Qeyri-adi dizaynı ilə diqqəti cəlb edən Mi Mix Alpha-nı hazırlamaq üçün 1000 mühəndis çalışdı. Çin şirkəti smartfon üçün 2 il və 70 milyon dollar pul xərcləyib.
Dünən mətbuat konfransında Xiaomi, qeyri-adi dizaynı ilə diqqəti cəlb edən Mi Mix Alpha telefonunu təqdim etdi. Yalnız ön tərəfi deyil, eyni zamanda arxası da ekran ilə örtülmüş cihazın ekran gövdə nisbətinin 180,6 % olduğu açıqlandı.
Telefon Qualcomm SDM855 Snapdragon 855+ prosessoru ilə təqdim edildi və onun, 108 MP kamera, 512 GB daxili yaddaş və 12 GB RAM kimi texniki xüsusiyyətlərə malik olacağı bildirildi.
Bundan əlavə, Lei Jun şirkətin gələcəkdə tədqiqat və inkişaf üçün 1.5 milyard dollardan çox sərmayə qoyacağını söylədi. Dekabr ayında Çində satışa təqdim ediləcək Mi Mix Alpha-nın qiyməti isə 2800 dollardır.