Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Qurban və bayram

Nərmin Şahmarzadə Nərmin Şahmarzadə
., Mövqe
02 Avqust 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Ezgif.com webp to jpg (1)
Paylaş

Bu gün müsəlmanların dini bayramı olan Qurban bayramıdır. Hər il bu günlərdə vegetarian-müsəlman-ateist və s. qruplar arasında həqiqət, doğru-yanlış axtarışı, davası başlayır. Qeyd edim ki, keçən ilə qədər özüm də bu davalarda aktiv iştirakçı olmuşam. Bu yazımda da qısa şəkildə bundan bəhs etmək istəyirəm.

İnsan bir şeyi dəyər hesab edirsə, onu hər cür arqumentlə müdafiə etməyə çalışır.

İllər əvvəl yeniyetməlik dövründə, gözümü açandan bəri ətrafımda gah mərhəmətli, gah cəzalandıran obraz kimi təqdim etdikləri Allahı tanımaq istədiyim üçün dinləri araşdırırdım. İnanclı bir ailənin övladının Quranı altından xətt çəkərək, qeydlər apararaq oxuması, məscidləri gəzməsi ilk başda xoş qarşılanırdı. O ki sonradan İncili, Tövratı, Bhaqavat Gitanı da elə oxuyub kilsəyə, Krişna məbədinə getməyə başladım, ailəmi yavaş-yavaş narahatlıq bürüdü. Bu mərhələdən sonra dinlərin eyni yaradan uğrunda dalaşdığı qənaətinə gəlmişdim. Ətrafımdakı insanlar dindən, Allahdan danışdıqda onların Allahı anlamadığını və primitiv səviyyədə başa düşdüklərini, Quranı hələ də Məhəmməd peyğəmbərin cəhalətin dibindəki insanları başa saldığı səviyyədə qavradıqlarını deyirdim.

Ateistlərə də eyni arqumentləri fərqli rakursdan izah edirdim: Quran çox yüksək səviyyədə yazılıb, siz onu cəhalət səviyyəsində başa düşürsünüz, Allah sizin dediyiniz kimi qəddar deyil, insan hər şeyi özü seçir, özü yaşayır. Bu dövrdə həm də reinkarnasiyaya inanırdım. Beləliklə, xəstəlikdən, acından ölən, şikəst doğulan uşaqların həyatlarının, cənnət və cəhənnəm anlayışının reinkarnasiya olduğunu, etdiyimiz hər bir pis əməlin də karmasının olduğunu və bizə növbəti həyatlarımızda geri dönəcəyini izah edirdim. Bununla da Allahın üzərindən o məsuliyyətləri götürürdüm.

Vegetarianlığımın ilk illəri idi, kimsə mənə “bizim bilmədiyimiz, yalnız sənin bildiyin o mərhəmətli Allah niyə heyvanları qurban edir, axı zoologiyadan onların da ağrı hiss edən sinir sisteminin olduğunu və necə əzab çəkdiklərini bilirsən” demişdi. Buna da özümə görə “yaxşı” cavab vermişdim. Bir cahilə xas olan əsas əlamətlər: bildiyindən dərin əminlik və bu əminlikdən yola çıxaraq hamıya “həqiqəti” izah edəcək enerji var idi içimdə (indi də fərqli cür cahiləm). Lakin bilmədiyim əsas şey, biliklərimizin özümüzü qorumaq üçün qalxanımız olması idi.

O zaman mənim inanmaq istədiyim bir obraz var idi. O obraz ki, heç kəsi incitməyən, mərhəmətli, uşaq ölümlərinə, insanların ağır şəkildə ömür sürmələrinə vəsilə olmayan, heç kəsi cəzalandırmayan, insanın seçimlərinə qarışmayan əlamətlər toplusundan ibarət olsun. O dövrdə bu inancım məni ayaqda saxlayırdı, bu gün artıq belə bir obraza ehtiyac hiss etmirəm, ona görə də biliklərimi onu qorumaq istiqamətində istifadə etmirəm. Lakin o obrazın yox olmasına səbəb olan biliklərim yarandıqca bu dəfə də insanlara o obrazın utopiya və ya xəyal məhsulu olması barəsində danışırdım. Çünki onda da o obrazın əleyhdarı olmaq mənə güc verirdi. Yəni iki variantın ikisində də kiməsə nəsə izah edirdim və elə sanırdım ki, insanların zehnini açıram. Fəqət bu gün bildiyim tək həqiqət var ki, insanların ideologiyaları birbaşa öz psixikaları, obrazlarla arasındakı mənəvi münasibətlərlə bağlıdır: biz həqiqətlər barədə insanları agah etmirik, öz ehtiyacımız olan həqiqətləri başqalarına sırıyırıq. Kimya müəllimimin “öz bişirdiyin sıyığı mənə yedizdirmə” ifadəsi var idi, burda nəzərdə tutduğum da məhz öz bişirdiyimiz sıyıqları bir-birimizə yedizdirməyimizdir.

Ətrafımızda fərqli ideologiya, inanc sahibi milyonlarla insan var. Hər birinin özünə xas arqumentləri var. Hətta siz onun arqumentinə kontr-arqument qoysanız, el dilində desək, onu bağlasanız da, böyük ehtimalla o adam öz fikrindən, inancından daşınmayacaq. Əgər sizin arqumentiniz qarşınızdakı adamı fikrindən daşındırıbsa, cahil cəsarətimlə sizi əmin edə bilərəm ki, o adamın artıq öz inandığı şeyə ehtiyacı qalmayıb və siz sadəcə bardağı daşırdan son damla olmusunuz.

Etiraf etməliyəm ki, heyvansevərlik, şiddətə qarşı olmaq kimi bəzi şeylər çox böyük dəyərdir. Lakin bu dəyəri bölüşməyən bütün adamlar cani deyil, sadəcə elə tərbiyə olunublar (böyüdülüblər). Məsələn, Azərbaycanın şəhər ailələrində uşaqlar, adətən, qoyunun, inəyin necə kəsildiyini bilmir, onlar əti həmişə hazır məhsul kimi görüblər. Hətta adi günlərdə ətsiz yemək yeməyi sevən adamlar da evə qonaq gələndə çalışırlar ki, ətli yemək bişirsinlər. Bu tipli mühitdə böyümüş bir uşağın ət yemək vərdişi varsa, onu cani adlandırmaq qəribədir.

Eləcə də, əsrlərdir göydən qoyun enməsiylə bağlı rəvayətə inanmaq, məhz buna görə qurban kəsmək, qurbanlığı bəzəyib-düzəyib şəkil çəkmək, qız evinə aparmaq da (hətta bəzən qoyunu elə bəzəyirlər ki, gəlin qoyunun yanında sönük qalır) qəribədir.

Sözümün canı budur ki, əziz oxucu, inandığımız subyektiv həqiqətlərimiz obyektiv deyil. Sadəcə nələrinsə fonunda biz onları obyektiv adlandıra bilirik. Ədalət axtarışına çıxmazdan əvvəl, bu həyatda qeyri-bərabər şəraitdə doğulduğunu bilmədən, haradan gəlib hara getdiyini, niyə və nə üçün var olduğunu düşünmədən yaşamağın da ədalətli olmadığını nəzərə almaq lazımdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör