bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Qaranlıqdakı işıqlardan: Mirzə Muxtar

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
29 Oktyabr 2019
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
44444
Paylaş

İl 1870-ci il.

Yer: Şuşa.

Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri ilk dəfə səhnəyə qoyulur.

Tamaşanın bütün əziyyəti isə ilk növbədə 29 yaşlı Mirzə Muxtarın üzərinə düşür. Lakin gəlin tələsməyək və daha əvvələ qayıdaq.

***

1841-ci ildə Şuşada, gözəl səs malik xanəndə və mahir kamança ifaçısı olan Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabağinin ailəsində bir oğlan uşağı dünyaya gəlir.

Oğlanın adını Muxtar qoyurlar.

Ağa Mirzə Əli Əsgər Qarabaği dövrünün kifayət qədər tanınmış sənətkarlarından sayılırdı: Xurşudbanu Natəvanın atası Mehdiqulu xanın saray musiqiçisi idi, İran şahı Nəsrəddinin sarayından tutmuş bir çox Şərq ölkələrinəcən saysız-hesabsız çıxışlar etmiş, böyük ad-san qazanmışdı. O, zəmanəsinin görkəmli xanəndələri, musiqiçiləri ilə yaxın dost və səhnə yoldaşı olmuşdu.

Mirzə Muxtarın erkən yaşlarda sənətə maraq və həvəsinin yaranmasında həlledici rolu, heç şübhsəiz, məhz atası oynamışdı…

***

Mirzə Muxtar öncə molla yanında, sonra mədrəsədə, on bir yaşında isə rus-tatar məktəbində oxumuş, ərəb, fars və rus dillərini yaxşı öyrənmiş, Azərbaycan və Şərq klassiklərinin əsərləri ilə tanış olmuşdu.

Mirzə Muxtarda teatr eşqini alovlandıran isə doğulduğu yüzilliyin ortalarında, daha dəqiq desək, 60-cı illərində Şuşadakı “Qış klubu”nda oyanana rus teatr tamaşaları olmuşdu.

Yeri gəlmişkən: Azərbaycanda ilk həvəskar teatr tamaşaları Şuşada, birinci dəfə hələ 1848-ci ildə səhnələşdirilmişdi. Qaynar mədəni həyata malik olan Şuşada teatr üçün hətta ayrıca bina vardı; şahidlər Şuşa teatrının “gözəl dekorasiyalara, zövqlə işlənmiş lojalara malik olmasından və çoxlu tamaşaçı cəlb etməsindən” yazıblar.

Başqa bir maraqlı fakt: Şuşada teatr ənənələrinin yaranmağa başladığını öyrənən Mirzə Fətəli Axundzadə 1852-ci ildə şəhərə təşrif buyurmuş, hər şeyi öz gözləri ilə görmək istəmişdi. Başqa bir məqsəd isə şübhəsiz ki, öz komediyalarının da burada səhnələşdirilməsinin mümkün olub-olmadığını öyrənmək idi…

***

Rus teatr tamaşaları Mirzə Muxtarın bu sənətə rəğbətini alovlandırır.

1870-ci ildə o, Novruz bayramı münasibətilə “Qaravəlli” tamaşası hazırlayır. Tamaşa yerli camaatın o qədər xoşuna gəlir ki, hətta növbəti illərdə də bu bayramın bir parçasına, necə deyərlər, ənənələrindən birinə çevrilir.

Bu həm də o vaxt idi ki, Mirzə Muxtar artıq Şuşada müəllimliyə başlamışdı.

Elə həmin il Mirzə Muxtar Şuşanın irəligörüşlü insanlarının köməyi və iştirakı ilə Mirzə Fətəlinin “Hacı Qara” komediyasını səhnələşdirir. Bəzi səbəblərdən tamaşa uğursuz alınır. Bu səbəbdən də aradan üç il keçəcək, 1873-cü ildə (hansı ki, Azərbaycan peşəkar teatrının yaranması məhz həmin ildən hesablanır) Mirzə Muxtar teatr həvəskarlarının köməyi ilə “Hacı Qara”nı yenidən səhnəyə qoyulacaqdı…

Çox sonralar – 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə” adlı sənət dərgisində bu haqda danışarkən “Hacı Qara”nı teatr binası olmadığından qışlaqda – kazarmada tamaşaya qoyduğunu xatırlayacaqdı…

Sözügedən yazıdan daha bir maraqlı parça: “O vaxt mətbəə filan olmadığından qələm ilən otuz beş elan yazdım və payladım cəmaətə. Axşam tamaşaçılardan bəziləri “şəriətə zidd şey bulsaq vay halına» deyərək məni hədələdilər. Bərəkət versin ki, dinə müxalif bir şey bulmayıb razı getdilər”.

***

Mirzə Muxtar 1883-cü ildə Şuşanı tərk etməli olur. Bəli, məhz tərk etməli olur!

Səbəbini gəlin Azərbaycanın tanınmış musiqi tədqiqatçısı Firidun Şuşinskinin qələmindən oxuyaq: “…Bir gün Şuşada məşhur publisist Həşimbəy Vəzirovun “Evlənmək bir stəkan su içmək deyil” əsəri tamaşaya qoyulur. Tamaşada qumar oyunu səhnəsi göstərilir. “Dörd aşıq” atan qumarbazın birinin aşığı alçı durur. Lakin onun “rəqibi” yaxşı görmədiyindən inad edir ki, aşıq “toxan” durub (“Dörd aşıq oyunu”nun qaydasına görə aşıq “alçı” duranda pulu alarlar. “Toxan” duranda isə pulu verərlər – F.Ş.) Burada mübahisə düşür. Məsələ ciddi şəkil aldıqda qumarbazın biri qışqırır:

– O Əlinin qeyrətli oğlu Həzrət Abbas haqqı aşıq alçı durub.

Bunu eşidən dindar tamaşaçılar arasında çaxnaşma düşür. Onlar imam Əlinin və onun oğlunun adının çəkilməsini həqarət və təhqir hesab edib dəlicəsinə səhnəyə atılarkən aktyorlar dal qapıdan qaçmağa imkan tapırlar. Lakin Mirzə Muxtar ələ keçir. Xoşbəxtlikdən qadın paltarında olması onu ölümdən qurtarır: səhnəyə hücum çəkənlər Mirzə Muxtarın “süpürgəçi qadın” olduğunu güman edib ona dəymirlər. Lakin hadisə bununla qurtarmır. Səhəri bu əhvalat ildırım sürətilə şəhərə yayılır. Ruhanilərin əmri ilə tamaşanı göstərən aktyorlar, o cümlədən təşkilatçı Mirzə Muxtarı axtarırlar. Mirzə Muxtar bir qədər Ağdamda gizlənir, ancaq burada da onu təqib edirlər. Nəhayət, dindarların ölüm hədəsinə məruz qalan Mirzə Muxtar əvvəl Gəncəyə, sonralar isə Tiflis şəhərinə köçür və bir neçə il müəllimlik edir…”

***

Mirzə Muxtarın başına gəlmiş qəribə əhvalatlardan birini isə Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri”ndə belə qələmə alıb: «…Yoldaşlarımızdan İsmayıl bəy Rüstəmbəyov “Dövləti-bisəmər” adlı bir pyes yazmışdı. O, faciədə üç mühüm qadın rolu var idi. İstəyirdik ki, qadın rolunu kişilər deyil, qadınlar oynasınlar. Kişidən xilas olmaq üçün gedib qadın axtardıq. Axırda Mislavskaya adlı türk dili bilən bir qadın tapdıq. Həmin “Dövləti-bisəmər” faciəsində bir yengə rolu da var idi. Qadın da tapılmayır. Kimə verək, kimə verək? Qət etdik ki, Mirzə Muxtardan başqa bunu oynayan olmaz. Nə isə, birtəhər Mirzə Muxtarı razı elədik. Rolun mühümlüyü bu idi ki, onun içərisində qadın nəğmələri var idi. Yengə xonçanı yerə qoyandan sonra bu mahnını oxuyub oynamalı idi:

Əriştə oldu toy aşı,

Ona qarışdı göz yaşı.

Açılmadı o gün başı,

O toyda mən də var idim.

O toyda mən də var idim.

 

İki quda bir-birinə,

Baxırdılar yan, qıyğacı.

Qaragözlü, qarasaçlı,

Bişməmişdi heç turacı.

O toyda mən də var idim.

O toyda mən də var idim.

Mirzə Muxtar qrim etməzdi. Yaylığı elə bağlardı, burnunun üstündə iki gözü görünərdi. Mahnını oxuyub oynamağa başçladıqda salonda gülmək səsindən qulaq tutulurdu. Mirzə Muxtar rola elə girmişdi ki, hətta səhnədə qadın olmağı yadından belə çıxmış idi. Birdən burnunun üstündə olan dəsmal çənəsinə düşdü. Camaat bu halı görsək gülmək daha şiddətləndi. Mirzə Muxtar elə güman edir ki, camaat onun yaxşı oynamağına gülür. Odur ki, heç kəsə fikir verməyib öz işində idi. Bu halda başındakı şalı da sürüşdü, öz başı göründü. Səhnə arxasından: «Mirzə, bığını ört, başın görünür, şalın düşüb…” deyə qışqırdıq. O isə öz işindədir. Mahnını oxuyub atdanıb-düşür. Bu vaxt qəflətən tumanın bağı qırılıb tamam dizinə düşdü.

Mirzənin şalvarı göründü. Camaat əl çalmağa başladı. Səhnədə olan artistlər gülməkdən bir söz deyə bilmirdilər. Camaat artistlərə, artistlər camaata qarışmışdı… Mirzə birdən ayılıb avazı belə gördükdə bir saniyə sükutdan sonra səhnədən qaçdı”.

***

Mirzə Muxtarın həyatından başqa maraqlı faktlar:

* 1899-cu ildə Bakıya gələn Mirzə Muxtar bir müddət müəllimlik etdikdən sonra – 1905-ci ildən etibarən həyatının qalan hissəsini tamamilə teatra hısr etməyə qərar verir.

* Azərbaycan teatr səhnəsində ilk dəfə qadın rollarını məhz Mirzə Muxtar oynayıb. Aktyorluğun cəmiyyətin qatı mühafizəkar kəsimləri, özəlliklə də ruhanilər tərəfindən “kafir əməli”, “şeytan işi” sayıldığı qaranlıq çağlarda bu sənətə könül vermək böyük cəsarət, qadın libasında səhnəyə çıxmaq isə ikiqat cəsarət və fədakarlıq tələb edirdi.

* Aktyorun Bakıdakı müxtəlif tamaşalarda oynadığı əsas qadın rolları bunlardır: Yetər, Hürü və Bədricahan (“Hacı Qəmbər”, “Müsibəti – Fəxrəddin” və “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Pərizad (“Dilin bəlası”, Nəriman Nərimanov), Şiruyə (“Dəmirçi Gavə”, Şəmsəddin Sami)…

* İlk Azərbaycan operasının – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”unun səhnələşdirilməsində fəal iştirak edənlərdən biri də məhz Mirzə Muxtar olubmuş. 1908-ci ildə oynanılan bu tamaşada o, səhnəyə Məcnunun atası rolunda çıxmışdı. Eyni zamanda tamaşanın hazırlıq prosesində Üzeyir bəyə öz məsləhətləri, təklifləri ilə yardımçı olur.   

Sonralar o, başqa operalarda – “Əsli və Kərəm”də (Ü.Hacıbəyov) Kərəmin atası, “Aşıq Qərib”də (Zülfüqar Hacıbəyov) Xacə, “Şah İsmayıl”da (Müslüm Maqomayev) Rəmmal, “Fərhad və Şirin”də (Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə) Şapur rollarını oynayır. İstedadlı aktyor olması ilə yanaşı məlahətli səsi onu bu rolların hər birinin öhdəsindən uğurla gəlməkdə kömək edir.

* 1918-ci ilin martında daşnakların Bakıda törətdikləri kütləvi qırğın və qarətlər zamanı artıq 77 yaşa çatmış Mirzə Muxtarın evi də dağılır, talan edilir. Qocaman aktyor səfalətlə üz-üzə qalır, həmin ilin payızında, “Bəsirət” qəzetinin 17 noyabr tarixli sayında bu haqda məqalə də dərc etdirir. Üzeyir Hacıbəylinin öncüllüyü ilə Mirzə Muxtarı düşdüyü durumdan çıxarmaq üçün yardımlar təşkil olunur.

* Bir il sonra 78 yaşlı Mirzə Muxtar səhnə ilə vidalaşır. Bundan sonra Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri nəzərə alınaraq ona ayda 500 manat təqaüd təyin edirlər.

Aktyor ömrünün qalan hissəsində musiqişünaslıqla məşğul olur.

* Ölüm tarixi bəzi qaynaqlarda 1930, hətta 1931-ci il kimi göstərilir.

Lakin F.Şuşinskinin yazdıqlarından belə bəlli olur ki, Mirzə Muxtar 1929-cu ilin yanvar ayının 17-də 88 yaşında vəfat edib. Həmin vaxt «Kommunist» qəzetində aktyorun ölümü ilə bağlı nekroloq da dərc olunub.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
17062009622612741817 1200x630
.

Başı bəlalı “Qadınım”

AzLogos
17 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör