Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sülh necə olacaq?

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
12 Noyabr 2020

Suallar çoxdur və yəqin ki, zamanla detalların hansı mənaya gəldiyi aydınlaşacaq. Səslənən vacib suallardan biri ermənilərlə birgəyaşayışın necə olacağıdır. Mənəvi-psixoloji cəhətdən alınacaqmı? Tərəflər buna hazırdırmı? Reallıq bir tərəfə, heç olmasa təsəvvürdə, nəzəri baxımdan birgəyaşayışın görüntüsü, duyğusu varmı? Bütün hallarda inanmaq istəyirəm ki, dövlətin hər iki xalqın birgəyaşayışı ilə bağlı praqmatik, milli maraqlarımıza ziyan vurmayacaq konsepsiyası vardır və ya olacaq.

Bəs, biz vətəndaşların təklif olunmuş vəziyyətdə davranışı necə olmalı, nəyə əsaslanmalıdır? Söhbət birgəyaşayış zamanı təklif olunacaq prinsiplərdən getmir. Bu, görünən tərəfdir. Məsələ görünməyənlərdə, daxilimizdəki gerçəklikdədir.

…Hələ müharibə getdiyi vaxtlarda əsir düşmüş gənc erməni əskərlərlə telekanallarımzdan birində müsahibə yayımlanmışdı. Jurnalist əsirlərdən birinə “niyə siz azərbaycanlıların qəddar olduğunu düşünürsüz” sualını ünvanlayır. Əsir sual qarışısında karıxan kimi olur, bir az susur. Tərəddüdlə “Bilmirəm… Bizə belə öyrədiblər” deyir.

Keçən dəfə haqqında yazdığım, “Xətt” erməni filmində isə bir epziod vardı. Məqalənin ümumi kompozisiyasına uyğun gəlmədiyindən həmin hissə haqda yazmamışdım. Xarici ölkələrdən birində yaşayan ali təhsilli erməni qız turist kimi Qarabağa gəlir və müharibə başalayan dövrdə burada tibb bacısı kimi qalaraq yardım göstərməyə qərar verir. Əhvalatın əsas qəhrəmanı qızdan niyə yaxşı yaşayışını, pepspektivli karyerasını ataraq buranı seçdiyini soruşanda o, “təsəvvür edin ki, uşaqlıqda sizin beyninizə daim yeridirlər ki, sən ermənisən” cavabını verir. Elə bu yerdə dialoq qırılır, çünki araya başqa zəruri vəziyyət girir. Rejissor sözügedən dialoqu sonradan davam etdirməyi lazım bilmir. Gümanım budur ki, müəllifin mövzunu davam etdirməməyinin səbəbi – onsuz da istisnasız olaraq bütün erməni ailələrində, həmçinin filmlərində dolayı və ya birbaşa qatı millətçi erməni kimliyinin təbliğidir. Ümumi tezislər isə bunlardır: “Biz böyük və əzabçəkmiş xalqıq. Yaşadıqlarımız xristian müqəddəslərinin əzabları ilə müqayisə oluna bilər. Nə olursa-olsun həyata tutunmalı və acı hqiqətlərimizi dünayaya yaymalıyıq”.

Hər iki epziod, həmçinin sosial şəbəkələrdə sıradan erməni istifadəçilərin və tanınmış simaların bugünədək yazdığı şərhlər absolyut pessimist qənaət yaradır: Böyük Ermənistan quracağı təqdirdə belə, ermənilərin natamamlıq, əziklik və nifrət kompleksindən xilas olması real görünmür. Daha pisi odur ki, onlar üçün belə bir düşüncə problem sayılmır. Bu, nəsildən-nəsilə ötürülən milli koddur, milli paradiqmadır, varolma forması və şərtidir. Gərək ki, keçən yazılarımdan birində qeyd etmişdim, hətta Qarabaq müharibəsini qazanmalarına baxmayaraq, erməni xalqı heç cürə sakitləşə, rahatlaşa bilməmişdi, əksinə, azərbaycanlıları aşağılamaq özünütəsdiqin vacib hissələrindən biri kimi vaxtaşırı ortaya çıxırdı.

İndi müharibədən sonra tez-tez sosial şəbəkələrdə sadəlövh fikirlər oxuyuram ki, ermənilər aqressividilər, sonradan emosiyaları soyuyacaq və biz nifrətə köklənərək yaşamamalıyıq.

Burda bir balaca redaktə təklif etmək istəyirəm. Ermənilərdən fərqli olaraq, azərbaycanlılar nifrətlə yox, qəzəblə yaşayıblar. Çünki mədəniyyət və mentallıq etibarilə azərbaycanlılar nifrətə söykənən, mahiyyətcə irqçi, ifart millətçi xalq deyil. Bununla belə fiziki və mənəvi təhqir olunmuş, müharibəyə zorən cəlb edilmiş xalqın nəinki qəzəbə, hətta nifrətə haqqı var.

Əminəm ki, zamanla azərbaycan xalqı qəzəbindən, nifrətindən təmizlənəcək. Erməni xalqının nifrəti səngiməsə necə olacaq bəs? Birtərəfli sevgiylə, anlaşmayla sülh, birgəyaşayış mümkündürmü? Bunu necə təsəvvür edirsiniz?

Ötən gün isə Yerevanda Paşinyanın istefasını tələb edən mitinqdə orta yaşlı erməni qadını dünyanı terrorla təhdid edirdi: “Siz bizi dəstəkləmədiyiniz üçün milyonlarla qurban verəcəksiniz. Heç yerdə rahat olmayacaqsınız. Nə Moskvada, nə Ankarada, nə Vaşinqtonda, heç yerdə. Biz bir qarış torpağı belə verməyəcəyik”. Erməni vətəndaşları gələcəyə “biz yenidən güclənməli və mübarizəyə başlamalıyıq” kimi fikirlərlə baxırlar. Bu, artıq siqnaldır.

Başa düşürəm ki, indi təklif olunan şərtlərdə vətəndaşalarımız ermənilərlə eyni ərazidə yaşamalıdır. Milsal üçün, mən ermənilərin qəddar davranışlarının şəxsi təcrübəmdə şahidi olmamışam, yaşamamşam. Ola bilsin ki, bu mənada mənim üçün, həmçinin birgəyaşayışa səsləyən, antimilitarist, sülhpərvər adamlar üçün, Nurlan İbrahimli kimi başqaları da silahsız erməni əhalisinə yönəlik emosional, aqressiv statuslar yazacağı təqdirdə polisə donos verəcəyini bəyan edən qlamur jurnalist Natella Osmanlı üçün (yeri gəlmişkən, Osmanlının sözügedən statusu tamamən aqressiv tondaydı) hər şeyi geridə buraxaraq qarşı tərəflə sevgiylə, gülümsəyərək, qucaq-qucağa yaşamaq nisbətən asan başa gəlsin.

Lakin ağrılı təcrübəni yaşayanlar, dərin travmalar alanlar necə, özlərini bu perspektivə hazır hiss edirlərmi? Ümumiyyətlə, Qarabaq konfliktindən əziyyət çəkmiş adamlarla birgəyaşayış istiqamətində iş aparılacaqmı? Bir neçə gün öncə əslən qarabağlı tanışım kədərli bir əhvalat danışdı ki, ötən əsrin əvvəlində erməni qəddarlığının şahidi olmuş nənəsinin ürəyi, 1988-ci il hadisələri başlayanda qorxudan partlamışdı…

Suallar çoxdur dediyim kimi. Misal üçün, çox maraqlıdır: Qarabağda yaşayan ermənilər çox güman öz dillərində təhsil alacaqlar. Onların tarix kitablarında, ədəbiyyatlarında Qarabağ həqiqətləri, ümumiyyətlə, ortaq tariximiz necə əks olunacaq?

Birgə yaşayışda – üzümüzdə növbətçi təbəssüm, davraşınımızda təmkinli, həddini aşmayan tolerantlıq olmalı, ürəyimizdə isə sönməyən qəzəb, yaddaşımızda Qarabağ münaqişəsinin törətdiyi faciələr diri durmalıdır. Dərsliklərdə, filmlərdə, abidə mədəniyyətimizdə yeni tariximiz dolğun əksini tapmalıdır. Ağdamda münaqişənin ilk qirbanları Əli və Bəxtiyara xatirə abidəsi qoyulmalıdır. Faciənin yenidən yaşanmaması üşün mümkün və mümkün olmayan hər şey edilməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022

Redaktorun seçimi

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

Gürcüstanı yenidən yaradan şəxs

Putin: “Onlar xain və cəllad idilər”

Edam cəzası olsun, olmasın?

Kayfda olan adamın fikirləri

Bütlərin alacaqaranlığı…

Gələcəyin güclü yazıçısı haqqında

Dağlıq Qarabağın sərhədləri necə cızılırdı?

Azərbaycanlıların müəmmalı həmrəyliyi

«Bismillah»-dan 85 il sonra yaranan sual: ateizm cinayətdirmi?

Hökumətin koronavirus sınağı

Univerium – tələbələrin yeni ünvanı

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

Penis və qəhrəman

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibə

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

Mənfidən sıfıra

Eksperimental qərarvermə prosesi

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Maraqlı və maraqsız klounlar haqqında bədii-fəlsəfi esse

“Süddən çıxmış ağ qaşıqlar”

Führer hipnozu – Nasional-sosializmin anatomiyası

Bəstəkar Tahir İbişov: “Heç bir güc mənə çəpər ola bilməz.”

Süni Zəka ürək çatışmazlığı diaqnozu qoya bilir

Vətəndaş Emin Milli

Əsl kommunizm necə olur?

Qəribə çılpaqlıq və antiseks

Gitaraya hökm edən adam

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Sülh necə olacaq?

Sevda Sultanova Sevda Sultanova
., Vətən müharibəsi
12 Noyabr 2020

Suallar çoxdur və yəqin ki, zamanla detalların hansı mənaya gəldiyi aydınlaşacaq. Səslənən vacib suallardan biri ermənilərlə birgəyaşayışın necə olacağıdır. Mənəvi-psixoloji cəhətdən alınacaqmı? Tərəflər buna hazırdırmı? Reallıq bir tərəfə, heç olmasa təsəvvürdə, nəzəri baxımdan birgəyaşayışın görüntüsü, duyğusu varmı? Bütün hallarda inanmaq istəyirəm ki, dövlətin hər iki xalqın birgəyaşayışı ilə bağlı praqmatik, milli maraqlarımıza ziyan vurmayacaq konsepsiyası vardır və ya olacaq.

Bəs, biz vətəndaşların təklif olunmuş vəziyyətdə davranışı necə olmalı, nəyə əsaslanmalıdır? Söhbət birgəyaşayış zamanı təklif olunacaq prinsiplərdən getmir. Bu, görünən tərəfdir. Məsələ görünməyənlərdə, daxilimizdəki gerçəklikdədir.

…Hələ müharibə getdiyi vaxtlarda əsir düşmüş gənc erməni əskərlərlə telekanallarımzdan birində müsahibə yayımlanmışdı. Jurnalist əsirlərdən birinə “niyə siz azərbaycanlıların qəddar olduğunu düşünürsüz” sualını ünvanlayır. Əsir sual qarışısında karıxan kimi olur, bir az susur. Tərəddüdlə “Bilmirəm… Bizə belə öyrədiblər” deyir.

Keçən dəfə haqqında yazdığım, “Xətt” erməni filmində isə bir epziod vardı. Məqalənin ümumi kompozisiyasına uyğun gəlmədiyindən həmin hissə haqda yazmamışdım. Xarici ölkələrdən birində yaşayan ali təhsilli erməni qız turist kimi Qarabağa gəlir və müharibə başalayan dövrdə burada tibb bacısı kimi qalaraq yardım göstərməyə qərar verir. Əhvalatın əsas qəhrəmanı qızdan niyə yaxşı yaşayışını, pepspektivli karyerasını ataraq buranı seçdiyini soruşanda o, “təsəvvür edin ki, uşaqlıqda sizin beyninizə daim yeridirlər ki, sən ermənisən” cavabını verir. Elə bu yerdə dialoq qırılır, çünki araya başqa zəruri vəziyyət girir. Rejissor sözügedən dialoqu sonradan davam etdirməyi lazım bilmir. Gümanım budur ki, müəllifin mövzunu davam etdirməməyinin səbəbi – onsuz da istisnasız olaraq bütün erməni ailələrində, həmçinin filmlərində dolayı və ya birbaşa qatı millətçi erməni kimliyinin təbliğidir. Ümumi tezislər isə bunlardır: “Biz böyük və əzabçəkmiş xalqıq. Yaşadıqlarımız xristian müqəddəslərinin əzabları ilə müqayisə oluna bilər. Nə olursa-olsun həyata tutunmalı və acı hqiqətlərimizi dünayaya yaymalıyıq”.

Hər iki epziod, həmçinin sosial şəbəkələrdə sıradan erməni istifadəçilərin və tanınmış simaların bugünədək yazdığı şərhlər absolyut pessimist qənaət yaradır: Böyük Ermənistan quracağı təqdirdə belə, ermənilərin natamamlıq, əziklik və nifrət kompleksindən xilas olması real görünmür. Daha pisi odur ki, onlar üçün belə bir düşüncə problem sayılmır. Bu, nəsildən-nəsilə ötürülən milli koddur, milli paradiqmadır, varolma forması və şərtidir. Gərək ki, keçən yazılarımdan birində qeyd etmişdim, hətta Qarabaq müharibəsini qazanmalarına baxmayaraq, erməni xalqı heç cürə sakitləşə, rahatlaşa bilməmişdi, əksinə, azərbaycanlıları aşağılamaq özünütəsdiqin vacib hissələrindən biri kimi vaxtaşırı ortaya çıxırdı.

İndi müharibədən sonra tez-tez sosial şəbəkələrdə sadəlövh fikirlər oxuyuram ki, ermənilər aqressividilər, sonradan emosiyaları soyuyacaq və biz nifrətə köklənərək yaşamamalıyıq.

Burda bir balaca redaktə təklif etmək istəyirəm. Ermənilərdən fərqli olaraq, azərbaycanlılar nifrətlə yox, qəzəblə yaşayıblar. Çünki mədəniyyət və mentallıq etibarilə azərbaycanlılar nifrətə söykənən, mahiyyətcə irqçi, ifart millətçi xalq deyil. Bununla belə fiziki və mənəvi təhqir olunmuş, müharibəyə zorən cəlb edilmiş xalqın nəinki qəzəbə, hətta nifrətə haqqı var.

Əminəm ki, zamanla azərbaycan xalqı qəzəbindən, nifrətindən təmizlənəcək. Erməni xalqının nifrəti səngiməsə necə olacaq bəs? Birtərəfli sevgiylə, anlaşmayla sülh, birgəyaşayış mümkündürmü? Bunu necə təsəvvür edirsiniz?

Ötən gün isə Yerevanda Paşinyanın istefasını tələb edən mitinqdə orta yaşlı erməni qadını dünyanı terrorla təhdid edirdi: “Siz bizi dəstəkləmədiyiniz üçün milyonlarla qurban verəcəksiniz. Heç yerdə rahat olmayacaqsınız. Nə Moskvada, nə Ankarada, nə Vaşinqtonda, heç yerdə. Biz bir qarış torpağı belə verməyəcəyik”. Erməni vətəndaşları gələcəyə “biz yenidən güclənməli və mübarizəyə başlamalıyıq” kimi fikirlərlə baxırlar. Bu, artıq siqnaldır.

Başa düşürəm ki, indi təklif olunan şərtlərdə vətəndaşalarımız ermənilərlə eyni ərazidə yaşamalıdır. Milsal üçün, mən ermənilərin qəddar davranışlarının şəxsi təcrübəmdə şahidi olmamışam, yaşamamşam. Ola bilsin ki, bu mənada mənim üçün, həmçinin birgəyaşayışa səsləyən, antimilitarist, sülhpərvər adamlar üçün, Nurlan İbrahimli kimi başqaları da silahsız erməni əhalisinə yönəlik emosional, aqressiv statuslar yazacağı təqdirdə polisə donos verəcəyini bəyan edən qlamur jurnalist Natella Osmanlı üçün (yeri gəlmişkən, Osmanlının sözügedən statusu tamamən aqressiv tondaydı) hər şeyi geridə buraxaraq qarşı tərəflə sevgiylə, gülümsəyərək, qucaq-qucağa yaşamaq nisbətən asan başa gəlsin.

Lakin ağrılı təcrübəni yaşayanlar, dərin travmalar alanlar necə, özlərini bu perspektivə hazır hiss edirlərmi? Ümumiyyətlə, Qarabaq konfliktindən əziyyət çəkmiş adamlarla birgəyaşayış istiqamətində iş aparılacaqmı? Bir neçə gün öncə əslən qarabağlı tanışım kədərli bir əhvalat danışdı ki, ötən əsrin əvvəlində erməni qəddarlığının şahidi olmuş nənəsinin ürəyi, 1988-ci il hadisələri başlayanda qorxudan partlamışdı…

Suallar çoxdur dediyim kimi. Misal üçün, çox maraqlıdır: Qarabağda yaşayan ermənilər çox güman öz dillərində təhsil alacaqlar. Onların tarix kitablarında, ədəbiyyatlarında Qarabağ həqiqətləri, ümumiyyətlə, ortaq tariximiz necə əks olunacaq?

Birgə yaşayışda – üzümüzdə növbətçi təbəssüm, davraşınımızda təmkinli, həddini aşmayan tolerantlıq olmalı, ürəyimizdə isə sönməyən qəzəb, yaddaşımızda Qarabağ münaqişəsinin törətdiyi faciələr diri durmalıdır. Dərsliklərdə, filmlərdə, abidə mədəniyyətimizdə yeni tariximiz dolğun əksini tapmalıdır. Ağdamda münaqişənin ilk qirbanları Əli və Bəxtiyara xatirə abidəsi qoyulmalıdır. Faciənin yenidən yaşanmaması üşün mümkün və mümkün olmayan hər şey edilməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel