Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Təkə-türkmən elində

Əli Novruzov Əli Novruzov
., Kültür
22 İyul 2019
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
1563223124
Paylaş

Hava limanından mehmanxanaya kimi özbək nümayəndə heyəti ilə eyni maşında gəlirdim. Mikroavtobus gecə Aşqabadının işıqlı və yaraşıqlı fasadlarının yanından şütüyüb keçdikcə türkmən kuratorlarımız da çiçəklənən Türkmənistan nağılları ilə yola məna qatmağa çalışırdılar. O göydələn sənin, bu göydələn mənim, duz pulsuz, qaz pulsuz, su pulsuz.

Ekskursiyanın şirin yerində cavan özbəklərdən biri qolunu havaya qaldırıb əli ilə sanki ventil açıb-bağlayırmış kimi jest göstərdi:

– Bəs suyun təzyiqi var? Yuxarı mərtəbələrə qalxır?

Ev sahiblərimiz özlərini bilməməzliyə vurdular, ya da məqamın verdiyi həzzi bir az da uzatmaq istəyirdilər. Özbək qonağı sualı yenidən, bu dəfə daha aydın təkrarlamağa məcbur etdilər. Həə, əlbəttə, su yuxarı mərtəbələrə də qalxır, su hər yerdə var, su pulsuzdur.

Həqiqətən də Orta Asiyada insanların həyat prioritetləri tamam fərqli imiş.

Nə yaxşı ki, bizi bu boz çöllərdən Xəzər dənizi ayırır.

Nə yaxşı kı,

həyat fanidi…

yoxsa, nə varsa əbədiləşərdi…

Kəfənlər də çürüməzdi…

Qəndlər də əriməzdi

bizim bu o***ş çayxanalarda.

Buğda da üyülməzdi,

əsla kiçilməzdi,

dəmir əyilməzdi,

zibil də çürüməzdi

Qoca padşahlar,

elə hey təmbəki iyləyərdi,

elə hey asqıraraq yenidən dirilərdi…

Son bir neçə gündə Türkmənistan prezidenti Berdimuhammedovun qəfil vəfatı haqda post-sovet məkanında dolaşan şayiələr deyəsən daha heç kəsdə ümid də yaratmadı. Hamı vəziyyəti çox gözəl anlayır. Türkmənistanda prezidentlər ölmür, daha təkmil versiyada yenidən geri qayıdırlar. Türkmənbaşı öldü, yaşasın Türkmənbaşı!

Müdrik Şairin dediklərinin əksinə, burada qoca padşahlar elə hey tənbəki iyləyib yenidən dirilir, hətta cavanlaşır da.

Nə qədər ki, türkmən xalqı səfehliyin bu qapalı dairəsini yarmaq iqtidarında deyil, nə fərqi var, Türkmənbaşı olsun, ya Arxadağ, ya da sabah başqa birisi?

***

Beynəlxalq mətbuat orqanlarından birinin Moskva müxbirindən elektron məktub almışdım. Aşqabadda olduğumu öyrənmişdi, mənə səfər haqqında reportaj yazmağı təklif edirdi, hətta redaktoruna da xəbər verməyə imkan tapmışdı.

Ayaqlarım əsdi, çarpayının kənarına oturmağı güclə çatdırdım. Sanki Aşqabadda kiçik zəlzələ olmuşdu, yalnız mən hiss etmişdim. Əgər bu media orqanında mənim imzam ilə yazı çıxsaydı, daha mənə nə bu dünyada, nə də o biri dünyada ölüm yox idi.

Televizorda həzin musiqi parçasının müşayiəti altında Aşqabadın gecə mənzərələrini göstərirdilər. İşıqlandırılmış mərmər fasadlar qaranlıqda bərq vururdu, fontanlar havaya su fışqırırdı. Yarım saat sonra hipnozdan güclə ayıldım. Sən demə həm musiqi, həm də kadrlar durmadan təkrarlanırmış. İnsanı zombiyə çevirmək üçün yarım saatın bəs edəcəyi heç ağlımdan keçməzdi.

Bu yarım saatda redaktordan da cavab gəlmişdi. Hədsiz sinik tərzdə qısa bir qeyd idi. Təkcə sonluğu yadımda qalıb: yeni nə deyə bilər ki, biz artıq onu bilmirik?

***

“Niyə şəhərdə insanlar gözə dəymir?”

Türkmən kuratorlarımızı bunun qədər əsəbiləşdirən ikinci sual xatırlaya bilmirəm. Doğrudan əsəbiləşirdilər.

Baxın, bizə deyirdilər, Aşqabad səhrada yerləşir. Yayın ortasında, bu istidə, özü də qızmar günəşin altında insanlar niyə çıxıb şəhərdə dolaşsın? Həm də iş günlərində və iş saatlarında. Axı biz bütöv bir şəhərin əhalisini sizdən gizlədə bilmərik!

Əslində gizlətmişdilər.

Aşqabad, yəni televiziya ekranlarında gördüyümüz mərmər fasadlı göydələnlər və saraylar, möhkəm asfalt döşənmiş geniş prospektlər, Türkmənbaşının heykəlləri ilə bəzədilmiş ucsuz-bucaqsız parklar əslində yeni şəhərdir, 1948 zəlzələsindən sonra salınmış əsl Aşqabaddan bir qədər cənubda yerləşir. Burada şosse yollarını da elə çəkiblər ki, təsadüfi turistlər və ya hökumətin əcnəbi qonaqları keçmişin qalıqlarını gözlərinin ucu ilə də görməsinlər. Məsafələr isə dekorativ Aşqabaddan əsl Aşqabada piyada getməyi mümkünsüz edəcək qədər uzundur.

Əlbəttə, Aşqabadda insanlar var, onlar qızmar günəşin altında küçələrdə dolaşmaqdan heç də çəkinmirlər, amma onların yaşadığı, işlədiyi, gəzişdiyi, sevdiyi və öldüyü Aşqabad qonaqların gördüyü Aşqabadla eyni deyil.

***

Türkmən dilini oxuyub başa düşdüyümü kəşf edəndən sonra müasir türkmən ədəbiyyatı ilə tanış olmaq üçün kuratorumdan məni kitab mağazasına aparmağı xahiş etmişdim. Aradan sivişib özüm tək də gedə bilərdim, amma bu cavan məmura yuxarıda problem yaratmaq istəmirdim.

Mağazada mənə ilk göstərdikləri kitablar çox qəribə idi. Əksəriyyəti bizim qoşma-gəraylı tərzində şeirlər toplusu olan bu kitabların üz qabığında ya neft-qaz boruları, ya da Aşqabadın müasir göydələnləri təsvir edilmişdi. Bir çoxunun titul vərəqindən sonra Prezident Berdimuhammedovun bədənnüma fotosu gəlirdi, ya da yazarlar kitabı Arxadağa ithaf etməkləri barədə böyük bir mətn yazmışdılar.

Üçüncü cəhddən sonra məni kiçik bir kitab şkafının yanına apardılar. Təəccüblənməyə bilməzdim. Pelevin, Sorokin və bütün digər dağıdıcı post-modern rus ədəbiyyatı açıq satışda idi. Ancaq bunlar da mənim istədiyim deyildi. Nəhayət mağazanın yaşlı əməkdaşı məni anladı, bir az da mənalı-mənalı baxıb, burada belə ədəbiyyatın olmadığını dedi.

Kitab mağazasından çıxanda əlimdə mərhum prezidentin Ruhnaməsi var idi.

***

Aşqabadda tutduğum qeydlərin arasında belə bir cümlə var: siz azadlıqdan zəhərlənmisiz. Dırnaq içərisinə almışam, amma bu sözləri kimin mənə dediyini yadıma sala bilmirəm.

Söhbətlərin birində Türkmənistanla bağlı sərt tənqidi şərhlərimdən sonra almışdım bu cavabı.

Görəsən bu sözləri kim demişdi? Sabitlik, təhlükəsizlik və abadlıqdan vəcdə gəlib Türkmənistanı ağız dolusu tərifləyən əfqanlar? Gerçək iqtisadi inkişaf naminə insan hüquq və azadlıqları üçün bir az artıq gözləməyi məqbul sayan erməni nümayəndə? Konfransdakı “pozucu fəaliyyətimə” görə dəhlizdə mənə giley-güzar edən deputat Qubanov? Yoxsa qazaxıstanlı jurnalistlərin zarafatı idi?

Aşqabad bir mənada doğrudan da qorxulu yer idi, insanda “azadlıqdan zəhərlənmə” təəssüratı yarada bilərdi. Axı burada su yuxarı mərtəbələrə də qalxırdı. Su pulsuz idi. Təbii qaz da, xörək duzu da. Dövlət məmurlarına – ölkənin yarısına – fantastik güzəştli şərtlərlə ipoteka verirdilər. Həmçinin fərdi avtomobilə bəs edəcək qədər talonla pulsuz benzin.

Bir də insanı yarım saat içində zombiyə çevirməyə qadir olan televiziya proqramları.

Bütün bunların əvəzində insan niyə azadlıq istəsin ki?

***

Moskvadan gəlmiş A.K. əsl Türkmənistanı görmək istəyirdi, elə mən də etiraz etməzdim. Hətta bir növü gizli plan da cızmışdıq. Bizi axaltəkə atlarının yetişdirildiyi zavoda aparanda yol boyu rastımıza türkmən kəndləri mütləq çıxmalı idi. Hərəmiz avtobusun əks tərəflərində oturub yolun hər iki tərəfini pusacaqdır.

Lakin səhranın ortasında bir kondisionerli avtobus dayanacağını kondisionerli başqa avtobus dayanacağı əvəz edirdi, atçılıq zavoduna isə çatmağa az qalmışdı. Tam ümidimizi itirdiyimiz məqamda birdən əsl türkmən kəndi üfiqdə göründü.

Həmin anda bütün müqəddəslərə and içərdim ki, Ucar, Kürdəmir, ya da Yevlaxda magistral yol boyu səpələnmiş saysız-hesabsız Azərbaycan kəndlərindən birini görürəm.

Suvaqsız ağ mişar daşından eyni hasarlar və metal tordan çəkilmiş eyni çəpərlər; üstü şiferli düzbucaqlı evlər – hətta küçəyə baxan divarları da pəncərəsiz; qoca meyvə ağaclarının həyətlərdən boylanan yaşıl çətirləri; çınqıl tökülmüş kənd yolları.

A.K. kamerasını tez çıxarıb kəndin şəklini çəkməyə başladı. Mən isə nə edəcəyimi bilmirdim.

Deməli, daha dərində, ən təbii şəklində türkmənlər də elə bizim kimi idi. Ya da biz – türkmənlər kimi.

Gerisi isə sadəcə bəxt məsələsi. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör