Azlogos
  • Kimlər var
  • Bizi tanı

Orxan Adıgözəl. Ələkbər Əliyevin "Sarı Gəlin" romanının təhlili Mərkəzi Asiyanın Dağlıq Qarabağı Çip qıtlığı: Texnologiya əsrinin nefti BMT Nizamnaməsinin 51-ci maddəsi və Dağlıq Qarabağ müharibəsi Orxan Ata: "Qərb özünüsenzuranın pikinə doğru sürətlə irəliləyir" Qacar irsi Berndə
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nədən və necə yazmalı?

Seymur Baycan Seymur Baycan
Kültür
16 Mart 2021

Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən… İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Oxuduqlarım, gördüklərim, eşitdiklərim – bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər. Baxırsan adama, adam heç yazıçıya oxşamır. Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az sənətdən başı çıxanlar isə onlara güləcəklər.

Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın qorxusundan belə xatirələrini bölüşə bilər?

Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər. 

İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını yazsalar, daha çox uğur qazanarlar.

Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan, qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan, küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin adını dörd yüz dəfə çəkmişdi. “Qulliverin səyahəti” əsəri ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun bu əsər haqda gözəl sözü var, deyir, “istənilən ciddi sənət əsəri avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha avtobioqrafik əsər tanımıram”.

Əlqərəz, nədən yazmaq, necə yazmaq, hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları oxunur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat var. Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə ediblər. Həmin əsərlərdə “insan necə yaşamalıdır” sualı öz bədii həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan, qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti var hələ.

Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdir cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər. Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geyinmək istəyirlər, geyinə bilmirlər. Evdən onlara nə qədər pul verirlər. Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır. Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük bir hissəsini daima maraqlı görünməyə sərf etdim.

Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa, gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın.

Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız, yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma bu qədər adamın içində cəmisi on – on beş adamla oturub adam balası kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük əhəmiyyəti var.

Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın təridir. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2021-04-12 at 21.33.14
.

Orxan Adıgözəl. Ələkbər Əliyevin “Sarı Gəlin” romanının təhlili

12 Aprel 2021
sev-2
.

O olmasın, amma bu da olmasın

06 Aprel 2021
img2.rtve
.

Xilaskar

05 Aprel 2021
thumbs_b_c_46b0d5e066c0f6e9b9d6b6179782589b
.

Əhməd Həmdi Tanpınar. Bizdə roman jurnalistikanın bir şöbəsidir.

03 Aprel 2021
MyCollages (12)
Kültür

Təxəyyül çatışmazlığının fəsadları haqqında

03 Aprel 2021
orhan-pamuk-life-literary-creed
.

Orhan Pamuk. “Məsumiyyət muzeyi”nin ilham mənbələri arasında gəzinti.

01 Aprel 2021

Redaktorun seçimi

Azərbaycanlılar kömək etməyə hazırdırmı?

Ermənistan-Azərbaycan münaqişəsində Fransa

Amerikan kinosunun pandemiya səhifəsi

Kütlə və fərd – dialektik təzad

Hərislik öz yerində, amma biz dürüstük

Seksual maariflənmə və abır-həya dalanı

Belarus iqtisadiyyatı haqqında miflər

Qədim yunanlar və romalılar mükəmməl insanları necə yetişdirirdilər

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

PR necə yarandı

Təyyarə qaçırmaq üçün min bir səbəb

Azərbaycanlılar kimdir?

Psixoloji müqavimət

Tütünçü

Əkrəm Əylislidən Cavid Ramazanlıya cavab

“Süddən çıxmış ağ qaşıqlar”

Ziqmund Freyd – yuxular, uşaqlıq və seks

Prinsip məsələsi

Biz sivilizasiyaya tüpürmüşük

Bakı minbərlərindən lənətlənən “İşıq”

Üzeyir bəyin qapatdığı “xalqın ikinci gözü”

ReAL niyə reallaşa bilmir

Yaramaz qızın sərgüzəştləri

Allah olmaq çətindir

Bayrağa qarşı hörmətsizlik fonunda ifadə azadlığı

Keçmişin sakrallığı haqqında nağıl

Yarpaqlanmadan çiçək açan bitkilər

Cəfər Cabbarlının ölümü – 1

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

Nədən və necə yazmalı?

Seymur Baycan Seymur Baycan
Kültür
16 Mart 2021

Deyilənlərə və yazılanlara inansaq, belə bir əhvalat olub. Bir gənc qız gəlir Dostoyevskinin yanına. Əsər yazmaq firkirində olduğunu bildirir. Məsləhət istəyir. Dostoyevski deyir ki, gəl, sənə bir məsləhət verim. Get, öz həyatını yaz. Heç nə uydurma. Sən öz həyatından maraqlı heç nə uydura bilməzsən… İlk baxışdan sadə görünən bu sözdə böyük bir həqiqət, böyük bir hikmət var. 

Oxuduqlarım, gördüklərim, eşitdiklərim – bütövlükdə həyat təcrübəm sayəsində deyə bilərəm ki, bu, çox faydalı bir məsləhətdir. Bizim ədəbiyyatımızın ən böyük problemlərindən biri odur ki, yazarlarımız öz həyatlarını yazmaqdan utanırlar. Ola bilsin, buna cəsarətləri çatmır. Mentalitetdən, arvad-uşaqdan, qohumlardan utanırlar və ola bilsin, həm də qorxurlar. Sovet dövründə formalaşmış yazıçı obrazından xilas ola bilmirlər. Həm geyimləri, həm də davranışları ilə sovet ənənəsini davam etdirməkdədirlər. Baxırsan adama, adam heç yazıçıya oxşamır. Əlbəttə, mən artistliyin əleyhinəyəm. Sənət adamlarının qəribəlikləri olur. Lakin bu qəribəliklər təbii olmalıdır, kim manipulyasiya edirsə, axırda gülməli vəziyyətə düşür. Artistlik edənlər yalnız yarımçıq adamların diqqətini cəlb edə bilər, bir az sənətdən başı çıxanlar isə onlara güləcəklər.

Bizim yazıçılar yazıçı kimi yox, tacir kimi, bankir kimi, müdir kimi danışırlar. Zatən elə sifətdən də çoxu müdirə oxşayır. Onların müsahibələri çox quru olur. Hətta Çingiz Aytamatov belə, gənclik illərindəki sevgisindən danışmışdı. Gözəl xatirələrdir. Adam oxuyur, ləzzət alır. Dəmiryol vağzalında ayrıla bilmirlər. O, bunu Moskvaya ötürür, bu onu Peterburqa ötürür. Bizim hansı yazıçımız arvadın qorxusundan belə xatirələrini bölüşə bilər?

Yaddaş yazıçının ən böyük sərvətidir. Bizimkilər bu sərvətdən özlərini məhrum ediblər. Çünki çərçivədədirlər. Qayğıkeş ata, nümunəvi ailə başçısıdırlar. Belinskinin təbirincə desəm, isdedadsız adamlar özləri haqqında yaza bilmirlər. Onlar özləri haqqında yaza bilməməklə, həm də istedadsız olduqlarını sübut edirlər. 

İkinci bir böyük problem var. Yazarlarımız sadə görünməkdən qorxurlar. Düzdür, ədəbiyyatda şərtilik olmalıdır. Ədəbiyyatın babalarından biri, Flober deyirdi ki, şərtiliksiz ədəbiyyat mövcud ola bilməz. Lakin bizim yazıçılar əksər hallarda şərtiliklə süniliyi qarışdırırlar. Günəşi küləş başa düşürlər. Onlar sadə görünməkdən qorxurlar, ona görə də təkərə düşüb axmaq-axmaq mətnlər yazırlar. Onlar içki masası arxasında daha çox yazıçı olurlar. Yazı masasının arxasına keçdikdə isə poza alırlar və axmaq əhvalatlar uydururlar. Əslində isə içki masasında danışdıqları, yazdıqlarından daha çox ədəbiyyatdır. Onlar içki masasında danışdıqlarını yazsalar, daha çox uğur qazanarlar.

Taqor deyirdi ki, sənətdə öz gücünü dəqiq hesablamaq çox böyük şərtdir. Təəssüf ki, bizim yazarlar öz güclərini dəqiq hesablaya bilmirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. Yazar, yaza biləcəyi şeyləri yazmalıdır, amma yaxşı yazmalıdır. Bir çox uşaq yazıçıları itdən, pişikdən, atdan, qatırdan, maraldan, xoruzdan, donuzdan, balıqdan, buluddan, küləkdən nə bilim bütün canlılardan və təbiət hadisələrindən yazıblar. Amma onların adları ən məşhur yazıçıların adları ilə bir sırada çəkilir. Məsələn, Lenin öz əsərlərində Saltıkov Şedrinin adını dörd yüz dəfə çəkmişdi. “Qulliverin səyahəti” əsəri ümumilikdə uşaq ədəbiyyatı sayılır, amma bununla bərabər, həm də dünya ədəbiyyatının ən güclü nümunələrindən biridir. Tomas Vulfun bu əsər haqda gözəl sözü var, deyir, “istənilən ciddi sənət əsəri avtobioqrafikdir və mən Qulliverin səyahəti əsərindən daha avtobioqrafik əsər tanımıram”.

Əlqərəz, nədən yazmaq, necə yazmaq, hansı janrda ifadə etmək çox əhəmiyyətli məsələlərdir. Gərək hər bir yazar bu məsələləri özündə həll etsin. Cavab tapmaqda çətinlik çəkdikdə inandığı adamlardan soruşsun. Memuarlar oxusun. Anderson öz sadə, amma mükəmməl nağılları ilə milyonlarla insanın ürəyini fəth etdi. Dünyanın bir çox ölkələrində Andersonun nağılları oxunur, sevilir, çizgi filmləri çəkilir. Anderson adına mükafat var. Avropada uzun müddət insanları uşaq əsərləri ilə tərbiyə ediblər. Həmin əsərlərdə “insan necə yaşamalıdır” sualı öz bədii həllini tapmışdı. Yəni itdən, pişikdən, almadan, qarğadan, arıdan, qarışqadan, cırcıramadan, divdən, əjdahadan nağıl da yazıb məşhurlaşmaq, əbədiləşmək mümkündür. Sadəcə, necə yazmaq söhbəti var hələ.

Xüsusən gənclər güclərini dəqiq hesablaya bilmədiklərinə görə yazılarında bəşəriyyətin ən dahi adamlarının əsrlərdir cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Bəli, gəncliyin iddiasi alqışlanmalıdır. Amma onlar sadə məsələlərdən yazsalar, həm özlərinə çox əziyyət verməzlər, həm də cəmiyyət bir fayda görər. Yazsınlar görək nə yemək istəyirlər, yeyə bilmirlər. Nə geyinmək istəyirlər, geyinə bilmirlər. Evdən onlara nə qədər pul verirlər. Tələbatlarını necə yola verirlər. Hansi kitabı oxuyurlar. Hansı filmlərə baxırlar. İnsan heç olmasa, özünə qarşı səmimi olmalıdır. Bir əsərdən xoşun gəlmirsə, açıq de ki, xoşum gəlmədi. Çətinliklə oxudum. Heç vaxt kütlənin qəbul etdiyi normaları qanun kimi qəbul etmə. Kafkadan xoşun gəlmədisə, de ki, gəlmədi. Başa düşmədinsə, de ki, başa düşmədim. Heç nədən qorxma. Heç bir tiraj, ad, mükafat qarşısında həyəcanlanma. Böyüklük sadəlikdədir. Bir çox yazarlarımız sadə görünməkdən qorxaraq davamlı olaraq uğursuzluğa düçar olurlar. Yapon yazıçısı Misima deyirdi: Mən enerjimin böyük bir hissəsini daima maraqlı görünməyə sərf etdim.

Problem ondadır ki, bir dəstə yazıçı müdirə oxşayır. O biri dəstənin də başı maraqlı olmağa o qədər qarışıb ki, ədəbiyyatın özü yaddan çıxıb. Böyüklər heç, onları artıq itirmişik, heç olmasa, gənclər, balacalar onların səhvlərini təkrarlamasınlar. Araq adamdan yazıçı düzəltmir. Onda gərək dünyanın bütün alkoqolikləri yazıçı olaydılar. Ədəbiyyatda lətifələrlə yox, yazılarla qalın.

Bizim ölkədə bir neçə adam haqqında yüzlərlə əhvalatlar var. Amma mən o adamların oxumağa üç səhifəlik yazısını tapa bilməmişəm. Ona görə heç vaxt onlara marağım olmayıb. Baxmışam ki, onlar haqqında iştahla danışan adamların çoxu aqrar təfəkkürlü, savadsız, yarımçıq, ən uzağı tamada olacaq adamlardır. Ölkədə bu qədər yazan-pozan var. Bu qədər yazıçı, şair adına iddialı adam var. Amma bu qədər adamın içində cəmisi on – on beş adamla oturub adam balası kimi ədəbiyyatdan, əsərlərdən danışmaq, informasiya mübadiləsi etmək olar. Qalanları savadsızdır. Onların başındakılarla ancaq tost demək olar. Çünki oxumurlar, avaradırlar. Heç nədən xəbərləri yoxdur. Bu mənada hansı adamlarla ünsiyyətdə olmağın çox böyük əhəmiyyəti var.

Bizim yazarlarımızın çoxu, seyid cəddinə arxayın olan kimi öz istedadlarına arxayın oldular, oxumadılar, zəhmət çəkmədilər. Nəticədə, tamadaya çevrildilər. Bu gün bizim ədəbi muhitimiz tamadalarla zəngindir. On-on beş adamı çıxmaq şərti ilə demək olar ki, hamısı tamadadır. Bu tamadalar üstəlik cəmiyyətdən hörmət tələb edəndə lap belə gülməli görünürlər. Uğura aparan maşının motoru yalnız bir yanacaqla işləyir. Bu yanacağın adı alın təridir. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

WhatsApp Image 2021-04-12 at 21.33.14
.

Orxan Adıgözəl. Ələkbər Əliyevin “Sarı Gəlin” romanının təhlili

12 Aprel 2021
sev-2
.

O olmasın, amma bu da olmasın

06 Aprel 2021
img2.rtve
.

Xilaskar

05 Aprel 2021
thumbs_b_c_46b0d5e066c0f6e9b9d6b6179782589b
.

Əhməd Həmdi Tanpınar. Bizdə roman jurnalistikanın bir şöbəsidir.

03 Aprel 2021
MyCollages (12)
Kültür

Təxəyyül çatışmazlığının fəsadları haqqında

03 Aprel 2021
orhan-pamuk-life-literary-creed
.

Orhan Pamuk. “Məsumiyyət muzeyi”nin ilham mənbələri arasında gəzinti.

01 Aprel 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel