bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qırmızı və ya hay-küy

Əli Novruzov Əli Novruzov
., Kültür
15 Fevral 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
MyCollages (2)
Paylaş

“Uzun müddət həftəsonları doyunca yata bilmədim.”

Romanın açılış cümləsi nəfis bir fransız romanının açılış cümləsini xatırladır. Bizim yerli müəllifin əsərini oxumağa başladığını bilməsən, fransız dilindən tərcümə bir romanla tête-à-tête qaldığını düşünərsən. İlk cümlənin bu qədər sadəliyi, səlisliyi, lətafəti səni valeh edir.

Longtemps – Prust öz hekayəsinə bu sözlə başlayır. Əfsanəvi Lyubimovun tərcüməsindəki iddiasız, amma eyni dərəcədə lətif давно. Mənə qalsa, burada fransızcadan loŋtaŋ qarşılığında bir fənd işlədərək çoxdan ilə başlayardım, amma uzun müddət də pis seçim deyil.

Bu açılış cümləsi əsl saatlı bombadır, onun storytelling vədinə sadəcə məftun olmaq qalır. Amma təəssüf ki, kitabın bütün sehri elə bu ilk cümlə ilə də bitir.

Şamxal Həsənovun “Səs və ya qırmızı” romanında (Qanun, 2020) hadisələr klassik ata, oğul və ana üçbucağında cərəyan edir.

Yataq xəstəsi olan ata – Ramiz gözlərini xəstəxana palatasının ağ divarına zilləyib keçmişini xatırlayır və bu gününü analiz edir. Onun yazıçı olmaq istəyən introvert oğlu İdris qalın və ağır kitabların dünyasına qapılıb və mənşəyi bilinməyən ekzistensial böhranla başını qatır. Oğlunun problemlərində atasını günahkar bilən ana – Səma isə İdrisi gerçək həyata qaytarmağa çalışır. Ananın planı da romanın fabulası kimi çox sadədir: öz rəfiqəsini və onun İdris ilə həmyaşıd olan qızını evlərinə qonaq çağırır.

Kitabın annotasiyasında deyilir ki, bu roman çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə alınıb və obrazların öz təhkiyəsində təqdim olunur. Şərif Ağayar da romanda dərin, incə və kəşf olunmamış hisslərin rəngdən-rəngə düşən möcüzəvi axışının istedadla qələmə alınmasını görür.

Bütün bu təsvirlərin, yumşaq desək, doğru olmadığını sezmək üçün hazırlıqlı oxucunun üçcə fəsil oxuması kifayətdir.

Texniki baxımdan birinci fəsil İdrisin, ikinci fəsil Səmanın, üçüncü fəsil isə Ramizin daxili monoloqudur, amma faktiki olaraq hər üç fəsil və sonrakı bütün fəsillər eyni bir şəxsin dilində yazılıb. Səs, vurğu, temp, təhkiyə tərzi, lüğət tərkibi və sintaksis, bənzətmələr, hətta İstanbul ləhcəsindən təsirlənmələr hər üç ayrı obrazın daxili monoloqlarında eynidir və dəyişmir.

Üstəlik, hər üç obrazın düşündükləri dil Azərbaycan dilinin bürokratik rəsmi-işgüzar üslubundan eyni dərəcədə zəhərlənib. Məsələn, romanın bir yerində ana öz oğlunu xilas etmək üçün fövqəladə tədbirlər görmək barədə düşünür və bu cür klişe ifadələrə hər üç obrazın dilində rast gəlinir. Çox güman ki, müəllif bir vaxtlar texniki mətnlərin Azərbaycan dilinə və Azərbaycan dilindən tərcüməsi ilə məşğul olub və bu da onun yazı tərzində öz izlərini buraxıb.

Hər üç şəxsin əslində ruhi sağlamlıq problemindən əziyyət çəkən və şəxsiyyətin üçləşməsini yaşayan eyni insan olduğunu da ehtimal etmək olar, amma bu ehtimalı bəri başdan çıxdaş etməliyik. Çünki müəllifin belə bir niyyəti olmadığı gün kimi aydındır və biz öz niyyətimizi müəllifin adına yaza bilmərik. Həmçinin, təcrübəli psixiatrların da təsdiqləyəcəyi kimi, ruhi problemləri olan insan bir obrazdan başqa obraza keçid edərkən onun nitqi, düşüncələri, davranışları və xasiyyəti də eyni qaydada dəyişir və o, tamamilə yeni şəxsə çevrilir. Biz isə bu romanda üç fərqli şəxs görmürük.

Böyük təəssüflə qeyd etməliyəm ki, müəllif bu ilk romanında qarşısına qoyduğu məqsədə nail olmayıb. Müəllifin məqsədi həddən ziyadə iddialı olub və o, bu iddianın ağırlığı altından çıxa bilməyib. Burada heç bir ayıb iş, faciə yoxdur. Ruslar demiş, первый блин – комом.

Mənə hədsiz maraqlı gələn başqa bir məsələ heç kəsin tanımadığı müəllifin ilk romanına birdən-birə üç tanınmış imzanın tərifli rəy yazmasıdır, çünki Azərbaycanda buna çox nadir hallarda şahid olursan.

Romanın redaktoru Şərif Ağayar tələskənlik edərək müəllifi artıq Azərbaycanın Prustu elan edib [1].

Mirmehdi Ağaoğlu heyrətlənib [2], amma nə əcəbsə fərqinə varmayıb ki, onun heyrəti qara silindr papaqdan ağ dovşan çıxaran illüzionist qarşısında azyaşlının heyrətidir. Təcrübəli yazıçı və redaktor Mirmehdi bir az daha ayıq-sayıq da ola bilərdi.

Bircə ehtiyatkar Qismətin roman haqqında həqiqətən nə düşündüyünü öyrənə bilmədim. Qismət öz rəyini həndəsi düsturlar və kvazi-akademik iqtibasların altında [3] necə məharətlə basdırıbsa, onu gün işığına çıxarmaq üçün bəlkə usta bir kankan olmaq gərəkdir.

Sözün açığı, mən də romanı bir qədər maraqla oxudum, amma daha çox pervert səbəblərdən. Heç zaman ağlıma gəlməzdi ki, XIX-XX əsrlərin klassik ingilis, alman, fransız romanlarının eleqant üslubunu, onların türkcə və rusca tərcümələrinin ədabazlığını Azərbaycan dilində arxaik fars və ərəb ibarələrindən istifadə etmədən təkrarlamaq mümkün imiş.

İnsan özünü gərək aldatmasın. Əslində bütün bu məzmunsuz söz yığını, bilərəkdən ağırlaşdırılmış və uzadılmış erməni budaq cümlələri, heç bir sərf-nəhv kitabında rast gəlinməyən qondarma sintaksis – bu, Azərbaycan dili deyil; bu – fransız dilini yamsılamağa çalışan süni, ölü konstruksiyadır. Bu roman – ona verilən yüksək gərginlikli elektrik cərəyanlarına (Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qismət) baxmayaraq yenə də dirilməyən Frankenşteyn monstrıdır.

Buna görə də sonda Şərif Ağayara bütün hörmətimlə etiraz etməliyəm: bu yoldaş Azərbaycanın Prustu deyil, hələ ki Azərbaycanın Frankenşteynidir.

Növbəti kitabını gözləyək.

 

Keçidlər:

https://kulis.az/news/31960

https://kulis.az/news/32448

https://kulis.az/news/33690

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör