarından gördüyümüz obrazının bəzi xüsusiyyətləri ilə bağlı ona verilən sualların (rəylərdə gördüyüm) 187 səhifəyə sıxışdırılmış cavablarıdır.

Bəzən feministlərin patriarxatla davasını anlamayan, hətta buna görə onları başa düşməyən, qınayan, psixoloji mahiyyətini dərk etmədən onlara “travmalı” deyən xeyli adama rast gəlmək olur. O adamlar Günelin düşərgədə gördüyü və kitabında bəhs etdiyi kişilərin çoxunun arvadlarının min bir əziyyətlə pambıq yığıb qazandığı üç aylıq pulları necə əllərindən almasını və arvadlarının alın təriylə qazandığı pulu fahişələrin üzərində tərləmək üçün xərcləməsini; qadınların tualetə getmək üçün kişilərin yatmasını gözləməsini, həmçinin kişilərin qadınları düşünmədən tualetin yanında qəsdən toplaşmasını və beləliklə abır-həyasından keçə bilməyən qadınların tualet üçün qıvrılmalarını; mentalitetin sırıdığı stereotiplərə görə alt paltarlarını, menstruasiya üçün olan bezlərini/parçalarını ipdən asıb quruda bilmədikləri üçün yaş-yaş geyinib xəstələnən; uşaqlarını doyuzdurmaq üçün bədənlərini bir butulka yağa satmaq məcburiyyətində olan qadınların taleləri haqqında oxumuş olsalar, əminəm ki, az da olsa, patriarxatın dağıdıcı tərəfini hiss edərlər.

Həmçinin ağzı isti yerdə olan bir çox müharibə tərəfdarı bu kitabı oxusa, müharibənin şahidi olmuş bir adamın niyə müharibə əleyhinə çıxış etdiyini az da olsa anlayar. Anlayar ki, yurd-yuvandan didərgin düşmək, yaxınlarını itirmək azmış kimi illərlə vaqonlarda, isti və soyuqdan qorumayan çadırlarda, yaş döşəklərdə, yarı ac-yarı tox yatmaq necə ağırdır və bütün bunlar ortalama yetmiş illik ömür üçün bəlkə də faciədir və bu faciənin bundan sonra başqa adamların talelərinə üz tutmasını istəmək heç də normal deyil.

Kitabda qaçqın qadınların qızlarını düşərgə həyatından xilas etmək üçün onları daha yaxşı yerlərə ərə vermək istəməsini oxuyanda erkən nikah problemlərinin iqtisadi köklərinin olduğu bir daha nəzərə çarpır. Təəssüflər olsun ki, bu problem bu gün də müxtəlif bölgələrdə kasıb ailələrin çoxunda öz aktuallığını qoruyur.

Kitabda pulun gücü; düşərgədə pulu olan adamlara pulsuzlarla müqayisədə münasibətin fərqlənməsi də yaxşı təsvir edilib – bu gün pulu olduğu üçün insanların taleləri ilə oynayanların və bütün bunlara göz yumaraq onlara zəmin yaradanların, toplum üzərində dini maarifləndirmə səlahiyyətinə sahib adamların camaata sırıdıqları dini qadağaları pulu çox olan və onlara maddi dəstək olan kəslərə şamil etməməsi, göz yumması, əslində, həmişə, hər yerdə pulun vəzir yoxsa rəzil etdiyini göstərir (pul sözü və davranışı ilə rəzil olanları da vəzirlik statusuna qaldıra bilir).

Əsəri bitirdikdən sonra qadınlara xas baxım vasitələrindən istifadə etdikdə ağlıma kitabdan bir fikir gəlir ki, gözəllik və çirkinlik sərhədini təyin edən həm də yaxşı şərait və puldur. Pulun varsa, günün altında pul qazanmaq üçün işləməyə məcbur olub qaralmazsan, iş görməkdən əlin-qolun cızıq-cızıq, yaralı olmaz. Dırnaqlarımı düzəldəndə, makyaj edəndə güzgüyə baxıb özümü qəşəng görəndə bir anlıq Maştağadakı qadın qul bazarını xatırlayıb utanıram.

Təəssüflər olsun ki, roman boyunca zaman-zaman utanmağa davam edəcəksiniz. Kitab haqqında gec yazma səbəblərimdən biri də məhz bu utanmaqdır. Əgər kitab günlər sonra belə müəyyən anlarda oxucunun yadına düşüb, hansısa məqamda onun nə isə hiss etməsinə vəsilə ola bilirsə, o kitab haqqında yazmağa dəyər.

Bir az pafoslu da səslənsə, Günelin bu kitabı məktəblərdə müharibəni dəstəkləyən dərslərin əvəzinə dərsliklərə salınmalıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021

Redaktorun seçimi

Rafiq Hunaltay: “Xalq həmişə idarəedilən olub”

Onanizm və onun insan psixikasına təsiri

Vətəndaş Emin Milli

Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

Müşfiq haqqında donoslar – 1

Kiçik hadisələrin böyük mahiyyəti haqqında

Bir maşın kubik və xalqın partiyası

Xərçəng haqqında 5 mif

Oqtay Gülalıyevdən nə istədilər?

Penisimə baxmalısan

Ölümün təvazökar cazibəsi

Prof. Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır”

Azərbaycanlıların dəyərləri

Əkrəm Əylislinin son çırpınışları

Yaradıcı çöküş?

Polşada ovçuluq, dindarlıq və rasizm

Nüvə silahının casus tarixçəsi

“Mimino” filmində azərbaycanlı obrazı almasatan olmalı imiş

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Dövlətə incəsənət lazımdırmı?

İŞİD, yoxsa İslam dövləti?

Yad Azərbaycan

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

600 ildə dəyişən interyer

Qartal qanadı taxmış qarğa

“731-ci dəstə”: yapоn ölüm fabriki haqqında dəhşətli həqiqətlər (18+)

İşlətdiyimiz sözlərin anlamı

Kiçik ölkənin böyük dərdləri

Seks düşüncələri. Bizim əbədi fantaziyalarımız

Sülh necə olacaq?

Utandıran “Düşərgə”

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Kültür
22 Avqust 2020

Təxminən bir neçə gün əvvəl Günel Mövludun öz bioqrafiyasına dair qələmə aldığı “Düşərgə” romanını bir neçə saata oxuyub bitirdim. “Düşərgə” müharibə zamanı qaçqın düşən Günelin ailəsinin və onlarla taleləri bu məqamda kəsişən adamların düşərgə həyatından bəhs edir. Kitab haqqında fikir bildirmək üçün günlərlə gözlədim. Artıq bu günün kitab haqqında yazmaq üçün uyğun ola biləcəyini düşündüm. Bu yazıda G.Mövludun bioqrafik romanı haqqında və sonda niyə bu qədər gözləməyimlə bağlı, bir oxucu kimi fikirlərimi bildirəcəm.

İllərdir formalaşan mütaliə vərdişimdə (6 yaşımdan bəri) dəyişməyən əsas şeylərdən biri kitabın maraqlı olub-olmamasını özlüyümdə ölçmə tərzimdir. İlk oxuduğum ədəbiyyat nağıllar olub, daha sonra hekayə kitabları, zamanla povestlər, romanlar. Əgər kitab ata-anamın təsiri olmadan məni saatlarla məhəllədəki uşaqlarla qızğın oyunlardan yayındırıb öz əsirliyinə götürə bilirdisə, deməli, mənim üçün çox maraqlı kitab idi. Böyüdükcə dost-tanışlarımla maraqlı görüşlərdən; həm oxuyub, həm də işlədiyim zamanlar 5-6 saatlıq gecə yuxusunun həzzindən məni öz ağuşuna ala bilən kitabları maraqlı hesab etməyə başladım. Əks təqdirdə elə ilk səhifələrdəcə oxumağı dayandırıb rəfdə gözüm görməyən arxa cərgələrə qoyurdum (çünki bu halda onu yarımçıq qoyduğumu xatırlayıb əzab çəkmirəm, həmçinin, tərcümə etməli olduğum, lakin həvəsim öldüyü üçün tərcüməsi təxirə düşən kitabları da vicdan əzabından qurtulmaq üçün arxalara qoyuram).

“Düşərgə”ni oxumağa başlayanda axşam idi. Kitabı məndən əvvəl oxuyanların “oxuyanda adamın bütün günü bədbinlik və məyusluqla keçir” rəylərinə rəğmən, yuxumun qaçma ehtimalını nəzərə alıb başlamışdım kitaba. Müharibə dəhşətini şahid və zərərçəkənlərin dilindən duymaq, qələmindən oxumaq müharibə həvəskarlarına çox yaxşı şillə ola bilər, məncə. Lakin müharibədən bəhs etməzdən əvvəl Günel hələ proloqdaca, atası ilə düşərgəyə gedərkən yaşadıqlarıyla oxucunu növbəti səhifələrə isindirmək üçün şillələyir. Proloqdakı şillələr müharibə istəyənlərdən çox, övladını hiss etməyən, onlara mərhəmətli yanaşmayan valideynlərədir, zənnimcə:

“Yolun ortasında qıvrılaraq özünü günəşə verən boz ilanlar, addım səslərimiz yaxınlaşdıqca bir göz qırpımında sivişərək yolboyu uzanan qamışlığın arxasında gizlənirdi. İlanlardan bərk qorxsam da, atamın əlindən yapışmaq barədə düşünmürdüm; ümid edirdim ki, o özü qorxduğumu görüb əlimdən tutar.”

“Artıq bir saat idi ki, piyada yol gedirdik. Biz yeridikcə qalxan toz üst-başımıza, üz-gözümüzə hopmuşdu. Atam mənə tərəf baxmadan:

– Düşərgə də elə bu gündədir. Toz yığıb bizi boğaza. Altında oturmağa bir dənə də ağac yoxdur, -dedi.

Elə bildim, atam bu sözləri məni bir azdan qarşılaşacağım mənzərəyə hazırlaşdırmaq üçün deyir. Özümü buna çoxdan hazırlamış kimi göstərməyə çalışırdım:

– Eybi yoxdur. Ağaclar olmasa da, hər halda açıq təbiətdə yaşayacağam. Mən təbiəti sevirəm…

Ağzımın üstündən qəfil açılan şillə sözümü ağzımda qoydu. Burnumdan qan açıldı, üstəlik, şillə danışdığım yerdə vurulduğu üçün dişim də dilimi kəsdi. Burnumdan və ağzımdan axan qan boynuma, sinəmə süzülürdü. Paltarımın yaxası batmasın deyə, əlimlə durmadan axan qanı silir, qollarıma və saçlarıma yaxırdım. Əlimdəki paltar bağlamasındakı paltarlardan birini çıxarıb qanı silə bilərdim. Ancaq biz qəsəbəyə çatana kimi o qan qurusa da, hər halda ləkəsi qalacaqdı. Qan ləkəli paltarı isə atmalı olacaqdıq. Buna görə anam məni döyə bilərdi. Odur ki, ən yaxşısı, qanı qollarıma və saçlarıma silmək idi: belədə qanı daha tez yumaq olardı.”

Kitabın o hissəsində pasiyentlərimdən birinin həyatına dair bir şeyi xatırladım: balaca vaxtı anası tərəfindən xüsusi qəddarlıqla döyüldüyü zaman bədən üzvlərindən biri yaralanıb. Əmisi xəstəxanaya aparıb, həkim yaraya tikiş atıb. Qayıdarkən çox soyuq olub və əmisindən utandığı üçün ona tualetə getmək istədiyini deməyə çəkinib. Axırda dözə bilməyib sidiyini paltarına buraxıb. Bundan sonra yol boyu anasının onu paltarını batırdığı üçün döyəcəyini düşünərək qorxa-qorxa evə gəlib və anasına onu döyməməsi üçün xəstə-xəstə yalvarıb. Həmin pasiyent belə bir ifadə işlətmişdi: “niyə balaca bir uşaq valideyni tərəfindən qəsdən yaralansın və niyə altına qaçırdı deyə anasının onu döyməsindən yol boyu qorxa-qorxa evə gəlib o halda ona yalvarsın?!”

Kitabın proloqunda mən də özümə bu sualı vermişdim: niyə balaca uşaq valideyni narahat olmasın deyə ona təsəlli verməyə çalışarkən döyülüb, burnu qanayıb, dişi dilini kəsib, amma ağlamaq, küsmək şansı olmadan burnundan axan qanın paltarını bulaşdırmamasını və buna görə yenidən döyülməməyi düşünüb?!

Növbəti səhifələrdə cavab almaq istədiyim, bəzən də ritorik olan suallarım daha da artdı. Kitabı oxuduqca ağlıma çox fikirlər gəldi, lakin yığcam ifadə etməliyəmsə, bu kitab həm də oxucu nöqteyi-nəzərindən Günelin yazılarından, facebook-dakı statuslarından gördüyümüz obrazının bəzi xüsusiyyətləri ilə bağlı ona verilən sualların (rəylərdə gördüyüm) 187 səhifəyə sıxışdırılmış cavablarıdır.

Bəzən feministlərin patriarxatla davasını anlamayan, hətta buna görə onları başa düşməyən, qınayan, psixoloji mahiyyətini dərk etmədən onlara “travmalı” deyən xeyli adama rast gəlmək olur. O adamlar Günelin düşərgədə gördüyü və kitabında bəhs etdiyi kişilərin çoxunun arvadlarının min bir əziyyətlə pambıq yığıb qazandığı üç aylıq pulları necə əllərindən almasını və arvadlarının alın təriylə qazandığı pulu fahişələrin üzərində tərləmək üçün xərcləməsini; qadınların tualetə getmək üçün kişilərin yatmasını gözləməsini, həmçinin kişilərin qadınları düşünmədən tualetin yanında qəsdən toplaşmasını və beləliklə abır-həyasından keçə bilməyən qadınların tualet üçün qıvrılmalarını; mentalitetin sırıdığı stereotiplərə görə alt paltarlarını, menstruasiya üçün olan bezlərini/parçalarını ipdən asıb quruda bilmədikləri üçün yaş-yaş geyinib xəstələnən; uşaqlarını doyuzdurmaq üçün bədənlərini bir butulka yağa satmaq məcburiyyətində olan qadınların taleləri haqqında oxumuş olsalar, əminəm ki, az da olsa, patriarxatın dağıdıcı tərəfini hiss edərlər.

Həmçinin ağzı isti yerdə olan bir çox müharibə tərəfdarı bu kitabı oxusa, müharibənin şahidi olmuş bir adamın niyə müharibə əleyhinə çıxış etdiyini az da olsa anlayar. Anlayar ki, yurd-yuvandan didərgin düşmək, yaxınlarını itirmək azmış kimi illərlə vaqonlarda, isti və soyuqdan qorumayan çadırlarda, yaş döşəklərdə, yarı ac-yarı tox yatmaq necə ağırdır və bütün bunlar ortalama yetmiş illik ömür üçün bəlkə də faciədir və bu faciənin bundan sonra başqa adamların talelərinə üz tutmasını istəmək heç də normal deyil.

Kitabda qaçqın qadınların qızlarını düşərgə həyatından xilas etmək üçün onları daha yaxşı yerlərə ərə vermək istəməsini oxuyanda erkən nikah problemlərinin iqtisadi köklərinin olduğu bir daha nəzərə çarpır. Təəssüflər olsun ki, bu problem bu gün də müxtəlif bölgələrdə kasıb ailələrin çoxunda öz aktuallığını qoruyur.

Kitabda pulun gücü; düşərgədə pulu olan adamlara pulsuzlarla müqayisədə münasibətin fərqlənməsi də yaxşı təsvir edilib – bu gün pulu olduğu üçün insanların taleləri ilə oynayanların və bütün bunlara göz yumaraq onlara zəmin yaradanların, toplum üzərində dini maarifləndirmə səlahiyyətinə sahib adamların camaata sırıdıqları dini qadağaları pulu çox olan və onlara maddi dəstək olan kəslərə şamil etməməsi, göz yumması, əslində, həmişə, hər yerdə pulun vəzir yoxsa rəzil etdiyini göstərir (pul sözü və davranışı ilə rəzil olanları da vəzirlik statusuna qaldıra bilir).

Əsəri bitirdikdən sonra qadınlara xas baxım vasitələrindən istifadə etdikdə ağlıma kitabdan bir fikir gəlir ki, gözəllik və çirkinlik sərhədini təyin edən həm də yaxşı şərait və puldur. Pulun varsa, günün altında pul qazanmaq üçün işləməyə məcbur olub qaralmazsan, iş görməkdən əlin-qolun cızıq-cızıq, yaralı olmaz. Dırnaqlarımı düzəldəndə, makyaj edəndə güzgüyə baxıb özümü qəşəng görəndə bir anlıq Maştağadakı qadın qul bazarını xatırlayıb utanıram.

Təəssüflər olsun ki, roman boyunca zaman-zaman utanmağa davam edəcəksiniz. Kitab haqqında gec yazma səbəblərimdən biri də məhz bu utanmaqdır. Əgər kitab günlər sonra belə müəyyən anlarda oxucunun yadına düşüb, hansısa məqamda onun nə isə hiss etməsinə vəsilə ola bilirsə, o kitab haqqında yazmağa dəyər.

Bir az pafoslu da səslənsə, Günelin bu kitabı məktəblərdə müharibəni dəstəkləyən dərslərin əvəzinə dərsliklərə salınmalıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Klassikin payızı

21 Aprel 2021
hummer-h1-gty-ps-200117_hpMain_2_4x3_992
.

Azərbaycan kinosunda Hummer debütü

20 Aprel 2021
IMAGE 2021-04-20 15:41:17
.

Qorxaqlığın adı akademizm qoyulanda

20 Aprel 2021
MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel