Azlogos
  • Kimlər var
  • Bizi tanı

Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Prezidenti söyək, ya söyməyək?

AzLogosAzLogos
Sərbəst
05 Fevral 2019

Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər.

Report xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”, – birinci vitse-spiker qeyd edib.

Z.Əsgərov vurğulayıb ki, təhqir və böhtan cəzasız qalmamalıdır:

“Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır. Ona görə də Prezidentin müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının ailəsinə ünvanlanan təhqir hər bir Azərbaycan vətəndaşının ailəsinə edilən təhqirdir. Ona görə də biz bir yumruq kimi birləşməli, bu insanlara, çirkin kampaniyalara layiqli cavab verməliyik. Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi baza təkmilləşdirilməlidir”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

Milli Məclisin üzvü Aqil Abbas deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərlə ciddi məşğul olmalıdırlar: “Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər”.

Deputat Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir: “Ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun. Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.

Deputat Adil Əliyev, Zahid Oruc da dövlət başçısına qarşı təhqirlər, böhtanlar səsləndirən şəxslərə qarşı sərt cəza tətbiq edilməsini təklif ediblər.

Redaksiyadan: Azərbaycan Respublikasının Milli Məclisində əyləşmiş adamların zaman və kağız israfına çoxdan öyrəşmişik. Ölkə üçün taleyüklü məsələlər qala-qala, bunların hər həftəbaşı “prezidenti daha necə qoruya bilərik?” sualı ətrafında fantastik təkliflər irəli sürmələrinə də. Xarici ölkələrdə oturub prezidenti söyən adamların, lap edam cəzası nəzərdə tutulsa belə, bu əməllərindən əl çəkməyəcəkləri gün kimi aydın ikən, parlamentdə mənasız müzakirələrlə vaxt öldürməyin adı nədir? Heç kim, Azərbaycanda otura-otura prezidenti açıq təhqir etmək cəsarətini göstərməz. Bunun istər cəzası bir manat olsun, istərsə də edam. Xaricdən söyənlər isə, qanuna hansı cəza salınırsa salınsın, “söyək, yoxsa söyməyək?” tərəddüdünü keçirməyəcəklər. Qaldı ki, söyüş və təhqirlər onlara diqqət göstərildiyi nisbətdə çoxalır və gündəmi zəbt edir. İki-üç adamın xaricdən İlham Əliyevi təhqir etməsi qosqoca ölkəni və onun bütün institutlarını iflic vəziyyətə salırsa, deməli yolunda getməyən nələrsə var. Bəlkə işinizlə məşğul olasınız, cənab deputatlar?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Fuko: Məhbəsin yaranışı mövzusunda analiz

Mühakimə edən mələklər

Bolşevik işğalı – 100

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Milli-mənəvi homofobiya

Ağ xalatlı cəlladlar

Pir bizimdir, kəramətinə bələdik

“Müəmma dövrü”, yoxsa qaydasız döyüş?

Azərbaycanda qadın olmaq

Müttəfiq həsrətində. Rusiya niyə Ermənistana kömək etmir?

Əlillərin sevişməsi

Kayfda olan adamın fikirləri

Ayətullah Xomeyni: “Solçular heç vaxt bizimlə əməkdaşlıq etməyib”

Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası

Elçin Şıxlı: “Elin adəti var, mütləq rüşvət almalısan”

Rusiya sevgi istəmir

Kimlik düşüncələri. Tarixi ekskursiya

Səma uşaqları

Polis-dövlət həmrəyliyi və absurdun təntənəsi

Yatıb-çıxan oğlanın solçu anası

600 ildə dəyişən interyer

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Zərdabi ilə Nəriman Nərimanov niyə “qırğına çıxmışdılar”?

Həqiqəti görmək niyə çətindir?

Memarlıqda yeni era

Ermənilər kimdir?

Futbolda penaltilər: “Lotoreya”, yoxsa analiz?

Generalın ölümü

Tati Səttar: “Qadın niyə seksual olmasın?”

İkinci Qarabağ Müharibəsi: səbəblər və ilkin şərtlər

Prezidenti söyək, ya söyməyək?

AzLogosAzLogos
Sərbəst
05 Fevral 2019

Bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca bu hücumlar artır. Onlar bu işdə bizim marginallardan istifadə edirlər.

Report xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Bu əxlaqsızlığa son qoyulmalıdır. Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki ulu öndər Heydər Əliyev bu dövləti yaradanda onun fundamentini çox möhkəm qoyub. Ona görə də həmin çirkin qüvvələr bilsinlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək”, – birinci vitse-spiker qeyd edib.

Z.Əsgərov vurğulayıb ki, təhqir və böhtan cəzasız qalmamalıdır:

“Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır. Ona görə də Prezidentin müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının ailəsinə ünvanlanan təhqir hər bir Azərbaycan vətəndaşının ailəsinə edilən təhqirdir. Ona görə də biz bir yumruq kimi birləşməli, bu insanlara, çirkin kampaniyalara layiqli cavab verməliyik. Sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün hüquqi baza təkmilləşdirilməlidir”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bəzi dairələr təxribatlar törədərək Azərbaycanı yaxın Şərq ölkələrinin durumuna salmaq istəyirlər.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müstəqil siyasətini, xalqına qayğısını həzm edə bilməyən qüvvələr bundan ötrü daxildəki aqressiv müxalifətdən istifadə edirlər: “Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bu, cənab İlham Əliyevin yüksək mənəvi dəyərlərə sahib olmasından xəbər verir. Bütün bunları görə-görə dövlət başçısını necə təhqir edə bilərlər. Deməli, bu, məkrli planların tərkib hissələridir”.

Milli Məclisin üzvü Aqil Abbas deyib ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərlə ciddi məşğul olmalıdırlar: “Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər”.

Deputat Bəxtiyar Sadıqov bildirib ki, Azərbaycan Prezidentini təhqir etmək əslində xalqı, dövləti təhqir etməkdir: “Ona görə də hər kəsin vətəndaşlıq borcudur ki, dövlətin, onun başçısının şərəfini qorusun. Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir. Ona görə də biz dövlət başçısına qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq”.

Deputat Adil Əliyev, Zahid Oruc da dövlət başçısına qarşı təhqirlər, böhtanlar səsləndirən şəxslərə qarşı sərt cəza tətbiq edilməsini təklif ediblər.

Redaksiyadan: Azərbaycan Respublikasının Milli Məclisində əyləşmiş adamların zaman və kağız israfına çoxdan öyrəşmişik. Ölkə üçün taleyüklü məsələlər qala-qala, bunların hər həftəbaşı “prezidenti daha necə qoruya bilərik?” sualı ətrafında fantastik təkliflər irəli sürmələrinə də. Xarici ölkələrdə oturub prezidenti söyən adamların, lap edam cəzası nəzərdə tutulsa belə, bu əməllərindən əl çəkməyəcəkləri gün kimi aydın ikən, parlamentdə mənasız müzakirələrlə vaxt öldürməyin adı nədir? Heç kim, Azərbaycanda otura-otura prezidenti açıq təhqir etmək cəsarətini göstərməz. Bunun istər cəzası bir manat olsun, istərsə də edam. Xaricdən söyənlər isə, qanuna hansı cəza salınırsa salınsın, “söyək, yoxsa söyməyək?” tərəddüdünü keçirməyəcəklər. Qaldı ki, söyüş və təhqirlər onlara diqqət göstərildiyi nisbətdə çoxalır və gündəmi zəbt edir. İki-üç adamın xaricdən İlham Əliyevi təhqir etməsi qosqoca ölkəni və onun bütün institutlarını iflic vəziyyətə salırsa, deməli yolunda getməyən nələrsə var. Bəlkə işinizlə məşğul olasınız, cənab deputatlar?

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel