bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Rədd olsun papaq!

Elnur Astanbəyli Elnur Astanbəyli
., Mövqe
16 Sentyabr 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Hind Ahmas wears a niqab, despite a nationwide ban on the Islamic face veil, outside the courts in Meaux

Hind Ahmas wears a niqab despite a nationwide ban on the Islamic face veil outside the courts where she arrived with the intention to pay a fine after she was arrested last May for wearing the niqab in public, in Meaux, east of Paris, on September 22, 2011. Photo courtesy of REUTERS/Charles Platiau *Editors: This photo may only be republished with RNS-FRANCE-NIQAB, originally transmitted on Oct. 20, 2015.

Paylaş

“Rədd olsun çadra!” – Sovet Azərbaycanının ilk populyar şüarlarından biri bu idi.

İlk baxışda adama elə gəlir ki, həmin şüar Azərbaycanda qadını dinin buxovlarından azad etmək uğrunda mübarizə üçün düşünülmüşdü.

Əslində həmin mübarizənin səmimiyyətinə inananlar da vardı. Məsələn, məşhur bolşeviklərdən biri Həmid Sultanovun həyat yoldaşı Ayna Sultanova.

Aqibətini xatırlatmağa ehtiyac yoxdur: 1937-ci il repressiyasından sağ çıxmadı. Təkcə özü yox: əri də, Sovet Azərbaycanının ən parlaq karyera sahiblərindən biri olmuş qaynı Qəzənfər Musabəyov da, uğrunda dəridən-qabıqdan çıxdıqları sistemin yeminə çevrildilər – güllələndilər.

“Rədd olsun çadra!” şüarı əslində qulağa xoş gəlir. Sadə səbəbdən: yüzillər boyunca din və onun amansızlaşdırdığı mental dəyərlər sistemi Azərbaycan qadınını dörd divar arasına məhkum etmişdi.

Şübhəısiz ki, çadra sadəcə bir baş örtüyü deyildi.

O, həm də “beyin örtüyü” idi: qadını kölə kimi, qul kimi görən, onu ictimai həyatdan məhrum və dörd divar arasına məhkum edən dünyagörüşünün simvolu idi.

Lakin nə yazıq ki, məsələ çadranı atmaqla bitmirdi. Qadını çadradan qurtarmağa çalışanlar bunun qarşılığında nə təklif edirdilər? Onun önündə təhsil almaq, həyatın bütün sahələrində çalışmaq imkanları tanınırdı, ancaq bu problemin köklü həll yolu idimi?

Eyni məntiqlə Azərbaycan Cümhuriyyəti türk və müsəlman Şərqini bir kənara qoyun, hətta Qərbin bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə qadına ilk dəfə seçib-seçilmək haqqı tanımışdı.

Varlığını davam etdirsəydi, kim bilir, daha hansı uğurlara imza atacaqdı?

Bəli, razıyam, Sovet hakimiyyəti cinsindən asılı olmayaraq hər kəsə yazıb-oxumaq fürsəti verirdi, ancaq nəyi yazıb-oxuyacaqlarına da qərar verirdi axı! Belədə ortaya uzaqbaşı “təhsilli kölələr” çıxarmaq olardı, necə ki çıxdılar da!

Bir az da konkretləşdirsək: beyinlərdə inqilab yaratmadan geyimlərdə inqilab yaratmağın heç bir faydası yox idi və həqiqətən də olmadı!

Niyəsinə gələcəm.

Ancaq kiçik və maraqlı bir haşiyə çıxım: 1920-ci illərin sonlarında “çadranı rədd edən” sistem 1930-cu illərin sonlarında “milli və dini geyimlərlə mübarizənin” öncüllərini “uf” demədən “qırmızı terror” qurbanlarına çevirirdi.

Həmin çağlarda Azərbaycanın mütləq əksəriyyəti kişi cinsinə mənsub olan ictimai-siyasi, ədəbi-mədəni həyatının aparıcı simalarını güllələməklə kifayətlənmir, onların dünyagörüş etibarı ilə mütərəqqi düşüncəli həyat yoldaşlarını da amansız təqiblərə məruz qoyurdu.

Qəribədir: nə üçün?

Bu sualın cavabını təkcə “Rədd olsun çadra!” şüarında yox, onunla bərabər doğulan “Rədd olsun papaq!” şüarında axtarmaq lazımdır.

Yəni həmin vaxt söhbət yalnız qadınların deyil, kişilərin də geyimlərində reformdan gedirdi.

Hər iki şüarın kökü isə 1927-ci ilə uzanır.

Məsələ burasındadır ki, həmin il Sovet Azərbaycanının xalq maarifi komissarı, alovlu leninçi Ruhulla Axundovun tapşırığı ilə “Kommunist” qəzeti gənc nəslin tərbiyəsi ilə bağlı 6 bəndlik təkliflər paketi irəli sürmüşdü.

Bu paketdə millətçi müəllimlərin məktəblərdən çıxarılmasından tutmuş müəllimlərin proletar sinfindən olmasına üstünlük verilməsinə; millət əleyhinə proqramların çoxaldılmasından tutmuş milli və dini bayramların tamamilə ləğv edilərək yerinə inqilab bayramlarının qoyulmasınacan bir çox təkliflər yer alırdı.

Məhz bundan sonra papaq əvəzinə şlyapa və şapkanın süni – inzibati-administrativ təbliğatı başladı.

Əndrabadi vəziyyət yaranmışdı: beyin olduğu kimi qalır, uzaqbaşı pərəstişin yeni ünvanı kimi bu dəfə də İslam peyğəmbəri ilə “xalqlar atası” arasında seçim edir, bütün hallarda biətçi, itaətçi funksiyasına sadiq qalır, sadəcə, başdakı örtük dəyişirdi.

Elə bir az yuxarıda yazdığımız “beyinlərdə inqilab yaratmadan geyimlərdə inqilab yaratmağın heç bir faydası yox idi və həqiqətən də olmadı” qənaəti ilə bağlı “niyə” sualının cavabı da burada gizlənib: bir zamanlar “A” haqqında azacıq fərqli düşünüb “kafir” olurdunsa, indi “B” barədə yüngülcə tənqid söyləyib “xalq düşməninə” çevrilirdin.

Hər iki halda azadlıqların önünə qalın, keçilməz sədd hörülmüşdü. Hər iki halda linç, repressiya edilmək üçün ayağını cızıqdan cıqqana kənara qoymaq kifayət idi, hətta bəzən buna da ehtiyac qalmırdı: dünənəcən bir-birindən xoşu gəlməyənlərin bir-birlərini şantaj aləti İslam peyğəmbərinin hədisləri idisə, bu gün də Kommunist Partiyasının tezisləri idi.

Qısası, baş örtüyü dəyişirdi, başın içi isə prinsipcə eyni qalırdı.

Nəticə: insanların geyimi ilə mübarizə onunla yekunlaşdı ki, molla sadıqlar yoldaş sadıqlarla, başıbağlı fatmanisələr başıaçıq fatmanisələrlə əvəzləndi, ancaq bu torpaqlarda nə Mirzə Ələkbər Sabirlər öz aktuallığını itirdi, nə Əbdürrəhim bəy Haqverdiyevlər. Nə Mirzə Cəlıllərin 100 il öncə dərman axtardığı dərdlər sağaldı, nə Ömər Faiq Nemanzadələri sızladan, göynədən ağrılar dindi.

Elə indi də dünyanın ən modern geyinən camaatlarından biriyik bəlkə, lakin bu nə bizi ələm uçurmaqdan, cin çıxarmaqdan, hansısa “qaloş pirinə” sığlnmaqdan xilas edir, nə də rüşvətlə bala saxlamaqdan, yalanla, yaltaqlıqla karyera sahibi olmaqdan…

Geyimimiz dəyişir, başımızın örtüyü, ayağımızın corabı, əynimizin köynəyi dəyişir, aqibətimizsə eynidir: Qaranlıq! Havasızlıq! Bataqlıq!

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör