Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rədd olun Çindən!

AzLogos AzLogos
., Covid-19
03 May 2020
Çin koronavirusun yayılmasının qarşısını radikal tədbirlərlə aldı – dünya bunu hələ martın sonlarında Çin Xalq Respublikasının rəhbərliyindən öyrəndi, amma sevinci uzun çəkmədi. Tezliklə ölkədə epidemiyanın ikinci dalğası başladı. Bu dəfə səbəb gəlmə yoluxma halları idi. Baxmayaraq ki, virusu gətirənlərin əksəriyyəti, məhz, ölkəyə qayıdan Çin vətəndaşları idi, çinlilər bütün kinlərini və narazılıqlarını əcnəbilərə yönəltdilər. Əcnəbilər Çində ictimai yerlərə buraxılmayan ikinci dərəcəli insanlara çevrildilər. O cümlədən ruslar da Çində evsiz-eşiksiz qaldılar. Əcnəbilər niyə Çində arzuolunmaz insanlara çevrildilər və çinsayağı ksenofobiya necə olur? Bu və digər sualları lenta.ru-dan Vladimir Kulagin araşdırıb.

“UŞAQLARI SƏNƏ YAXINLAŞMAĞA QOYMURLAR”

Aprelin əvvəllərindən Çində yaşayan qeyri-monqoloid əcnəbilər sosial şəbəkələrdə gözlənilmədən məişət problemləri ilə üzləşdikləri barədə məlumatlar yaymağa başladılar. Özü də problemlər ən müxtəlif sahələri əhatə edirdi – ərzaq alınması və ictimai nəqliyyatdan tutmuş (kimlərisə metroya və avtobuslara buraxmırdılar) mənzil axtarışlarına qədər. Yerlilər əcnəbilərə mənzil kirayə verməkdən imtina edirdilər.

Bütün bunlar koronavirus infeksiyasının gətirmə halları barədə məlumatlardan sonra başlamışdı. Yayılan xəbərlərdən sonra Çin cəmiyyəti hər şeydə gəlmələrin- yəni əcnəbilərin günahkar olduqları qərarına gəldi. Əslində, ölkə sərhədləri əcnəbilərin üzünə hələ martın sonlarında bağlanmışdı, həmin vaxta qədər gələnlərin isə hamısı məcburi qaydada ikihəftəlik karantindən keçirdi.

Gətirmə hallarının hamısı, məhz, evlərinə qayıdan ÇXR vətəndaşlarında, o cümlədən Rusiya ilə sərhəddə yerləşən Xeyluntszyan əyalətində üzə çıxarılmışdı. (Aprelin 21-i üçün 387 yoluxma hadisəsi qeydə alınmışdı və Suyfenxe şəhəri karantinə qapadılmışdı). Lakin bu fakt diskriminasiya dalğasının qarşısını almağa yardım etmədi. Məmur və siyasətçilərin, virusun lap əvvəldən Çinə kənardan gətirilmiş ola biləcəyi ilə bağlı bəyanatları da ocağa yağ tökdü.

Artıq əcnəbilərə xüsusi QR sağlamlıq kodları da kömək eləmir. QR sağlamlıq kodları fevral ayında populyar tətbiqlərdə istifadəyə verilən və telefon sahibinin son 14 gün ərzindəki yerdəyişmələrini yoxlayan proqramdır. Yoxlamadan sonra telefon sahiblərinə “sarı”, “yaşıl” və ya “qırmızı” statusu verilir və onların əsasında insanların karantində qalmalı olduqları, yoxsa sərbəst hərəkət edəcəkləri müəyyənləşdirilir.

“Mən təzə mənzil axtarmağa başladım. Bəzi yerlərdə birbaşa “yox” deyirdilər, bəzi yerlərdə rəhbərliklə məsləhətləşirdilər. Belə vəziyyətlərdə nə mənim yaşıl QR sağlamlıq kodum, nə də çin dilini yaxşı bilməyim işə yaramır”, – Çin haqqında onlayn nəşrin redaktoru, “LaowaiMe” layihəsinin təsisçisi, Şanxayda yaşayan Artyom Jdanov deyir. O, qeyd edir ki, bəzi yaşayış komplekslərinə hətta qonaq qismində belə yalnız yerliləri buraxırlar: “Mənm çinli dostlarım keçirdilər, amma mənə icazə vermirdilər”.

“Airbnb” xidmətində verilmiş elanda elə belə də yazılıb: əcnəbilər üçün giriş yoxdur. Və Çində nə vaxtdan yaşadığın vacib deyil.

A.Jdanovun sözlərinə görə, ksenofobiyanın başqa əlamətlərini də görmək mümkündür: küçədə uşaqları sizə yaxınlaşmağa qoymurlar, metroda vaqonun o biri başında otururlar.

Nümayişkaranə şəkildə karantinə riayət etməyən əcnəbilərlə bağlı bir sıra insidentlərdən sonra Çinin “WeChat” adlı tətbiqində böyük əks-səda doğurmuş “zibilin çeşidlənməsi” haqqında komiks peyda olmuşdu. Rəsmlərdə təsvir olunmuş epidemiologiya əleyhinə xidmətin qoruyucu kostyum geyinmiş əməkdaşı deyir: “Epidemiya ilə mübarizə hələ bitməyib, çünki hələ əcnəbi zir-zibili çeşidləməliyik”. Növbəti doqquz rəsmdə başqa ölkələrin vətəndaşlarının, səbəblərdən asılı olaraq, müxtəlif zibil yeşikləri üzrə çeşidlənməsi təsvir olunur. Komiks çox sürətlə populyarlıq qazanmışdı, amma tezliklə internet senzorları tərəfindən silindi.

pic_4995dc152c6336fdfcf22008bf5e0f26
Mənbə: 锦鲤青年

Həmçinin aprelin ortalarında “Weibo”nun (Çin Tvitteri) trendlərində “qədim xalq” – laobaysinlər (hərfi tərcüməsi: qədim soyadları daşıyanlar) tərəfindən məişət rasizmi nümunələri diqqət çəkir.

Ksenofob əhval-ruhiyyəli istifadəçilər hiddətlə koronavirusun yeni dalğasının yayılmasında qaradərililəri ittiham edir, afrikalı mühacirlər ucbatından “Avropanın qürubu”nu da xatırlayırdılar.

Etiraf etmək lazımdır ki, çinlilərdə digər irqin nümayəndələrinə qarşı qərəzin kəskinləşməsinin bir səbəbi də əcnəbilərin özlərinin davranışları idi (daha doğrusu bir insident – red.). Bu prosesdə katalizator rolunu aprelin əvvəlində şəbəkələrdə yayılan və Quançjou (Quandun əyaləti) xəstəxanasından qaçmış afrikalıdan bəhs edən video oynayıb. Videonun qəhrəmanı qaçmaqla kifayətlənməyib onu dayandırmağa çalışan tibb bacısının üzünü də dişləmişdi.

Bundan sonra Quançjoudan irqi diskriminasiya ilə bağlı çoxlu xəbərlər gəlməyə başladı. Məsələn, restoranlarda qaradərililərə xidməti nəinki dayandırdılar, hətta onları müəssisəyə buraxmadılar – “Makdonalds”lardan birinin qapısında “Bildiririk ki, qaradərililərin girməsi qadağandır” yazılmış elan asılmışdı. Bir müddətdən sonra restoran bağlandı, “Makdonalds” şəbəkəsi isə hamıdan üzr istədi və belə yasaqların onun dəyərlərinə uyğun gəlmədiyini bildirdi.

pic_31253c9686ce489ebc140d3d1a83c1e1
Mənbə: @BlackLivityCN

Artyom Jdanov da Quançjouda problemlər olduğunu təsdiqləyir: “Orada hətta “The Happy Monk” restoranlar şəbəkəsinə də girməyə icazə vermirlər, baxmayaraq ki, şəbəkənin sahibi əcnəbidir. Təkcə yemək sifariş eləmək olar”.

A.Jdanov, sözügedən şəhərdə böyük Afrika diasporasına ənənəvi münasibəti qərəzli kimi səciyyələndirir: “Bu, çinlilərin stereotipləri ilə bağlıdır. Bəzi çinlilər bütün qaradərililərin yoxsul ölkələrdən gəldiklərini və deməli, cinayətə meylli olub xəstəlik yaydıqlarını düşünürlər”. Lakin Rusiya vətəndaşı hesab edir ki, belə hallarla daha çox sözügedən şəhərdə rastlaşmaq mümkündür və bunu bütün ölkə miqyasında diskriminasiya hesab etmək olmaz”.

HƏTTA ÖZÜNÜNKÜLƏRƏ DƏ GÜVƏN YOXDUR

Qunaçjou polisinin, qaradərililərin yaşadığı məhəllədə aparmaq istədiyi kütləvi koronavirus testi şayiə və ittihamların yeni dalğasına təkan verdi. Nəticədə yerlilər, od olmayan yerdən tüstü çıxmadığını fikirləşdilər və Afrika mənşəli kirayənişinlərini evlərindən çıxmağa məbur etdilər. Beləcə, yüzlərlə insan küçədə qaldı.

Afrika dövlətlərindən bəzilərinin səfirləri buna reaksiya verdilər. Onlar Quançjouda yaşayan vətəndaşlarının sürgün olunduqlarını bildirdilər. ABŞ konsulluğu da Çini təpikləmək fürsətini qaçırmadı: diplomatik missiyanın nümayəndələri qaradərililər üçün yaddaş kitabçası buraxdılar və Pekini diskriminasiyada ittiham etdilər. Afrika ittifaqı da öz narahatlığını bildirdi.

Çin uzun müddət irqi və milli əlamətlərə görə diskriminasiyanı inkar edirdi. Məsələn, XİN nümayəndəsi “afrikalı qardaşların” sıxışdırılması ilə bağlı ittihamları çox rahat şəkildə təkzib etmişdi. Rəsmi təbliğat da eyni mövqeni sərgiləyirdi. Təəccüblü deyil ki, çinlilərin çoxu Quançjouda baş verənlərdən tamamilə xəbərsizdir.

İlk vaxtlar Rusiyanın diplomatik nümayəndəliyi də baş verənləri ciddi problem hesab etmirdi. Belə ki, Quançjoudakı baş konsulluq mənzil kirayəsi ilə bağlı yaranmış çətinlikləri “epidemioloji nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar bütün otellərin əcnəbi vətəndaşları yerləşdirmək imkanı yoxdur” deyərək izah etmişdi. Rusiyalılara, koronavirus testləri və “sağlamlıq kodu” mənfi çıxdığı təqdirdə onları qəbul etməyə hazır olan dörd mehmanxanın ünvanı verilmişdi. Daha sonra bəzi vətəndaşlar forumlarda yazırdılar ki, bu cür dəstəkdən sonra diplomatik nümayəndəliyin qarşısında çadır qurub orda qalmağa planlaşdırırlar.

a-woman-walks-at-a-market-in-the-22african-village22-in-guangzhou-e1467294355956
Quançjouda Afrika məhəlləsi. Foto: Alex Lee / Reuters

Əcnəbilərin əsassız sıxışdırılması dünya mətbuatında da geniş əks-səda doğurandan sonra Çində problemin mövcudluğunu qəbul etdilər. Əvvəlcə Quandunun xarici işlər idarəsi öz saytında “Bir dünya- bir mübarizə. Sağlam cəmiyyəti birlikdə yaradacağıq!” başlıqlı açıq məktub dərc elədi. Məktubda deyilirdi ki, “heç kim milli, irqi, cinsi və digər əlamətlərinə görə, insanların mehmanxanalarda qalmaq, mənzil kirayələmək, ya da ictimai yerlərdə olmaq hüqununu pozmamalıdır”. Daha sonra Rusiyanın Quançjoudakı baş konsulu Viktor Paşkovla xarici işlər idarəsinin direktoru Çen Tsyüyanın görüşü barədə informasiya peyda oldu. Onlar diskriminasiyaya qarşı birgə mübarizənin yollarını müzakirə etdilər.

Ədalət naminə qeyd etmək lazımdır ki, epidemiyanın ilk aylarında çinlilərin özləri də oxşar problemlərlə üzləşmişdilər. Xüsusən də, bu, infeksiyanın ocağından – Hubeydən gələnlərə aid idi. Bütün ölkədə mehmanxanalar onlara da yer vermir, imkan dairəsində uzaq durmağa çalışırdılar.

Çinlilər virus olmayanda da bir-birinə şübhə ilə yanaşırlar – ölkə gözəgörünməz və qeyri-rəsmi sərhədlərlə hissələrə bölünüb: bunlar dil sərhədləri (şimallılar və cənublular bir-birinin danışığını güclə başa düşürlər), mətbəx, dünyagörüşü sərhədləridir. Yalnız sabit sosial əlaqələr səviyyəsində müəyyən güvən görmək mümkündür – məsələn, eyni əyalətdən olanlar, ya da eyni təhsil müəssisənin məzunları arasında. Belə əlaqələrə çinlilər üçün böyük əhəmiyyət daşıyan quansi (关系) anlayışı daxildir. Bu söz “münasibət” kimi tərcümə olunur, amma quansi anlayışının özü rusların «блат»ına (nüfuz, sanballılıq anlamını verən jarqon) daha yaxındır. Fərqli mədəniyyətdə böyümüş əcnəbinin quansiyə sahib olmaq imkanı qətiyyən yoxdur, buna görə də, o, Çində həmişə yad olaraq qalacaq.

İNCİMƏK ÜÇÜN SƏBƏB YOXDUR

Çinlilərin özlərinin dediklərinə görə, onların afrikalılara münasibətini qərb ölkələrinin asiyalılara münasibəti ilə müqayisə etmək mümkündür. Tarixən belə alınıb ki, sonuncular pis assimiliyasiya olublar, ayrıca yaşayıblar. Buna görə də, aborigenlər həmişə onların nə isə gizlətdiklərini, planladıqlarını düşünüblər. Bu gün çinlilər də yadellilərə eyni güvənsizlik və şübhə ilə baxırlar. Məsələn, hətta “dinc” zamanlarda da polislər afrikalı görəndə onların üç əsas pozuntuya yol verib-vermədiklərini yoxlayırdılar – (三非 — sanfey, ikinci heroqlif Afrika kimi oxunur): qanunsuz mühacirət, qanunsuz oturum və işlə qanunsuz təmin olunma.

854081161001_6133158803001_6133154073001-vs
Mənbə: Associated Press

ÇİN AFRİKAYA PUL VƏ ÜMİD APARDI, NİFRƏT VƏ HƏQARƏT GƏTİRDİ

Çinlilərin anlamadıqların şeylərdən biri də odur ki, niyə irq və ya dərinin rəngi ilə bağlı zarafat etmək olmaz? Onlar üçün zarafatdakı ən əsas şey zarafatın özüdür. Burda, məsələn, yuyucu tozla bağlı reklamı xatırlamaq yerinə düşər: toz o qədər keyfiyyətli çıxır ki, hətta qaradərilini çinliyə çevriləcək qədər ağardır.

2018-ci ilin yeni il proqramında isə hətta Çinin sərhədlərindən kənarda da qızğın müzakirələrə səbəb olan on dəqiqəlik epizod baş vermişdi. Aparıcı, Çinin layihəsi əsasında tikilmiş və Keniyaya qədər uzanan dəmir yolunun tezliklə istifadəyə veriləcəyi münasibətilə hər kəsi təbrik edir, daha sonra studiyaya dərisi qəhvəyi rəngə boyanmış şişman bir qadın və meymun kostyumu geynmiş balacaboy bir kişi çıxırdı (çinlilər). Afrikada və Qərbdə bu səhnəcikdə qaradərililərə qarşı alçaldıcı münasibət görə bilərlər, amma Çində yox. Çinli “həyatın gerçəkliklərində təhiredici nə ola bilər, axı?” – deyə düşünər.

FƏRQLİ SƏBƏBLƏRDƏN QAYNAQLANAN NİFRƏT

Çinlilərin əcnəbilərə münasibətini ənənəvi olaraq birmənalı xarakterizə etmək mümkün deyil. Qədim mədəniyyət indiyə qədər də özünü büruzə verir. Mərkəzi dövlətdə (Səmaaltı bütün planet hesab olunurdu) yaşamaq xoşbəxtliyinə nail olmamış insanlar olduqları üçün yadellilərə qarşı münasibət ən yaxşı halda təkəbbürlü olub. Və qlobalizm dövründə doğulmuş yeni nəsillərdə belə stereotiplər olmasa da, qapalı “Çini” hələ unutmayanlarda onlar kifayət qədərdir.

NİFRƏT DƏRSLƏRİ: ÇİNDƏ YAPONLARI NİYƏ SEVMİRLƏR

Ölkəyə qısa müddətlik gəlmiş laovay (Çin mədəniyyətindən başı çıxmayan əcnəbilərə verilən ad), yəqin ki, heç vaxt mənfi münasibətlə üzləşməyəcək. Əksinə, kiçik şəhərlərdə ağ adam gördüyü diqqətdən lovğalana bilər, meqapolislərdə vacib tədbirləri nüfuzunu artırmaqdan ötrü onu dəvət edəcəklər. Ancaq bu inanılmaz diqqət diskriminasiyanın astar üzüdür: ölkədə problemlər başlayan kimi, həmin özgələr, özlərinə görə maraqlı insanlar əcaib laovaylara çevrilirlər və onlara güvənmək olmaz. Nəticədə indi hətta koronavirus ucbatından yaranmış teoretik təhlükə belə, yadellilərə qarşı köhnə qorxuları yenidən təhtəl şüurdan reallığa buraxıb.

pic_1d677b51672f99d55cd1619661009f89
Antiyapon mitinqi, Quançjou, 2012. Foto: Reuters

Çin cəmiyyətində əcnəbilərə qarşı olan mürəkkəb münasibət problemi epidemioloji böhran təhlükəsi ucbatından daha parlaq çalarlar qazanıb. Amma əgər avropalılara və afrikalılara münasibətdə ön plana mədəni uçurum çıxırsa, bəzi qonşularla, məsələn, yaponlar və vyetnamlılarla zaman-zaman siyasi-tarixi keçmiş zəminində münaqişələr yaranır.

Pekinin, bir çox qonşuları ilə ərazi mübahisələri var. Böhran anlarında bu zəmində aparılan təbliğatın təsiri altında milli qarşıdurmalar yaranır və keçmişin dəhşətlərini yaddaşlarda canlandırır.

Hərçənd hazırkı ksenofobiya partlayışlarının altında ideologiya yatmır. Çin rasizmi məişət səviyyəsində, sadə insanların arasında möhkəmlənməyə davam edir. Xüsusən də, koronavirus kimi böhran zamanlarında. Yeri gəlmişkən, belə hallar – “viruslu” ölkələrdən olan insanların sıxışdırılması hələ ilin əvvəllərində Qərbdə, hətta Rusiyada da qeydə alınıb. Çox güman ki, Çində yoluxanların miqdarı azalandan sonra diskriminasiya səngiməsə, yenə qayğısız əcnəbilər üçün o qədər də təhlükəli olmayan bir forma alacaq.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021

Redaktorun seçimi

Ölümə məhkum edilən dullar

Bayrağımızın rəngləri

Feministlər qoltuğunun altını qırxmır?

Laçın yoluna biz nəzarət edirik

Wi-Fi 6 rəsmi olaraq istifadəyə verildi

Niderland antitellərin müjdəsini verdi

Seçkidən başqa hər şey

“Gecəyarısı uşaqları” adlı cəfəngiyyat

“Toy serialının” barıt qoxusu

Eşq olsun seçkilərə!

Əl çirki, yoxsa rüşvət və borc bataqlığı?

Maqomayevi necə öldürdülər

Jazzman ölümləri

“Qəhbə” sözünün yaratdığı beyin partlayışı

Pir bizimdir, kəramətinə bələdik

Toylardan zəruri imtina və sonrası

Posthumanizm dövründə sevgi

Azərbaycanın qələbədə rolu

Kimdir cinsi obyekt?

Seymur Baycan too

Psixoloji müqavimət

Prezidentin twitter siyasəti

Siyahqələmin divləri, əcinnələri, küpəgirənləri

Qəhvə və parkinqi nə birləşdirir?

SSRİ niyə dağıldı?

Bakı Sovetinin qurulması və süqutu

Hadisə və hekayə qıtlığı

Milli elmin eybəcərlikləri

Bəşəriyyət tarixinin ən pis ili

Banan imperializmi

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel