Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seymur Baycandan incilər

Seymur Baycan Seymur Baycan
., Sərbəst
22 Avqust 2020

Seymur Baycanın müxtəlif illərdə, müxtəlif KİV-lərdə dərc olunmuş yazılarından sitatların seçməsini təqdim edirik.

QHT-şniklərin cındırlığı

Əsl QeHeTeşnik öz yaltaqlığını, simasızlığını mədəniyyət, tərbiyə, nümunəvi davranış, tolerantlıq, işgüzarlıq kimi təqdim etməklə bərabər, bir az mövqeyi olan, sözünü deyən, prinspial adamlara da mədəniyyətsiz, tərbiyəsiz damğasını vurmağı, onları gözdən salmağı bacarmalıdır. Görünür biz burda bacarmaq sözündən bir neçə dəfə istifadə etməli olacağıq. Ona görə ki, qeheteşniklərin həyatı başdan-başa bacarmaqdan ibarətdir. İncəsənətə heç bir adiyyatı olmadığı halda özünü incəsənət vurğunu kimi göstərməyi bacarmaq… İnsana heç bir dəyər vermədiyi halda özünü insanpərvər kimi göstərməyi bacarmaq. Savad olmadığı halda özünü savadlı kimi göstərməyi bacarmaq. Dadsız yeməkləri fövqəladə dadlı yemək kimi yeməyi bacarmaq. Kədərlənmədən kədərlənməyi, sevinmədən sevinməyi bacarmaq. Bacarmaq, bacarmaq, yenə də bacarmaq!

Karl Marks və mədəni üstünlük

Karl Marks deyirdi ki, mədəniyyəti aşağı olan xalq özündən mədəni xalqı işğal edirsə, özü işğal altına düşür. Əriyir. Yox olur. Məsələn, monqolları götürək. Qalxıb düzü-dünyanı işğal etdilər. Əridilər. Düzdür, tarix olar-olmaz söhbətini sevmir. Amma monqollar çinlilər kimi yerlərində otursaydılar, bəlkə də indi düz-əməlli xalq idilər. Hərçənd çinlilərlə monqolların mədəni səviyyəsini müqayisə etmək mümkün deyil. İndi hər bir monqol öz keçmişiylə, Çingizxanla fəxr edə bilər. Etsinlər. Hardasa haqları çatır. Gəlin məsələyə bir az mədəniyyət tərəfindən baxaq. Əgər monqollar öz keçmişləri, fəxr etdikləri Çingizxan haqda film çəkə bilmirlərsə, Çingizxan haqda filmi ruslar, amerikalılar çəkirlərsə, nəyə lazımdır o keçmiş? Dünən formalaşmış Amerika xalqı ürəyi istəyən tarixi şəxsiyyət haqqında film çəkib pul qazanır. Fakt odur ki, keçmişlə fəxr edən xeyli xalqın bu günü yoxdur. Öz tarixləri, keçmişləri, şairləri haqda film çəkə bilmirlər. Bax, budur mədəniyyət. Faciə odur ki, keçmişinlə fəxr edirsən və keçmişin, şairin, tarixin haqda film çəkə bilmirsən. Gözünü dikirsən fransızlara, ruslara, amerikalılara…

Oxuyanlar və oxumayanlar

Türkiyə əhalisi kitab oxuma baxımından Afrika ölkələri ilə bir sıradadı. Türkiyədə altı adama ildə bir kitab düşür. Yaponiyada isə bir adam ilə 20 roman oxuyur. Yaponiyada yaşayan gənc dostumuz Şaiq bəy (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) məşhur rejissor Takeşi Kitanonun müsahibəsini dilimizə çevirmişdi. Həmin müsahibədə məşhur rejissor deyir ki, mən çantamda kitab gəzdirəndə özümü daha rahat və güvənli hiss edirəm. Sonra da deyir ki, fəaliyyətsiz insanı ölü insan sayıram. Bəli, insan hər bir şəraitdə, hər bir yaş dövründə fəaliyyət göstərə, ətrafdakılara, dünyaya, bəşəriyyətə fayda verə bilər.

Barlar və seks

Əvvəllər barlara tez-tez gedirdim. Bar məndə yazmaq həvəsi oyadırdı. Enerji alırdım gördüyüm mənzərədən. O vaxtlar bar əhli ilə ünsiyyətə girmək olurdu. Həvəslə danışırdılar. Ürəyə yatan qız olanda xidmətindən istifadə edirdim. İndi bar əhli ilə ünsiyyətə girmək bir az çətin olub. Daha əvvəlki kimi həvəslə danışmırlar. Bunun səbəbini tapa bilməmişəm. Ola bilsin, geyimimdə, yaxud sifətimdə yaşla bağlı dəyişiklik öz işini görüb. İnanmırlar. Yaxud danışmağımın, danışdırmağımın məqsədli olduğunu düşünürlər. Ünsiyyət ürəyim istəyən formada alınmır deyə, barlara əvvəlki kimi tez-tez getmirəm. 7-8 il bundan əvvəl həftədə ən azı iki dəfə şəhərin müxtəlif barlarına gedirdim. İndi isə ayda bir, ola bilsin, iki dəfə bara gedirəm. Qızların xidmətindən çox nadir hallarda istifadə edirəm. Çünki onların fürsətdən istifadə edərək nəsə sifariş vermələrini, yersiz şıltaqlıqlarını, seks zamanı çox pis imitasiya etmələrini heç cürə həzm etmək olmur. Görünür, yaşla bağlıdır. Pivə, kofe içə-içə ətrafda baş verənləri müşahidə edirəm. Vəssalam. Başqa heç nə…

Dissidentlik-missidentlik

Sistemin yaratdığı şəraitdən maksimum bəhrələnən 60-cılar sonradan özlərini hətta dissident yazıçı belə adlandıracaqdılar. Sovetin hər bir titulunu qazanmış bu adamların özlərini dissident adlandırmasını cəmiyyət normal qəbul etdi. Çünki onlar çox adamı aldatmışdılar. Onların yaratdıqları nağıllara inananlar minlərlədi. Bəziləri aldadıldıqlarını heç cür özünə bağışlamır. Adamlar başa düşmür ki, şam əgər yanmırsa, deməli, ya deputat mandatı alıb, ya oğlu gömrükdə işə düzəlib, ya da harasa səfir göndəriblər. 

Sənət kimin üçündür?

Sənət insan üçündür. Əsl dahi odur ki sözünü səviyyəsindən, savadindan asılı olmayaraq hər bir kəsə deyir. Əsl yaradıcı adam üçün keçilməz divar yoxdu. Onların yaratdıqları ilə hər yerdə qarşılaşmaq olar. Belə yaradıcı insanlar hər bir evə, hər bir məkana girməyi bacarbılar. Ç.Çaplin dünyanın ən məşhur simalarından biridi. Onun yaratdığı obrazı hər kəs tanıyır. Çaplinin yaratdığı obraza hər bir yerdə rast gəlmək mümkündü. Hətta Ç.Çaplinin kim  olduğunu bilməyənlər, onu yaratdığı obrazdan tanıyırlar.  Dünyanın müxtəlif yerlərində Çaplinin yaradıcılığı, yaratdığı obrazla bağlı, əlaqəli yüzlərlə, minlərlə məkanlar var. Xüsusən kafelər, kino klubları, restoranlar…

Russo və satılmış qələm

Jan Jak Russonun dediyi kimi, satılmış qələm öz gücünü itirir. Fikir verin, mövqeyini dəyişmiş insanların yazıları çox qısa vaxtdan sonra öz təsir gücünü itirir. Mən, həmin insanların yazılarını oxuyanda onların necə əzab çəkdiklərini hiss edirəm. Çünki onlar vicdansız adamlar deyillər. Onlar da biz istədiyimizi istəyirlər. Bizim problemlərimiz onları da məngənə kimi sıxır. Nə yazıq ki, onlar yolun müqəddəs olduğuna inanmadılar. Yol müqəddəsdi. Yola xəyanət etmək olmaz. Yol ona xəyanət edənləri qaldırıb yerə çırpır. Nə qədər ki, sən həqiqət yolundasan, ən ağlagəlməz təbiət hadisələrindən, ən adi görüntülərdən güc alacaqsan. Bəşəriyyətin rifahı uğrunda vuruşmuş, fədakarlıq etmiş bütün şəxsiyyətlər sənin dostuna, qardşına, yol yoldaşına çevriləcək.

Müharibə

Bəzən müharibə haqqında danışarkən tez-tez belə bir ifadə işlədilir – müharibədə uşaqlar, qocalar, qadınlar ölür. Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın? Bir insanı topun və tankın qabağına verib onu acınacaqlı, gülməli vəziyyətə salmağın mənası nədir? Ona görə ki, beş-altı adam qəhrəmanlıq göstərib medal alacaq? Həyatını yaşamış bir qoca öz ideyasının doğruluğunu sübut edəcək? Bəyəm hamı qəhrəman və cəsarətli olmalıdır? Bəs təbiətən çəkingən olanlar, öldürmək istəməyənlər nə etsinlər? Kişi deyib bir insanı bu qədər yükləmək, onun iradəsini sınağa çəkmək, zəif çıxdıqda isə qorxaq, fərari, vətən xaini deyib ləkələmək nə dərəcədə doğrudur.  Bu adam kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır, kimisə dayısıdır, kiminsə əmisidir. Dinc həyatda, sülh və əminamanlıq dövründə normal vətəndaş, normal oğul, normal ata ola biləcək bu adamları gözdən salmağın, alçatmağın, ağlatmağın heç bir xeyri yoxdur. Nə vətənə, nə də insanlığa. Yalnız zərəri var. Çünki hansı vəziyyətdə olursa olsun, təhqir olunmaq pisdir və heç vaxt insanın yaddaşından silinmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Erməni ilə məsələmiz

ABŞ Donanması UFO videolarını təsdiqlədi

Demşiza kimdir, kimə deyilir?

Göstəriş qurbanı uşaqlar

Yarpaqlanmadan çiçək açan bitkilər

Bizi bitirən qəzəbimiz

Dünyanın yaşı və ya Dinozavr fosilləri

Tibbin gələcəyi

Seksizm harada başlayır, feminizm harada bitir

Operativ Qərargah və Kampanella

Bir ovuc qlamur, bir yığın səfil…

Tesla-dan yeni, inqilabi ötürücü

Xalq və meyxana

Cəsarətli olmaq haqqında

Xudbin

Yeni insan tipləri

Azərbaycan 2020: Gələcəkdən baxış

Bayağı musiqi problemi

NASA “dünyanın axırının” şəklini çəkib

Müharibə əleyhinə

Ədəbiyyat və viruslar

Təxəyyül çatışmazlığının fəsadları haqqında

Müharibədən sonra BİZ

Mehman və qaloşlu adam haqqında

Brave New World, yoxsa planetar rəqəmsal konslager?

“Korreksiya sinfi” filmi barədə

Zəhər tuluğu

90-ların “korona”sız uşaqlığı

Ruslara atom bombasının sirrini verən qadın

Hədəfdə bütün Azərbaycandır

Seymur Baycandan incilər

Seymur Baycan Seymur Baycan
., Sərbəst
22 Avqust 2020

Seymur Baycanın müxtəlif illərdə, müxtəlif KİV-lərdə dərc olunmuş yazılarından sitatların seçməsini təqdim edirik.

QHT-şniklərin cındırlığı

Əsl QeHeTeşnik öz yaltaqlığını, simasızlığını mədəniyyət, tərbiyə, nümunəvi davranış, tolerantlıq, işgüzarlıq kimi təqdim etməklə bərabər, bir az mövqeyi olan, sözünü deyən, prinspial adamlara da mədəniyyətsiz, tərbiyəsiz damğasını vurmağı, onları gözdən salmağı bacarmalıdır. Görünür biz burda bacarmaq sözündən bir neçə dəfə istifadə etməli olacağıq. Ona görə ki, qeheteşniklərin həyatı başdan-başa bacarmaqdan ibarətdir. İncəsənətə heç bir adiyyatı olmadığı halda özünü incəsənət vurğunu kimi göstərməyi bacarmaq… İnsana heç bir dəyər vermədiyi halda özünü insanpərvər kimi göstərməyi bacarmaq. Savad olmadığı halda özünü savadlı kimi göstərməyi bacarmaq. Dadsız yeməkləri fövqəladə dadlı yemək kimi yeməyi bacarmaq. Kədərlənmədən kədərlənməyi, sevinmədən sevinməyi bacarmaq. Bacarmaq, bacarmaq, yenə də bacarmaq!

Karl Marks və mədəni üstünlük

Karl Marks deyirdi ki, mədəniyyəti aşağı olan xalq özündən mədəni xalqı işğal edirsə, özü işğal altına düşür. Əriyir. Yox olur. Məsələn, monqolları götürək. Qalxıb düzü-dünyanı işğal etdilər. Əridilər. Düzdür, tarix olar-olmaz söhbətini sevmir. Amma monqollar çinlilər kimi yerlərində otursaydılar, bəlkə də indi düz-əməlli xalq idilər. Hərçənd çinlilərlə monqolların mədəni səviyyəsini müqayisə etmək mümkün deyil. İndi hər bir monqol öz keçmişiylə, Çingizxanla fəxr edə bilər. Etsinlər. Hardasa haqları çatır. Gəlin məsələyə bir az mədəniyyət tərəfindən baxaq. Əgər monqollar öz keçmişləri, fəxr etdikləri Çingizxan haqda film çəkə bilmirlərsə, Çingizxan haqda filmi ruslar, amerikalılar çəkirlərsə, nəyə lazımdır o keçmiş? Dünən formalaşmış Amerika xalqı ürəyi istəyən tarixi şəxsiyyət haqqında film çəkib pul qazanır. Fakt odur ki, keçmişlə fəxr edən xeyli xalqın bu günü yoxdur. Öz tarixləri, keçmişləri, şairləri haqda film çəkə bilmirlər. Bax, budur mədəniyyət. Faciə odur ki, keçmişinlə fəxr edirsən və keçmişin, şairin, tarixin haqda film çəkə bilmirsən. Gözünü dikirsən fransızlara, ruslara, amerikalılara…

Oxuyanlar və oxumayanlar

Türkiyə əhalisi kitab oxuma baxımından Afrika ölkələri ilə bir sıradadı. Türkiyədə altı adama ildə bir kitab düşür. Yaponiyada isə bir adam ilə 20 roman oxuyur. Yaponiyada yaşayan gənc dostumuz Şaiq bəy (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) məşhur rejissor Takeşi Kitanonun müsahibəsini dilimizə çevirmişdi. Həmin müsahibədə məşhur rejissor deyir ki, mən çantamda kitab gəzdirəndə özümü daha rahat və güvənli hiss edirəm. Sonra da deyir ki, fəaliyyətsiz insanı ölü insan sayıram. Bəli, insan hər bir şəraitdə, hər bir yaş dövründə fəaliyyət göstərə, ətrafdakılara, dünyaya, bəşəriyyətə fayda verə bilər.

Barlar və seks

Əvvəllər barlara tez-tez gedirdim. Bar məndə yazmaq həvəsi oyadırdı. Enerji alırdım gördüyüm mənzərədən. O vaxtlar bar əhli ilə ünsiyyətə girmək olurdu. Həvəslə danışırdılar. Ürəyə yatan qız olanda xidmətindən istifadə edirdim. İndi bar əhli ilə ünsiyyətə girmək bir az çətin olub. Daha əvvəlki kimi həvəslə danışmırlar. Bunun səbəbini tapa bilməmişəm. Ola bilsin, geyimimdə, yaxud sifətimdə yaşla bağlı dəyişiklik öz işini görüb. İnanmırlar. Yaxud danışmağımın, danışdırmağımın məqsədli olduğunu düşünürlər. Ünsiyyət ürəyim istəyən formada alınmır deyə, barlara əvvəlki kimi tez-tez getmirəm. 7-8 il bundan əvvəl həftədə ən azı iki dəfə şəhərin müxtəlif barlarına gedirdim. İndi isə ayda bir, ola bilsin, iki dəfə bara gedirəm. Qızların xidmətindən çox nadir hallarda istifadə edirəm. Çünki onların fürsətdən istifadə edərək nəsə sifariş vermələrini, yersiz şıltaqlıqlarını, seks zamanı çox pis imitasiya etmələrini heç cürə həzm etmək olmur. Görünür, yaşla bağlıdır. Pivə, kofe içə-içə ətrafda baş verənləri müşahidə edirəm. Vəssalam. Başqa heç nə…

Dissidentlik-missidentlik

Sistemin yaratdığı şəraitdən maksimum bəhrələnən 60-cılar sonradan özlərini hətta dissident yazıçı belə adlandıracaqdılar. Sovetin hər bir titulunu qazanmış bu adamların özlərini dissident adlandırmasını cəmiyyət normal qəbul etdi. Çünki onlar çox adamı aldatmışdılar. Onların yaratdıqları nağıllara inananlar minlərlədi. Bəziləri aldadıldıqlarını heç cür özünə bağışlamır. Adamlar başa düşmür ki, şam əgər yanmırsa, deməli, ya deputat mandatı alıb, ya oğlu gömrükdə işə düzəlib, ya da harasa səfir göndəriblər. 

Sənət kimin üçündür?

Sənət insan üçündür. Əsl dahi odur ki sözünü səviyyəsindən, savadindan asılı olmayaraq hər bir kəsə deyir. Əsl yaradıcı adam üçün keçilməz divar yoxdu. Onların yaratdıqları ilə hər yerdə qarşılaşmaq olar. Belə yaradıcı insanlar hər bir evə, hər bir məkana girməyi bacarbılar. Ç.Çaplin dünyanın ən məşhur simalarından biridi. Onun yaratdığı obrazı hər kəs tanıyır. Çaplinin yaratdığı obraza hər bir yerdə rast gəlmək mümkündü. Hətta Ç.Çaplinin kim  olduğunu bilməyənlər, onu yaratdığı obrazdan tanıyırlar.  Dünyanın müxtəlif yerlərində Çaplinin yaradıcılığı, yaratdığı obrazla bağlı, əlaqəli yüzlərlə, minlərlə məkanlar var. Xüsusən kafelər, kino klubları, restoranlar…

Russo və satılmış qələm

Jan Jak Russonun dediyi kimi, satılmış qələm öz gücünü itirir. Fikir verin, mövqeyini dəyişmiş insanların yazıları çox qısa vaxtdan sonra öz təsir gücünü itirir. Mən, həmin insanların yazılarını oxuyanda onların necə əzab çəkdiklərini hiss edirəm. Çünki onlar vicdansız adamlar deyillər. Onlar da biz istədiyimizi istəyirlər. Bizim problemlərimiz onları da məngənə kimi sıxır. Nə yazıq ki, onlar yolun müqəddəs olduğuna inanmadılar. Yol müqəddəsdi. Yola xəyanət etmək olmaz. Yol ona xəyanət edənləri qaldırıb yerə çırpır. Nə qədər ki, sən həqiqət yolundasan, ən ağlagəlməz təbiət hadisələrindən, ən adi görüntülərdən güc alacaqsan. Bəşəriyyətin rifahı uğrunda vuruşmuş, fədakarlıq etmiş bütün şəxsiyyətlər sənin dostuna, qardşına, yol yoldaşına çevriləcək.

Müharibə

Bəzən müharibə haqqında danışarkən tez-tez belə bir ifadə işlədilir – müharibədə uşaqlar, qocalar, qadınlar ölür. Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın? Bir insanı topun və tankın qabağına verib onu acınacaqlı, gülməli vəziyyətə salmağın mənası nədir? Ona görə ki, beş-altı adam qəhrəmanlıq göstərib medal alacaq? Həyatını yaşamış bir qoca öz ideyasının doğruluğunu sübut edəcək? Bəyəm hamı qəhrəman və cəsarətli olmalıdır? Bəs təbiətən çəkingən olanlar, öldürmək istəməyənlər nə etsinlər? Kişi deyib bir insanı bu qədər yükləmək, onun iradəsini sınağa çəkmək, zəif çıxdıqda isə qorxaq, fərari, vətən xaini deyib ləkələmək nə dərəcədə doğrudur.  Bu adam kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır, kimisə dayısıdır, kiminsə əmisidir. Dinc həyatda, sülh və əminamanlıq dövründə normal vətəndaş, normal oğul, normal ata ola biləcək bu adamları gözdən salmağın, alçatmağın, ağlatmağın heç bir xeyri yoxdur. Nə vətənə, nə də insanlığa. Yalnız zərəri var. Çünki hansı vəziyyətdə olursa olsun, təhqir olunmaq pisdir və heç vaxt insanın yaddaşından silinmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel