Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müharibə əleyhinə

AzLogos AzLogos
., Kültür
29 Fevral 2020

Müharibə əleyhinəTarixdə “Humanistlərin şahzadəsi” ünvanını ləyaqətlə daşıyan Rotterdamlı Erazm 1469-cu ildə Niderlandda doğulub, 1536-cı ildə vəfat edib. Onun hələ sağlığında işıq üzü görən və ta ölənə qədər təqribən qırx ilə yaxın yazdığı “Adagiyalar” əsərində dörd mindən artıq yunan və latın zərb-məsəlləri, aforizmləri, atalar sözləri, ifadələri və bunların şərhləri yer alıb. Yeri gəlmişkən, “adagiya” sözü tərcümədə “edilməsi vacib olan” deməkdir.

Bu topludakı fəsillərdən birinin adı “Müharibə görməyənə müharibə şirin görünür” adlanır. Bu fəsil, müharibə əleyhinə yazılmış ən təsirli pamflet hesab olunur. Pamfletin ən diqqətəlayiq tərəfi isə odur ki, onu əsrlər boyu senzura edərək, “Adagiyalar” toplusunda çapına icazə verməyiblər. Kilsə və saray müharibə əleyhinə yazılmış bu qısa essedən o qədər qorxurdular ki, onu oxuculardan mümkün qədər uzaq tutmağa çalışmış və üç yüz ilə yaxın, buna nail olmuşdular.

Rotterdamlı Erazmı yaxından tanımaq istəyənlər, Stefan Sveyqin onun haqda qələmə aldığı “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” adlı əsərini də oxuya bilərlər. Bu gün isə, Erazmın 1520-lərdə yazdığı “Müharibə görməyənə müharibə şirin görünür” adlı essesini təqdim edirik.

Müharibə görməyənə müharibə şirin görünür

Bu fani dünyada, bəşər övladının ən az can atmalı, hətta tamam uzaq olmalı, lənətləməli olduğu işlərin başında müharibə gəlir. Ləyaqətli insanlar üçün müharibədən daha alçaq, daha dağıdıcı, öldürücü, iyrənc bir şey yoxdur. Müharibələrin birdən-birə, gözlənilmədən, ən mənasız səbəblərdən başlaması təəccüblüdür. Bu müharibələr nə miqyaslar alır, hansı barbarlıqla aparılır! Bu cinayəti edənlər təkcə başqa dinlərdən olanlar yox, həm də xristianlardır. Təkcə kilsədən uzaq olanlar yox, həm də keşişlərdir, din adamlarıdır. Təkcə həyatın dəyərini anlamayan gənclər yox, həm də yetişkin, hər işdə təcrübəli kişilərdir.

Təkcə çılğın qara camaat yox, həm də (özü də əksər hallarda) zadəganlardır, hansılar ki, öz müdrikliyi və ağlı ilə bu axmaq sürünün çılğınlığını yatırda bilərdilər, amma bunu etmirlər. Müharibə adlı şər ocağı soyusa da, onu hər an məşəli ilə alovlandırmağa hazır hüquq və din adamları da az deyil.

Müharibə çox adi bir hal alıb, ona nifrət edənlər, mənasızlığını dərk edənlər də başqalarının bunu dərk etməməsindən çox təəccüblənirlər. Müharibəyə elə bəraət qazandıranlar var ki, onu həyatda ən ağır cinayət, bütün bədbəxtliklərin mənbəyi hesab edən adamları kafir və alçaq adlandırırlar. Həqiqətən çox təəccüblüdür! Bu hansı çılğınlıq, ağılsızlıq, vəba, qaranlıq qüvvədir ki, insan beynini bu cür şeytani bir arzu ilə doldurur?

Müharibə əleyhinə

Halbuki insan məsum varlıqdır, fitrətən bu həyata sülh və əminamanlıq üçün gəlib, onu vəhşi heyvanlar kimi bir-birini didməsinə sövq etmək rəvadırmı? İnsanın və müharibənin obrazlarını gözünüzün qabağına gətirin, onlara kənardan bir baxın, amma bir-birindən ayırın. Küyə getməyən, kütləvi təsirə düşməyən adam bunlara diqqətlə, filosof gözü ilə, hadisələrin mahiyyətinə və təbiətinə vararaq baxsa, asanlıqla anlayar ki, insan və müharibə bir-birinə yad anlayışlardır.

Əvvəla, insanın zahiri görünüşünə, fiqurasına fikir verin. Aydın deyilmi ki, təbiət, ya da ən yaxşısı Tanrı deyək, bu varlığı müharibə üçün yox sülh və dostluq üçün yaradıb? Ölüm yox, xilas üçün yaradıb? Axmaq işlər üçün yox, xeyirli əməllər üçün yaradıb? Canlılar aləmində təkcə insan öz təbii silahı ilə yaradılmayıb. Öküzlərə hücum üçün buynuzlar verilib, aslanlara pəncə və dırnaqlar, qabanlara qorxunc dişlər, fillərə qalın dəri, ağırlıq və xortum, timsaha vəhşi güc, kirpiyə iynələr, ilana zəhər verilib. Heyvanlar var ki, onların müdafiə sistemi çox mükəmməl yaradılıb.

Bircə insan çılpaq, zəif, incə, müdafiəsiz, yumşaq vücudlu və nazik dərili yaradıb. Onun quruluşunda müharibə və zorakılığa uyğun gələn heç nə yoxdur. Hələ onu demirəm ki, bütün digər canlılar ya doğulan kimi, ya da qısa müddətdə artıq həyata hazır olurlar. Amma insan doğulur və illər uzun köməyə, dəstəyə ehtiyac duyur. Nə danışa, nə gəzə, nə qida tapa bilir. Yalnız ağlamaqla yardıma çağırır.

Belə bir varlıq ancaq dostluğa, başqaları ilə əminamanlıqda yaşamağa hazır ola bilər. Təbiət insanı elə yaradıb ki, insan tək özü üçün yox, başqaları üçün də yaşamalı, qardaş və dost olmalıdır. Buna xidmət etməlidir. Təbiət insanı gözəl yaradıb, sevgi və dostluq üçün yaradıb. Ona mülayim baxışlar, yumşaq qəlb bəxş edib. Qucaqlamaq üçün əllər verib. Öpüşmək duyğusu verib. Öpüşəndə də qəlblər bir olur. Onu gülüşlə təchiz edib. Mərhəmət hissinin rəmzi olan gözyaşlarını verib. İnsanın səsi də qorxunc deyil vəhşi heyvanlardakı kimi, şirindir. Bunlar hələ nədir ki?

Təbiət insana danışmaq və düşünmək qabiliyyəti verib. Bunlar sayəsində də insan öz həmcinsləri ilə dili və ağlı sayəsində, zorakılığa baş vurmadan, bütün məsələləri sülhlə həll edə bilir. İnsan tənhalığa nifrət, dostluğa və xeyirxahlığa ehtiyacla yaradılıb. İnsana faydalı olan, ona həm də zövq verir. Dostluqdan, sevgidən gözəl, vacib bu dünyada nə var? Ona görə də başqaları ilə ünsiyyət və qarşılıqlı köməkləşmə olmadan, bir-birinə faydalı olmadan yaşamaq və bundan zövq almaq mümkün deyil. Bunu mümkün hesab edən kəs simasını itirmiş vəhşi heyvandır.

Bundan əlavə, təbiət insana elmlə məşğul olmaq, biliklənmək imkanı da yaradıb. Elm isə heyvərəliyə, vəhşiliyə qarşı ən təsirli silahdır. Münasibətlərin qurulması üçün bünövrədir, əsasdır. Hətta evlilik və qan qohumluğu da, insanları ləyaqət, xeyirli əməl, dostluq və qardaşlıq qədər birləşdirə, yaxın edə bilməz…

Rotterdamlı Erazm

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Krışanızdan muğayat olun

Milli iclaslarımız

Amputant gözəllik – utancdan imtina

Həsən bəy Zərdabinin Əlimərdan bəy Topçubaşovdan başlıq istəməsi

Əmilən oksigen və digital perspektivlər

Sabirin Ömər Faiq Nemanzadəyə yazdığı satiranın tarixçəsi

Səma uşaqları

Mənlik və bizlik olmayanlar

Yazmaq istəmədiyim yazı

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Yuvadan uçmalı, ya uçmamalı?

Pandemiya tədbirləri və psixi sağlamlıq

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

PSYCHO – Nərmin Şahmarzadənin yeni vloqu

Mən facebook-da necə qətlə yetirildim?

Kasıb yazıçı

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

“Həmkarlar” karikaturası

Gürcüstan və Ukraynadan Avropada sığınacaq istəyənlərin sayı artıb

MOSSAD – uğurlu və uğursuz əməliyyatlar

Azadlığı azadsızlıqda tapanlar

Çibanian, bu andan

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

“Qarabağ boyda dərdimiz” travması

Seymurun iyrəndiyi qan

“Liberalizmin atası” olmayan “veselçak”ın ardından

Olmayan iş otağı

Üzeyir Hacıbəylinin analitik düşüncə tərzinə dair bəzi nümunələr

İntihar və azadlıq

Müharibə əleyhinə

AzLogos AzLogos
., Kültür
29 Fevral 2020

Müharibə əleyhinəTarixdə “Humanistlərin şahzadəsi” ünvanını ləyaqətlə daşıyan Rotterdamlı Erazm 1469-cu ildə Niderlandda doğulub, 1536-cı ildə vəfat edib. Onun hələ sağlığında işıq üzü görən və ta ölənə qədər təqribən qırx ilə yaxın yazdığı “Adagiyalar” əsərində dörd mindən artıq yunan və latın zərb-məsəlləri, aforizmləri, atalar sözləri, ifadələri və bunların şərhləri yer alıb. Yeri gəlmişkən, “adagiya” sözü tərcümədə “edilməsi vacib olan” deməkdir.

Bu topludakı fəsillərdən birinin adı “Müharibə görməyənə müharibə şirin görünür” adlanır. Bu fəsil, müharibə əleyhinə yazılmış ən təsirli pamflet hesab olunur. Pamfletin ən diqqətəlayiq tərəfi isə odur ki, onu əsrlər boyu senzura edərək, “Adagiyalar” toplusunda çapına icazə verməyiblər. Kilsə və saray müharibə əleyhinə yazılmış bu qısa essedən o qədər qorxurdular ki, onu oxuculardan mümkün qədər uzaq tutmağa çalışmış və üç yüz ilə yaxın, buna nail olmuşdular.

Rotterdamlı Erazmı yaxından tanımaq istəyənlər, Stefan Sveyqin onun haqda qələmə aldığı “Rotterdamlı Erazmın qələbəsi və faciəsi” adlı əsərini də oxuya bilərlər. Bu gün isə, Erazmın 1520-lərdə yazdığı “Müharibə görməyənə müharibə şirin görünür” adlı essesini təqdim edirik.

Müharibə görməyənə müharibə şirin görünür

Bu fani dünyada, bəşər övladının ən az can atmalı, hətta tamam uzaq olmalı, lənətləməli olduğu işlərin başında müharibə gəlir. Ləyaqətli insanlar üçün müharibədən daha alçaq, daha dağıdıcı, öldürücü, iyrənc bir şey yoxdur. Müharibələrin birdən-birə, gözlənilmədən, ən mənasız səbəblərdən başlaması təəccüblüdür. Bu müharibələr nə miqyaslar alır, hansı barbarlıqla aparılır! Bu cinayəti edənlər təkcə başqa dinlərdən olanlar yox, həm də xristianlardır. Təkcə kilsədən uzaq olanlar yox, həm də keşişlərdir, din adamlarıdır. Təkcə həyatın dəyərini anlamayan gənclər yox, həm də yetişkin, hər işdə təcrübəli kişilərdir.

Təkcə çılğın qara camaat yox, həm də (özü də əksər hallarda) zadəganlardır, hansılar ki, öz müdrikliyi və ağlı ilə bu axmaq sürünün çılğınlığını yatırda bilərdilər, amma bunu etmirlər. Müharibə adlı şər ocağı soyusa da, onu hər an məşəli ilə alovlandırmağa hazır hüquq və din adamları da az deyil.

Müharibə çox adi bir hal alıb, ona nifrət edənlər, mənasızlığını dərk edənlər də başqalarının bunu dərk etməməsindən çox təəccüblənirlər. Müharibəyə elə bəraət qazandıranlar var ki, onu həyatda ən ağır cinayət, bütün bədbəxtliklərin mənbəyi hesab edən adamları kafir və alçaq adlandırırlar. Həqiqətən çox təəccüblüdür! Bu hansı çılğınlıq, ağılsızlıq, vəba, qaranlıq qüvvədir ki, insan beynini bu cür şeytani bir arzu ilə doldurur?

Müharibə əleyhinə

Halbuki insan məsum varlıqdır, fitrətən bu həyata sülh və əminamanlıq üçün gəlib, onu vəhşi heyvanlar kimi bir-birini didməsinə sövq etmək rəvadırmı? İnsanın və müharibənin obrazlarını gözünüzün qabağına gətirin, onlara kənardan bir baxın, amma bir-birindən ayırın. Küyə getməyən, kütləvi təsirə düşməyən adam bunlara diqqətlə, filosof gözü ilə, hadisələrin mahiyyətinə və təbiətinə vararaq baxsa, asanlıqla anlayar ki, insan və müharibə bir-birinə yad anlayışlardır.

Əvvəla, insanın zahiri görünüşünə, fiqurasına fikir verin. Aydın deyilmi ki, təbiət, ya da ən yaxşısı Tanrı deyək, bu varlığı müharibə üçün yox sülh və dostluq üçün yaradıb? Ölüm yox, xilas üçün yaradıb? Axmaq işlər üçün yox, xeyirli əməllər üçün yaradıb? Canlılar aləmində təkcə insan öz təbii silahı ilə yaradılmayıb. Öküzlərə hücum üçün buynuzlar verilib, aslanlara pəncə və dırnaqlar, qabanlara qorxunc dişlər, fillərə qalın dəri, ağırlıq və xortum, timsaha vəhşi güc, kirpiyə iynələr, ilana zəhər verilib. Heyvanlar var ki, onların müdafiə sistemi çox mükəmməl yaradılıb.

Bircə insan çılpaq, zəif, incə, müdafiəsiz, yumşaq vücudlu və nazik dərili yaradıb. Onun quruluşunda müharibə və zorakılığa uyğun gələn heç nə yoxdur. Hələ onu demirəm ki, bütün digər canlılar ya doğulan kimi, ya da qısa müddətdə artıq həyata hazır olurlar. Amma insan doğulur və illər uzun köməyə, dəstəyə ehtiyac duyur. Nə danışa, nə gəzə, nə qida tapa bilir. Yalnız ağlamaqla yardıma çağırır.

Belə bir varlıq ancaq dostluğa, başqaları ilə əminamanlıqda yaşamağa hazır ola bilər. Təbiət insanı elə yaradıb ki, insan tək özü üçün yox, başqaları üçün də yaşamalı, qardaş və dost olmalıdır. Buna xidmət etməlidir. Təbiət insanı gözəl yaradıb, sevgi və dostluq üçün yaradıb. Ona mülayim baxışlar, yumşaq qəlb bəxş edib. Qucaqlamaq üçün əllər verib. Öpüşmək duyğusu verib. Öpüşəndə də qəlblər bir olur. Onu gülüşlə təchiz edib. Mərhəmət hissinin rəmzi olan gözyaşlarını verib. İnsanın səsi də qorxunc deyil vəhşi heyvanlardakı kimi, şirindir. Bunlar hələ nədir ki?

Təbiət insana danışmaq və düşünmək qabiliyyəti verib. Bunlar sayəsində də insan öz həmcinsləri ilə dili və ağlı sayəsində, zorakılığa baş vurmadan, bütün məsələləri sülhlə həll edə bilir. İnsan tənhalığa nifrət, dostluğa və xeyirxahlığa ehtiyacla yaradılıb. İnsana faydalı olan, ona həm də zövq verir. Dostluqdan, sevgidən gözəl, vacib bu dünyada nə var? Ona görə də başqaları ilə ünsiyyət və qarşılıqlı köməkləşmə olmadan, bir-birinə faydalı olmadan yaşamaq və bundan zövq almaq mümkün deyil. Bunu mümkün hesab edən kəs simasını itirmiş vəhşi heyvandır.

Bundan əlavə, təbiət insana elmlə məşğul olmaq, biliklənmək imkanı da yaradıb. Elm isə heyvərəliyə, vəhşiliyə qarşı ən təsirli silahdır. Münasibətlərin qurulması üçün bünövrədir, əsasdır. Hətta evlilik və qan qohumluğu da, insanları ləyaqət, xeyirli əməl, dostluq və qardaşlıq qədər birləşdirə, yaxın edə bilməz…

Rotterdamlı Erazm

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel