Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Salam

Məsud Aşina Məsud Aşina
Mövqe
16 Dekabr 2018

Bu gün, Azərbaycan diasporası tək Avropada yox, Şərqdən Qərbə, dünyanın əksər aparıcı ölkələrində artıq bir fakta çevrilib. Diasporamızın arasında yaradıcı adamlar, ziyalılar, elm sahəsinin intellektualları var. Onlar xaricdə yaşasalar da, ölkələrini sevirlər, məsuliyyət hiss edirlər. Bunu bilirik. 

Bəs biz neçə nəfərik? Biz, vətənimizdəki problemlər barədə nə düşünür, o problemlərin həlli üçün nələri təklif edirik? Biz, bütün imkanlarımızı kooperasiya etsək, bundan nə qazanarıq? Bunu bilmək üçün vətənimizdən kənarda yaşayan ziyalıların, elm və mədəniyyət adamlarının bir araya gəlməsinə, ortaq bir tribunaya sahib olmasına ehtiyac aydın hiss ediləcək dərəcədə çoxdur.

AzLogos-un məqsədi, intellektual diasporamızın nə etdiyi, nə düşündüyünü dilə gətirməkdir. Bu sayt, Azərbaycanda yaşayan soydaşlarımıza göstərəcək ki, Avropada kimlər var, nə edir, hansı uğurları qazanır, ölkələri ilə bağlı nələr düşünür və nə etmək istəyirlər. Müxtəlif sahələrdə uğur qazanmış azərbaycanlılar, soydaşları ilə bir platformada görüşəcəklər. Xaricdə yaşayan intellektual soydaşlarımız bir-birlərini tanıyacaq, bir şəbəkə yaradacaqlar. Bütün sahələrin peşəkarları əməkdaşlıq imkanı əldə edəcəklər. Bundan gözəl nə ola bilər? Axı biz, eyni zamanda gələcək nəsillərə nümunə olmalıyıq, onlara faydalı şeylər öyrətməliyik. 

İstərdim ki, AzLogos-da ortaq və geniş müzakirələrə yer ayrılsın. Kültür, elm və ekologiya kimi günümüzün ən vacib mövzuları müzakirə olunsun. Siyasət barədə də müzakirələr vacibdir. Bu gün dünyada siyasət necə aparılır, hansı dünya məsələləri müzakirə edilir? Diskussiya tərzləri hansılardır? Məşhur danimarkalı jurnalist, Georg Brandes, yüz il əvvəl demişdi ki, istənilən cəmiyyət debatlar bazasında inkişaf edir. Debatlar mütləqdir, debatsız toplum məhv olmuş toplumdur. Odur ki, bizim saytımızda konstruktiv və dialoqa istiqamətlənmiş tənqid olacaq. Artıq ən mütərəqqi standartları əxz etməyin zamanıdır, siyasi xalq kimi azərbaycanlılar tərəqqipərvər olmalıdırlar. Dünyanı tanımalıdırlar, özlərini tanıtmalıdırlar.

Mənim arzum budur ki, biz öz vətənimiz üçün nəsə edək. Məsələn, aparıcı texnologiyalar tətbiq edərək, Azərbaycanın ekoloji problemlərini həll edək, çünki bu sahədə vəziyyət olduqca pisdir. Dünya iqlim toplantısının Azərbaycanda keçirilməsi ən böyük arzumdur. Bizdə buna çox böyük ehtiyac var. Azərbaycan və bölgəmizdə ekologiya problemlərini qabardacaq mütəxəssislərə ehtiyacımız var. Axı biz insanıq, təkcə özümüzü deyil, ölkəmizlə yanaşı, dünyamızı da düşünməliyik.

AzLogos bizə öz üfüqlərimizi genişləndirmək imkanı verəcək. Dünyanın hər yerində yaşayan intellektualları, peşəkarları soraqlayacaq, bir araya gətirməyə, müzakirələrə, debatlara dəvət etməyə çalışacaq. Eyni zamanda, bu platforma gələcək üçün də vacib bir arxiv rolunu oynayacaq. Buna görə də, gələcək planlarımızdan biri, saytımızın ingilisdilli versiyasını yaratmaqdır. 

Bizimlə olduğunuza, bizi oxuduğunuza görə, hamınıza təşəkkür edirəm.

AzLogos-da qalın.  

Hörmətlə

Məsud Aşina

Nevrologiya professoru, Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Kopenhagen Universiteti.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Dağıstanda Azərbaycan dili

8 martın Azərbaycanın kölgə iqtisadiyyatına təsiri

Azərbaycan ərəbləri

İyrənmə

Avropada qadına şiddət varmı? Norveç təcrübəsi.

“Parazitlər” filminin təhlili

Urbanizasiya və onun problemləri – 1

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Hökumətin trolları və primitiv media siyasətinə dair

Məmələrin səssizliyi

Son 100 ildə təkamül etmiş 9 it cinsi

Çernobıl – tarixin ən dəhşətli texnogen fəlakəti

Milli kimlik

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

Kişi alimlərin özünüreklam məharəti

Arkadaşlar, azeriler psikopat

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

Avropa və biz

İnternet blokadasında itirdiklərimiz – qazandıqlarımızdır

Hitlerdən Cobsa – Xarizma və onun elmi əsasları

Ukrayna dərsləri

AzLogos müsabiqə elan edir

Vegetarianlığı bəşəriyyət üçün “məhvedici” adlandırdılar

200 manatın problemi

Təbii olmamağın fəsadları haqqında

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – 2 hissə

Facebook düşüncələri

Azərbaycanın qələbədə rolu

Seks düşüncələri. Bizim əbədi fantaziyalarımız

Xanəndənin taleyi

Salam

Məsud Aşina Məsud Aşina
Mövqe
16 Dekabr 2018

Bu gün, Azərbaycan diasporası tək Avropada yox, Şərqdən Qərbə, dünyanın əksər aparıcı ölkələrində artıq bir fakta çevrilib. Diasporamızın arasında yaradıcı adamlar, ziyalılar, elm sahəsinin intellektualları var. Onlar xaricdə yaşasalar da, ölkələrini sevirlər, məsuliyyət hiss edirlər. Bunu bilirik. 

Bəs biz neçə nəfərik? Biz, vətənimizdəki problemlər barədə nə düşünür, o problemlərin həlli üçün nələri təklif edirik? Biz, bütün imkanlarımızı kooperasiya etsək, bundan nə qazanarıq? Bunu bilmək üçün vətənimizdən kənarda yaşayan ziyalıların, elm və mədəniyyət adamlarının bir araya gəlməsinə, ortaq bir tribunaya sahib olmasına ehtiyac aydın hiss ediləcək dərəcədə çoxdur.

AzLogos-un məqsədi, intellektual diasporamızın nə etdiyi, nə düşündüyünü dilə gətirməkdir. Bu sayt, Azərbaycanda yaşayan soydaşlarımıza göstərəcək ki, Avropada kimlər var, nə edir, hansı uğurları qazanır, ölkələri ilə bağlı nələr düşünür və nə etmək istəyirlər. Müxtəlif sahələrdə uğur qazanmış azərbaycanlılar, soydaşları ilə bir platformada görüşəcəklər. Xaricdə yaşayan intellektual soydaşlarımız bir-birlərini tanıyacaq, bir şəbəkə yaradacaqlar. Bütün sahələrin peşəkarları əməkdaşlıq imkanı əldə edəcəklər. Bundan gözəl nə ola bilər? Axı biz, eyni zamanda gələcək nəsillərə nümunə olmalıyıq, onlara faydalı şeylər öyrətməliyik. 

İstərdim ki, AzLogos-da ortaq və geniş müzakirələrə yer ayrılsın. Kültür, elm və ekologiya kimi günümüzün ən vacib mövzuları müzakirə olunsun. Siyasət barədə də müzakirələr vacibdir. Bu gün dünyada siyasət necə aparılır, hansı dünya məsələləri müzakirə edilir? Diskussiya tərzləri hansılardır? Məşhur danimarkalı jurnalist, Georg Brandes, yüz il əvvəl demişdi ki, istənilən cəmiyyət debatlar bazasında inkişaf edir. Debatlar mütləqdir, debatsız toplum məhv olmuş toplumdur. Odur ki, bizim saytımızda konstruktiv və dialoqa istiqamətlənmiş tənqid olacaq. Artıq ən mütərəqqi standartları əxz etməyin zamanıdır, siyasi xalq kimi azərbaycanlılar tərəqqipərvər olmalıdırlar. Dünyanı tanımalıdırlar, özlərini tanıtmalıdırlar.

Mənim arzum budur ki, biz öz vətənimiz üçün nəsə edək. Məsələn, aparıcı texnologiyalar tətbiq edərək, Azərbaycanın ekoloji problemlərini həll edək, çünki bu sahədə vəziyyət olduqca pisdir. Dünya iqlim toplantısının Azərbaycanda keçirilməsi ən böyük arzumdur. Bizdə buna çox böyük ehtiyac var. Azərbaycan və bölgəmizdə ekologiya problemlərini qabardacaq mütəxəssislərə ehtiyacımız var. Axı biz insanıq, təkcə özümüzü deyil, ölkəmizlə yanaşı, dünyamızı da düşünməliyik.

AzLogos bizə öz üfüqlərimizi genişləndirmək imkanı verəcək. Dünyanın hər yerində yaşayan intellektualları, peşəkarları soraqlayacaq, bir araya gətirməyə, müzakirələrə, debatlara dəvət etməyə çalışacaq. Eyni zamanda, bu platforma gələcək üçün də vacib bir arxiv rolunu oynayacaq. Buna görə də, gələcək planlarımızdan biri, saytımızın ingilisdilli versiyasını yaratmaqdır. 

Bizimlə olduğunuza, bizi oxuduğunuza görə, hamınıza təşəkkür edirəm.

AzLogos-da qalın.  

Hörmətlə

Məsud Aşina

Nevrologiya professoru, Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Kopenhagen Universiteti.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel