Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
  • Bizi tanı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV
Azlogos
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Tələbələrin tələbi

Mirzə Mirzə
04 Dekabr 2019
., Mövqe
5 dəqiqəyə tam oxunur.

Çox tez radikallaşmağa meylli, entuziazmı yüksək təbəqədir tələbələr. Bu gənc kütlənin etirazı avtoritar/totalitar sistemlərdə yaşayan toplumlar üçün demokratik proseslərin sürətlənməsini, əzici elitanın sərhədlərinin daralmasını, xalqın mobilizasiyanı şərtləndirir. Tələbələrin mütəşəkkil etirazı bir toplum üçün bu səbəbdən əhəmiyyətlidir. Tələbələr təkcə öz pozulan hüquqlarına, təhsil haqlarına görə etiraz etmir, cəmiyyətin hər hansı probleminə, məmur özbaşınalığına, qanunvericiliklə bağlı problemlərə, dövlətin səhv xarici/daxili siyasətinə görə də sözünü deyə bilir. Dünyada indiyə qədər sınaqdan çıxmış bir neçə tələbə etiraz forması var – mitinqlər, piketlər, blokada, simvolik aksiyalar, tətillər, universitet işğalları, graffiti, təbliğat xarakterli vərəqələrin yayılması, çıxışlar və informasiya müharibəsi (günümüzdə daha effektiv və aktualdır).

Hakimiyyətlərin bu sayaq aksiyalara reaksiyası ölkəyə görə, cəmiyyətə görə dəyişir – tələblərin yerinə yetirilməsindən tutmuş (problemlərin həlli ilə bağlı komissiya və xüsusi xidmətlərin yaradılması, sistemin yenidən qurulması, tələbə nümayəndələrinin yeni sistemdə yer alması, təhsil haqlarından azadetmə və s.), dinc aksiyaçıların həbsinə, edamına, işgəncə altında öldürülməsinə qədər.

Avtoritar sistemlər adətən tələbə hərəkatlarına qarşı bütün repressiv resurslarından istifadə edir. Ənənədən, qəliblərdən uzaq, yeni nəfəsli gənclik qorxuludur, obyektivlik naminə – qorxularında haqlıdırlar. Tələbə hərəkatının perspektiv miqyasını, nəyə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Bütün tiranlar və tiranlığa meyllilər 1968-ci ilin may hadisələrini yaxşı xatırlayırlar. Tələbə hərəkatı kimi başlayan etirazlar dalğası zamanla bütün Fransanı, sonra isə bütün Avropanı ağuşuna aldı. «İlanboğan» çağında olan gənclər tiraniyanın idarəsini, xalqın iradəsinə ram etdirdilər və bununla çili, ispan, alman gəncliyinə də mesaj verdilər.

Milyonlarla tələbə üçün ideal təcrübə olan “68” hərəkatı necə yarandı?

Tələbələri radikallaşdıran xarici faktorlardan başlayaq. Əlcəzairin müstəqillik tələbinin yerinə yetirilməməsi, fransız solunun müstəqilliyi tanıyıb-tanımamaqla bağlı qeyri-adekvat cəhdləri, habelə Vyetnamın işğalına dair vahid bir mövqenin olmaması tələbələrin qəzəbini gün-gündən artırırdı. Gənclərdən bəziləri hətta Əlcəzairə gedir, orada yerlilərlə çiyin-çiyinə Fransa ordusuna qarşı vuruşurdular. ABŞ-ın Vyetnamı işğalı, dünyada ən kəskin etirazı Fransada doğurdu və tələbələrin başlatdığı Vyetnam işğalına qarşı kampaniya, 68-in mayı üçün hazırlıq rolunu oynadı.

Lakin, 1968 May hadisələrinin səbəblərini araşdırarkən daxili səbəblərin daha qabarıq olduğunu görürük. İkinci dünya müharibəsindən sonra əhalinin çoxalması, sürətli urbanizasiya prosesləri ali məktəblərə tələbatı artırdı və bu artım yüksələn xətlə davam etdi. Universitetlər artan tələblərə cavab verə bilməyincə sistem bloklandı. Məzun olduqdan sonra işin tapılmaması da əlavə problem kimi, gənclər arasında gərginliyi artırırdı. Elita üçün açılan yeni universitetlər ilə dövlət universitetləri arasındakı bərabərsizlik də qəzəb üçün bir başqa səbəb idi. Başqa sözlə, bütün populyar hərəkatlar kimi, 68 hərəkatı da təməldə idealizm daşımırdı, idealizmlə qidalanmırdı, əsasən iqtisadi-sosial çətinliklərə görə yaranmışdı və zamanla reaksiya idealizmə gətirdi.

Hələ 1967-ci ildə, Nanter Universitetində oğlanların qızların yataqxanasına girmələrini qadağan edən qərardan sonra başlayan üsyan, oğlan və qızların birlikdə qız yataqxanasını işğalı ilə nəticələnmişdi. 1968-in 3 mayında isə polis tələbələri Sorbonnadan çıxararaq universiteti bağlamışdı. Polisin tələbələrə sərt müdaxiləsi, xalqın tələbərə əlahiddə simpatiyasına səbəb oldu. Polisin, hökumətin vəhşiliyi, cəmiyyətin tələbə hərəkatına tam dəstəyini təmin etdi. Tələbələrin sərt cavabı da çox gecikmədi. Mayın 10-na keçən gecə tələbələr latın kvartalında barrikadalar qurdular və hətta Fransa tarixi üçün (eh, qanlı inqilablar diyarı Fransa) müddətinə görə nadir – iyunun ortalarına qədər davam edən – bir qarşıdurma başladı. Mayın 13-də Parisdə bir milyona yaxın insan “şiddət konserti”nə çıxdı. Tələbə qiyamı, artıq kütləvi hərəkata çevrilmiş, cəmiyyətin müxtəlif qrupları qiyama dəstək vermişdi.

30 may 1968-ci ildə de Qoll Almaniyadan dönüdükdən sonra, parlamenti ləğv edib seçki prosesini başlatması dönüş nöqtəsi də sayıla bilər. 1968-ci ilin iyununda keçirilən parlament seçkilərində De Qoll uğur əldə etsə də, rəhbərliyin bir il ömrü qalmışdı. 68-in mayından sonra heç bir şey artıq əvvəlki kimi olmayacaq, itirilən siyasi nüfuz geri qayıtmayacaqdı. Beləliklə, 1968-ci il may hadisələri, 1969-cu ildə hakimiyyətin devrilməsinə gətirib çıxardı – de Qollun nüfuzu artıq tamam sarsılmış, iddia etdiyi «ictimai razılıqla seçilən lider» statusu lax çıxmışdı. De Qoll iqtidarının təmin etdiyi iqtisadi inkişaf aydın görünsə də, bu inkişafın bəhrəsinin ədalətsiz bölgüsü əks effekt yaratmışdı.

Tələbələri ciddiyə almayan, onların sadə istəklərini icra etmək əvəzinə onlara ağır təzyiqlər göstərən universitet rəhbərləri üçün də 68-in mayı, yaxşı nümunədir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Hindistanın ayda itən kosmik vasitəsi tapıldı

Dil, iqtisadiyyatımızın bünövrəsi kimi

Redaktorun seçimi

Gürcüstanın mədəniliyi
.

Gürcüstanın mədəniliyi

Babək Abbaszadə
11 Avqust 2019

Digər yazılar

.

Seks və dölləndirmə – bitməyən macəramız

09 İyul 2019
.

Erməni anam-bacım

19 Noyabr 2019
.

Karl Marx cavabı çoxdan verib

22 Noyabr 2019
Elm

Azərbaycanlı alimə 5.3 milyon euro

10 Dekabr 2019
.

Ermənilər və biz

14 Noyabr 2019
.

Asqırmaqla öskürməyin əşəddu-fərqi

22 Noyabr 2019
.

Söyüş

30 Noyabr 2019
.

СНАП

22 Noyabr 2019
.

Cem Yılmaz və stereotiplər

19 Noyabr 2019
Sərbəst

Albaniya

25 Noyabr 2019
.

İsanı Qolqofaya aparanlar

22 Noyabr 2019
.

Xudbin

27 Noyabr 2019
Facebook Twitter Youtube Instagram

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Layihənin baş sponsoru:

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Yaşıl meydan
  • Gender
  • Texno
  • Foto-qrafika
  • Kimlər var
  • TV

Redaksiya

İdeya, promouter: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

İncəsənət: Aygün Aslanlı

Ədəbiyyat: Günel Mövlud

Foto-qrafika: Gündüz Ağayev

Elm: Hacı Hacıyev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • Kültür
  • Elm
  • Sərbəst
  • Gender
  • Foto-qrafika
  • Söhbət
  • TV
  • Kimlər var
  • Bizi tanı

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel