Azlogos
  • Qaydalar
  • Kimlər var

Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri Erməni baş nazirinin etirafları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mühakimə edən mələklər

Orxan Adıgözəl Orxan Adıgözəl
Mövqe
12 Yanvar 2020

“Mühakimə etdiyin əməlin eyni maddəsini sən də yaşayacaqsan.”

Diqqət edin, hər gün “hakim” mövqeyində yer alıb neçə-neçə adamı qınayır, mühakimə edirik. Bunu edərkən necə bir rahatlama, passiv də olsa bir ləzzət duyuruq. Sanki taxta çıxır və həmin dəbdəbəli kürsüdən qarşımızda müti şəkildə dayanmış şəxsə səslənirik. Hündür yerdən ona baxır və həmin şəxsi aşağılamaqdan məmnun oluruq. Bir çox hallarda belə mühakimələr qınadığımız adam yanımızda olmadan baş verir. O an özümüzü o qədər ağıllı, qüdrətli hiss edir və düşünürük ki, “gör e, necə axmaq adamdır, ayıb olsun, gör heç biz belə şey edərik”. Sonra bir müddət keçir və eyni əməli biz də edirik. Bax, belə. Başqasında ayıb saydığımız əməli indi özümüz edirik. Sürpriz xoşunuza gəlir?!

Acınacaqlısı odur ki, əksəriyyət heç anlamır ki, bir vaxt qınadığı şeyi indi özü də edir. Elə bil ovsunlayıcı hal baş verir və hazırda etdiyin, törətdiyin əməl sənə adi kimi görünməyə başlayır. Unudursan ki, bir vaxt kimdəsə qınayıb, mühakimə ilə yanaşdığın əməli indi özün törədirsən. Əgər keçmişimizin, əsas da qınayıcı çıxışımızın videolenti olsa idi və mühakimə etdiyimiz şeyi özümüz törədərkən mühakimə kadrlarımız qarşımıza çıxsaydı o vaxt görəsən nələr hiss edərdik?!

Düzdür elə həyasız hallar olur ki, adamlar, o lenti də montaj adlandırır və dediklərini təkzib edirlər. Hətta öz əməllərinə haqq qazandıranlar da olur.

Səmavi dinlərə məxsus müqəddəs hesab edilən kitabların hər biri insanları mühakimə və qınamaqdan uzaq olmağa səsləyir. Bu əməlin nə qədər zərərli olduğu dönə-dönə vurğulanır. Hətta belə hədis də var: “Qınadığınız şey başınıza gəlmədikcə ölməyəcəksiniz.”

Matta İncilinin 7-ci bəndində “Qınamayın, yoxsa qınanılacaqsınız. Nə ilə qınasanız, onunla qınanılacaqsınız” yazılıb.

Özlərini müsəlman sayanların çoxu qınamaq məsələsinə elə də diqqət etmirlər. Misal üçün Qərb ölkələrində əhalinin əksər hissəsi heç inanclı xristian olmasalar belə İncildəki “qınamayın” deyimini devizə çeviriblər. Bu hətta tərbiyənin əsasını təşkil edir. Ona görə Qərbdə azadlıq özünü daha qabarıq ifadə edir.

Camaatın qızını sırf boşanıb deyə qınayanların axırda gəlib öz qızları boşanır. Qətiyyən boşanmağı xoşagəlməz hal kimi qiymətləndirmirəm. Sadəcə bu hala ölkəmizdə çox rast gəlinir. Ölkədə boşanma statitistikasının “yüksəlməsi” heç də təsadüfi deyil.

Ümumiyyətlə həyatda baş verən hadisələrin əsasən iki tərəfi var: xarici və daxili.
Xaricdə maddi, material dünyanın hadisələrini müşahidə edirik. İçəri, yəni daxilə boylanası olsaq, onda hadisələrin psixikasını və motivlərini görmək olar. Belə halda çox vaxt biz başqaları haqda düşünərkən onların da bizim kimi daxili psixikaya malik olduqlarını unuduruq. Yəni elə dolayı yolla onların insan olduqlarını unuduruq. Həmin vaxt kimsə qulağımıza təqribi belə sözlər pıçıldayır: “Bunun hərəkətlərinə bax da, gör heç xəcalət çəkir?!”

O an həmin kəs bizə proqramraşdırılmış robot kimi görünür və bu “mükəmməl” yığılıb quraşdırılmış robotun xətaları bizə çox qıcıqlandırıcı gəlir. Belə olan halda digər adamlar barədə danışmaq, “böyük-böyük” fikir bildirmək çox asan gəlir. Biz onları mühakimə edir, hansısa mənəvi dəyərlərlə müqayisə edir və ürəkdən təəccüb edirik ki, bu adamlar necə bu cür “axmaq” davranışa yol veriblər. Sanki biz özümüz o qədər kamil və xətalardan uzaq şəxslərik ki, müdriklik həyat normamızdır.

Ancaq bu heç də belə deyil. Çünki nə müdriklik həyat normamızdır, nə də xəta törətməkdən uzağıq. Faktiki olaraq öz irrasional hisslərimizə sadiq həyat sürür, hələ onlara haqq da qazandırır və daxili qeyri-adekvatlığımızı qətiyyən görmürük. Ortada ciddi ədalətsizlik var. Biz ancaq başqalarının davranışlarını sorğulayır və əslində nə qədər qərəzin içində boğulduğumuzu hiss etmirik. Mühakimə etmək bizə daha çox “cəsarət” verir. Sadəcə bu cəsarət sağlam cəsarət sayılmır və o dağıdıcılığa xidmət edir. Belə olan halda biz hər hansı şiddət olayına daha qəddar şiddətlə cavab veririk.

Bu yaxında Azərbaycanda 10 yaşlı qızı yandıraraq öldürən şəxsin əməlindən qəzəblənən kütlə ölkədə yenidən ölüm hökmünün bərpasını arzulamağa başladı. Hətta bunun üçün virtual imzatoplama aktı da keçirib 40 mindən çox imza topladılar. Çox ağrılıdır. Emosianal müstəvidə verilən qərar qəddarlığa növbəti çağırış edir və bilmədən şiddəti dəstəkləmiş olur.

Kanadalı yazıçı William Paul Young’ın “The Shack” mistik romanında bir səhnə var. Kitabın qəhrəmanı Mak həyatında baş verən faciəvi hadisədən sonra Tanrı ilə görüşmə imkanı əldə edir və həmin görüşlərdən birində ona qısa vaxt ərzində hakim kürsüsündə oturmaq və qərar qəbul etmək imkanı verilir. Qeyd edim ki, Makın da azyaşlı qızı psixoloji pozuntuları olan manyak tərəfindən zorlanıb öldürülmüş olur.

Beləliklə, Maka “günahkar” insanları cəzalandırmaq üçün şans tanınır. Ona öz doğma oğlunu qayışla çırpan atanın lentini göstərirlər. Sonra da bir başqa uşağın vəhşi kimi çırpılması nümayiş olunur. Məlum olur ki, ikinci kadrda döyülən uşaq birinci kadrdakı öz oğlunu çırpan atanın uşaqlığıdır və o da öz atası tərəfindən şiddətə məruz qalıb. Uşaqlıqda aldığı psixoloji zədələr onun həyat motivini belə cızmışdır. Belə halda şiddət görən adam özü də şiddət sərgiləyir.

Diktatorların həyat tarixçəsinə diqqət yetirsək görərik ki, onlar aşağı yaşlarından valideynləri tərəfindən nə qədər təhqir olunub, qısnanılıblar. Əskik sevgi, qabarıq şiddət onları amansız şəxsiyyətə çevirib. Onlar bütün acıqlarını xalqdan çıxır və beləcə “rahatlıq” tapırlar.

Mühakimə etməmişdən əvvəl məsələnin kökünə baxmaq və qarşı tərəfdə rast gəlinən aktın nədən qaynaqlandığına diqqət etmək lazımdır. Ümumiyyətlə kimisə qınamaq istəyəndə bu “səhvi” nə vaxtsa özün də edə biləcəyin haqda düşün…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
azeri-turkleri
.

Türk və tacik qarşıdurması – köçəri və oturaq xalqların mübarizəsi

19 Oktyabr 2022
seymur-baycan-1
.

Müxalifət niyə maraqsızdır?

28 Sentyabr 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022

Redaktorun seçimi

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Njdeyə abidə və rusun səbri

Saturn halqalarını itirir

Çibanian, bu andan

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

Dağıstanda Azərbaycan dili

Yer üzərində həyatın yaranma səbəbi açıqlanıb

Xpert-dən “Limuzin”

Kütlə və fərd – dialektik təzad

Elm məbədindən zorakılıq ocağına

Hər kəs üçün dizayn

Azərbaycanlılar “ikinci sort” kimi

Milli Şura və Hitler səviyyəsi

SSRİ-nin 44 günlük virus əməliyyatı

Azərbaycanlılar kimdir?

Çağdaş filosoflar koronavirusu necə müzakirə edirlər?

Hərb və Sülh

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

Haikou sahil kitabxanası

AFFA rəhbərliyi konkret nə istəyir?

Bolşevizmin talançı mahiyyəti

Əli İsa Cabbarov: “Müxalifət ziyalılarla dialoq qura bilmir”

Millətimin gic-gici gülüşü

Ecce Homo: Jesus, yoxsa Nietzsche?

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

Mərkəzi Asiyanın Dağlıq Qarabağı

Dəyməz

AFFA-dakı Novruzəli

Şimal qütbünün kəşfi

Prinsip məsələsi

Mühakimə edən mələklər

Orxan Adıgözəl Orxan Adıgözəl
Mövqe
12 Yanvar 2020

“Mühakimə etdiyin əməlin eyni maddəsini sən də yaşayacaqsan.”

Diqqət edin, hər gün “hakim” mövqeyində yer alıb neçə-neçə adamı qınayır, mühakimə edirik. Bunu edərkən necə bir rahatlama, passiv də olsa bir ləzzət duyuruq. Sanki taxta çıxır və həmin dəbdəbəli kürsüdən qarşımızda müti şəkildə dayanmış şəxsə səslənirik. Hündür yerdən ona baxır və həmin şəxsi aşağılamaqdan məmnun oluruq. Bir çox hallarda belə mühakimələr qınadığımız adam yanımızda olmadan baş verir. O an özümüzü o qədər ağıllı, qüdrətli hiss edir və düşünürük ki, “gör e, necə axmaq adamdır, ayıb olsun, gör heç biz belə şey edərik”. Sonra bir müddət keçir və eyni əməli biz də edirik. Bax, belə. Başqasında ayıb saydığımız əməli indi özümüz edirik. Sürpriz xoşunuza gəlir?!

Acınacaqlısı odur ki, əksəriyyət heç anlamır ki, bir vaxt qınadığı şeyi indi özü də edir. Elə bil ovsunlayıcı hal baş verir və hazırda etdiyin, törətdiyin əməl sənə adi kimi görünməyə başlayır. Unudursan ki, bir vaxt kimdəsə qınayıb, mühakimə ilə yanaşdığın əməli indi özün törədirsən. Əgər keçmişimizin, əsas da qınayıcı çıxışımızın videolenti olsa idi və mühakimə etdiyimiz şeyi özümüz törədərkən mühakimə kadrlarımız qarşımıza çıxsaydı o vaxt görəsən nələr hiss edərdik?!

Düzdür elə həyasız hallar olur ki, adamlar, o lenti də montaj adlandırır və dediklərini təkzib edirlər. Hətta öz əməllərinə haqq qazandıranlar da olur.

Səmavi dinlərə məxsus müqəddəs hesab edilən kitabların hər biri insanları mühakimə və qınamaqdan uzaq olmağa səsləyir. Bu əməlin nə qədər zərərli olduğu dönə-dönə vurğulanır. Hətta belə hədis də var: “Qınadığınız şey başınıza gəlmədikcə ölməyəcəksiniz.”

Matta İncilinin 7-ci bəndində “Qınamayın, yoxsa qınanılacaqsınız. Nə ilə qınasanız, onunla qınanılacaqsınız” yazılıb.

Özlərini müsəlman sayanların çoxu qınamaq məsələsinə elə də diqqət etmirlər. Misal üçün Qərb ölkələrində əhalinin əksər hissəsi heç inanclı xristian olmasalar belə İncildəki “qınamayın” deyimini devizə çeviriblər. Bu hətta tərbiyənin əsasını təşkil edir. Ona görə Qərbdə azadlıq özünü daha qabarıq ifadə edir.

Camaatın qızını sırf boşanıb deyə qınayanların axırda gəlib öz qızları boşanır. Qətiyyən boşanmağı xoşagəlməz hal kimi qiymətləndirmirəm. Sadəcə bu hala ölkəmizdə çox rast gəlinir. Ölkədə boşanma statitistikasının “yüksəlməsi” heç də təsadüfi deyil.

Ümumiyyətlə həyatda baş verən hadisələrin əsasən iki tərəfi var: xarici və daxili.
Xaricdə maddi, material dünyanın hadisələrini müşahidə edirik. İçəri, yəni daxilə boylanası olsaq, onda hadisələrin psixikasını və motivlərini görmək olar. Belə halda çox vaxt biz başqaları haqda düşünərkən onların da bizim kimi daxili psixikaya malik olduqlarını unuduruq. Yəni elə dolayı yolla onların insan olduqlarını unuduruq. Həmin vaxt kimsə qulağımıza təqribi belə sözlər pıçıldayır: “Bunun hərəkətlərinə bax da, gör heç xəcalət çəkir?!”

O an həmin kəs bizə proqramraşdırılmış robot kimi görünür və bu “mükəmməl” yığılıb quraşdırılmış robotun xətaları bizə çox qıcıqlandırıcı gəlir. Belə olan halda digər adamlar barədə danışmaq, “böyük-böyük” fikir bildirmək çox asan gəlir. Biz onları mühakimə edir, hansısa mənəvi dəyərlərlə müqayisə edir və ürəkdən təəccüb edirik ki, bu adamlar necə bu cür “axmaq” davranışa yol veriblər. Sanki biz özümüz o qədər kamil və xətalardan uzaq şəxslərik ki, müdriklik həyat normamızdır.

Ancaq bu heç də belə deyil. Çünki nə müdriklik həyat normamızdır, nə də xəta törətməkdən uzağıq. Faktiki olaraq öz irrasional hisslərimizə sadiq həyat sürür, hələ onlara haqq da qazandırır və daxili qeyri-adekvatlığımızı qətiyyən görmürük. Ortada ciddi ədalətsizlik var. Biz ancaq başqalarının davranışlarını sorğulayır və əslində nə qədər qərəzin içində boğulduğumuzu hiss etmirik. Mühakimə etmək bizə daha çox “cəsarət” verir. Sadəcə bu cəsarət sağlam cəsarət sayılmır və o dağıdıcılığa xidmət edir. Belə olan halda biz hər hansı şiddət olayına daha qəddar şiddətlə cavab veririk.

Bu yaxında Azərbaycanda 10 yaşlı qızı yandıraraq öldürən şəxsin əməlindən qəzəblənən kütlə ölkədə yenidən ölüm hökmünün bərpasını arzulamağa başladı. Hətta bunun üçün virtual imzatoplama aktı da keçirib 40 mindən çox imza topladılar. Çox ağrılıdır. Emosianal müstəvidə verilən qərar qəddarlığa növbəti çağırış edir və bilmədən şiddəti dəstəkləmiş olur.

Kanadalı yazıçı William Paul Young’ın “The Shack” mistik romanında bir səhnə var. Kitabın qəhrəmanı Mak həyatında baş verən faciəvi hadisədən sonra Tanrı ilə görüşmə imkanı əldə edir və həmin görüşlərdən birində ona qısa vaxt ərzində hakim kürsüsündə oturmaq və qərar qəbul etmək imkanı verilir. Qeyd edim ki, Makın da azyaşlı qızı psixoloji pozuntuları olan manyak tərəfindən zorlanıb öldürülmüş olur.

Beləliklə, Maka “günahkar” insanları cəzalandırmaq üçün şans tanınır. Ona öz doğma oğlunu qayışla çırpan atanın lentini göstərirlər. Sonra da bir başqa uşağın vəhşi kimi çırpılması nümayiş olunur. Məlum olur ki, ikinci kadrda döyülən uşaq birinci kadrdakı öz oğlunu çırpan atanın uşaqlığıdır və o da öz atası tərəfindən şiddətə məruz qalıb. Uşaqlıqda aldığı psixoloji zədələr onun həyat motivini belə cızmışdır. Belə halda şiddət görən adam özü də şiddət sərgiləyir.

Diktatorların həyat tarixçəsinə diqqət yetirsək görərik ki, onlar aşağı yaşlarından valideynləri tərəfindən nə qədər təhqir olunub, qısnanılıblar. Əskik sevgi, qabarıq şiddət onları amansız şəxsiyyətə çevirib. Onlar bütün acıqlarını xalqdan çıxır və beləcə “rahatlıq” tapırlar.

Mühakimə etməmişdən əvvəl məsələnin kökünə baxmaq və qarşı tərəfdə rast gəlinən aktın nədən qaynaqlandığına diqqət etmək lazımdır. Ümumiyyətlə kimisə qınamaq istəyəndə bu “səhvi” nə vaxtsa özün də edə biləcəyin haqda düşün…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

180527-troy-hovhannes-katchaznouni-hero_s46r7v
.

Erməni baş nazirinin etirafları

27 Dekabr 2022
azeri-turkleri
.

Türk və tacik qarşıdurması – köçəri və oturaq xalqların mübarizəsi

19 Oktyabr 2022
seymur-baycan-1
.

Müxalifət niyə maraqsızdır?

28 Sentyabr 2022
6267ad16711e36267ad16711e416509616866267ad16711e16267ad16711e2
.

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

25 İyul 2022
adobestock_202841995_0
.

Korrupsiya taledir?

18 İyul 2022
1554904638_44444444444
.

Yeni tarixi hekayə və yenidən özünüdərk

16 Aprel 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel