Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Onlar niyə qışqırır?

Sevda SultanovaSevda Sultanova
Mövqe
14 Fevral 2021

Tarix 2018-ci il oktyabrın 16-nı göstərir. Meydan TV-nin efirində Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat Partiyasının başqanı Arif Hacılı arasında 2003-cü ilin oktyabr hadisələri ilə bağlı polemika gedir. Polemikanın bir yerində tərəflər qarşılıqlı təhqiramiz ifadələrə keçirlər:

– Arif bəy, hər zaman belə cığal mövqe ilə danışmağın nə mənası var?! Fikrini bildirdin, indi mən fikrimi bidirirəm.

– Bir az səviyyəli danışın.

– Səviyyəsiz özünüzsüz. Danışdınız, mən heç sözünüzə müdaxilə etmədim. Diqqətlə qulaq asdım.

Bundan sonra “polemika” tərəflər arsında bir-birinin keyfiyyətlərini təftiş edən “tərbiyəli-tərbiyəsiz”, “səviyyəli-səviyyəsiz” müstəvisində davam edir. Paralel kadrlarda görünən İqbal Ağzadənin üzündə qışqıran qəzəb, Arif Hacılının simasında səssiz nifrət dolaşır.

Azərbaycan siyasətçiləri arasında sağlam, produktiv, faydalı, nəticəli polemikanın alınmamasının, siyasi dialoqa hazır olmamanın qırılma nöqtələrindən biri budur: keçmişdəki haqq-hesabı çürütmək ehtirası, siyasi hikkə, hadisələrə geniş bucaqdan yox, eqonun pəncərəsindən baxmaq, yalnız özlərini həqiqətin son instansiyası kimi görmək. Müxalifətin həm hakimiyyətin hermetik siyasəti nəticəsində, həm özlərinin kobud səhvləri üzündən siyasətçi kimi realizə olunmamaları, uzunmüddətli məğlubiyyət kompleksi, fəaliyyətlərində diskursu dəyişməməsi də əlavə problemlər yaradır…

İzədiyim verişilərə əsasən siyasi polemikaların əksər hallarda iki formatda formalaşdığını deyə bilərəm: qaraqışqırıq şəraitində keçən müzakirə və nisbətən sakit templə yürüyən, amma primitiv, səthi yanaşmalı müzakirələr.

Lap təzəlikcə “TV Müsavat”-ın efirində xaosun, ağız deyənin qulağın eşitmədiyi daha bir proqram yayımlandı: Pənah Hüseyn və Nemət Pənahlının 20 yanvar hadisələrinin hələ də ziddiyyətli, qaranlıq mətləblərini müzakirə etməsini nəzərdə tuturam. Sözügedən müzakirə köhnədən qalan haqq-hesabın sorulması, vaxtilə eyni cəbhədə fəaliyyət göstərmiş iki şəxsin bir-birinə hörmətsizliyi səbəbindən normal alınmadı. Bu bir tərəfə, müşahidə etdiym qədərilə Nemət Pənahlı ümumiyyətlə, polemika adamı deyil. O, meydan hərəkatının monoloq formatından heç cür çıxa bilmir, nitq strukturunun əsasını təşkil edən şeriyyət və cəngavərlik pafosu, hər cümləsində özünü vurğulamaq ehtiyacı, söhbəti biradamlıq tribunaya çevrimək cəhdi onun siyasi debat formatına yararsızlığından xəbər verir. Nəticədə mərəkə-çəkişmədə “əxlaqsız, bədbəxt oğlu bədbəxt, dana” kimi bənzətmələr yer aldı, aradakı problem isə çözülmədi.

Debatlarda hay-küy salan, opponentinin sözünə tez-tez müdaxilə edən, diskussiyanı əvvəldə nəzərdə tutulduğu məcrasından yayındıran siyasətçilərdən biri, Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Abbaslının minlərlə izləyicisici var, internet platformalarında videoları, çıxışları populyardır. Sosial-siyasi problemlərlə bağlı kütlənin duyğularına toxunan emosional vurğular edir, vurğuların gücünü artırmaq üçün müəyyən söz və intonasiya təkrirlərindən yararlanır (“2500 adamın evini yıxdız bu gün, 2500 adamı əlavə xərcə saldız, 2500 adamın çörəyinə göz dikdiz” ) ötkəm danışığı, manerasında “krutoy” elementlər çoxlarına cəzbedici, maraqlı gəlir. Debatlarda isə adətən onun emosional vurğuları emosional terrora keçir. Misal üçün, millət vəkli Elman Nəsirovla polemika zamanı Abbaslı bir sıra məqamlarda doğru fikirlər deyir. Lakin hay-küylü ritorikası, kobud müdaxilələri ilə mədəni, təmkinli davranışlı Elman Nəsirovun fonunda haqlıykən qıcıq, ipə-sapa yatmayan dəcəl uşaq kimi görünür. Bu mənada Abbaslı Sərdar Cəlaloğlu, Əli Əliyev kimi nevrotik yaşlı nəsil siyasətçilərindən fərqli yeni davranış modeli nümayiş etdirmir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev debatlarda izlədiyim ən uyğunsuz, populizmin pis nümunələrindən biri olan siyasətçidir.

Əliyev haqlı məqamlar səsləndirsə də problemlərə daha çox isterik yanaşır. Yenə millət vəkili Elman Nəsirovla debatda qarşı tərəfə danışmağa imkan vermir, polemika boyu “niyə Xankəndinə gedə bilmirik, niyə Türkiyə masada yoxdur, niyə rus sülhməramlıları buradadır” və s. kimi sualları aramsız ünvanlayarkən opponentinin cavablarını dinləmir (Nəsirov da daxil olmaqla, debatlara qatılan digər YAP-çılarda dərin strateji düşüncənin olmaması da başqa problemdir). Verdiyi suallarla, həmçinin digər məsələlərlə bağlı özünün də geniş, dərin baxa bilmək qabiliyyəti aşağıdır. Əli Əliyev davranışı ilə infantil, siyasətə təsadüfi gəlmiş naşı adam təəssüratı bağışlayır. Sosial müdafiə nazirinin nənəsinin erməni olması ilə bağlı replikası isə rəzalətdir, şovinst və diskrimnativ yanaşmadır. Və elementar məntiq var ki, kiminsə öz milliyyətini, valideynini seçmək imkanı yoxdur.

YAP-ı təmsil eləyən millət vəkili Elman Nəsirov bütün debatlarda demək olar ki, təmkinini və dinləmək mədəniyyətini qoruya bilir. Lakin bir neçə polemikada Nəsirov yumşaq səs tonu, mədəni tərzi ilə məkrli gedişlər edir, müzakirə predmetinə dəxli olmayan suallarla opponentini əzməyə çalışır. Misal üçün, Tural Abbaslını “2013-cü ildə yaranmış, daha çox antimilli fəaliyyət göstərən Milli Şura kimi qurumun qurucusu olmaqdan peşman deyilsiz” kimi suallarla küncə sıxışdırmaq cəhdi bolşevik düşüncənin məhsuludur. Yaxud situativ əsas yaranmadan “Sizin uşaqlardan müharibəyə gedən var, neçə yaşları olar?” kimi qəfil suallarının tonunda Əli Əliyevi aşağılamaq cəhdi duyulur. Çünki Əli Əliyevin birinci nikahı ilə bağlı bir neçə il öncə qalmaqal, söz-söhbət yaranmışdı. Arqument tapa bilməyəndə şəxsi həyata, milli kimliyə apellyasiya etmək istənilən siyasətçinin zəifliyi, qeyri-yetkinliyidir.

Siyasi debatlarda mənim üçün maraq doğuran Pənah Hüseyn oldu. Nemət Pənahlı ilə debatı nəzərə almasaq, digər debatlarda o, təmkinlidir, opponentinə hörmət eləyir və hadisələrə əhatəli, rasional baxa bilir. Müzakirələrdən birində “mən bir qədər fərqli düşünürəm. Ola bilsin, köhnə inqilabi keçmişin qalıqlarıdır” etirafi isə onun özünə tənqidi baxa bilmək bacarığını göstərir.

…Bütovlükdə siyasi polemika mədəniyyəti, keyfiyyəti aşağıdır, siasyətçilərin çoxu konstruktiv çıxış edə bilmir, yeni bilgilər, baxış bucağı təklif olunmur, yeni reaallıqlara münasibətdə konseptual yanaşma əksikliyi var, nə geosiyasi, nə ölkədaxili məsələlərdə normal, dişədəyən təhlil, strateji, sistemli düşüncə yoxdur. Tezislər ümumi və şüarçıdır: “korrupsiyaya son qoyulmalıdır, biz Xankəndinə getməliyik, ruslar düşmənimizdir, oliqarxaların pulunu alıb kasıblara vermək lazımdır”.

Debatları izləyənlərin əksəriyyəti şüarçılığa müsbət reaksiya verir, onlar qəhrəman elan olunur.

AzLogos-da Vladimir Şalların “Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası” yazısındakı bu fikirlər bizim üçün də keçərlidir:

“Onlar hər şeyi oğurlayırlar, görün, nə böyük saray tikiblər!” Kütlələr bu sözləri anlayırlar, hərçənd onlar putinizmin sosial-iqtisadi strukturuna və onu sındırmaq zərurətinə qətiyyən toxunmurlar. O sözlər məhz buna görə anlaşılır – sinfi düşüncəyə sahib olmayan kütlələr sosial-iqtisadi strukturla bağlı sözləri də (kütlələrə isə bu lazımdır!) eşitməyəcəklər, eşidə bilməzlər.

Buna görə də, navalnıçıların öz ideyaları yoxdur, buna görə də, onlar korrupsiya, qəhrəman Navalnı və zülmkar Putin haqqında ibrətamiz hekayələr qurmağa məcburdurlar. Navalnının filmlərindəki əxlaqçı və primitiv ritorikanın da səbəbi budur – o, özündərkdən, öz dilindən məhrum olan, buna görə də, yalnız “oğurluq” və “özbaşnalıq”la bağlı ən dumanlı əxlaqi şüarları anlayan kütlələri düz hədəfdən vurur. Buna görə də, navalnıçı “ideologiya” – putinizmin sosial-iqtisadi strukturu ilə yox, korrupsiya ilə mübarizə deməkdir”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021

Redaktorun seçimi

Samirə Mahmalbafın kinosu: ağzına noxta bağlanan adam

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

İlham Əliyevin Rusiyaya verdiyi dərs

“Yeni sadəlik” bəstəkarı: Gia Kançeli

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

Venesiya – Abbas Atilay təqdim edir

Süni ət – gələcəyin qidası

Keçmiş pandemiyanın dərsləri

“Bakılılar günü” – olsun, olmasın?

450 milyon ədəd PlayStation

The Beatles qeydləri (I yazı)

Bir qapıya vurulan qollar

Rus imperiyası nədən bizi “tatar” adlandırıb?

Avropanın tərk edilmiş məkanları

“İlham Əliyev hər şeyi düzgün hesablayıb”

Uzun və qısa siyahılar

İki od arasında qalan “Neftçi”

Fuko: Məhbəsin yaranışı mövzusunda analiz

Sovet dövründə çəkilmişlər haqqında

Azərbaycanlıların Ermənistan və Qarabağa gediş-gəlişi asanlaşa bilər

Müştəri təmsilçisi kimdir?

Hədəfdə bütün Azərbaycandır

“Mazut Konstitusiyası”: tələbdən şükürə

DTX-nın “Mədəniyyət” əməliyyatı

Qara şar filminin təhlili

Kassandra kompleksi, yoxsa perpetuum mobile?

İntiqam Hacılı: “Seriallara ayrılan maliyyənin kəsilməsi yaxşı oldu”

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Şimali Koreyanın rasional xarici siyasəti

Onlar niyə qışqırır?

Sevda SultanovaSevda Sultanova
Mövqe
14 Fevral 2021

Tarix 2018-ci il oktyabrın 16-nı göstərir. Meydan TV-nin efirində Ümid Partiyasının sədri İqbal Ağazadə və Müsavat Partiyasının başqanı Arif Hacılı arasında 2003-cü ilin oktyabr hadisələri ilə bağlı polemika gedir. Polemikanın bir yerində tərəflər qarşılıqlı təhqiramiz ifadələrə keçirlər:

– Arif bəy, hər zaman belə cığal mövqe ilə danışmağın nə mənası var?! Fikrini bildirdin, indi mən fikrimi bidirirəm.

– Bir az səviyyəli danışın.

– Səviyyəsiz özünüzsüz. Danışdınız, mən heç sözünüzə müdaxilə etmədim. Diqqətlə qulaq asdım.

Bundan sonra “polemika” tərəflər arsında bir-birinin keyfiyyətlərini təftiş edən “tərbiyəli-tərbiyəsiz”, “səviyyəli-səviyyəsiz” müstəvisində davam edir. Paralel kadrlarda görünən İqbal Ağzadənin üzündə qışqıran qəzəb, Arif Hacılının simasında səssiz nifrət dolaşır.

Azərbaycan siyasətçiləri arasında sağlam, produktiv, faydalı, nəticəli polemikanın alınmamasının, siyasi dialoqa hazır olmamanın qırılma nöqtələrindən biri budur: keçmişdəki haqq-hesabı çürütmək ehtirası, siyasi hikkə, hadisələrə geniş bucaqdan yox, eqonun pəncərəsindən baxmaq, yalnız özlərini həqiqətin son instansiyası kimi görmək. Müxalifətin həm hakimiyyətin hermetik siyasəti nəticəsində, həm özlərinin kobud səhvləri üzündən siyasətçi kimi realizə olunmamaları, uzunmüddətli məğlubiyyət kompleksi, fəaliyyətlərində diskursu dəyişməməsi də əlavə problemlər yaradır…

İzədiyim verişilərə əsasən siyasi polemikaların əksər hallarda iki formatda formalaşdığını deyə bilərəm: qaraqışqırıq şəraitində keçən müzakirə və nisbətən sakit templə yürüyən, amma primitiv, səthi yanaşmalı müzakirələr.

Lap təzəlikcə “TV Müsavat”-ın efirində xaosun, ağız deyənin qulağın eşitmədiyi daha bir proqram yayımlandı: Pənah Hüseyn və Nemət Pənahlının 20 yanvar hadisələrinin hələ də ziddiyyətli, qaranlıq mətləblərini müzakirə etməsini nəzərdə tuturam. Sözügedən müzakirə köhnədən qalan haqq-hesabın sorulması, vaxtilə eyni cəbhədə fəaliyyət göstərmiş iki şəxsin bir-birinə hörmətsizliyi səbəbindən normal alınmadı. Bu bir tərəfə, müşahidə etdiym qədərilə Nemət Pənahlı ümumiyyətlə, polemika adamı deyil. O, meydan hərəkatının monoloq formatından heç cür çıxa bilmir, nitq strukturunun əsasını təşkil edən şeriyyət və cəngavərlik pafosu, hər cümləsində özünü vurğulamaq ehtiyacı, söhbəti biradamlıq tribunaya çevrimək cəhdi onun siyasi debat formatına yararsızlığından xəbər verir. Nəticədə mərəkə-çəkişmədə “əxlaqsız, bədbəxt oğlu bədbəxt, dana” kimi bənzətmələr yer aldı, aradakı problem isə çözülmədi.

Debatlarda hay-küy salan, opponentinin sözünə tez-tez müdaxilə edən, diskussiyanı əvvəldə nəzərdə tutulduğu məcrasından yayındıran siyasətçilərdən biri, Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Abbaslının minlərlə izləyicisici var, internet platformalarında videoları, çıxışları populyardır. Sosial-siyasi problemlərlə bağlı kütlənin duyğularına toxunan emosional vurğular edir, vurğuların gücünü artırmaq üçün müəyyən söz və intonasiya təkrirlərindən yararlanır (“2500 adamın evini yıxdız bu gün, 2500 adamı əlavə xərcə saldız, 2500 adamın çörəyinə göz dikdiz” ) ötkəm danışığı, manerasında “krutoy” elementlər çoxlarına cəzbedici, maraqlı gəlir. Debatlarda isə adətən onun emosional vurğuları emosional terrora keçir. Misal üçün, millət vəkli Elman Nəsirovla polemika zamanı Abbaslı bir sıra məqamlarda doğru fikirlər deyir. Lakin hay-küylü ritorikası, kobud müdaxilələri ilə mədəni, təmkinli davranışlı Elman Nəsirovun fonunda haqlıykən qıcıq, ipə-sapa yatmayan dəcəl uşaq kimi görünür. Bu mənada Abbaslı Sərdar Cəlaloğlu, Əli Əliyev kimi nevrotik yaşlı nəsil siyasətçilərindən fərqli yeni davranış modeli nümayiş etdirmir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev debatlarda izlədiyim ən uyğunsuz, populizmin pis nümunələrindən biri olan siyasətçidir.

Əliyev haqlı məqamlar səsləndirsə də problemlərə daha çox isterik yanaşır. Yenə millət vəkili Elman Nəsirovla debatda qarşı tərəfə danışmağa imkan vermir, polemika boyu “niyə Xankəndinə gedə bilmirik, niyə Türkiyə masada yoxdur, niyə rus sülhməramlıları buradadır” və s. kimi sualları aramsız ünvanlayarkən opponentinin cavablarını dinləmir (Nəsirov da daxil olmaqla, debatlara qatılan digər YAP-çılarda dərin strateji düşüncənin olmaması da başqa problemdir). Verdiyi suallarla, həmçinin digər məsələlərlə bağlı özünün də geniş, dərin baxa bilmək qabiliyyəti aşağıdır. Əli Əliyev davranışı ilə infantil, siyasətə təsadüfi gəlmiş naşı adam təəssüratı bağışlayır. Sosial müdafiə nazirinin nənəsinin erməni olması ilə bağlı replikası isə rəzalətdir, şovinst və diskrimnativ yanaşmadır. Və elementar məntiq var ki, kiminsə öz milliyyətini, valideynini seçmək imkanı yoxdur.

YAP-ı təmsil eləyən millət vəkili Elman Nəsirov bütün debatlarda demək olar ki, təmkinini və dinləmək mədəniyyətini qoruya bilir. Lakin bir neçə polemikada Nəsirov yumşaq səs tonu, mədəni tərzi ilə məkrli gedişlər edir, müzakirə predmetinə dəxli olmayan suallarla opponentini əzməyə çalışır. Misal üçün, Tural Abbaslını “2013-cü ildə yaranmış, daha çox antimilli fəaliyyət göstərən Milli Şura kimi qurumun qurucusu olmaqdan peşman deyilsiz” kimi suallarla küncə sıxışdırmaq cəhdi bolşevik düşüncənin məhsuludur. Yaxud situativ əsas yaranmadan “Sizin uşaqlardan müharibəyə gedən var, neçə yaşları olar?” kimi qəfil suallarının tonunda Əli Əliyevi aşağılamaq cəhdi duyulur. Çünki Əli Əliyevin birinci nikahı ilə bağlı bir neçə il öncə qalmaqal, söz-söhbət yaranmışdı. Arqument tapa bilməyəndə şəxsi həyata, milli kimliyə apellyasiya etmək istənilən siyasətçinin zəifliyi, qeyri-yetkinliyidir.

Siyasi debatlarda mənim üçün maraq doğuran Pənah Hüseyn oldu. Nemət Pənahlı ilə debatı nəzərə almasaq, digər debatlarda o, təmkinlidir, opponentinə hörmət eləyir və hadisələrə əhatəli, rasional baxa bilir. Müzakirələrdən birində “mən bir qədər fərqli düşünürəm. Ola bilsin, köhnə inqilabi keçmişin qalıqlarıdır” etirafi isə onun özünə tənqidi baxa bilmək bacarığını göstərir.

…Bütovlükdə siyasi polemika mədəniyyəti, keyfiyyəti aşağıdır, siasyətçilərin çoxu konstruktiv çıxış edə bilmir, yeni bilgilər, baxış bucağı təklif olunmur, yeni reaallıqlara münasibətdə konseptual yanaşma əksikliyi var, nə geosiyasi, nə ölkədaxili məsələlərdə normal, dişədəyən təhlil, strateji, sistemli düşüncə yoxdur. Tezislər ümumi və şüarçıdır: “korrupsiyaya son qoyulmalıdır, biz Xankəndinə getməliyik, ruslar düşmənimizdir, oliqarxaların pulunu alıb kasıblara vermək lazımdır”.

Debatları izləyənlərin əksəriyyəti şüarçılığa müsbət reaksiya verir, onlar qəhrəman elan olunur.

AzLogos-da Vladimir Şalların “Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası” yazısındakı bu fikirlər bizim üçün də keçərlidir:

“Onlar hər şeyi oğurlayırlar, görün, nə böyük saray tikiblər!” Kütlələr bu sözləri anlayırlar, hərçənd onlar putinizmin sosial-iqtisadi strukturuna və onu sındırmaq zərurətinə qətiyyən toxunmurlar. O sözlər məhz buna görə anlaşılır – sinfi düşüncəyə sahib olmayan kütlələr sosial-iqtisadi strukturla bağlı sözləri də (kütlələrə isə bu lazımdır!) eşitməyəcəklər, eşidə bilməzlər.

Buna görə də, navalnıçıların öz ideyaları yoxdur, buna görə də, onlar korrupsiya, qəhrəman Navalnı və zülmkar Putin haqqında ibrətamiz hekayələr qurmağa məcburdurlar. Navalnının filmlərindəki əxlaqçı və primitiv ritorikanın da səbəbi budur – o, özündərkdən, öz dilindən məhrum olan, buna görə də, yalnız “oğurluq” və “özbaşnalıq”la bağlı ən dumanlı əxlaqi şüarları anlayan kütlələri düz hədəfdən vurur. Buna görə də, navalnıçı “ideologiya” – putinizmin sosial-iqtisadi strukturu ilə yox, korrupsiya ilə mübarizə deməkdir”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
IMG-20180618-WA0012
.

Liberalların çirkin siması

23 Fevral 2021
sev-2
.

Azərbaycanlı oxucunun şüur defisiti

22 Fevral 2021
“Oğurlanan” Qərbin qaytarılması
.

“Oğurlanan” Qərbin qaytarılması

22 Fevral 2021
im-143485
Mövqe

İmtina mədəniyyəti nədir?

22 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel