Olimpiya de Quj – tarixin məşhur feministləri
Olimpiya de Quj (Marie Gouze) fransız yazıçısı və jurnalist, siyasi xadim, feminist, 1791-ci ildə Milli Konvent tərəfindən rədd edilən “Qadın və Vətəndaşın Hüquqları” Bəyannaməsinin müəllifidir. Yakobinçilərin zamanında edam edilib.
Mari Quz qəssab ailəsində dünyaya gəlib, amma “bütün Montaban bilirdi ki”, onun əsl atası Volterlə polemikası ilə məşhur olan şair Jan-Jak Löfran, markiz de Pompinyandır. 1765-ci ildə onu sevmədiyi bir adama, tacir Luis Obriye ərə verirlər. Bir il sonra Mari qucağında yeni doğulmuş oğlu – Pyerlə tək qaldı, əri vəfat etdi. 1770-ci ildə o, Parisə köçdü və burada Olimpiya adını götürdü.
1773-cü ildə Olimpiya zəngin bir məmur Jak Byetri de Rosyer ilə birləşərək, onun maliyyə dəstəyi ilə zadəgan həyat tərzi sürməyə başladı: ən yaxşı salonlara giriş imkanı qazandı, bundan sonra onun adı Parisin tanınmış şəxsləri sırasında hallanmağa başladı. Olimpiya yazıçılar Laqarp, Merye, Şamfor, publisist Brisso, filosof və riyaziyyatçı Kondorse, jirondistlərin gələcək liderləri ilə tanış olur. Eyni zamanda o, müstəqil yazıçı-publisisit fəaliyyətinə də başlayır. 1784-cü ildə o, “Zamora və Mirzə və ya Xoşbəxt Gəmi qəzası” adlı abolisionist dramını və ona əlavə olaraq “Zəncilər haqqında düşüncələr” essesini yazır. 1789-cu ilin dekabr ayında drama “Komedi Fransez”-də “Zəncilərin Köləliyi” adı altında səhnəyə qoyulub, ancaq 3 tamaşadan sonra səhnədən yığışdırılıb.
Daha sonra “Zəncilər Bazarı” adlı başqa bir abolisionist pyesini yazır və Zəncilərin Dostları Cəmiyyətinin üzvü olur. İnqilabı de Quj coşğuyla qarşılayır, Jirondist partiyasını quran şəxslərlə yaxın münasibətlər saxlayaraq, Sofi de Kondorsenin İctimai dərnəyinə daxil olur. Öz yazılarında qadınların bərabərliyini müdafiə edir, “Qadın və Vətəndaşın Hüquqlarının Bəyannaməsi” adlı proqramlı əsəri ilə məşhurlaşır. Onun “qadın eşafota qalxmaq hüququna malikdirsə, tribunaya qalxmaq hüququna da sahib olmalıdır” sözləri çox şöhrət qazanır. İlk olaraq, Jirondistlərin təşəbbüsü ilə dekretləşdirilmiş, boşanma hüququnun yaradılması çağırışı ilə çıxış edir, habelə kilsə nikahının aradan qaldırılmasını və mülki müqavilə ilə dəyişdirilməsini tələb edən ilk şəxslərdən biri olur. Olimpiya, nikahdan kənar doğulmuş uşaqların hüquqlarını müdafiə edir, doğum evlərinin yaradılması, işsizlər üçün milli emalatxanaların, evsizlər üçün gecə yataqxanalarının yaradılması üçün çıxış edirdi.
Monarxiyanın devrilməsindən sonra, Olimpiya de Quj terrorun davamlı düşməni kimi çıxış etməyə başladı. O, “Hətta günahkar insanların qəddarcasına və bolluca axıdılan qanı, inqilabı əbədi ləkələdi” yazaraq, sentyabr qırğınını qınadı. Bütün Fransa boyu məhbusların döyülməsinə çağırış verən, 3 sentyabr sərəncamının təşəbbüskarlarından biri olan Maratı, xüsusilə günahlandırırdı, XVI-cı Lüdovikin üzərində keçirililən məhkəmədə onu müdafiə etdi. 1793-cü ilin yayında, Jirondinstlərin Konventdən qovulduğundan sonra, “Üç Urna, və ya səma səyyahı tərəfindən Vətənin Qurtuluşu” siyasi pamfleti dərc edilir, burada o, xalqın özü üçün istədiyi dövlət qurulurşunu: vahid bölünməz respublika (Yakobinlərin Layihəsi), federalist respublika (Jirondistlərin layihəsi) və ya konstitusional monarxiyanı (Felyanların layihəsi) seçə biləcək plebisitin keçirilməsinə dəvət edirdi.
Avqustun 6-da De Quj, əks-inqilabçı kimi həbs olundu. O, özü öz arxivinin saxlandığı yeri göstərdi və bu da öz növbəsində, onun həbsi ilə nəticələndi. İttiham onun yeni başladığı Monarxiyanın devrilməsinə həsr edilmiş “Qurtulmuş Fransa, və ya da taxtdan devrilmiş zalım” adlı dramından yapışdı. Həbsxanada olan müddətdə De Quj, dostlarının köməyi ilə, öz prosesini təfərrüatıyla təsvir etdiyi “Olimpiya de Quj İnqilab Tribunaldan öncə” və terroru qınadığı “Vətənpərvərin təqib edilməsi” kimi sonuncu işləri dərc etdirdi.
Şahidlər, onun edamı necə cəsarətlə qarşıladığını qeyd edirdilər. Onun son sözləri “Vətən övladları mənim qətlimin intiqamını alacaqlar” oldu.
Olympiya de Qujun sitatları:
1) Qadın kişilərlə eyni hüquqlu və azad olaraq dünyaya gəlib. Qadınların təbii hüquqlarının həyata keçirilməsinin yeganə məhdudlaşdırılması kişilər tərəfindən törədilən daimi zülmüdür.
2) Yalnız Qanun azadlığı məhdudlaşdırmaq hüququna malikdir, ancaq qanun hamı üçün eyni olmalıdır.
3) Bir qadın eşafota çıxa bilər, deməli, o, tribunaya da çıxa bilər.
4) Kişilər, ədalətli ola bilərsinizmi? Bu sualı sizə bir qadın verir. Siz onlara susmağı əmr edə bilməzsiniz.
5) Evlilik güvən və məhəbbətin məzarıdır.