Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

«Qanun»dan kənar tərcümələr

Sevda Sultanova Sevda Sultanova
., Kültür
05 İyul 2020

Mənim zəngin kitabxanam yoxdur. Çünki oxuduğum kitabları ya kiməsə bağışlayıram, ya da metro oturacaqlarına, parklarda skamyalara qoyuram. Avtoqraf yazılmış vərəqi bir qayda olaraq qoparıram ki, müəllif birdən kitabını küçədə tapanda aramıza qanqaraçılıq düşməsin. Etik normaları bu mənada gözləməyə çalışıram. Evimdə adətən kino və təsviri sənətə aid, eyni zamanda qeyri-sənət yönlü, amma maraqlı saydığım (bu, daha çox sosiologiya, hüquq, fəlsəfə kitabları ola bilər) kitabları saxlayıram.

Yerli nəşriyyatlarda çap olunan bir qism kitab var ki, onlar məişətdə funksionaldır. Misalçün, külək pəncərəni zərblə qapatmasın deyə, həmin kitablardan yararlanıram. Və ya otağın lampasını dəyişmək üçün ayağımın altına qoyuram.

Məişətdə istifadə etdiyim belə kitablardan biri, avstriyalı və britaniyalı yazıçı, kulturoloq, mütəfəkkir Elias Kanettinin iri həcmli sosial-fəlsəfi “Kütlə və hakimiyyət” əsəridir. Kitab “Qanun” nəşriyyatının sifarişi ilə tərcümə olunub. Bu kitabı və yenə də “Qanun” nəşriyyatının sifarişi ilə çevrilmiş Yuval Noah Hararinin “Sapiens / Bəşəriyyətin Qısa Tarixi” kitabını bir neçə il əvvəl rəfiqəm mənə hədiyyə etmişdi və 30 manat pul ödəmişdi. Üstəlik, rəfiqəm bu kitablardan özünə də almışdı və ümumilikdə 60 manat ödəmişdi.

Hararinin əsərinin pis tərcüməsinə görə (tərcümə Samir Bulutundur) oxuya bilmədiyimdən bir tanışıma verdim. Tanışım da həmin kitabı oxuya bilməyib qardaşına bağışlamışdı. Qardaşı yenə pis tərcüməyə görə oxuya bilmədiyindən kitabı zibil qutusuna yollamışdı.

Mən kitabların insanı dəyişə biləcəyi haqda nağıllara çox ümidli deyiləm. Əksinə olsaydı, kitab istehsalında əlləşib-vuruşan şəxslər qeyri-peşəkar tərcümələrlə orijinal, dünya miqyasında bestseller olmuş əsərləri zibilə çevirməyi, ağacların kəsilib ekologiyaya ziyan vurmasını özünə rəva bilməzdi.

Elias_Kanetti_qapaq_yeni_2019Bugünlərdə zavallı Kanettinin “Kütlə və hakimiyyət” kitabını yenidən oxumağa cəhd göstərdim. Əsəri dilimizə Samir Bulut çevirib. Samir Bulutun bioqrafiysında “Qanun” nəşriyyatının sifarişi ilə müxtəlif profilli tərcümələri var: bədii ədəbiyyatdan tutmuş fəlsəfəyədək.

Normalda fəlsəfə, sosilologiya və digər sahələrə aid mətnləri həmin sahənin mütəxəssisi çevirməli, müəllifin yaradıcılığı haqda məlumatlı olmalıdır.

Ancaq “Qanun”un rəhbərliyi bu mənada oxucu qarşısında məsuliyyət hiss eləmir. Yaxşı, deyək ki, tərcüməçinin qeyri-peşəkarlığına göz yumduq. Heç olmasa, keyfiyyəti təmin etməkdən ötrü sahə üzrə elmi redaktor təyin edilməlidir. “Kütlə və hakimiyyət”in redaktoru isə Əziz Rzazadədir. Ə.Rzazadə peşəkar jurnalistdir, qəzetçidir, amma bu sahəninin mütəxəssisi olmadığından redaktələri işə yaramayıb.

Rus dilinə Kanettinin əsərini Leonid İonin çevirib. İonin sosioloq, politoloqdur. Fəlsəfə elmləri doktoru, professordur, onlarla elmi işi, araşdırması var və rus dilinə xeyli elmi əsər çevirib.

Qayıdaq Kanettinin azərbaycan dili tərcüməsinə. Dediyim qüsurlardan dolayı əsərin mahiyyətini anlamaqda çətinlik çəkdim və təbii ki, intellektual bazama nələrsə əlavə olunmadı. Deyəsən, Samir Bulutun heç özü də Kanettinin nə demək istədiyini anlamayıb. Sadəcə, sxematik tərcüməylə kifayətlənib. İoninin tərcüməsində isə ahəngdarlıq, fikirlərarası səliqəli bağlılıq, bəlli ritm var, cümlələr vurucu, konkret və dolğundur. Ən əsası əsərin energetikasını ötürə bilib.

Samir Bulutun çevirməsində isə cümlələr bir-birindən qopuq, pintidir, əlaqəsiz görünür, təəssürat buraxmır və artıq sözlər mahiyyəti anlamağa mane olur.

Konkret misallara müraciət edək:

“Bəlkə də ona görə ki, kütlə ənənəvi dinlərin məzmunundan tamamilə təmizlənib, bizim üçün onu təmiz şəkildə, yəni əvvəllər özünə qatmağa imkan verdiyi transsendent məna və məqsədlər olmadan, bioloji olaraq təmiz şəkildə müşahidə etmək daha da asanlaşıb”.

Fikri anlamaq üçün bir neçə dəfə oxumaq məcburiyyətində qalırsan. Tərcüməçi, əsəri çox güman ki, ruscadan çevirib. Orijinal mətn dildən dilə çevrildikcə, üslubu, özəllikləri dəyişikliyə məruz qalır. Üstəlik, əminəm ki, S.Bulut müəllifin üslubundan, pafosundan xəbərsizdir. Heç olmasa, uğursuz sintaksis mürəkkəbliyi saxlayıb abstrakt cümlə qurunca, fikri sadələşdirib iki yerə bölmək olardı ki anlaşılan olsun və nəticədə o, məişət tullantısına çevrilməsin.

Məsələn, təxminən belə:

“Bəlkə ona görə ki, kütlə ənənəvi dinlərin məzmunundan tamamailə təmizlənib və onu bioloji olaraq təmiz şəkildə müşahidə etmək daha asanlaşıb. Yəni onda əvvəllər özündə daşıdığı transsendent məna və məqsədlər yoxdur”.

Başqa misal:

“İnsan öz həyatı uğrunda nə qədər qızğın mübarizə aparırsa, ona hər tərəfdən mane olan digərlərinə qarşı mübarizə apardığı bir o qədər çox aydın olur”.

Bu cümləni anlamaq üçün rus versiyasına baxdım. Mətndə “öz həyatı uğrunda mübarizə” dırnaqda verilib. Bircə dırnaq işarəsi belə bütün məzmunu təyin edir. Ona görə daha dəqiq tərcüməsi belə ola bilər:

“İnsan “öz həyatı uğrunda” mücadilə etdikcə aydınlaşır ki, əslində ona hərtərəfli mane olanlara qarşı mübarizə aparırmış”.

Digər misal:

“Belə kütlərlərdə iştrak edənlərin duyduqları xüsusi ruhi vəziyyət bir qədər təbii görünürdü, çünki onlar müəyyən məqsəd üçün – dini mərasim, bayram, hərbi yürüş- bir yerə toplaşırdılar, məqsəd isə sanki əhval ruhiyyətə təsir göstərir”.
“Belə kütlə iştirakçılarının yaşadığı özünəməxsus ruhi vəziyyət təbii görünür; çünki onlar həmişə müəyyən məqsəddən ötrü – dini mərasim, bayram, hərbi yürüş- bir yerə toplaşırlar. Bu vəziyyəti isə məqsəd müəyyənləşdirir”.

Problem ondadır ki, əsərin pafosunu, intonasiyasını, üslubunu, kontekstini və ruhunu hiss etməyəndə ortaya bərbad nəticə çıxır. Ən əsası isə mətnə sevgi və həvəslə yanaşmaq lazımdır.

Azlogos-da Aygün Aslanlının çox keyfiyyətli tərcümələri yayımlanır. Aygünlə bu mövzuda söhbətləşəndə həmişə onun mətnə sevgisini, marağını hiss edirəm. Teymur Daiminin “Antixrist” filmi haqda yazdığı çətin mətnini tərcümə edəndə Aygün onun üslubunu, intonasiyasını dəqiqliklə saxlamışdı və buna görə müəllif ona təşəkkür də etmişdi.

…Hələ də bu kitablara xərclənən 60 manata heyifslənirəm. Halbuki, xərclənən pula ya əla qırmızı pomada, ya büstqalter, ya da bijuteriya almaq olardı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021

Redaktorun seçimi

Serena filminin təqdimi

Kamran Ağabalayev: “Azərbaycanda kinonun olması vacib deyil”

Seymur Baycan too

Avtoritara boyun əymək

Firudin Allahverdi: “Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir”

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

Azərbaycan qadını 100 il əvvəl

Aydınlanma tariximizin sui-qəsdləri

Həqiqi liberal

Hadi – taledir

Ənənə ilə yeniliyin toqquşması

Çibanian, bu andan

Tənqid

Gürcüstan etirazları

Azərbaycanlı alimə 5.3 milyon euro

İntellektualların kapitalizm nazı

Azadlığın ağrısı və həzzi

Fundamental dizaynın əsas prinsipləri

Gözyaşı, yoxsa qayaların toqquşması? – Abbas Atilay təqdim edir

Azərbaycan kinosunun Oskar intriqaları

İyrənmə

Qumarbaz yanılqısı

Bakı və Vaşinqtonun ortaq dərdi

Kişi bədəni qıtlığı

M. F. Axundzadə: “John Stuart Mill – Azadlıq haqqında”

Əbədi məhbus?

Qara ölüm: şəhərlərin qənimi

Avropanın sonu – “Asiya və Avropa ruhu”

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Çauşesku: edama aparan yol

«Qanun»dan kənar tərcümələr

Sevda Sultanova Sevda Sultanova
., Kültür
05 İyul 2020

Mənim zəngin kitabxanam yoxdur. Çünki oxuduğum kitabları ya kiməsə bağışlayıram, ya da metro oturacaqlarına, parklarda skamyalara qoyuram. Avtoqraf yazılmış vərəqi bir qayda olaraq qoparıram ki, müəllif birdən kitabını küçədə tapanda aramıza qanqaraçılıq düşməsin. Etik normaları bu mənada gözləməyə çalışıram. Evimdə adətən kino və təsviri sənətə aid, eyni zamanda qeyri-sənət yönlü, amma maraqlı saydığım (bu, daha çox sosiologiya, hüquq, fəlsəfə kitabları ola bilər) kitabları saxlayıram.

Yerli nəşriyyatlarda çap olunan bir qism kitab var ki, onlar məişətdə funksionaldır. Misalçün, külək pəncərəni zərblə qapatmasın deyə, həmin kitablardan yararlanıram. Və ya otağın lampasını dəyişmək üçün ayağımın altına qoyuram.

Məişətdə istifadə etdiyim belə kitablardan biri, avstriyalı və britaniyalı yazıçı, kulturoloq, mütəfəkkir Elias Kanettinin iri həcmli sosial-fəlsəfi “Kütlə və hakimiyyət” əsəridir. Kitab “Qanun” nəşriyyatının sifarişi ilə tərcümə olunub. Bu kitabı və yenə də “Qanun” nəşriyyatının sifarişi ilə çevrilmiş Yuval Noah Hararinin “Sapiens / Bəşəriyyətin Qısa Tarixi” kitabını bir neçə il əvvəl rəfiqəm mənə hədiyyə etmişdi və 30 manat pul ödəmişdi. Üstəlik, rəfiqəm bu kitablardan özünə də almışdı və ümumilikdə 60 manat ödəmişdi.

Hararinin əsərinin pis tərcüməsinə görə (tərcümə Samir Bulutundur) oxuya bilmədiyimdən bir tanışıma verdim. Tanışım da həmin kitabı oxuya bilməyib qardaşına bağışlamışdı. Qardaşı yenə pis tərcüməyə görə oxuya bilmədiyindən kitabı zibil qutusuna yollamışdı.

Mən kitabların insanı dəyişə biləcəyi haqda nağıllara çox ümidli deyiləm. Əksinə olsaydı, kitab istehsalında əlləşib-vuruşan şəxslər qeyri-peşəkar tərcümələrlə orijinal, dünya miqyasında bestseller olmuş əsərləri zibilə çevirməyi, ağacların kəsilib ekologiyaya ziyan vurmasını özünə rəva bilməzdi.

Elias_Kanetti_qapaq_yeni_2019Bugünlərdə zavallı Kanettinin “Kütlə və hakimiyyət” kitabını yenidən oxumağa cəhd göstərdim. Əsəri dilimizə Samir Bulut çevirib. Samir Bulutun bioqrafiysında “Qanun” nəşriyyatının sifarişi ilə müxtəlif profilli tərcümələri var: bədii ədəbiyyatdan tutmuş fəlsəfəyədək.

Normalda fəlsəfə, sosilologiya və digər sahələrə aid mətnləri həmin sahənin mütəxəssisi çevirməli, müəllifin yaradıcılığı haqda məlumatlı olmalıdır.

Ancaq “Qanun”un rəhbərliyi bu mənada oxucu qarşısında məsuliyyət hiss eləmir. Yaxşı, deyək ki, tərcüməçinin qeyri-peşəkarlığına göz yumduq. Heç olmasa, keyfiyyəti təmin etməkdən ötrü sahə üzrə elmi redaktor təyin edilməlidir. “Kütlə və hakimiyyət”in redaktoru isə Əziz Rzazadədir. Ə.Rzazadə peşəkar jurnalistdir, qəzetçidir, amma bu sahəninin mütəxəssisi olmadığından redaktələri işə yaramayıb.

Rus dilinə Kanettinin əsərini Leonid İonin çevirib. İonin sosioloq, politoloqdur. Fəlsəfə elmləri doktoru, professordur, onlarla elmi işi, araşdırması var və rus dilinə xeyli elmi əsər çevirib.

Qayıdaq Kanettinin azərbaycan dili tərcüməsinə. Dediyim qüsurlardan dolayı əsərin mahiyyətini anlamaqda çətinlik çəkdim və təbii ki, intellektual bazama nələrsə əlavə olunmadı. Deyəsən, Samir Bulutun heç özü də Kanettinin nə demək istədiyini anlamayıb. Sadəcə, sxematik tərcüməylə kifayətlənib. İoninin tərcüməsində isə ahəngdarlıq, fikirlərarası səliqəli bağlılıq, bəlli ritm var, cümlələr vurucu, konkret və dolğundur. Ən əsası əsərin energetikasını ötürə bilib.

Samir Bulutun çevirməsində isə cümlələr bir-birindən qopuq, pintidir, əlaqəsiz görünür, təəssürat buraxmır və artıq sözlər mahiyyəti anlamağa mane olur.

Konkret misallara müraciət edək:

“Bəlkə də ona görə ki, kütlə ənənəvi dinlərin məzmunundan tamamilə təmizlənib, bizim üçün onu təmiz şəkildə, yəni əvvəllər özünə qatmağa imkan verdiyi transsendent məna və məqsədlər olmadan, bioloji olaraq təmiz şəkildə müşahidə etmək daha da asanlaşıb”.

Fikri anlamaq üçün bir neçə dəfə oxumaq məcburiyyətində qalırsan. Tərcüməçi, əsəri çox güman ki, ruscadan çevirib. Orijinal mətn dildən dilə çevrildikcə, üslubu, özəllikləri dəyişikliyə məruz qalır. Üstəlik, əminəm ki, S.Bulut müəllifin üslubundan, pafosundan xəbərsizdir. Heç olmasa, uğursuz sintaksis mürəkkəbliyi saxlayıb abstrakt cümlə qurunca, fikri sadələşdirib iki yerə bölmək olardı ki anlaşılan olsun və nəticədə o, məişət tullantısına çevrilməsin.

Məsələn, təxminən belə:

“Bəlkə ona görə ki, kütlə ənənəvi dinlərin məzmunundan tamamailə təmizlənib və onu bioloji olaraq təmiz şəkildə müşahidə etmək daha asanlaşıb. Yəni onda əvvəllər özündə daşıdığı transsendent məna və məqsədlər yoxdur”.

Başqa misal:

“İnsan öz həyatı uğrunda nə qədər qızğın mübarizə aparırsa, ona hər tərəfdən mane olan digərlərinə qarşı mübarizə apardığı bir o qədər çox aydın olur”.

Bu cümləni anlamaq üçün rus versiyasına baxdım. Mətndə “öz həyatı uğrunda mübarizə” dırnaqda verilib. Bircə dırnaq işarəsi belə bütün məzmunu təyin edir. Ona görə daha dəqiq tərcüməsi belə ola bilər:

“İnsan “öz həyatı uğrunda” mücadilə etdikcə aydınlaşır ki, əslində ona hərtərəfli mane olanlara qarşı mübarizə aparırmış”.

Digər misal:

“Belə kütlərlərdə iştrak edənlərin duyduqları xüsusi ruhi vəziyyət bir qədər təbii görünürdü, çünki onlar müəyyən məqsəd üçün – dini mərasim, bayram, hərbi yürüş- bir yerə toplaşırdılar, məqsəd isə sanki əhval ruhiyyətə təsir göstərir”.
“Belə kütlə iştirakçılarının yaşadığı özünəməxsus ruhi vəziyyət təbii görünür; çünki onlar həmişə müəyyən məqsəddən ötrü – dini mərasim, bayram, hərbi yürüş- bir yerə toplaşırlar. Bu vəziyyəti isə məqsəd müəyyənləşdirir”.

Problem ondadır ki, əsərin pafosunu, intonasiyasını, üslubunu, kontekstini və ruhunu hiss etməyəndə ortaya bərbad nəticə çıxır. Ən əsası isə mətnə sevgi və həvəslə yanaşmaq lazımdır.

Azlogos-da Aygün Aslanlının çox keyfiyyətli tərcümələri yayımlanır. Aygünlə bu mövzuda söhbətləşəndə həmişə onun mətnə sevgisini, marağını hiss edirəm. Teymur Daiminin “Antixrist” filmi haqda yazdığı çətin mətnini tərcümə edəndə Aygün onun üslubunu, intonasiyasını dəqiqliklə saxlamışdı və buna görə müəllif ona təşəkkür də etmişdi.

…Hələ də bu kitablara xərclənən 60 manata heyifslənirəm. Halbuki, xərclənən pula ya əla qırmızı pomada, ya büstqalter, ya da bijuteriya almaq olardı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

MyCollages
.

Qulağı cırmaqlamayan şeirlər

19 Aprel 2021
10ee2967-03a2-45c7-94b0-330ef5deef3b
.

Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir?

18 Aprel 2021
1598015699061
.

Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi

17 Aprel 2021
tumblr_o115q6Jb1T1tv8vcro1_1280
.

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

15 Aprel 2021
-bec26f4a158796932682391337210931357
.

Nəriman Nərimanov – 151

15 Aprel 2021
elmir-mirzeyev
.

Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı

15 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel