Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sebastião Salgado: “Sperma əvəzinə qan gəlirdi”

AzLogos AzLogos
., Foto-qrafika
28 Mart 2020

76 yaşlı, dünyaca məşhur, yüzdən çox ölkədə işləmiş braziliyalı fotoqraf Sebastiao Salgado illər əvvəl fotolarına görə tanınırdısa, indi həm də həyat yoldaşı Lelia Wanick Salgado ilə 20 illik bir proyektlə Braziliya meşələrinin bir hissəsini bərpa etməkləri ilə tanınırlar. Fotoqraf Salgadonun fəaliyyəti ilə bağlı TedX (2013) çıxışından bir hissəni sizə təqdim edirik.

“Mən 1944-cü ildə Braziliyada dünyaya gəlmişəm. O zamanlar hələ ki, Brazilyada bazar iqtisadiyyatı mövcud deyildi. Ərazisinin 50 faizindən çoxu tropik meşələrdən ibarət olan fermada doğulmuşam. Ecazkar yerlər idi. İnanılmaz quşlar, inanılmaz heyvanlarla birlikdə yaşayır, balaca çayımızda timsahlarımızla birlikdə üzürdüm. Bu fermada təxmini 35 ailə yaşayırdı və istehlak etdiyimiz bir çox şeyi özümüz istehsal edirdik. Çox az şey üçün bazara gedirdik.

İldə yalnız bir dəfə mal-qara ilə birlikdə sallaqxanaya gedirdik. Bu səfərimiz 45 gün çəkirdi. Minlərlə mal qara ilə təxminən 20 günə öz fermamıza geri qayıdırdıq.

15 yaşım olanda fermanı tərk etmək mənim üçün vacib idi. Orta məktəbin ikinci hissəsində qismən daha böyük şəhərə gedib orada oxudum. Orada müxtəlif şeylər öyrəndim.

Brazilya urbanizasiyaya, sənayeləşməyə başlamışdı və mən siyasətlə maraqlanırdım. Qismən radikallaşmağa başladım. Solçu partiyaya üzv idim və aktivist oldum.

Universitetdə iqtisadçı təhsili aldım. Sonra iqtisadiyyatda magistr dərəcəsini qazandım.

Həyatımın ən vacib hadisəsi məhz o zamanlar baş verdi. Bütün həyatım boyu ən yaxşı dostum, gördüyüm bütün işlərdə mənimlə əməkdaşlıq edən, həyat yoldaşım Lélia Wanick Salgado ilə tanış oldum.

O dövrlərdə Braziliyada çox güclü radikallaşma gedirdi. Biz diktatura ilə çox çətin bir mübarizədə idik. Həm də bizim üçün çox vacib bir məsələ var idi. Ya qeyri-qanuni silahlanmaya getməli, ya da Braziliyanı tərk etməli idik. Çox gənc idik və təşkilatımız bizim ölkədən çıxmağımızın daha düzgün olduğunu düşünürdü. Fransaya getdik. Mən Fransada iqtisadiyyat üzrə PHD etdim, Lelia isə memar oldu. Daha sonra bir investisiya bankında işləməyə başladım. Dünya Bankı ilə iqtisadi inkişaf, ekonomik layihələrlə Afrikaya bir çox səyahətlərimiz olurdu. Belə səyahətlərimdən birində Lelia mənə bir fotoaparat hədiyyə etdi. Və beləliklə mən əslində fotoqrafiyaya böyük marağım olduğunu başa düşdüm.

Bir gün fotoqrafiya bütün həyatımı işğal etdi. Fotoqraf oldum, hər şeyi geridə buraxıb fotoqraf oldum. Çox adam mənə deyir ki, sən fotojurnalistsən, antropoloq və ya aktivist fotoqrafsan. Amma mən bunlardan daha artığını etdim. Fotoqrafiya mənim həyatıma çevrildi. Uzunmüddətli proyektlərlə bütünlüklə fotoqrafiyanı yaşadım. Bir çox sosial layihələrim oldu. Sonra bu fotolarımı nəşr etdirdim.

1994-2000-ci illərdə fotolarla “Köçlər” (“Migrations”) adlandırdığım hekayəm ərsəyə gəldi. Bu hekayə kitab oldu.

O dönəmlər həyatımın ən çətin günlərdi idi, xüsusilə də Ruandada.

Ruandada bütünlüklə qəddarlığı gördüm. Hər gün minlərlə ölüm görürdüm. İnsan irqinə olan inamım itmişdi.

Artıq yaşamağın bizim üçün mümkünsüz olduğunu düşünürdüm. Bədənimin hər yerində infeksiya əmələ gəlmişdi. Həyat yoldaşımla sevişəndə sperma əvəzinə qan gəlirdi. Parisə həkim dostumun yanına getdim, ona dedim ki, tamamilə xəstəyəm. Uzun müayinədən sonra o dedi: “Sebastian, sən xəstə deyilsən, prostatında da heç bir problem yoxdur. Bilirsən məsələ nədir? O qədər çox ölü görürsən ki, bu səni öldürür. Bu işi dayandırmalısan. Dayandırmalısan! Mütləq dayandırmalısan, yoxsa öləcəksən”.

Və mən dayanmağı qərara aldım. Fotoqrafiya və əslində dünyadakı hər şeylə bağlı çox məyus idim və doğulduğum yerə qayıtmağa qərar verdim. Qayıtmaq qərarı verəndə valideynlərim çox qocalmışdılar. Mənim yeddi bacım var. Ailəmizdəki yeganə kişi mən idim və ona görə də onlar ailəmizin torpaq sahəsini Lelia və mənə həvalə etməyi qərara aldılar. Torpağımıza çatanda o da mənim kimi ölü idi. Mən uşaq olanda o torpaqların yarısından çoxu tropik meşələrlə örtülü idi. Biz torpağı alanda bütün regionun yalnız bir hissəsində meşələr qalmışdı. Braziliyanın tikinti inkişafı meşələrimizi məhv etmişdi. Amerikada, Hindistanda, planetin hər yerində olduğu kimi. İnkişafımızı yaradarkən ziddiyyətli bir şəkildə ətrafımızdakı hər şeyi dağıdırıq. Minlərlə baş mal-qarası olan fermamızda sadəcə bir neçə yüz heyvan qalmışdı. Bununla necə başa çıxacağımızı bilmirdik. Və bir gün Lelianın ağlına bir ideya gəldi, inanılmaz bir ideya. O dedi: “Niyə əvvəlki meşələri bura geri qaytarmırsan? Deyirdin ki, cənnətdə doğulmusan. O zaman cənnəti yenidən quraq!”

Meşə mühəndisi olan bir dostumu tapdım, o bizim üçün bir layihə hazırladı və biz başladıq.

Əkməyə başladıq, birinci il əkdiyimiz tinglərdən bir çoxu tələf oldu, ikinci il bu tələfat biraz azaldı və yavaş-yavaş ölü torpaq dirilməyə başladı. Biz yalnız yerli növlərdən olan yüz minlərlə ağac əkdik. Məhv olmuş ekoloji sistemin yerində eynisini qurduq və orada həyat inanılmaz bir şəkildə əvvəlki vəziyyətinə qayıtmağa başladı. Torpağımızı milli parka çevirmək bizim üçün çox vacib idi. Biz bunu bacardıq. Bu torpaqları təbiətə geri qaytardıq. Oralar milli parka çevrildi. “İnstito Terra” adlanan institut qurduq və hər yerdən pul toplamaq üçün çox böyük bir ekoloji layihə hazırladıq.

İspaniya, İtaliya və Braziliyadan xeyli pul topladıq. Braziliada bir çox şirkətlərlə və dövlətlə işləyirdik ki, onlar da bu layihəyə pul qoysunlar.

Orada həyat canlanmağa başladı və mən yenidən fotoqrafiyaya davam etmək istəyirdim. Bu dəfə uzun illər çəkdiyim bir heyvanı – bizi çəkmək istəmirdim. Digər heyvanları, mənzərələri və yenə insanları çəkmək istəyirdim. Amma insanların əvvəldən, təbiətlə taraz olduğu vaxtlardan çəkmək istəyirdim. Və getdim. 2004-cü ilin əvvəlindən başladım və 2011-ci ilin sonunda bitirdim. Biz inanılmaz dərəcədə çox fotolar və nəticə əldə etdik. Lelia mənim bütün kitablarıma dizayn verdi. O sərgilərimin də yaradıcısı idi.

Biz bu fotolarla burada yaşamaq istəyiriksə bu köhnə planeti qorumaq üçün, həyatımızda tarazlıq yaratmaq üçün nələr etməli olduğumuzun müzakirəsini açmaq istəyirdik. Biz planetimizin yeni təqdimatını etməyə çalışdıq.

İndi isə biz ciddi şəkildə hazırda əlimizdə olanları qorumağa çalışmalıyıq. Əlbəttə, bu da doğrudur ki, keçmişdəki kimi olmaq çox çətindir amma biz cəmiyyətlərimizi yenidən qurmalıyıq. Biz məhv etdiyimi bütün meşələri yenidən qurmalıyıq. Bu meşələr bizim həyatımızın cövhəridir. CO2-ni oksigenə çevirə bilən yeganə zavod bu meşələrdir. O, yeganə mexanizmdir ki, bizim yaratdığımız karbonu uda bilir.

Əvvəldə də dediyim kimi bizim orada ekoloji sistemi bərpa etməyimiz üçün 200 növdə 2.5 milyon ağac əkməyimiz vacib idi. İndi bizim torpağımızda 2 milyon ağac var. Bu ağaclar yüzminlərlə ton karbonu udur.

Dostlar, bunu etmək çox asandır. Biz etdik, yox? Təsadüfən mən oraya qayıtdım, ekoloji sistemi bərpa etdik. İnanıram ki, çox adam bununla bağlı narahatdır və bizim Braziliada etdiyimiz nümunəni başqa yerlərdə də etmək mümkündür. Dünyanın hər yerində bunu edə bilərik, elə deyilmi? İnanıram ki, biz birlikdə bunu bacararıq”.

Tərcümə: Anabəyim Həsənli

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021

Redaktorun seçimi

“Parazitlər” filminin təhlili

Ağdərə döyüşləri

Azərbaycanlı musiqişünas, Azərbaycan akademik musiqisində alman irsinin təsirini araşdırır

Vüqarın landşaft və arxitekturası

Bir ovuc qlamur, bir yığın səfil…

Berlin Divarının “bərpası”

Bədbəxt Azərbaycan – Bir dekadent esse

Mart qırğını olduğu kimi

Satanizm və sairə

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

Yaradıcı çöküş?

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

Üzeyir Mehdizadə və eşşəklər

Çauşesku: edama aparan yol

Məzardakı insanlar

Millilik ya bəşərilik – Kosmopolitanizmin tənqidi

Qadın və orqazm

Böhran: qazanılmış və ya itirilmiş fürsətlər

“Liberalizmin atası” olmayan “veselçak”ın ardından

Şah İsmayıl Xətainin tarixi missiyası

Vaksinasiya söhbəti – vurmalımı, vurmamalımı?

Mənlik və bizlik olmayanlar

Bakının qalmaqallı nəqliyyat idarəçiliyi

Derek Volkot. Antillər: Epik yaddaşın fraqmentləri

Talışlarla gələn şiəlik

Bu fransızlar yenə dinc durmur – Əli Novruzov

Belarus iqtisadiyyatı haqqında miflər

Təkə-türkmən elində

Mətbəx qadınının söz söhbətləri

Maslow Piramidi

Sebastião Salgado: “Sperma əvəzinə qan gəlirdi”

AzLogos AzLogos
., Foto-qrafika
28 Mart 2020

76 yaşlı, dünyaca məşhur, yüzdən çox ölkədə işləmiş braziliyalı fotoqraf Sebastiao Salgado illər əvvəl fotolarına görə tanınırdısa, indi həm də həyat yoldaşı Lelia Wanick Salgado ilə 20 illik bir proyektlə Braziliya meşələrinin bir hissəsini bərpa etməkləri ilə tanınırlar. Fotoqraf Salgadonun fəaliyyəti ilə bağlı TedX (2013) çıxışından bir hissəni sizə təqdim edirik.

“Mən 1944-cü ildə Braziliyada dünyaya gəlmişəm. O zamanlar hələ ki, Brazilyada bazar iqtisadiyyatı mövcud deyildi. Ərazisinin 50 faizindən çoxu tropik meşələrdən ibarət olan fermada doğulmuşam. Ecazkar yerlər idi. İnanılmaz quşlar, inanılmaz heyvanlarla birlikdə yaşayır, balaca çayımızda timsahlarımızla birlikdə üzürdüm. Bu fermada təxmini 35 ailə yaşayırdı və istehlak etdiyimiz bir çox şeyi özümüz istehsal edirdik. Çox az şey üçün bazara gedirdik.

İldə yalnız bir dəfə mal-qara ilə birlikdə sallaqxanaya gedirdik. Bu səfərimiz 45 gün çəkirdi. Minlərlə mal qara ilə təxminən 20 günə öz fermamıza geri qayıdırdıq.

15 yaşım olanda fermanı tərk etmək mənim üçün vacib idi. Orta məktəbin ikinci hissəsində qismən daha böyük şəhərə gedib orada oxudum. Orada müxtəlif şeylər öyrəndim.

Brazilya urbanizasiyaya, sənayeləşməyə başlamışdı və mən siyasətlə maraqlanırdım. Qismən radikallaşmağa başladım. Solçu partiyaya üzv idim və aktivist oldum.

Universitetdə iqtisadçı təhsili aldım. Sonra iqtisadiyyatda magistr dərəcəsini qazandım.

Həyatımın ən vacib hadisəsi məhz o zamanlar baş verdi. Bütün həyatım boyu ən yaxşı dostum, gördüyüm bütün işlərdə mənimlə əməkdaşlıq edən, həyat yoldaşım Lélia Wanick Salgado ilə tanış oldum.

O dövrlərdə Braziliyada çox güclü radikallaşma gedirdi. Biz diktatura ilə çox çətin bir mübarizədə idik. Həm də bizim üçün çox vacib bir məsələ var idi. Ya qeyri-qanuni silahlanmaya getməli, ya da Braziliyanı tərk etməli idik. Çox gənc idik və təşkilatımız bizim ölkədən çıxmağımızın daha düzgün olduğunu düşünürdü. Fransaya getdik. Mən Fransada iqtisadiyyat üzrə PHD etdim, Lelia isə memar oldu. Daha sonra bir investisiya bankında işləməyə başladım. Dünya Bankı ilə iqtisadi inkişaf, ekonomik layihələrlə Afrikaya bir çox səyahətlərimiz olurdu. Belə səyahətlərimdən birində Lelia mənə bir fotoaparat hədiyyə etdi. Və beləliklə mən əslində fotoqrafiyaya böyük marağım olduğunu başa düşdüm.

Bir gün fotoqrafiya bütün həyatımı işğal etdi. Fotoqraf oldum, hər şeyi geridə buraxıb fotoqraf oldum. Çox adam mənə deyir ki, sən fotojurnalistsən, antropoloq və ya aktivist fotoqrafsan. Amma mən bunlardan daha artığını etdim. Fotoqrafiya mənim həyatıma çevrildi. Uzunmüddətli proyektlərlə bütünlüklə fotoqrafiyanı yaşadım. Bir çox sosial layihələrim oldu. Sonra bu fotolarımı nəşr etdirdim.

1994-2000-ci illərdə fotolarla “Köçlər” (“Migrations”) adlandırdığım hekayəm ərsəyə gəldi. Bu hekayə kitab oldu.

O dönəmlər həyatımın ən çətin günlərdi idi, xüsusilə də Ruandada.

Ruandada bütünlüklə qəddarlığı gördüm. Hər gün minlərlə ölüm görürdüm. İnsan irqinə olan inamım itmişdi.

Artıq yaşamağın bizim üçün mümkünsüz olduğunu düşünürdüm. Bədənimin hər yerində infeksiya əmələ gəlmişdi. Həyat yoldaşımla sevişəndə sperma əvəzinə qan gəlirdi. Parisə həkim dostumun yanına getdim, ona dedim ki, tamamilə xəstəyəm. Uzun müayinədən sonra o dedi: “Sebastian, sən xəstə deyilsən, prostatında da heç bir problem yoxdur. Bilirsən məsələ nədir? O qədər çox ölü görürsən ki, bu səni öldürür. Bu işi dayandırmalısan. Dayandırmalısan! Mütləq dayandırmalısan, yoxsa öləcəksən”.

Və mən dayanmağı qərara aldım. Fotoqrafiya və əslində dünyadakı hər şeylə bağlı çox məyus idim və doğulduğum yerə qayıtmağa qərar verdim. Qayıtmaq qərarı verəndə valideynlərim çox qocalmışdılar. Mənim yeddi bacım var. Ailəmizdəki yeganə kişi mən idim və ona görə də onlar ailəmizin torpaq sahəsini Lelia və mənə həvalə etməyi qərara aldılar. Torpağımıza çatanda o da mənim kimi ölü idi. Mən uşaq olanda o torpaqların yarısından çoxu tropik meşələrlə örtülü idi. Biz torpağı alanda bütün regionun yalnız bir hissəsində meşələr qalmışdı. Braziliyanın tikinti inkişafı meşələrimizi məhv etmişdi. Amerikada, Hindistanda, planetin hər yerində olduğu kimi. İnkişafımızı yaradarkən ziddiyyətli bir şəkildə ətrafımızdakı hər şeyi dağıdırıq. Minlərlə baş mal-qarası olan fermamızda sadəcə bir neçə yüz heyvan qalmışdı. Bununla necə başa çıxacağımızı bilmirdik. Və bir gün Lelianın ağlına bir ideya gəldi, inanılmaz bir ideya. O dedi: “Niyə əvvəlki meşələri bura geri qaytarmırsan? Deyirdin ki, cənnətdə doğulmusan. O zaman cənnəti yenidən quraq!”

Meşə mühəndisi olan bir dostumu tapdım, o bizim üçün bir layihə hazırladı və biz başladıq.

Əkməyə başladıq, birinci il əkdiyimiz tinglərdən bir çoxu tələf oldu, ikinci il bu tələfat biraz azaldı və yavaş-yavaş ölü torpaq dirilməyə başladı. Biz yalnız yerli növlərdən olan yüz minlərlə ağac əkdik. Məhv olmuş ekoloji sistemin yerində eynisini qurduq və orada həyat inanılmaz bir şəkildə əvvəlki vəziyyətinə qayıtmağa başladı. Torpağımızı milli parka çevirmək bizim üçün çox vacib idi. Biz bunu bacardıq. Bu torpaqları təbiətə geri qaytardıq. Oralar milli parka çevrildi. “İnstito Terra” adlanan institut qurduq və hər yerdən pul toplamaq üçün çox böyük bir ekoloji layihə hazırladıq.

İspaniya, İtaliya və Braziliyadan xeyli pul topladıq. Braziliada bir çox şirkətlərlə və dövlətlə işləyirdik ki, onlar da bu layihəyə pul qoysunlar.

Orada həyat canlanmağa başladı və mən yenidən fotoqrafiyaya davam etmək istəyirdim. Bu dəfə uzun illər çəkdiyim bir heyvanı – bizi çəkmək istəmirdim. Digər heyvanları, mənzərələri və yenə insanları çəkmək istəyirdim. Amma insanların əvvəldən, təbiətlə taraz olduğu vaxtlardan çəkmək istəyirdim. Və getdim. 2004-cü ilin əvvəlindən başladım və 2011-ci ilin sonunda bitirdim. Biz inanılmaz dərəcədə çox fotolar və nəticə əldə etdik. Lelia mənim bütün kitablarıma dizayn verdi. O sərgilərimin də yaradıcısı idi.

Biz bu fotolarla burada yaşamaq istəyiriksə bu köhnə planeti qorumaq üçün, həyatımızda tarazlıq yaratmaq üçün nələr etməli olduğumuzun müzakirəsini açmaq istəyirdik. Biz planetimizin yeni təqdimatını etməyə çalışdıq.

İndi isə biz ciddi şəkildə hazırda əlimizdə olanları qorumağa çalışmalıyıq. Əlbəttə, bu da doğrudur ki, keçmişdəki kimi olmaq çox çətindir amma biz cəmiyyətlərimizi yenidən qurmalıyıq. Biz məhv etdiyimi bütün meşələri yenidən qurmalıyıq. Bu meşələr bizim həyatımızın cövhəridir. CO2-ni oksigenə çevirə bilən yeganə zavod bu meşələrdir. O, yeganə mexanizmdir ki, bizim yaratdığımız karbonu uda bilir.

Əvvəldə də dediyim kimi bizim orada ekoloji sistemi bərpa etməyimiz üçün 200 növdə 2.5 milyon ağac əkməyimiz vacib idi. İndi bizim torpağımızda 2 milyon ağac var. Bu ağaclar yüzminlərlə ton karbonu udur.

Dostlar, bunu etmək çox asandır. Biz etdik, yox? Təsadüfən mən oraya qayıtdım, ekoloji sistemi bərpa etdik. İnanıram ki, çox adam bununla bağlı narahatdır və bizim Braziliada etdiyimiz nümunəni başqa yerlərdə də etmək mümkündür. Dünyanın hər yerində bunu edə bilərik, elə deyilmi? İnanıram ki, biz birlikdə bunu bacararıq”.

Tərcümə: Anabəyim Həsənli

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel