Azlogos
  • Kimlər var
  • Bizi tanı

Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq? Gələcəyin müharibələri nəyə bənzəyəcək?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sülhə və sevgiyə susamışlar

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
18 İyul 2020

Abel Ferraranın “Pis leytenant” filmində rahibə bir neçə nəfərin cinsi təcavüzünə məruz qalaraq ağır şok yaşayır. Bununla belə o, polisə təcavüzkarlardan şikayət etmir, əksinə onlar üçün dua oxuyur. Qadın xristianlıq dəyərlərindən baxaraq düşünür ki, cinayəti tördənlər iztirab çəkənlərdir, onların zorakılıq etməyə ehtiyacı vardı və o, qurban rolunu oynayaraq bu ehtiyacı ödəyib.

Cəbhə bölgəsində baş verənlərlə bağlı yerli pasifistlərin mövqeyi cinayətkarların cəzasızlığını təmin edən rahibənin pozisiyası ilə eynidir. Düzdür, rejissorun provokativ radikallğının kontekstinin bəraəti var: o, rahibənin davranışını – finala doğru vicdanı oyanan polisin korrupsiyasına, sinizminə qarşı qoymaqla onu (yəni polisi) cəzalanıdırır, “soyuq duş”a salır. Bizim pasifistlərin zorakılığa sülh çağırışlarının isə əsaslandırılmış bəraəti yoxdur.

Onda illərdir sağlamlığını və həyatını təhlükəyə atıb (həbsdə həyatını itirən siyasi məhbus Faina Kurqanovanı xatırlayaq) siyasi baxışlarına görə təqib olunan, insan haqları, demokratiya uğrunda ardıcıl mübarizə aparan adamları susmağa səsləyin. Yaxud dinc dövrdə iki yaşlı uşağın (2017-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Zəhra Quliyevanı nəzərdə tuturam) qətlinə sülh nəğmələri ilə cavab verin.

İstənilən müharibə əlbəttə ki, faciədir. Amma Amerikanın Vyetnama soxulmasını pisləyən amerikalı pasifistlə müharibəyə zorən cəlb olunmuş, ərazi, qadın, uşaq, mülkiyyət, təhsil və s. hüquqları pozulan pasifist azərbaycanlının statusu eyni deyil.

Etirazın yalnız o hissəsini dəstəkləyirəm ki, məktəb partası arxasından qalxan, hərbi təcrübəsi olmayan gənc ön cəbhəyə göndərilməməlidir. Stabil müharibə vəziyyəti peşəkar hərbçilərin, həmçinin, ön cəbhədə olmaq istəyən könüllülərin işi olmalıdır və nəticəsiz, hansısa maraqları ifadə edən epizodik döyüşlər əsgərlərimizin həyatını almamalıdır.

1990-ci illər müharibəsində döyüşmək istəməyən, cəbhədən qaçan əsgərlərimiz vardı. Onların heç birini qınamıram və döyüşmək istəməyənlərin cəbhəyə aparılmasının tərəfdarı deyiləm. Yeri gəlmişkən, Çingiz Rəsulzadənin “Kuklalar” filminin final səhnələrində yeniyetmələrdən biri cəbhədə yoldaşları hücuma keçən zaman səngərdə qorxu və dəhşət içərisində başını əlləri arasına alaraq ağlayır. Bu səhnəyə görə, kino məmurları rejissora irad tutmuşdu ki, Azərbaycan əsgəri ağlaya bilməz.

Əsgər monstr yox, insandır. O, ağlaya da, qorxa da, tərəddüd də edə bilər. Xüsusən, birdən-birə müharibənin ağuşuna atılmış yeniyetmə. Yəni hamıdan eyni cəsarətin gözlənilməsi və tələb olunması absurddur.

Orduya dəstək aksiyası keçirən, müharibə çağırışı edən insanların hisslərini yalnız “qana susamaq” kimi dəyərləndirmək də gerçəkliyə səthi yanaşmadır. Qarabağ mənim üçün toxunulmaz məsələdir. Yeniyetməliyimin müharibə dövrünə təsadüfü, ailəmizin müharibədən itkiylə çıxması, xüsusən, 1992-93 döyüşçülərinin həyat hekayələrini araşdırmağım mövqeyimdə böyük rol oynayıb.

Qarabağ müharibəsindən keyfiyyətli sənədli filmlər çəkən Nizami Abbas peşəkar opterator, rejissordur, VQİK-in məzunudur. O, 1988-ci il Meydan hərəkatının, Qarabağ müharibəsinin xronikasını yaradıcılarındandır, arxivində unikal müharibə kadrları, süjetləri var. N.Abbas ənənəvi təbliğat, plakat filmləri çəkmir, təhkiyəsini formal qurmur, əldə olan material emosional təcrübəsinin, təsvirin və mətnin uğurlu montaj həlli sayəsində kinodramaturgiyaya çevrilir: “Batalyon”, “İlk komandir”, “Pəhləvan komandir” və s.

Bu filmlərdən öyrənirik ki, artıq həyatda olmayan qəhrəmanlar da, yaşayan veteran döyüşçülər də (bəzi yazılarımla bağlı müharibə veteranlarıyla ünsiyyətdə olurdum) müharibədə iştiraka emosiyaları ilə yanaşı rasional düşüncəylə qərar veriblər, ölümlərinə psixoloji hazır olublar.

Yusif Mirzəyev 1990-cı illərin əvvəllərində Bakıda sahibkarlıqla məşğul idi, obyektlərini ataraq, təklif olunan müxtəlif vəzifələrdən imtina edərək müharibəyə gedib və Ağdərədə düşdüyü mühasirədə həlak olub. O, hər an əsir düşəcəyini nəzərə alaraq ehtiyada özünü öldürməsi üçün son güllə saxlayırdı.

Tümendə baş mühəndis vəzifəsini atan, Ağdərədə itkin düşmüş kəşfiyyatçı Cəlal Rüstəmovun youtube-də fövqəladə səmimiyyətlə danışdığı təsirli kadrlar var: “Birinci dəfə döyüşə gedəndə iki yaşlı balaca oğlum Elçin mənə elə baxırdı ki… Ona dedim ki, Elçin, mən gedirəm sənin azadlığın üçün. Əgər qayıtmasam, bil ki, sənin azadlığında bizim şəhidlərin payı var. Həmin o payımızla yaşa”. Oğlu Elçin atasının döyüşdüyü Tərtərdə xidmət edib və könüllü oranı seçib: “Elə anlar olur ki, atamı müharibəyə getdiyi üçün qınamışam. Amma aprel hadisələri olanda hərbi komissarlığa könüllü getdim yazıldım. Elə hisslər var ki, idarəolunmazdır. Onun qarşısında acizsən”.

Sovet dönəmində yüksək vəzifələrdə işləmiş Elman Hüseynov rahatlıqla karyeranı seçə bilərdi. O isə döyüşməyi seçir, Tərtərdə ilk batalyon komandirlərindən biri olur və Vəng yüksəkliyi uğrunda həyatını itirir.

Onlarla belə nümunə sadalayaram.

Həyatları bahasına ərazini, mülki insanları zorakılıqlardan qorumaq bu adamların könüllü seçimiydi. İndi liberalizm, solçuluq, internasionalizm, kosmopolitizm və s. izmlərdən, “qana susamaq” kimi dəyərləndirmələrdən rahat danışmağı onlara borclusunuz. Mənim üçün itirilmiş torpaqlar daha çox həyatını özgə həyatlarına qurban verən bu insanlarla dəyərlidir. Son günlərdə insanların coşqusunu stimullaşdıran da ən çox general Polad Həşimovun itkisi idi. Və necə bir generalın? Yüksək dəyərləri olan, rüşvət almayan, təmənnasız, əsgərinin qayğısına qalan birinin. Keyfiyyətli insanların ölümü adətən duyğulara dərin toxunur. Bu itkiylə, ədalətsizliklə barışa bilməməyin, qisasın, məğlubiyyəti yenməməyin təhsillə, intellektlə əlaqəsi yoxdur, adi insan hissləridir. Sıravi insan nifrəti sevgiylə qucaqlayan İsa Məsih deyil.

Heç pasifistlərin də çoxu sevgi saçmır, sosial şəbəkələrdəki statusları nifrət, aqressiya püskürür. Və natamam İsa Məsihlərin sülh çağırışlarının hansısa qatında İuda qeyri-səmimiyyəti sezilir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Redaktorun seçimi

Kinoya sevgilərlə

Bizim “Kələntər”imiz kimdir?

“Dirilər və ölülər” haqqında

Karl Marx cavabı çoxdan verib

Propaqandanızı yesinlər

Əbədi məhbus?

Azərbaycanlıların mühacirət mediası

“Düşərgə”nin qəfəsləri və qadın pusan kişiləri

Kərim Əzimi: “İran dövləti kinonu dəstəkləyir”

Mətbuat gününün pSevdointellektual söhbəti

Xankəndinə niyə girmədik?

Bizim ağsaqqallar

Erməni əsilli millət vəkili Garo Paylan: «Xocalı üçün əlimdən gələni edəcəyəm!»

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Bəşəriyyəti marsa aparacaq gəmi

Şirkət və agentlik münasibətləri bu gün

Ayətullah Xomeyni: “Solçular heç vaxt bizimlə əməkdaşlıq etməyib”

Elmə niyə inanmalı?

SSRİ-nin 44 günlük virus əməliyyatı

Kiçik ölkənin oğurlanması

Gürcüstan və Ukraynadan Avropada sığınacaq istəyənlərin sayı artıb

İrəvan quberniyası. 1897

Kosmosdan qəribə siqnallar almışıq

Korrupsiyavirus

Yelizavetpol quberniyası. 1897

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

Prof. Aşina ilə ayaqüstü söhbət

Koronavirus və Marsel Prust

Benqali toyu

Sülhə və sevgiyə susamışlar

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
18 İyul 2020

Abel Ferraranın “Pis leytenant” filmində rahibə bir neçə nəfərin cinsi təcavüzünə məruz qalaraq ağır şok yaşayır. Bununla belə o, polisə təcavüzkarlardan şikayət etmir, əksinə onlar üçün dua oxuyur. Qadın xristianlıq dəyərlərindən baxaraq düşünür ki, cinayəti tördənlər iztirab çəkənlərdir, onların zorakılıq etməyə ehtiyacı vardı və o, qurban rolunu oynayaraq bu ehtiyacı ödəyib.

Cəbhə bölgəsində baş verənlərlə bağlı yerli pasifistlərin mövqeyi cinayətkarların cəzasızlığını təmin edən rahibənin pozisiyası ilə eynidir. Düzdür, rejissorun provokativ radikallğının kontekstinin bəraəti var: o, rahibənin davranışını – finala doğru vicdanı oyanan polisin korrupsiyasına, sinizminə qarşı qoymaqla onu (yəni polisi) cəzalanıdırır, “soyuq duş”a salır. Bizim pasifistlərin zorakılığa sülh çağırışlarının isə əsaslandırılmış bəraəti yoxdur.

Onda illərdir sağlamlığını və həyatını təhlükəyə atıb (həbsdə həyatını itirən siyasi məhbus Faina Kurqanovanı xatırlayaq) siyasi baxışlarına görə təqib olunan, insan haqları, demokratiya uğrunda ardıcıl mübarizə aparan adamları susmağa səsləyin. Yaxud dinc dövrdə iki yaşlı uşağın (2017-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Zəhra Quliyevanı nəzərdə tuturam) qətlinə sülh nəğmələri ilə cavab verin.

İstənilən müharibə əlbəttə ki, faciədir. Amma Amerikanın Vyetnama soxulmasını pisləyən amerikalı pasifistlə müharibəyə zorən cəlb olunmuş, ərazi, qadın, uşaq, mülkiyyət, təhsil və s. hüquqları pozulan pasifist azərbaycanlının statusu eyni deyil.

Etirazın yalnız o hissəsini dəstəkləyirəm ki, məktəb partası arxasından qalxan, hərbi təcrübəsi olmayan gənc ön cəbhəyə göndərilməməlidir. Stabil müharibə vəziyyəti peşəkar hərbçilərin, həmçinin, ön cəbhədə olmaq istəyən könüllülərin işi olmalıdır və nəticəsiz, hansısa maraqları ifadə edən epizodik döyüşlər əsgərlərimizin həyatını almamalıdır.

1990-ci illər müharibəsində döyüşmək istəməyən, cəbhədən qaçan əsgərlərimiz vardı. Onların heç birini qınamıram və döyüşmək istəməyənlərin cəbhəyə aparılmasının tərəfdarı deyiləm. Yeri gəlmişkən, Çingiz Rəsulzadənin “Kuklalar” filminin final səhnələrində yeniyetmələrdən biri cəbhədə yoldaşları hücuma keçən zaman səngərdə qorxu və dəhşət içərisində başını əlləri arasına alaraq ağlayır. Bu səhnəyə görə, kino məmurları rejissora irad tutmuşdu ki, Azərbaycan əsgəri ağlaya bilməz.

Əsgər monstr yox, insandır. O, ağlaya da, qorxa da, tərəddüd də edə bilər. Xüsusən, birdən-birə müharibənin ağuşuna atılmış yeniyetmə. Yəni hamıdan eyni cəsarətin gözlənilməsi və tələb olunması absurddur.

Orduya dəstək aksiyası keçirən, müharibə çağırışı edən insanların hisslərini yalnız “qana susamaq” kimi dəyərləndirmək də gerçəkliyə səthi yanaşmadır. Qarabağ mənim üçün toxunulmaz məsələdir. Yeniyetməliyimin müharibə dövrünə təsadüfü, ailəmizin müharibədən itkiylə çıxması, xüsusən, 1992-93 döyüşçülərinin həyat hekayələrini araşdırmağım mövqeyimdə böyük rol oynayıb.

Qarabağ müharibəsindən keyfiyyətli sənədli filmlər çəkən Nizami Abbas peşəkar opterator, rejissordur, VQİK-in məzunudur. O, 1988-ci il Meydan hərəkatının, Qarabağ müharibəsinin xronikasını yaradıcılarındandır, arxivində unikal müharibə kadrları, süjetləri var. N.Abbas ənənəvi təbliğat, plakat filmləri çəkmir, təhkiyəsini formal qurmur, əldə olan material emosional təcrübəsinin, təsvirin və mətnin uğurlu montaj həlli sayəsində kinodramaturgiyaya çevrilir: “Batalyon”, “İlk komandir”, “Pəhləvan komandir” və s.

Bu filmlərdən öyrənirik ki, artıq həyatda olmayan qəhrəmanlar da, yaşayan veteran döyüşçülər də (bəzi yazılarımla bağlı müharibə veteranlarıyla ünsiyyətdə olurdum) müharibədə iştiraka emosiyaları ilə yanaşı rasional düşüncəylə qərar veriblər, ölümlərinə psixoloji hazır olublar.

Yusif Mirzəyev 1990-cı illərin əvvəllərində Bakıda sahibkarlıqla məşğul idi, obyektlərini ataraq, təklif olunan müxtəlif vəzifələrdən imtina edərək müharibəyə gedib və Ağdərədə düşdüyü mühasirədə həlak olub. O, hər an əsir düşəcəyini nəzərə alaraq ehtiyada özünü öldürməsi üçün son güllə saxlayırdı.

Tümendə baş mühəndis vəzifəsini atan, Ağdərədə itkin düşmüş kəşfiyyatçı Cəlal Rüstəmovun youtube-də fövqəladə səmimiyyətlə danışdığı təsirli kadrlar var: “Birinci dəfə döyüşə gedəndə iki yaşlı balaca oğlum Elçin mənə elə baxırdı ki… Ona dedim ki, Elçin, mən gedirəm sənin azadlığın üçün. Əgər qayıtmasam, bil ki, sənin azadlığında bizim şəhidlərin payı var. Həmin o payımızla yaşa”. Oğlu Elçin atasının döyüşdüyü Tərtərdə xidmət edib və könüllü oranı seçib: “Elə anlar olur ki, atamı müharibəyə getdiyi üçün qınamışam. Amma aprel hadisələri olanda hərbi komissarlığa könüllü getdim yazıldım. Elə hisslər var ki, idarəolunmazdır. Onun qarşısında acizsən”.

Sovet dönəmində yüksək vəzifələrdə işləmiş Elman Hüseynov rahatlıqla karyeranı seçə bilərdi. O isə döyüşməyi seçir, Tərtərdə ilk batalyon komandirlərindən biri olur və Vəng yüksəkliyi uğrunda həyatını itirir.

Onlarla belə nümunə sadalayaram.

Həyatları bahasına ərazini, mülki insanları zorakılıqlardan qorumaq bu adamların könüllü seçimiydi. İndi liberalizm, solçuluq, internasionalizm, kosmopolitizm və s. izmlərdən, “qana susamaq” kimi dəyərləndirmələrdən rahat danışmağı onlara borclusunuz. Mənim üçün itirilmiş torpaqlar daha çox həyatını özgə həyatlarına qurban verən bu insanlarla dəyərlidir. Son günlərdə insanların coşqusunu stimullaşdıran da ən çox general Polad Həşimovun itkisi idi. Və necə bir generalın? Yüksək dəyərləri olan, rüşvət almayan, təmənnasız, əsgərinin qayğısına qalan birinin. Keyfiyyətli insanların ölümü adətən duyğulara dərin toxunur. Bu itkiylə, ədalətsizliklə barışa bilməməyin, qisasın, məğlubiyyəti yenməməyin təhsillə, intellektlə əlaqəsi yoxdur, adi insan hissləridir. Sıravi insan nifrəti sevgiylə qucaqlayan İsa Məsih deyil.

Heç pasifistlərin də çoxu sevgi saçmır, sosial şəbəkələrdəki statusları nifrət, aqressiya püskürür. Və natamam İsa Məsihlərin sülh çağırışlarının hansısa qatında İuda qeyri-səmimiyyəti sezilir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel