Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
27 Yanvar 2020

“Molla Nəsrəddin”çilərin izi ilə…

“Molla Nəsrəddin” dərgisinin 1912-13-cü illərdəki saylarında işıq üzü görən bir sıra karikaturaların altında “X.M” və ya “Musayev Çoxski” imzalarını görmək olardı.

O zamanadək bu jurnalda dövrünün görkəmli satira ustalarının sözlə ifadə etdikləri adi, ancaq acı həqiqətləri Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi istedadlı rəssamlar öz fırçaları ilə oxucularının gözləri önünə sərirdilər.

Dərginin 6 yaşından etibarən isə həmin karikaturistlərin sırasına Xəlil Musayevin də adı daxil oldu, hansı ki, yuxarıdakılarla müqayisədə kimliyi çoxumuza bəlkə də heç nə demir…

Halbuki “X.M”, “Musayev Çoxski”, ya da “Xəlil Mussayev” imzası ilə çəkdiyi karikaturalar təkcə məzmun etibarilə deyil, həm də rəssamlıq texnikası baxımından adları sadalananlardan qətiyyən geri qalmırdı.

Bu karikaturalardan biri “Molla Nəsrəddin”ə edilən hücumlara həsr olunmuşdu. Orada dərginin arxasınca böyük kütlənin getdiyi təsvir olunurdu, bir kənarda dayanmış mürtəce dəstə isə jurnalı belə hədələyirdi: “Dayan, nə qədər ki, canımızda can var, qoymayacağıq camaatı yoldan çıxarasan!”

Bəs kim idi Xəlil Musayev?

Tərcümeyi-halından belə məlum olur ki, o, 1890-cı ildə Dağıstanın Çox aulunda dünyaya gəlib (“Çoxski” imzası da elə buradan qaynaqlanırdı). Bəzi qaynaqlarda doğum tarixi 1897-ci il kimi göstərilir və fikrimizcə, bu, bir o qədər də ağlabatan deyil. Hər halda Xəlil bəyin imzasının “Molla Nəsrəddin”də görünməyə başladığı tarixi (1912-ci il) əsas götürsək, bu dərgidə 13 yaşından etibarən kariukatura çəkməyə başladığına inanmaq çətindir.

Sonuncu "Molla Nəsrəddin"çinin ABŞ yolu

Rəssamın Manijal adlı avar nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət edib, sonra isə mahal naibi olub.

Xəlil bəy öncə – 1912-ci ildə Tiflisdəki Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən boyakarlıq və heykəltəraşlıq məktəbində, ardından isə, “Molla Nəsrəddin”in mənşəcə alman olan rus Şmerlinqin tövsiyə və yardımı ilə Almaniyada, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdı. Yəni kifayət qədər peşəkar fırça ustası idi.

“Molla Nəsrəddin”də imzası ilk dəfə görülməyə başlayanda isə onun vur-tut 22 yaşı vardı, o da gənc rəssamın təkcə istedad və professionallılq baxımından deyil, həm də modern dünyagörüş, çağdaş fikirlilik baxımından sağlam şəxsiyyət kimi formalaşmasını göstərir.

O eyni zamanda Bakıda “Kəlniyət” (naşiri: Seyid Hüseyn) və rusdilli “Baraban” (naşiri: İsa Aşurbəyli və Behbud Şahtaxtinski) satirik məcmuələrində, eləcə də, “Məzəli” (naşiri: Haşım bəy Vəzirov) də mövzu baxımından xeyli aktual karikaturalarla çıxış edir.

Münhendən qayıtdıqdan sonra Dağıstan vilayətinin o vaxtkı adı ilə Temirxan-Şura (indiki Buynaksk) dairəsində yaşamağa başlayan Xəlil Musayev artıq karikatura deyil, portretlər çəkməklə məşğul idi.

Tədqiqatçı Vilayət Quliyevin yazdqılarından belə məlum olur ki, Dağıstanın ilk ədəbi-bədii jurnalı sayılan “Tanq Çolpan” (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında onun mühüm rolu olub, bundan başqa, 1919-cu ildə Vladiqafqazda rəssamın ana vətənində ilk və son sərgisi açılıb. Sərgi böyük maraq doğurub, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxıb.

V.Quliyevin yazdığına görə, 1920-ci ildə Dağıstanın sovetləşməsindən sonra yerli rəhbərlik Leninə hədiyyə göndərmək istədiyi liter vaqonun Qafqaz lövhələri ilə bəzədilməsini Xəlil Musayevə tapşırır, hansı ki, o, həmin vaxt yerli Xalq maarif komissarlığının incəsənət bölməsinə rəhbərlik edirmiş.

Bununla belə, X.Musayev bolşevizmə, ümumilikdə isə, sovetləşməyə heç bir rəğbət bəsləmirdi, yeni idarəçilik sisteminə şübhə ilə yanaşırdı və onun caynağından xilas olmaq üçün fürsət axtrarırdı. Bu səbəbdən də yenidən Avropaya qaçmaq, Almaniyada yarımçıq qalmış təhsilini davam etdirmək istəyirdi.

Həmin vaxt əmisi oğlanlarından birinin yeni rəhbətlik tərəfindən sorğu-sualsız güllələnməsi gənc rəssamın bu istəyini daha da qüvvətləndirir.

Rəng almaq bəhanəsi ilə Leninin liter vaqonu üzərində işi dayandıraraq Bakıya yollanır, burada xarici işlər komissarının və hərbi işlər komissarının qəbuluna düşməyə çalışır. Sovet Azərbaycanı hökumətinin o vaxtkı rəhbərinin şəxsi katibi ilə dostlaşır, hətta onun portretini çəkir. Bu barədə X.Musayev çox sonralar – 1936-cı ildə özü haqqında Münhendə çap olunmuş “Sonuncu cəngavərlər ölkəsi” adlı kitabda danışıb.

Müəllifi Luiza Laporta ad-soyadlı alman qadının olduğu həmin kitabda yazılanlardan belə görünür ki, “Musayev Çoxski”nin bütün səyləri nəticəsiz qalır, bununla belə, xaricdə onunla birlikdə oxuyan azərbaycanlı dostunun köməyi ilə sərhədi keçə bilir.

1925-ci ildə o, Münhendəki rəssamlıq təhsilini başa vurur.

Bundan bir il əvvəl isə Dağıstan MSSR Xalq maarif komissarı Əlibəy Taxo-Qodinin ona yazdığı məktubda mümkün qədər tezliklə Vətənə qayıtmasını xahiş edirdi. Sitat: “Xalqımızın indiki çətin vəziyyətində hər mədəniyyət adamının dəyəri olduqca böyükdür… Əgər indi vətəndə olsaydınız rəssamlıq, teatr, məktəb vasitəsi ilə xalqa bədii-estetik təsir göstərmə işinin mərkəzində dayana bilərdiniz” (sitat V.Quliyevin “Molla Nəsrəddin”çi rəssamla bağlı yazısından götürülüb).  

Ancaq X.Musayev Dağıstana dönməyi ağlının ucundan belə keçirmirdi, o, tələbə ola-ola Münhendə ilk sərgisini açmış, bir müddət sonra isə Münhenin də daxil olduğu, Almaniyanın ən böyük vilayəti sayılan Bavariyanın yerli rəssamlar gildiyası üzvlüyünə qəbul edilmişdi.

İstisna deyil ki, çox sonralar – 1937-ci ilin “qırmızı terror”u zamanı qardaşının, bacısı ərinin və digər yaxın qohumlarının repressiyaya məruz qalmasında rəssamın Almaniyadan geri qayıtmamaqla bağlı qərarının rolu da az deyildi. Hər halda həmin dövrdə Avropaya mühacirət edən şəxslərin SSRİ-də yaşamaqda olan yaxınlarına xüsusi aqressiya və amansızlıqla yanaşıldığını xatırlamağa ehtiyac yoxdur.

1921-1947-ci illərdə Almaniyada yaşayan, bu müddətdə Cenevrə, Münhen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə sərgiləri açılan, rəsm əsərləri böyük maraqla qarşılanan “Molla Nəsrəddin”çi rəssam cəmi 52 il yaşayıb.

Vəfat etdiyi ölkə isə ABŞ olub.

Belə ki, 1938-ci ildə Berlində aristokrat ailəyə mənsub olan baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə quran rəssam bundan doqquz il sonra, İklinci Dünya müharibəsinin ardından növbəti dəfə mühacirət etmək məcburiyyətində qalıb və ABŞ-a köçüb.

Həmin vaxt o, həyatda qalan sonuncu “Molla Nəsrəddin”çi idi.

Xəlil Musayev Birləşmiş Ştatlarda vur-tut iki il yaşayıb və 1949-cu ildə dünyasını dəyişib.

Ağır xəstəlikdən gözlərini həmişəlik yuman rəssam Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərində dəfn olunub.

Onun sevib evləndiyi, ilham pərisi kimi qəbul etdiyi baronessa isə bu yaxınlara, daha doğrusu, 2006-cı ilə kimi sağ idi. Düz 96 il ömür sürüb, şair və tərcüməçi kimi də ad çıxaran bu qadın 50 ilə yaxın müddətdə rahibə həyatı yaşayıb və “Jerome ana” kimi tanınıb. Xatirəsinə daim ehtiramla yanaşdığı ərinin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlayan baronessa, Sovet imperiyasının çöküşünün ardından onları Dağıstana göndərib.

Deyilənə görə, sonuncu “Molla Nəsrəddin”çinin son istəyi belə imiş…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021

Redaktorun seçimi

Azər Ağalarov: “Uşaqlarım azərbaycan əsilli almanlardır”

Mənalı və mənasız söhbətlər

Cəmil Həsənlinin Səriyyə problemi

Azad olunmuş ərazilər və bazar iqtisadiyyatına keçid

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Aydınlanma tariximizin sui-qəsdləri – 2

İbrahim Tatlısəsin oxşarı

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Onlar niyə boşanır?

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

Demşiza kimdir, kimə deyilir?

Səbr etmək sənəti

Analoqu olmayan böhranın dərsləri

Azərbaycanda ən yüksək maaşı kim alır?

Əkrəm Əylisli – «AYB-nin türkmənbaşısı Anara»

Hardasan, ay Zorro?

 Demokrat viruslar

Cəfər Cabbarlının ölümü – 1

Paralel dünyalar

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

Alkoqolik sənətkarlar haqqında

Naftalin qoxulu ritorika

Əbədi məhbus?

Kimdir Kim Ki-duk?

Milli elmin eybəcərlikləri

Neon şeytanı

Sındıra bilmədiyimiz oyuncaq

Kütlə və fərd – dialektik təzad

“Şuşanı vur” məsələsi

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
27 Yanvar 2020

“Molla Nəsrəddin”çilərin izi ilə…

“Molla Nəsrəddin” dərgisinin 1912-13-cü illərdəki saylarında işıq üzü görən bir sıra karikaturaların altında “X.M” və ya “Musayev Çoxski” imzalarını görmək olardı.

O zamanadək bu jurnalda dövrünün görkəmli satira ustalarının sözlə ifadə etdikləri adi, ancaq acı həqiqətləri Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi istedadlı rəssamlar öz fırçaları ilə oxucularının gözləri önünə sərirdilər.

Dərginin 6 yaşından etibarən isə həmin karikaturistlərin sırasına Xəlil Musayevin də adı daxil oldu, hansı ki, yuxarıdakılarla müqayisədə kimliyi çoxumuza bəlkə də heç nə demir…

Halbuki “X.M”, “Musayev Çoxski”, ya da “Xəlil Mussayev” imzası ilə çəkdiyi karikaturalar təkcə məzmun etibarilə deyil, həm də rəssamlıq texnikası baxımından adları sadalananlardan qətiyyən geri qalmırdı.

Bu karikaturalardan biri “Molla Nəsrəddin”ə edilən hücumlara həsr olunmuşdu. Orada dərginin arxasınca böyük kütlənin getdiyi təsvir olunurdu, bir kənarda dayanmış mürtəce dəstə isə jurnalı belə hədələyirdi: “Dayan, nə qədər ki, canımızda can var, qoymayacağıq camaatı yoldan çıxarasan!”

Bəs kim idi Xəlil Musayev?

Tərcümeyi-halından belə məlum olur ki, o, 1890-cı ildə Dağıstanın Çox aulunda dünyaya gəlib (“Çoxski” imzası da elə buradan qaynaqlanırdı). Bəzi qaynaqlarda doğum tarixi 1897-ci il kimi göstərilir və fikrimizcə, bu, bir o qədər də ağlabatan deyil. Hər halda Xəlil bəyin imzasının “Molla Nəsrəddin”də görünməyə başladığı tarixi (1912-ci il) əsas götürsək, bu dərgidə 13 yaşından etibarən kariukatura çəkməyə başladığına inanmaq çətindir.

Sonuncu "Molla Nəsrəddin"çinin ABŞ yolu

Rəssamın Manijal adlı avar nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət edib, sonra isə mahal naibi olub.

Xəlil bəy öncə – 1912-ci ildə Tiflisdəki Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən boyakarlıq və heykəltəraşlıq məktəbində, ardından isə, “Molla Nəsrəddin”in mənşəcə alman olan rus Şmerlinqin tövsiyə və yardımı ilə Almaniyada, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdı. Yəni kifayət qədər peşəkar fırça ustası idi.

“Molla Nəsrəddin”də imzası ilk dəfə görülməyə başlayanda isə onun vur-tut 22 yaşı vardı, o da gənc rəssamın təkcə istedad və professionallılq baxımından deyil, həm də modern dünyagörüş, çağdaş fikirlilik baxımından sağlam şəxsiyyət kimi formalaşmasını göstərir.

O eyni zamanda Bakıda “Kəlniyət” (naşiri: Seyid Hüseyn) və rusdilli “Baraban” (naşiri: İsa Aşurbəyli və Behbud Şahtaxtinski) satirik məcmuələrində, eləcə də, “Məzəli” (naşiri: Haşım bəy Vəzirov) də mövzu baxımından xeyli aktual karikaturalarla çıxış edir.

Münhendən qayıtdıqdan sonra Dağıstan vilayətinin o vaxtkı adı ilə Temirxan-Şura (indiki Buynaksk) dairəsində yaşamağa başlayan Xəlil Musayev artıq karikatura deyil, portretlər çəkməklə məşğul idi.

Tədqiqatçı Vilayət Quliyevin yazdqılarından belə məlum olur ki, Dağıstanın ilk ədəbi-bədii jurnalı sayılan “Tanq Çolpan” (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında onun mühüm rolu olub, bundan başqa, 1919-cu ildə Vladiqafqazda rəssamın ana vətənində ilk və son sərgisi açılıb. Sərgi böyük maraq doğurub, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxıb.

V.Quliyevin yazdığına görə, 1920-ci ildə Dağıstanın sovetləşməsindən sonra yerli rəhbərlik Leninə hədiyyə göndərmək istədiyi liter vaqonun Qafqaz lövhələri ilə bəzədilməsini Xəlil Musayevə tapşırır, hansı ki, o, həmin vaxt yerli Xalq maarif komissarlığının incəsənət bölməsinə rəhbərlik edirmiş.

Bununla belə, X.Musayev bolşevizmə, ümumilikdə isə, sovetləşməyə heç bir rəğbət bəsləmirdi, yeni idarəçilik sisteminə şübhə ilə yanaşırdı və onun caynağından xilas olmaq üçün fürsət axtrarırdı. Bu səbəbdən də yenidən Avropaya qaçmaq, Almaniyada yarımçıq qalmış təhsilini davam etdirmək istəyirdi.

Həmin vaxt əmisi oğlanlarından birinin yeni rəhbətlik tərəfindən sorğu-sualsız güllələnməsi gənc rəssamın bu istəyini daha da qüvvətləndirir.

Rəng almaq bəhanəsi ilə Leninin liter vaqonu üzərində işi dayandıraraq Bakıya yollanır, burada xarici işlər komissarının və hərbi işlər komissarının qəbuluna düşməyə çalışır. Sovet Azərbaycanı hökumətinin o vaxtkı rəhbərinin şəxsi katibi ilə dostlaşır, hətta onun portretini çəkir. Bu barədə X.Musayev çox sonralar – 1936-cı ildə özü haqqında Münhendə çap olunmuş “Sonuncu cəngavərlər ölkəsi” adlı kitabda danışıb.

Müəllifi Luiza Laporta ad-soyadlı alman qadının olduğu həmin kitabda yazılanlardan belə görünür ki, “Musayev Çoxski”nin bütün səyləri nəticəsiz qalır, bununla belə, xaricdə onunla birlikdə oxuyan azərbaycanlı dostunun köməyi ilə sərhədi keçə bilir.

1925-ci ildə o, Münhendəki rəssamlıq təhsilini başa vurur.

Bundan bir il əvvəl isə Dağıstan MSSR Xalq maarif komissarı Əlibəy Taxo-Qodinin ona yazdığı məktubda mümkün qədər tezliklə Vətənə qayıtmasını xahiş edirdi. Sitat: “Xalqımızın indiki çətin vəziyyətində hər mədəniyyət adamının dəyəri olduqca böyükdür… Əgər indi vətəndə olsaydınız rəssamlıq, teatr, məktəb vasitəsi ilə xalqa bədii-estetik təsir göstərmə işinin mərkəzində dayana bilərdiniz” (sitat V.Quliyevin “Molla Nəsrəddin”çi rəssamla bağlı yazısından götürülüb).  

Ancaq X.Musayev Dağıstana dönməyi ağlının ucundan belə keçirmirdi, o, tələbə ola-ola Münhendə ilk sərgisini açmış, bir müddət sonra isə Münhenin də daxil olduğu, Almaniyanın ən böyük vilayəti sayılan Bavariyanın yerli rəssamlar gildiyası üzvlüyünə qəbul edilmişdi.

İstisna deyil ki, çox sonralar – 1937-ci ilin “qırmızı terror”u zamanı qardaşının, bacısı ərinin və digər yaxın qohumlarının repressiyaya məruz qalmasında rəssamın Almaniyadan geri qayıtmamaqla bağlı qərarının rolu da az deyildi. Hər halda həmin dövrdə Avropaya mühacirət edən şəxslərin SSRİ-də yaşamaqda olan yaxınlarına xüsusi aqressiya və amansızlıqla yanaşıldığını xatırlamağa ehtiyac yoxdur.

1921-1947-ci illərdə Almaniyada yaşayan, bu müddətdə Cenevrə, Münhen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə sərgiləri açılan, rəsm əsərləri böyük maraqla qarşılanan “Molla Nəsrəddin”çi rəssam cəmi 52 il yaşayıb.

Vəfat etdiyi ölkə isə ABŞ olub.

Belə ki, 1938-ci ildə Berlində aristokrat ailəyə mənsub olan baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə quran rəssam bundan doqquz il sonra, İklinci Dünya müharibəsinin ardından növbəti dəfə mühacirət etmək məcburiyyətində qalıb və ABŞ-a köçüb.

Həmin vaxt o, həyatda qalan sonuncu “Molla Nəsrəddin”çi idi.

Xəlil Musayev Birləşmiş Ştatlarda vur-tut iki il yaşayıb və 1949-cu ildə dünyasını dəyişib.

Ağır xəstəlikdən gözlərini həmişəlik yuman rəssam Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərində dəfn olunub.

Onun sevib evləndiyi, ilham pərisi kimi qəbul etdiyi baronessa isə bu yaxınlara, daha doğrusu, 2006-cı ilə kimi sağ idi. Düz 96 il ömür sürüb, şair və tərcüməçi kimi də ad çıxaran bu qadın 50 ilə yaxın müddətdə rahibə həyatı yaşayıb və “Jerome ana” kimi tanınıb. Xatirəsinə daim ehtiramla yanaşdığı ərinin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlayan baronessa, Sovet imperiyasının çöküşünün ardından onları Dağıstana göndərib.

Deyilənə görə, sonuncu “Molla Nəsrəddin”çinin son istəyi belə imiş…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel