Azlogos
  • Kimlər var
  • Bizi tanı

TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Post-truth və ya cəfəngiyyatın təntənəsi

Qismət Rüstəmov Qismət Rüstəmov
., Mövqe
04 Aprel 2020

Karantin günlərində müşahidə etdim ki, son illərdə cəmiyyətimizdə elmə, ağıla, rasional, kritik düşüncəyə qarşı artan nifrət indi özünü başqa cür büruzə verməyə başlayıb: əksəriyyət nəsli-şəcərəsi olmayan üçüncü sort saytların yaydığı dezinformasiyaya, əlavə üç layk, iki paylaşım əldə etmək üçün özünü şarlatanlığa qoyan səhifələrin ucuz konspirasiyasına, muştuluq refleksi ilə nəyi nətər gəldi birinci paylaşmaq istəyənlərə inanır. Ümumiyyətlə son illərdə dünyada çoxalan anti-ziyalı, anti-intellekt, anti-elm ritorikasının köklərinə enməsək, bunun səbəbləri üzərində düşünməsək, dünyanın ciddi dəyişikliklərə hazırlaşdığı bu ərəfədə vəziyyətimiz çətin olacaq. Necə olur ki, insanlar bu qədər rahatlıqla yalana, cəfəngiyyata inanırlar? Necə olur ki, bir yandan bu qədər texnoloji sıçrayış varkən, o biri yandan gündə bir mistik təlim, hind qurusu, neo-şeyx nəsrullah ortaya çıxır? Necə olur ki, camaat asanlıqla “xalqın yanındayam” etiketi altında sabun köpüyünü qablaşdıran populistlərə inanır? Nə baş verdi ki, fırıldağa, cəfəngiyyata bu qədər münbit şərait yarandı?

2016-cı ildə “Oxford Dictionary” yeni əsrdə tez-tez istifadə edilən “Post-truth”u ilin termini seçdi. Bundan sonra bu anlayışı analiz edən, yeni əsrdəki xeyli məsələni bu terminin işığında analiz edən araşdırmalar, kitablar çıxmağa başladı. Bəs nədir bu Post-Truth?

“Post” ön şəkilçisi, bildiyimiz kimi, “sonra”nı bildirir, “truth” isə “həqiqət” deməkdir. Amma burda söhbət “həqiqət sonrası”ndan getmir. “Oxford Dictionary” sözügedən termindəki “post” ön şəkilçisi haqqında xüsusi xəbərdarlıq edir: burda “post”un əhatə dairəsini geniş götürmüşük, belə ki, “dəyərsizləşmə, etibarsızlaşma” kimi mənaları nəzərə alın. Deməli, Post-truth – Həqiqətin dəyərsizləşməsi, həqiqətin etibarsızlaşma kimi tərcümə oluna bilər.

Post-truth yeni əsrin, internet çağının, sosial media erasının fenomenidir. Məsələnin daha aydın, anlaqlı olması üçün ona qədərki tarixçəyə nəzər salmaqda fayda var. Zəruri qeyd: aşağıdakı bölgü şərtidir və bütün ümumiləşdirmələr kimi, nəzərdən qaçırdığı, üstündən sürətlə keçdiyi məqamlar var.

Pre-modern (modernizmdən əvvəlki) dövrdə insan üçün izahat mənbəyi, istinad nöqtəsi tanrıydı. Bu dövrün insanı üçün dünya gözlə görülən uzaqlıqdan ibarət idi və o, dünyanı instinktiv formada qavrayırdı.

Çap maşınının kəşf olunmasıyla birlikdə böyük M hərfiylə yazılan, içində rasionalizmin, humanizmin və digər vacib komponentlərin olduğu Modernizm tarix səhnəsinə çıxır. Rene Dekartın “Düşünürəm, deməli varam” və İmmanuel Kantın “Öz ağlına etibar et!” tezisləriylə formalaşan Modernizm erasında mərkəzi nöqtə tanrıdan insana keçir. Əvvəllər öz-özünə mövcud olduğuna inanılan şeylərə ünvanlanmış suallarla modernizm “reallıq” anlayışını icad edir. Faktiki olaraq, bu gün ən müxtəlif mənalarda istifadə etdiyimiz reallıq anlayışı modernizm çağının kəşfidir. Pre-modernizm dövründə baş verən bütün pis-yaxşı şeyləri “tanrının insafı”na bağlayan insan üçün artıq bu insaf şübhəli hala gəlir. Terminoloji xaosdan qaçmaq üçün deyim ki, daha çox sənət cərəyanlarını ifadə etmək üçün işlədilən XX əsrin estetik modernizmi ilə burda nəzərdə tutulan Modernizm eyni şey deyil. Burdakı Modernizm, təxminən, XV əsrin sonundan başlayaraq XX əsrin 60-cı illərinə qədər davam edən geniş anlayışdır.

Modernizm erasında artıq insanın informasiya mənbəyi əvvəlcə kitab, qəzet, sonra isə radio və televiziya oldu. İnformasiya müxtəlif formalarda olsa da, bir nöqtədən, bir mərkəzdən ötürüldüyü üçün insanlar onlara təqdim olunana şəksiz inanırdılar, məsələn, sovetlərdə olduğu kimi. Bu dövrdə intellektuallar, alimlər avtoritet idi.

Postmodernizm ilə birlikdə mərkəzi nöqtə yoxa çıxdı. Bu dövr artıq fərdi kompüterlərin, virtual şəbəkələrin dünyasıdır. Burda informasiyanın vahid nöqtədən ötürüldüyü soyuq müharibə dövrü sona çatır, Lesli Fidlerin diliylə desək, “xəndəklərin doldurulub, sərhədlərin keçildiyi” bir era başlayır, beləliklə, insan amansız, azman informasiya bombardımanına məruz qaldığı yeni bir çağa qədəm qoyur.

Modernizm dövrünün informasiya alətləri qəzet, radio, televiziyadan ibarət ənənəvi, konvensional media idi, postmodernizm dövründə bu “Yeni media”ya çevrildi, yəni internetin sərhədsiz, operativ dünyasındakı hər şeyə. Fikir verin, bizdə təzəyə uyğunlaşmağın zəruriliyini hiss edən, amma köhnədən də qopa bilməyən xeyli mətbuat orqanının iş prinsipi təxminən belədir: informasiyanı əvvəlcə qəzetdə çap edirlər, sabah sayta qoyurlar. Amma indiki çağda sabaha qədər həmin informasiya artıq tullantıdır. Çünki sabaha qədər artıq başqa-başqa kanallardan əldə edilib və istifadə olunub. Məncə, karantin günlərində hamı onlayn medianın operativ gücünü hiss etdi. Az qala hər gün təzə bir qərarın çıxdığı son günlərin tempinə hansı qəzet uyğunlaşa bilərdi axı?

Postmodernizm sənətdə nə qədər azad ərazilər yaratsa da, qəlibləşən, tiftiklənmiş, daşlaşmış xeyli şablonu dağıtsa da, fundamental məsələlərdə bir xeyli dərəcədə ziyanlı təsirləri də oldu. Əvvəla postmodernizmin ağına-bozuna baxmadan hər şeyə icazə verməsinin, türklər demiş, yan etkisi elmə, rasional düşüncəyə, intellektual rəyə qarşı hücumla nəticələndi. Tutalım, sənət dünyasında heç kimi mütləq avtoritet qəbul etməmək, “hər şeyə icazə var” demək keçərli ola bilər, amma iş səhiyyəyə gələndə məsələ problematikləşir. Ortada insan həyatı var. Burda “hər şeyə icazə var” deməyin nəticəsində, tutalım, sadə yolla sağalası insan türkəçarələrə üz tutur, psixoloq yanına yox, çıldağa gedir. Buna görə də postmodernə tənqidi yanaşan Habermas kimi filosoflar, sadə dildə desək, əslində, modernizm yekunlaşmamış, əyər-əskikləri təmir olunmalı yarımçıq layihə hesab edirlər. Əslində, siyasətdə postmodernizm ən çox avtoritar, faşizan və konservativ düşüncəli adamlara sərf edir: onlar üçün test edilmiş, araşdırılmış, sınaqdan çıxmış bilginin daşıyıcısı olan alimlərin, intellektualların söz sahibi olması problemdir. Deməli, ən yaxşısı “demokratiya, plüralizm” simulyakrı içində ucdantutma hamının fikrini “mötəbər” elan etməkdir.

Post-truth fenomeni də postmodernizmin metastazlarından biridir. Nəzər yetirin, son illər qlobal miqyasda dünya siyasətindəki xeyli fiqurun ritorikasında (Ərdoğan, Tramp), lokal müstəvidə isə hər hansı gündəm olayına verilən reaksiyalarda rasional düşüncəyə, elmə, intellektual fikrə həqarətlə baxmaq var. Sosial medianın gücündən öz məqsədləri üçün istifadə edən anaxronik qüvvələr həqiqəti etibarsızlaşdırırlar. Bunu hansı yollarla edir?

Post-truth terminini ilk dəfə 1992-ci ildə serb əsilli amerika alimi Stiv Tesiç bir məqalasində istifadə etsə də, terminin oturuşması Ralf Keyesin 2004-cü ildə çapdan çıxan “Post-truth erası” kitabından sonra oldu. Bu kitabda və ondan sonra yazılan araşdırmalarda bir neçə məqam xüsusi vurğulanır. Post-truth erasında sosial şəbəkələr “əks-sadə otağı” (echo chamber) yaradırlar, nəyi danışırsansa, onu eşidirsən, sənin qabağına ancaq bəyəndiyin, razılaşdığın fikirləri, markaları çıxarırlar, beləliklə, əks-arqument yoxdur, şübhə yoxdur, monitorinq yoxdur. Sən elə sənin özünə oxşayan, sənin səsini təkrar edən bir informasiya həbsxanasının içinə düşürsən. Bu, insanları qütbləşdirir, bölür, özgələşdirir və onları idarə etmək asanlaşır. Buna 2011-ci ildə yazdığı bir məqalədə Eli Pariser “filter bubble”, yəni filter şarı adını verib. Hamı öz zövqünə uyğun filterdən keçirilmiş bir şarın içindədir, bütün qarşı tərəflər düşməndir.

Massaçusets Texnologiyanın İnstitunun son illərdəki bir araşdırması ortaya çıxarıb ki, yeni çağda, sosial mediada yalanın yayılma sürəti həqiqətdən 6 (!) dəfə çoxdur. (Bəlkə də populyarlıq naminə bizə cəfəng şeylər sırıyanların dediklərini fikrimizdə 6-ya bölməliyik?!) Trampın prezindent seçilməsindən və Breksit hadisəsindən sonra post-truth ilə bağlı araşdırmalar artıb, ciddi alimlər bu barədə sos siqnalı çalırlar, sənət dünyasında ayıq sənətçilər bu mövzuda anti-utopiya janrında əsərlər yazmağa başlayıblar. Tutalım, metamodernist nəsrin parlayan ulduzu Devid Eggers “Çənbər” (The Circle) romanında virtuallaşmağın sosial fəsadlarını araşdırır. Müəllif oruelvari bu romanında xoşməramlılıq adı altında şəxsi həyatın gizliliyi məsələsinin necə deformasiya edilməsindən bəhs edir.

Amma əksini düşünənlər də var. Məsələn, Peter Hurber “Oruelin intiqamı: “1984”-ün yenidən yazılışı” adlı araşdırmasında anti-oruel mövqedən çıxış edir. Bu araşdırmanın adını Mark Zukerberqin “bu ilin oxunmalı vacib kitablar” siyahısında görəndə, gülümsədim.

Mişel Fuko vaxtilə “Həbsxananın tarixi” əsərində “intizamlı cəmiyyət modeli”nin necə qurulmasından və bizim biologiyamıza təsir edən, get-gedə bizi bizim vasitəmizlə idarə etməyə başlayan bio-iqtidar anlayışından bəhs edərkən, Ceremi Bentamın məşhur “panoptikon” modelini xatırlayır. Panoptikon mərkəzdə, ortada bir nəzarət qülləsi olan, ətrafı isə mərtəb-mərtəbə hücrələrlə dolu olan həbsxana modelidir. Qüllədəki nəzarətçi məhbusları həmişə görür, amma onlar nəzarətçini görmürlər. Fuko yazır ki, panoptikon modelinin “yeni”liyi ondadır ki, hücrədəkilər izlənib-izlənmədiklərini heç vaxt bilmirlər, get-gedə onlara elə gəlir ki, həmişə nəzarətdədirlər.

Məncə, post-truth erasında Oruelin “1984”ünü də, Hakslinin “Cəsur yeni dünyası”nı da, Qoldinqin “Milçəklərin tanrısı”nı, Zamyatinin “Biz”ini də hələ çox xatırlayacağıq…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021

Redaktorun seçimi

8 martın Azərbaycanın kölgə iqtisadiyyatına təsiri

Sovet dövründə çəkilmişlər haqqında

Üç əsərin prizmasından ölkəmiz haqda

Cənnət illüziyası, yoxsa isveçrəsayağı kommunizm – II hissə

Niyə səriştəsizlər özünü ağıllı sayır?

Genlərlə ötürülən 5 xüsusiyyət

Sevda Ələkbərzadə: “Deqradasiya olacağını bilirdim”

Sosial şəbəkələr tərəfdirmi?

İtirilmiş toyuqların axtarışında

İranda azərbaycanlılara qarşı ayrıseçkilik

Dofamin – hedonizmin təminatçısı

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Kasıb yazıçı

Cəfər Cabbarlının ölümü – 2

Müsabiqə, yoxsa intriqa?

Feodal pərakəndəlikdən mütləqiyyətə

Ölümə məhkum edilən dullar

“Netflix”iniz var?

Zeynəbin pulunu verin!

Palmirada kəsik baş və ya Çaplin Vaveydə

Çibanian, bu andan

Landşaft memarlığı? O nədir?

Qlobal və qlobal olmayan məsələlər

Hökumətin trolları və primitiv media siyasətinə dair

Bayağılığın müdafiəsinə

Yad Azərbaycan

His Last Bow

Gürcüstanı yenidən yaradan şəxs

Bayrağımızın rəngləri

107 il öncə Bakını sarsıdan qətl

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel