Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır..." Siz gicdıllaqsınız? Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pianoçu Zakir Əsədov: “Hamının çaldığı havaya oynamalısan”

AzLogos AzLogos
., İntervü
19 İyun 2020

“Mən kütlə üçün yox, musiqi sənəti, musiqi tarixi üçün ifa edirəm. Sənət, sənət üçündür…” 

“Bizim pianoçuların bədii zövqü, intellektual səviyyəsi aşağıdır.”

“Bir dəfə nüfuzlu bir vokal ifaçısına xaricdə təşkil olunmuş konsertdə sifariş gəlib ki, “Ağacda leylək” mahnısını oxusun. Başqa bir pianoçuya gecə zəng gəlib ki, filan məmur filan restoranda istirahət edir gedib orada “Heyva gülü” ifa eləmək lazımdır.”

104412362_692074598004717_4347206462757523980_n

 Zakir Əsədov 1986-cı ildə Ağstafa şəhərində anadan olub, Bülbül adına orta ixtisas musiqi məktəbi (2005) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının piano sinfi üzrə məzunudur (2009). Kövkəb Səfərəliyeva adına pianoçuların respublika müsabiqəsinin qalibidir (2007).

2006-2013-cü illərdə “Con tempo” müasir musiqi ansamblının solisti olmuşdur. Pianoçu kimi bir çox xarici və respublika festivallarının iştirakçısıdır. Fortepiano konsertləri də daxil olmaqla əlliyə yaxın müxtəlif həcmli fortepiano əsərlərinin ilk ifaçısıdır. 2018-ci ildə görkəmli pianoçu, Azərbaycan professional fortepiano məktəbinin banilərindən biri olan Georgi Şaroyevin yaradıcılığını işıqlandıran “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyası dərc edilmişdir. Monoqrafiya Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdur.

– Azərbaycanda doğulub-böyümüş və təhsil almış pianoçunun təməl problemi nədir?

– Bizim pianoçuların, fərq eləməz, istər Xalq artisti olsun, istər səhnəyə yeni çıxmış pianoçu — ifasını dinləyəndə baxırsan ki, texniki cəhətdən hər şey yerindədir, bəstəkarın qeydlərinə əməl olunub, mətn mükəmməl şəkildə öyrənilib, lakin yenə də nəsə çatışmır. Bax, problem bu “nəsə”-dir.

Avropa, yaxud rus pianoçularda belə bir problem yoxdur. Mən hesab edirəm ki, bu “nəsə” — bədii zövqdür. Bizim pianoçuların bədii zövqü, intellektual səviyyəsi aşağıdır. Rus bəstəkarlarının əsərlərini yüksək səviyyədə, bədii zövqlə ifa edə bilmək üçün hökmən rus ədəbiyyatını da bilmək lazımdır. Ümumiyyətlə musiqiçinin intellektual səviyyəsi hərtərəfli olmalıdır. Musiqi incənəsətin elmidir. Necə ki, fəlsəfə də elmin incəsənətidir.

– Hazırda Azərbaycanda musiqi təhsili alan gənc çağdaş dövrün standartlarına cavab verə bilmək üçün kimləri oxumalı, dinləməli və ifa etməlidir? Yaxud əksinə… kimləri oxumamalı, dinləməməli və ifa etməməlidir?

– İndividual məsələdir, Franz Liszt deyirdi ki: “Kim musiqi ilə məşğul olmaq istəmirsə, konservatoriyaya qəbul olsun”. Hazırki musiqi təhsil sistemində nəinki əlavə şeylər öyrədilir, heç lazım olan pianoçular, bəstəkarlar, musiqişünaslar tədris olunmur. Ona görə biz bu gün deyə bilmərik ki, proqramdan filan musiqiçi çıxarılsın, əlavədir, lazım deyil. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına ən yaxşı halda nəyi bilmədiyini bilmək üçün qəbul ola bilərsən. Amma o bilmədiyini sənə kimsə öyrətməyəcək.

Mən hesab etmirəm ki, musiqiçi ancaq və ancaq dəli kimi musiqi ilə məşğul olmalıdır. Bayaq da qeyd etdiyim kimi yaxşı musiqiçi olmaq üçün hər şey haqqında ümumi məlumatın olmalıdır. Bununla yanaşı hər mövzuda — ədəbiyyat, rəssamlıq, teatr — özünün şəxsi, fəlsəfi mövqeyin olmalıdır. Fortepiano ifaçıları ifaçılıq sənəti ilə bağlı fundamental əsərləri mütləq oxumalıdır. Məs., H.Neuhausun “Fortepiano ifaçılığı sənəti haqqında”, Y.Gatın “Fortepiano ifaçılığında əsas texnika” kitabları, eyni zamanda S.Feynberg, A.Hoffman kimi ifaçı-bəstəkarların musiqi və ifaçılıq sənəti ilə bağlı şəxsi təcrübələrini əhatə edən ciddi elmi əsərləri var. Qeyd edim ki, ifaçılıq sənəti ilə bağlı ədəbiyyat çox zəngindir. Əsasən ifaçılar bu kitabları ifa etdikləri musiqi alətini tanımaq üçün mütləq oxumalıdır.

– Nədən bizim musiqi cəmiyyəti, elmi ictimaiyyət hesab edir ki, sovet təhsil sistemi bizə hələ ki, bəs edir? Yəni ki, sadəcə onu qoruyub saxlaya bilsək, artıq böyük iş görmüş olarıq?

– Əgər söhbət sovet musiqi təhsil sistemindən gedirsə, deyim ki, qoruyub saxlasaq və eyni zamanda tətbiq eləsək böyük iş görmüş olarıq. Məsələn mən E. Kurth, E.Bodky kimi böyük alman musiqi nəzəriyyəçilərinin kitablarını oxuduqdan sonra görürəm ki, Sovet təhsil sisteminin yetirməsi olan musiqişünaslar heç də onlardan zəif əsərlər yazmayıb. Misal olaraq B.Asafyev, Y.Druskin, V.Xolopova kimi musiqişünasların adlarını çəkə bilərəm. N.Rimski-Korsakov, S.Prokofyev, S.Raxmaninov hansı səviyyədə bəstəkar idisə, bunlar da həmin səviyyədə musiqişünasdırlar. Başqa bir misal çəkim: M.Arkadyevin “Musiqidə səslənməyənlər” adlı fundamental kitabı var. M.Arkadyev bu 450 səhifəlik kitabı sezura və pauzaya həsr edib, musiqidə zaman anlayışına fəlsəfi aydınlıq gətirib və bir dənə də olsun təsadüfi, diletant cümlə yoxdur. O da sovet təhsil sisteminin yetirməsidir və Moskva Konservatoriyasını bitirib.

Deməli, problem təhsil sistemində deyil, problem sistemin tətbiq edilməsindədir. Biz b gün sovet təhsil sistemini qoruyub saxlamamışıq. Sadəcə sovet vaxtı yazılan fənn proqramlarını saxlamışıq və həmin proqramları yeniləyəcək musiqiçi yoxdur. Musiqi tarixi fənnində müasir bəstəkar kimi ən yaxşı halda səthi olaraq A.Schönberg – o da Derridanın dediyi kimi “Doğuldu, fikirləşdi, öldü” səviyyəsində tədris olunur. Tələbələrin II Avanqard dalğasından ümumiyyətlə xəbərləri yoxdur. Mən magistraturada təhsil alanda özüm şəxsən şahidi oldum ki, adlı-sanlı professorlar P.Boulezi, K.Stockhauseni, K.Pendereckini tanımır. Bunun da bir səbəbi var: keçən əsrin 50-60-cı illərində təhsil alıblar, bir yolunu tapıb dissertasiya işlərini müdafiə edərək elmi dərəcə, elmi ad sahibi olublar və daha sonra doğulan, yaradıcılığa başlayan bəstəkarlar onlara “maraqlı” olmayıb.

104816609_2739682479642767_3424382693638745350_n

– Hazırda incəsənətin bütün sahələrində yenidənqurmaya ehtiyac var. Yəqin ki, bununla razılaşarsan, səncə qurmağa hardan başlanılmalıdır? Yaxud nələr dağıdılmalıdır ki, yeniləri qurula bilsin?

– Sənətin özünə olan münasibət… Sənətin özünə olan mövcud münasibəti bir kənara qoyub ona layiq olduğu münasibəti göstərmək lazımdır. Bu iş əslində həmişə Mədəniyyət Nazirliyinin kompetensiyasında olub. Şəxsən mənə bu nazirliyin strategiyası, prioritet məsələsi heç vaxt aydın olmayıb. Qara Qarayev 1958-ci ildə Cənubi Afrika yazıçısı Peter Abrahamsın irqi ayrıseçkiliyə həsr etdiyi romanı əsasında məşhur “İldırımlı yollarla” baletini yazıb. Bu gün bütün festivallar, olimpiya oyunları irqi ayrıseçkiliyə qarşı şüarlarla başlayır. Biz bu baleti başqa ölkələrdə səhnəyə qoya bilərik də… Amma qonşu ölkələrin musiqi mirasında bu cür balet olsaydı, indi himnə çevirmişdilər. Keçirilən musiqi festivallarında iştirak edənlər obyektiv seçilmir və istedadlı, gənc bəstəkarların, ifaçıların çoxu kənarda qalır. Bu sənətə olan münasibətin nəticəsidir.

– Müstəqilliyimizin son 10 illiyində “dövlətin sənətə qayğısı” şüarını çox eşidirik. Lakin etiraf edək ki, bu “qayğı” özünü doğrultmur. Bəlkə bu tip qayğı sənətin “bohem tərzini” pozur?

– Hansı sənətə qayğı göstərir ki, dövlət?! Bizdə qayğı daha çox idmana göstərilir. Halbuki, idmançıların da məqsədi yarışlarda, olimpiadalarda dövlət himnini səsləndirməkdir. Bəlkə öz idrak səviyyələrində olan sənətə qayğı göstərirlər. Bilmirəm… Bu yaxınlarda Azərbaycanın ilk peşəkar bəstəkarlıq təhsili alan bəstəkarı Asəf Zeynallının məzarının vəziyyətini hamımız gördük. Mənim qardaşım Samir Əsədov (violin ifaçısı) onun məzarını tapmışdı və onun təşəbbüsü ilə bir neçə gənc musiqiçi ilə qısa zamanda səliqəyə saldılar. Asəf Zeynallı adına musiqi kolleci kimi tanıdığımız musiqi təhsil ocağı uzun illərdir ki, onun adını daşımır. Deyəsən, musiqiçilər bu günlərdə adın geri qaytarılmağını tələb edir. Amma mən həmişə hesab etmişəm ki, həmin kollec yox, Azərbaycan Milli Konservatoriyası Asəf Zeynallının adını daşımalıdır.

Əgər söhbət muğamın inkişafı üçün göstərilən qayğıdan gedirsə, onu qeyd edim ki, muğam özünün məntiqi inkişafını tamamlayıb. Üzeyir bəy muğamı “Azərbaycan xalq musiqisinin əsasları” (1945) adlı elmi işində kompleks şəkildə sistemləşdirdi və nəzəriyyəsini yazdı. Muğamın bundan sonrakı inkişafı akademik musiqi zəminində baş verə bilər. Bunu da Tahir İbişov, Firudin Allahverdi kimi bəstəkarlar edir. Əgər söhbət əsl sənətə qayğıdan gedirsə, bu gənc bəstəkarlara sənətləri ilə məşğul olmaq üçün şərait yaradılsın. Ümumiyyətlə isə mən düşünürəm ki, sənət dövlətdən ayrı olmalıdır. Baxın, İran teokratik dövlətdir. Bununla yanaşı təkcə Tehranın iki dənə simfonik orkestri var.

– Filarmoniyanın səhnəsinə gedən yol haradan keçir?

– Ümumiyyətlə bütün səhnələrə gedən yol şansdan keçir. Bizim filarmoniyaya gedən yol isə… bunun yolları yox bilavasitə şərtləri var. Əvvəla, böyük musiqiçi ailəsindən olmalısan. Daha sonra isə təzim etməlisən. Azərbaycanda musiqiçilər şərtlər altında səhnəyə çıxır və onlar istənilən şərti qəbul etməli olurlar. Hesab edirəm ki, əqidəsi olan musiqiçi bunu etməməlidir. Etmədiyi halda da ən çox üç dəfə istədiyi səhnəyə çıxa bilir.

– Nə vaxtsa konsert repertuarına senzura qoyulubmu?

– Bu yaxınlarda bir konsert təklifi aldım. Amma təşkilatçı tərəf qeyd etdi ki, konsertin keçiriləcəyi binanın şərti var ki, repertuar əzbər ifa olunmalıdır. Mənim sənət prinsiplərimdən biri də odur ki, konsertlərdə əsərləri nota baxaraq ifa edim. Çünki, ifaçının diqqəti notda olanda, dinləyicinin də diqqəti ifaçıda olur. Həm də ifaçılıq sənətində əzbər məcburiyyəti yoxdur. Mənim repertuarım romantizmə qədər və romantizmdən sonrakı dövrü əhatə edir. Müasir musiqi ifaçılığında isə ümumiyyətlə ifaçıya qadağa qoyulmur. Hesab edirəm ki, təşkilatçı tərəfin bu şərti də senzura xarakterli idi. Bəlkə də onlara elə gəldi ki, mən əzbər ifa edə bilmirəm. Sadəcə anlamırlar ki, mən bu prinsiplə əslində ifaçılıq ənənələrini qoruyuram. Bu səbəbdən konsertdən imtina etməli oldum.

Amma sırf repertuardakı əsərlərlə bağlı ciddi senzura qoyulmayıb. Çünki mənə heç vaxt ifam qarşılığında bir şey vəd edilməyib. Şübhəsiz vəd versələr də qəbul etməyəcəyimi biliblər.

Yəni biliblər ki, “sözə qulaq asan” deyiləm.

– Bir həqiqəti də etiraf edək: akademik musiqi hazırda heç kimə – nə “yuxarılara”, nə də “aşağılara” maraqlı deyil. Buna rəğmən motivasiyan nədir?

– Elə mənim motivasiyam odur ki, mənim sənətimlə heç kim maraqlanmır – nə o “yuxarılar”, nə də “aşağılar”. Gustave Le Bon deyirdi ki, kütlə dağıdıcıdır və 100 il sonra yüksək sənəti məhv edəcək. Təsəvvür edin, bu sözləri o, 1894-cü ildə yazdığı kitabında deyir. Bu səbəbdən “aşağının“, yəni kütlənin fikri mənə qəti maraqlı deyil.

Hərdən filarmoniyadakı konsertlərdə görürəm dinləyicilərin həqiqi münasibətini. Telefonla oynayır, şəkil çəkdirir, söhbət edirlər və s. Çünki o konsertə bəstəkarı, ifaçını dinləmək üçün yox, reklam üçün, “Mən dünən filan konsertə getmişdim“ demək üçün gəliblər. Mənim motivasiyam çoxluqla razılaşmamaq, barışmamaq, fərqli və ziddiyyətli olmağımdır.

Mən kütlə üçün yox, musiqi sənəti, musiqi tarixi üçün ifa edirəm. Sənət, sənət üçündür…

– Pianoçu kimi “sənətin patriarxı” hesab elədiyin birisi varmı?

– Svyatoslav Rixter… Təəssüflər olsun ki, hazırda gənc pianoçular hesab edir ki, o artıq aktual deyil. Amma Rixter XX əsrin ən böyük pianoçusu idi. Ümumiyyətlə indi əsasən Koreya, Yaponiya kimi ölkələrin pianoçuları dəbdədir. Azərbaycanda isə mənim üçün pianoçu kultu yoxdur. Bizim pianoçuların bədbəxtliyi ondadır ki, 40 yaşına çatanda fəxri ad alıb sənəti kənara qoyurlar. Sonra da ildə bir dəfə səhnəyə çıxaraq şagird səviyyəsində performans göstərirlər. Bu bizim pianoçu Xalq artistlərinə də aiddir.

– Azərbaycanda təhsil almamış, hazırda yaşamayan və burada fəaliyyət göstərməyən bir musiqiçi “Əməkdar artist” fəxri adını alır. Amma istedadlı, perspektivli və musiqimizi irəli apara biləcək gənc musiqiçilərin – bəstəkarlar, ifaçılar və s. – ən sadə istəkləri geri çevrilir. Bu qeyri-obyektiv, ögey münasibətin kökündə nə dayanır?

– Ümumiyyətlə Azərbaycanda artıq dəyər anlayışı qalmayıb. Bu problemin də kökündə bayaq qeyd elədiyim yerlibazlıq, tanışlıq və.s. kimi məsələlər var. Mən hesab edirəm ki, fəxri ad sənət adamı üçün dəyər deyil. Məsələn, biz xarici ölkələrdə bu fəxri adların izahını verə bilmirik. Onlar anlamır ki, xalqın artisti nə deməkdir axı?

Bir məsələni də qeyd edim ki, fəxri ad verilən sənət adamını sonra çox faciəvi şəkildə istismar edirlər. Bir dəfə nüfuzlu bir vokal ifaçısına xaricdə təşkil olunmuş konsertdə sifariş gəlib ki, “Ağacda leylək” mahnısını oxusun. Başqa bir pianoçuya gecə zəng gəlib ki, filan məmur filan restoranda istirahət edir gedib orada “Heyva gülü” ifa eləmək lazımdır. Özü də Əşrəf Abbasovun işləməsində…

– Gənc bəstəkar Tahir İbişov “Halqa”, Ayaz Qəmbərli “Vertikal sapınmalar” əsərini sənə ithaf eləyib. Hər iki əsər müasir bəstəkarlıq texnikası ilə yazılıb. Bu iki əsərin hansı sənin üçün daha xüsusidir? Hansı əsərdə sən daha çoxsan?

– Hər ikisi ilə yaxın münasibətim var və hər ikisi məni necə tanıyırsa, o cür təfsir edib. Bilmirəm…

– Çağdaş musiqi ifaçılığı ilə aldığın ən yüksək honorarın məbləği sirr deyil ki?

– 200-300… Bəlkə “dəftərə” daha çox yazılıb bilmirəm. Amma hər halda mənə çatan bu məbləğ olub. Bütün əsəblərimi pozandan sonra bu məbləği veriblər ki, get özünə dərman al. Adətən ən yüksək məbləğləri səfirliklər verir.

– Müasir musiqi ifa eləyəndə səni nə düşündürür? Özüm nə hiss edirəm, dinləyici nə anlayır yoxsa ifam bəstəkarı qane edirmi?

– İstənilən halda bəstəkarla ifaçının istəyi, fikirləri üst-üstə düşmür. Mən ifa zamanı not mətni üzərində nə varsa olduğu kimi, yəni əsərin formasını pozmadan ifa edirəm. Amma əlbəttə əsas mənim nə hiss etdiyimdir.

– Hazırda musiqi səhnəmizdə qadın ifaçı, bəstəkar, dirijor çox azdır. Bunun obyektiv və subyektiv səbəbləri barədə düşünmüsəni?

– Glenn Gould deyirdi ki, mən hətta ifaçını görmədən də bilə bilərəm ki, o qadındır yoxsa kişi. Bəlkə də neyrofiziologiya ilə əlaqəli ola bilər. Ya da qadın musiqiçilər çox erkən məişətləşir.

– Sənin potensialında bir pianoçu bu gün nə etməlidir ki, həm xaricdə, həm də Azərbaycanda tanınsın?

– Hamının çaldığı havaya oynamalısan. Şəxsən mən hazırda pianoçularla produserlərin bağladığı müqaviləni imzalaya bilməzdim. Müqavilənin bütün şərtləri biznes xarakterli olur. Bu zaman da sənətin bütün aliliyi itir. Repertuarını, konsertə kimlərin gələcəyini, hətta sənin nə geyinəcəyini belə təşkilatçı tərəf müəyyən edir. Şərtlərə əməl etmədiyin zaman da yüklü miqdarda təzminat ödəməli olursan.

– Şəxsiyyətdən kənarda yaradıcılıq mümkündürmü?

– Paul Cezanne deyirdi ki, incəsənətin ali məqsədi şəxsiyyətdir. Şəxsiyyətsiz biri öz sənətinə insanları necə inandıra bilər ki?!

– İfaçılıqdan başqa pedaqoji fəaliyyətlə də məşğulsan. “Old school” müəllimsən?

– Biraz yaşlı nəsil kimi danışacam. Amma etiraf etməliyəm ki, biz təhsil alanda müəllimə, sənətə şagirdlərin münasibəti tamam fərqli idi. Hərdən olurdu ki, stressdən səhərə qədər yata bilmirdim. Fikirləşirdim ki, görəsən sabah dərsdə müəllim mənə nə irad tutacaq?

İndi isə dərsə gəlməyən şagirdi mən axtarıram ki, ay bala niyə dərsə gəlmirsən? Adətən də qeyri-ciddi cavab alıram. Müəllim kimi şagirdlərimin orta məktəb dərsləri ilə də maraqlanıram. İstəyirəm dünyagörüşləri geniş olsun. Dərs vaxtı təkcə ifaçılıqdan, əsərdən yox musiqi tarixindən, nəzəriyyəsindən danışıram. Amma bir mənfi cəhətim var — tez özümdən çıxıram və qışqırıram. Bu elə sənətdir ki, gərək dərsdə şagirdin bütün diqqəti müəllimdə olsun. Əks halda eyni şeyi bir neçə dəfə demək məcburiyyətində qalıram ki, bu da məni hiddətləndirir.

– Son sual – bir zamanlar doktoranturaya qəbul oldun və elmi işin “İnterpretsiya: nəzəri, tarixi və praktik” mövzusunda idi. Lakin ərizə yazıb imtina etdin, səni bürokratik mühit bezdirdi, yoxsa necə?

– Mənə təyin olunan elmi rəhbər dedi ki, bu mövzu Azərbaycana aid deyil, burda obyekt kimi dünya ifaçılıq sənəti götürülməlidir və Ali Attestasiya Komissiyası bunu qəbul etməyəcək. Təklif etdi ki, mövzunu dəyişim. Mən də razılaşmadım.

Maraqlıdır ki, gürcü musiqişünas R.Wagnerin operaları haqqında elmi iş yazır amma mən Barokko dövrü barədə elmi iş yaza bilmirəm. Ümumiyyətlə mənim elmi iş yazmağımın elmi dərəcə almaq istəməyimlə əlaqəsi yoxdur. Sadəcə bu mövzu mənim üçün maraqlıdır deyə doktoranturaya qəbul olmaq istədim. Mənim mövzum barədə yazdığım qısa xülasə (hansı ki, iclasda komissiyaya təqdim elədim) əsasən hermenevtika və fenomenologiya anlayışlarına fəlsəfi yanaşmalardan ibarət idi. Elmi rəhbərim dedi ki, mən fəlsəfəni ələk-vələk eləmişəm, fenomenologiya sözünə rast gəlməmişəm. Mən hətta istifadə etdiyim ədəbiyyatın siyahısını da təqdim etdim. Elmi işimin əsas metodoloji bazasını A.Losevin “Musiqi riyazi predmet kimi” kitabı, R.İngarden, M.Heidegger kimi filosofların əsərləri təşkil edirdi. Gördüm ki, bizim professorların və elmi rəhbərimin bu müəlliflərdən xəbəri yoxdur. Məcbur olub ərizə yazaraq doktoranturadan imtina etdim…

Söhbətləşdi: Şəfaqət Məmmədova (musiqişünas)

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

9f00fd328fe2415d9252552e5d918552
.

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

02 Mart 2021
avtos
.

Siz gicdıllaqsınız?

02 Mart 2021
Britigan_COVIDConspiracy_38x24cm-1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

01 Mart 2021
Estestvennyi---poryadok-1-1024x766
.

Biz sivilizasiyaya tüpürmüşük

01 Mart 2021
MyCollages (2)
.

S. Baycan: “Azərbaycanlıların dərdi toydur”. Ə. Novruzov: “Allah yarasa yeyənlərin bəlasını versin”

01 Mart 2021
NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021

Redaktorun seçimi

Badımcan haqqında bədii-fəlsəfi esse

Mauser – Zombie apocalypse (2-ci sezon)

Azərbaycan müxalif siyasi səhnəsində nekrofiliya aspektləri

Axmaq dünyanın ədalətsiz oyun qaydaları

Uzun və qısa siyahılar

Xaricdən gələn mallar. Daha necə edək ki, əhaliyə pis olsun?

Feminizmin tarixi və inkişafı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

Dünəndən bugünə neft qiymətləri

Palmirada kəsik baş və ya Çaplin Vaveydə

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Nifrət dili

Parc de la Distance – Covid-19 həyat tərzi

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

Abbas Atilay – Azərbaycan yolları

İŞİD, yoxsa İslam dövləti?

Dəvədən böyük fil

Masturbasiya və evlilik – ailə dəyərləri sistemində

Aydınlanma tariximizin sui-qəsdləri – 2

“Zibil etirazı” və polis

Dünya ədəbiyyatı və Üçüncü Dünya ölkələri

Bayrağa qarşı hörmətsizlik fonunda ifadə azadlığı

Ziya – Ziyalılıq – Missiya

Samirə Mahmalbafın kinosu: ağzına noxta bağlanan adam

Zəhmətimin «Sizif əməyi» olduğunu bildiyim halda

Nifrətin sevgi dili. Müharibəyə sözardı

Yazmaq istəmədiyim yazı

Həyatın başlanğıcı və əcdadımız

İnsan təkamülünü “çürüdən” 12 mif

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel