Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Polşada qadın olmaq

Məryəm İsmayılova Məryəm İsmayılova
., Gender
09 Dekabr 2020

Abortu dəstəkləyən hər kəsin çoxdan doğulduğunun fərqinə vardım.

Ronald Reagan

Bizə həmişə öyrədilən “qadın sakit durar”, “susar”, “başıaşağı olar” tipli tərbiyə qaydaları polyak qadınları üçün nəzərdə tutulmayıb. Azərbaycanda qadınlar o qədər səssizdirlər ki, Polşa qadınları normal tonda danışsalar da, orta statistik azərbaycanlı xalalardan belə, daha hay-küylü olduqlarını düşünürəm. Hətta ilk vaxtlar yolda iki qadının yüksək səslə söhbət etməsi, çox ucadan gülməsi əsəblərimə toxunurdu. Yeraltı keçiddən keçərkən başqa qadınların səsindən öz səsini eşitmək mümkün deyil. Əslində, hamı bilir ki, burda yanlış bir şey yoxdur, sadəcə bizə öyrədilən “tərbiyə qaydaları” onlarınkından bir az fərqlidir. Zaman keçdikcə hətta buna öyrəşmək də olur.

Barələrində danışdığım o hay-küylü qadınlar qısa bir müddət öncə sadəcə yeraltı keçidlərdə, küçələrdə deyil, geniş meydanlarda və bütün dünyada öz səslərini ucaltdılar. Bu hadisə “qadınların seçib-seçilmə haqqı” paradı, “Proteriya marşı”, “İslandiya qadın hərəkatı”, “Argentinada qadınlara qarşı zorakılıq əleyhinə hərəkat” kimi tarixi etirazlar siyahısına daxil edilə bilər. Polşada cəsur polyak qadınları hansı bir şəxsin, xüsusilə, bir kişinin onların bədənləri ilə bağlı qərar verməsinə etiraz edirlər.

İndiyə qədər Polşada abort qadağası ilə bağlı bir çox mitinqlər keçirilsə də, onlar, adətən, kiçikmiqyaslı olub. Ancaq bu dəfəki tamam başqadır. On minlərlə yeniyetmə, gənc və orta yaşlı qadınları küçələrdə görmək hazırkı höküməti gün keçdikcə daha da panikaya salır. Eyni zamanda hökumətin yaxında bir yaşı tamam olacaq Covid-19-la mübarizə apardığını, günə 15-20 min insanın yoluxduğunu nəzərə alsaq, proses bir az da çətinləşir.

Abort qadağası haqqında ilk dəfə 2018-ci ildə “Erasmus Plus” layihəsində polyak komandasının tərkibindəki üç feminist qadından eşitmişdim. Onlar etiraz edir, səslərini digər ölkələrin nümayəndələrinə çatdırmağa çalışırdılar. İndi ilə müqayisədə o vaxt vəziyyət mənə o qədər də pis görünməmişdi. Ancaq bir hadisəni anlamaq üçün prosesin içində olmaq çox vacibdir. Polşa, Avropada abortu qadağan edən tək-tük ölkələrdəndir, lakin Andorra, Monako, Lixtenşteyn, Malta, Vatikan kimi “cücə” dövlətlərdə də buna icazə yoxdur.

Hadisənin kökü bir az köhnə dövrlərə gedib çıxsa da, hazırkı proses 2015-ci ildə başlayıb. Abortun qadağası ilə bağlı ilk dəfə həmin il qərar verilməsinə baxmayaraq, parlamentin bir çox nümayəndəsinin qərarın əleyhinə səs verməsi, qanunun 2016-cı ildə yenidən səsverməyə qoyulması ilə nəticələnib və qadağanın təsdiqlənməsi otuz mindən çox qadının küçələrə çıxasına səbəb olub. Onlar öz hərəkatlarını “Qara Protest” adlandırırlar. Dörd il əvvəl başlamış mitinqlər indi “Kobiet Strayk”- “Qadın Tətili” adı altında davam edir.

Əslində, hökumət əhalinin istəyini yerinə yetirdiyini deyir. Belə ki, 2014-cü ildə əhali arasında aparılan sorğuda iştirak edənlərin 65%-nin abortun qadağan edilməsinin lehinə, 27%-nin isə əleyhinə olduğu ortaya çıxmışdı. Ölkədə din dövlətdən ayrı olsa da, hökumətin, keşişin qərarı ilə hərəkət etməsi, əhali arasında üstünlük təşkil edən yaşlı nəslin kilsəyə tabe olması gənclərlə bağlı məsələləri daha da qəlizləşdirir. Nəzərə alsaq ki, Polşada demoqrafik baxımdan yaşlanma gedir, daha çox insanın abortun lehinə olması təəccüblü deyil. Doğum qabiliyyətli gənc və orta yaşlı nəsil isə hazırkı vəziyyəti düşünərək dünyaya uşaq gətirmək istəmir. Bu isə ölkə demoqrafiyasının üzünü güldürəcək qərar deyil.

Polşada bir neçə gün şiddətlə davam edən yürüşlərin səbəbi mövcud hökumətin oktyabrın 21-də abort qadağalarını yeniləməsidir. Belə ki, əvvəllər qadının həyatı təhlükə olanda, hamiləlik cinayət amili sayılanda və uşaqda geridönülməz deformasiyalar olanda aborta icazə verilirdi. İndi isə 1993-cü ildə qəbul olunmuş, dölün ağır və dönməz əlilliyi və ya həyati təhlükəsi olan bir xəstəliyi olduğu halda aborta icazə verən “Abortla Mübarizə Qanunu”nun konstitusiyaya zidd olduğu irəli sürülərək abortu birdəfəlik qadağan edən yeni qanun təklif olunmuşdu. Əslində, deformasiyalı uşağın doğulması ölkənin iqtisadi maraqlarına ziddir. Çünki Polşa belə şəxslərə aylıq olaraq pul ödəyir və onlar işçi qüvvəsi kimi nəzərdə tutulmurlar. Ölkədə ağır əlil kimi təsnif edilənlər üçün 1800 PLN (1 PLN təqribən 0.20 avro), orta dərəcədə əlilliyi olanlar üçün 1125 PLN, yüngül əlilik dərəcəsinə malik olan şəxslər üçün 450 PLN nəzərdə tutulur.

Polşa Səhiyyə Nazirliyinin yayımladığı, 1994-cü ildən 2019-cu ilə qədər olan leqal abort göstəricilərinə baxdıqda, illər keçdikcə abortların sayının daha da artdığını görmək olar. Bunun əsas səbəbi isə hamiləlik zamanı həyata keçirilən prenatal testlərdir. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində abort zamanı əsas dəyişiklik ananın həyatı təhlükəsi idisə, indi uşağın sağlamlıq dərəcəsi əsas yer tutur. Pranetal testlərlə doğulacaq uşağın sağlamlığını dərəcəsini müəyyənləşdirmək mümkündür. Belə ki, təkcə 2019-cu ildə testlərdən sonra edilmiş abort sayı 1074-dür. Bu da 2018-ci ilə görə, 50 abort sayı qədər çoxdur. Ölkədə iqtisadi səbəblər ucbatından abort halları, demək olar ki, sıfır səviyyəsindədir, çünki dövlət doğulan hər uşağa görə aylıq 500 PLN, uşağın məktəb xərclərini qarşılamaq üçün aylıq 300 PLN ödəyir, ancaq polyaklar uşaqlara, “gələcəyə investisiya” gözü ilə baxmırlar.

İndiki halda isə hökumət, uşağın sağlamlıq səviyyəsindən asılı olmayaraq, onu abort etdirməyi tamamilə qadağan edir. Təbii ki, bu da qadınların öz bədənləri ilə bağlı qərar vermək haqqını əllərindən alır və onların qəzəbinə səbəb olur.

Mitinqlər zamanı plakatlarda təsvir olunan, tətilin simvoluna çevrilmiş qırmızı elektrik işarəsi dizayner Ola Jasinovska tərəfindən hazırlanıb və “diqqətli olun, biz qadınların əsas hüquqlarından məhrum edilməsinə göz yummayacağıq” mənasına gəlir. Rəmzin, SS və nasist Almaniyasındakı digər birləşmələrin istifadə etdiyi nişanlara bənzədiyini iddia edərək, etirazçıları tənqid edənlər də var.

Bildschirmfoto 2020-12-09 um 10.43.25
Qadınlar Varşavada parlament binası qarşısında (Mənbə: Czarek Sokolowski)

Ölkədə əsas partiya olan PiS-in parlament qrupunun rəhbəri və parlamentin aşağı palatasının sədr müavini Ryszard Terlecki, müxalif millət vəkillərinin “totalitar simvollara istinad edən” üz maskaları taxmalarının “kədərli” olduğunu deyir. Eyni zamanda PiS-in təsiri altında olan dövlət televiziyasında yayımlanan xəbərlərdə etirazçılar “sol yönümlü faşist” adlandırılır, onların simvolu ilə nasizm arasında əlaqələr qurulur. Lakin bunların heç biri qadınların mübarizəsinə əngəl ola bilmir.

Hələ də davam edən tətillərdə əsl qadın dəstəyinin şahidi olmaq mümkündür. Məsələn, mitinqlərin davam etdiyi müddətdə qadınlar öz birlik və bərabərliklərini göstərmək üçün oktyabrın 28-ni xüsusi “tətil günü” elan etmiş, “ehtiyac ucbatından icazə” adlı tətil haqlarından istifadə edərək işə getməmişdilər.

Hadisələrin üstündən bir ay keçməsinə, artıq kiçik şəhərlərdə tətillərin dayanmasına baxmayaraq, paytaxt Varşavanın qadınları öz tələblərini təmin etdirməkdən ötrü, demək olar ki, hər həftə yürüş keçirirlər. Buna görə də parlament qərarın qəbul edilməsinə heç cəhd də göstərə bilmir. Qısacası, abort qadağası bu ölkə qadınlarının boynuna zəncir kimi dolanıb. Amma belə getsə, qadınlar ölkəni zəncirləyəcəklər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Mühacirlərin porno-bloqları

“Vanilli səma” filmi barədə

Azərbaycan kinosunun Oskar intriqaları

Sosial beyinə doğru

Azərbaycan vaksin gözləyərkən

İstedad və zəhmət

Abort haqqının müxtəlif hüquq sistemlərinə görə müqayisəsi

Kəpənəklər öləcək

Dialoq böhranı

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Çin, bəşər tarixində ilk dəfə Ayın qaranlıq tərəfinə missiya göndərib

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (II hissə)

Landşaft memarlığı? O nədir?

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

Sabirin sabunları

600 ildə dəyişən interyer

Ramiz Mehdiyevi bitirən səbəb

Azərbaycanlıların qəribə sekulyarizmi

Onun arabası var

Futbol sadəcə futbol deyil

Sual vermək bacarığı

Nevzorovun təhqirləri və bizim türkmən əslimiz

65 yaşdan yuxarı olanların aqibəti

Abbas Atilay – Azərbaycan yolları

Səfər Mehdiyevin monopoliya faizləri

Samir Mirzəyevin yeni kitabı

Vəhşilərin tərbiyəsi

Koronavirusdan sonra da qapalı məktəb

“Həmkarlar” karikaturası

Xoşbəxt istisna

Polşada qadın olmaq

Məryəm İsmayılova Məryəm İsmayılova
., Gender
09 Dekabr 2020

Abortu dəstəkləyən hər kəsin çoxdan doğulduğunun fərqinə vardım.

Ronald Reagan

Bizə həmişə öyrədilən “qadın sakit durar”, “susar”, “başıaşağı olar” tipli tərbiyə qaydaları polyak qadınları üçün nəzərdə tutulmayıb. Azərbaycanda qadınlar o qədər səssizdirlər ki, Polşa qadınları normal tonda danışsalar da, orta statistik azərbaycanlı xalalardan belə, daha hay-küylü olduqlarını düşünürəm. Hətta ilk vaxtlar yolda iki qadının yüksək səslə söhbət etməsi, çox ucadan gülməsi əsəblərimə toxunurdu. Yeraltı keçiddən keçərkən başqa qadınların səsindən öz səsini eşitmək mümkün deyil. Əslində, hamı bilir ki, burda yanlış bir şey yoxdur, sadəcə bizə öyrədilən “tərbiyə qaydaları” onlarınkından bir az fərqlidir. Zaman keçdikcə hətta buna öyrəşmək də olur.

Barələrində danışdığım o hay-küylü qadınlar qısa bir müddət öncə sadəcə yeraltı keçidlərdə, küçələrdə deyil, geniş meydanlarda və bütün dünyada öz səslərini ucaltdılar. Bu hadisə “qadınların seçib-seçilmə haqqı” paradı, “Proteriya marşı”, “İslandiya qadın hərəkatı”, “Argentinada qadınlara qarşı zorakılıq əleyhinə hərəkat” kimi tarixi etirazlar siyahısına daxil edilə bilər. Polşada cəsur polyak qadınları hansı bir şəxsin, xüsusilə, bir kişinin onların bədənləri ilə bağlı qərar verməsinə etiraz edirlər.

İndiyə qədər Polşada abort qadağası ilə bağlı bir çox mitinqlər keçirilsə də, onlar, adətən, kiçikmiqyaslı olub. Ancaq bu dəfəki tamam başqadır. On minlərlə yeniyetmə, gənc və orta yaşlı qadınları küçələrdə görmək hazırkı höküməti gün keçdikcə daha da panikaya salır. Eyni zamanda hökumətin yaxında bir yaşı tamam olacaq Covid-19-la mübarizə apardığını, günə 15-20 min insanın yoluxduğunu nəzərə alsaq, proses bir az da çətinləşir.

Abort qadağası haqqında ilk dəfə 2018-ci ildə “Erasmus Plus” layihəsində polyak komandasının tərkibindəki üç feminist qadından eşitmişdim. Onlar etiraz edir, səslərini digər ölkələrin nümayəndələrinə çatdırmağa çalışırdılar. İndi ilə müqayisədə o vaxt vəziyyət mənə o qədər də pis görünməmişdi. Ancaq bir hadisəni anlamaq üçün prosesin içində olmaq çox vacibdir. Polşa, Avropada abortu qadağan edən tək-tük ölkələrdəndir, lakin Andorra, Monako, Lixtenşteyn, Malta, Vatikan kimi “cücə” dövlətlərdə də buna icazə yoxdur.

Hadisənin kökü bir az köhnə dövrlərə gedib çıxsa da, hazırkı proses 2015-ci ildə başlayıb. Abortun qadağası ilə bağlı ilk dəfə həmin il qərar verilməsinə baxmayaraq, parlamentin bir çox nümayəndəsinin qərarın əleyhinə səs verməsi, qanunun 2016-cı ildə yenidən səsverməyə qoyulması ilə nəticələnib və qadağanın təsdiqlənməsi otuz mindən çox qadının küçələrə çıxasına səbəb olub. Onlar öz hərəkatlarını “Qara Protest” adlandırırlar. Dörd il əvvəl başlamış mitinqlər indi “Kobiet Strayk”- “Qadın Tətili” adı altında davam edir.

Əslində, hökumət əhalinin istəyini yerinə yetirdiyini deyir. Belə ki, 2014-cü ildə əhali arasında aparılan sorğuda iştirak edənlərin 65%-nin abortun qadağan edilməsinin lehinə, 27%-nin isə əleyhinə olduğu ortaya çıxmışdı. Ölkədə din dövlətdən ayrı olsa da, hökumətin, keşişin qərarı ilə hərəkət etməsi, əhali arasında üstünlük təşkil edən yaşlı nəslin kilsəyə tabe olması gənclərlə bağlı məsələləri daha da qəlizləşdirir. Nəzərə alsaq ki, Polşada demoqrafik baxımdan yaşlanma gedir, daha çox insanın abortun lehinə olması təəccüblü deyil. Doğum qabiliyyətli gənc və orta yaşlı nəsil isə hazırkı vəziyyəti düşünərək dünyaya uşaq gətirmək istəmir. Bu isə ölkə demoqrafiyasının üzünü güldürəcək qərar deyil.

Polşada bir neçə gün şiddətlə davam edən yürüşlərin səbəbi mövcud hökumətin oktyabrın 21-də abort qadağalarını yeniləməsidir. Belə ki, əvvəllər qadının həyatı təhlükə olanda, hamiləlik cinayət amili sayılanda və uşaqda geridönülməz deformasiyalar olanda aborta icazə verilirdi. İndi isə 1993-cü ildə qəbul olunmuş, dölün ağır və dönməz əlilliyi və ya həyati təhlükəsi olan bir xəstəliyi olduğu halda aborta icazə verən “Abortla Mübarizə Qanunu”nun konstitusiyaya zidd olduğu irəli sürülərək abortu birdəfəlik qadağan edən yeni qanun təklif olunmuşdu. Əslində, deformasiyalı uşağın doğulması ölkənin iqtisadi maraqlarına ziddir. Çünki Polşa belə şəxslərə aylıq olaraq pul ödəyir və onlar işçi qüvvəsi kimi nəzərdə tutulmurlar. Ölkədə ağır əlil kimi təsnif edilənlər üçün 1800 PLN (1 PLN təqribən 0.20 avro), orta dərəcədə əlilliyi olanlar üçün 1125 PLN, yüngül əlilik dərəcəsinə malik olan şəxslər üçün 450 PLN nəzərdə tutulur.

Polşa Səhiyyə Nazirliyinin yayımladığı, 1994-cü ildən 2019-cu ilə qədər olan leqal abort göstəricilərinə baxdıqda, illər keçdikcə abortların sayının daha da artdığını görmək olar. Bunun əsas səbəbi isə hamiləlik zamanı həyata keçirilən prenatal testlərdir. 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində abort zamanı əsas dəyişiklik ananın həyatı təhlükəsi idisə, indi uşağın sağlamlıq dərəcəsi əsas yer tutur. Pranetal testlərlə doğulacaq uşağın sağlamlığını dərəcəsini müəyyənləşdirmək mümkündür. Belə ki, təkcə 2019-cu ildə testlərdən sonra edilmiş abort sayı 1074-dür. Bu da 2018-ci ilə görə, 50 abort sayı qədər çoxdur. Ölkədə iqtisadi səbəblər ucbatından abort halları, demək olar ki, sıfır səviyyəsindədir, çünki dövlət doğulan hər uşağa görə aylıq 500 PLN, uşağın məktəb xərclərini qarşılamaq üçün aylıq 300 PLN ödəyir, ancaq polyaklar uşaqlara, “gələcəyə investisiya” gözü ilə baxmırlar.

İndiki halda isə hökumət, uşağın sağlamlıq səviyyəsindən asılı olmayaraq, onu abort etdirməyi tamamilə qadağan edir. Təbii ki, bu da qadınların öz bədənləri ilə bağlı qərar vermək haqqını əllərindən alır və onların qəzəbinə səbəb olur.

Mitinqlər zamanı plakatlarda təsvir olunan, tətilin simvoluna çevrilmiş qırmızı elektrik işarəsi dizayner Ola Jasinovska tərəfindən hazırlanıb və “diqqətli olun, biz qadınların əsas hüquqlarından məhrum edilməsinə göz yummayacağıq” mənasına gəlir. Rəmzin, SS və nasist Almaniyasındakı digər birləşmələrin istifadə etdiyi nişanlara bənzədiyini iddia edərək, etirazçıları tənqid edənlər də var.

Bildschirmfoto 2020-12-09 um 10.43.25
Qadınlar Varşavada parlament binası qarşısında (Mənbə: Czarek Sokolowski)

Ölkədə əsas partiya olan PiS-in parlament qrupunun rəhbəri və parlamentin aşağı palatasının sədr müavini Ryszard Terlecki, müxalif millət vəkillərinin “totalitar simvollara istinad edən” üz maskaları taxmalarının “kədərli” olduğunu deyir. Eyni zamanda PiS-in təsiri altında olan dövlət televiziyasında yayımlanan xəbərlərdə etirazçılar “sol yönümlü faşist” adlandırılır, onların simvolu ilə nasizm arasında əlaqələr qurulur. Lakin bunların heç biri qadınların mübarizəsinə əngəl ola bilmir.

Hələ də davam edən tətillərdə əsl qadın dəstəyinin şahidi olmaq mümkündür. Məsələn, mitinqlərin davam etdiyi müddətdə qadınlar öz birlik və bərabərliklərini göstərmək üçün oktyabrın 28-ni xüsusi “tətil günü” elan etmiş, “ehtiyac ucbatından icazə” adlı tətil haqlarından istifadə edərək işə getməmişdilər.

Hadisələrin üstündən bir ay keçməsinə, artıq kiçik şəhərlərdə tətillərin dayanmasına baxmayaraq, paytaxt Varşavanın qadınları öz tələblərini təmin etdirməkdən ötrü, demək olar ki, hər həftə yürüş keçirirlər. Buna görə də parlament qərarın qəbul edilməsinə heç cəhd də göstərə bilmir. Qısacası, abort qadağası bu ölkə qadınlarının boynuna zəncir kimi dolanıb. Amma belə getsə, qadınlar ölkəni zəncirləyəcəklər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel