Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Müasir incəsənət niyə belə anlaşılmazdır?

AzLogos AzLogos
., Kültür
16 Yanvar 2021

Müasir incəsənət çox vaxt “anlaşılmaz” olur, amma nədənsə neyrobiologiya, makroiqtisadiyyat və nanotexnologiyalar kimi müasir elmlərin “anlaşılmazlığı” bizi təəccübləndirmir. XX əsrdəki hadisələri anlamaq üçün səy göstərməliyik: ehtimal nəzəriyyəsindən baş çıxarmaq çətindir, elə suprematizmə də ilk saniyələrdən yiyələnə bilməyəcəksən. Fikrimcə, burada eyni məntiq olmalıdır.

Kazimir Maleviçin “Qara kvadrat”ının niyə şah əsər olduğunu izah etməyin min bir yolu var. Həqiqətən də, bunu dəfələrlə izah etmək lazımdır, çünki əsərdə olduqca vacib mənalar yatır. Maleviçlə bağlı bu replikanı tez-tez eşidirəm: “Mən də belə bir şey çəkə bilərəm”. Hə, elədir, mübahisə etmirəm. Lakin bu iddiaya cavab qismində E=mc2 düsturunu göstərmək olar – bunu yaza bilərsinizmi? Sözsüz ki, bacararsınız. Amma bunun mənasını yalnız güc sərf edənlər başa düşəcək. Bu düstura bənzər bir kəşfə isə ancaq dahilər imza ata bilər. Maleviçin sənətinin mahiyyətini anlamaq üçün bir qədər səy göstərib, rəssamın yaşadığı dövr haqqında oxumaq, onun həyatının və yaradıcılığının məqsədlərini öyrənmək, avanqardistlərin kəşflərindən sonra, Maleviçin özünün də vacib yer tutduğu XX əsr incəsənətinin “mənzərəsində” hansı dəyişikliklər edildiyinə baxmaq olar. Heç də hər kəs təsir gücünə görə “Qara kvadratla” müqayisə oluna biləcək rəssamlıq düsturu kəşf edə bilməz: bu əsər gözəlliyə, sadəliyə və əhəmiyyətə sahibdir. Maleviç rəssamlığın ilkin əsasını, “sıfırıncı meridianı” göstərmiş oldu. O, əsrlərdir davam edən “təbiəti yamsılama” incəsənəti tarixindən üz döndərərək, bu sənətdə yeni bir azad yaradıcılıq növü səhifəsini açdı. O, “Qara kvadrat” əsərində aydınlığı zülmətdən ayırdı və yeni kosmosun generasiyası prosesini başlatdı.

Bildschirmfoto 2021-01-16 um 18.51.59
Qara supermatik kvadrat, Kazimir Maleviç, 1915

Müasir incəsənət bilik və düşüncə tələb edir. Əsərin ideyasının mənasını tapmaq və gözəlliyini anlamaq üçün onun üzərində düşünməlisən. Rəsm əsərinə baxdığınız ilk 5 saniyədə onun yalnız formasını görürsünüz. Düzdür, o bizə nə isə deyir və onun məhz nə dediyini anlamaq üçün “mövzunun tarixini”, bu və ya digər formada genealogiyasını bilməliyik. Bu materialla tanış olmaq isə elə də çətin deyil, mövzu haqqında olan ədəbiyyatı oxumaq lazımdır. Düşünürəm ki, müasir incəsənətlə tanış olmağa başlamaq üçün ideal kitablar Mixail Germanın “Modernizm” və Yekaterina Andreyevanın “Postmodernizm” və ya Uill Qompertzin “Anlaşılmaz incəsənət” əsərləridir. Ardından daha ağır səviyyəyə addım ataraq, ayrılıqda hər bir mövzu ilə bağlı ixtisaslaşmış kitablar və materiallar oxumaq gərəkdir. Məsələn, “The Art Story” portalında qərb incəsənəti haqqında ətraflı və dəqiq bəhs olunur. Muzeylərin saytlarını da qeyd etməliyəm. Bu bloku mənimsədikdən sonra “1900-cü ildən bəri incəsənət” kitabına müraciət etmək olar. Daha sonrasında isə bütün dünya qarşınızda olacaq. Müxtəlif mövzulara həsr olunmuş monoqrafiyada eşələnin, nəzəriyyəçilərin və incəsənət tənqidçilərinin məqalələrini oxuyun, gündəlik sərgilərin tənqidi rəylərinə baxın. Və nəhayət ən ağır mərhələ hesab olunan, müasir rəssamların işlədiyi sistemli və dərin analiz, incəsənətdə fikrin necə formaya dönüşdüyünün təhlili olan fəlsəfəyə başlayın. Müasir incəsənəti öyrənməyin yolu kifayət qədər aydın cızılıb – o, dərk ediləndir, önəmli olan isə tamaşaçıda bu və ya digər bir mövzunun məğzinə varılması arzusudur.

Bildschirmfoto 2021-01-16 um 18.52.01
Qara xaç, Kazimir Maleviç, 1915

Özümüz üçün qeyd edək ki, klassik incəsənət də tamaşaçıdan müəyyən hazırlıq tələb edir. Bu yaxınlarda məktəblilərə mühazirə oxumuş və təcrübə aparmışdım: onlara, müəllifinin holland rəssam Piter Klas olduğu XVII əsrə aid natürmortu göstərdim. Uşaqlardan “rəsm nə haqqındadır?” deyə soruşdum və bir cavan oğlan “kimsə yemək yeyir” cavabını verdi. Burada mübahisə etmək olmazdı, çünki tabloda təsvir olunan açılmış süfrə elementləri idi, amma bununla belə şəkil qətiyyən nahardan bəhs etmirdi. Rəssam XVII əsrin mədəniyyətində ərimiş vizual şifrələr sistemini anlayan insanlara müraciət edirdi. Onlar, məsələn, balığın Məsihi, şərabla dolu qədəhin isə yevxaristiyanı simvolizə etdiyini, istiridyənin şəhvət zövqü nişanəsi ola biləcəyini başa düşürdülər. Natürmortlardan hansının ruhun xilasından yaxud həyatın mənasız və boş olduğundan bəhs etdiyini anlamaq üçün hələ bir çox digər şifrələr də var idi. Klassik incəsənətin çətinliyi də buradadır: tamaşaçı təsvir edilən əşyaları eyniləşdirir, onların görünüş keyfiyyətinə (“necə də oxşayır!”) görə hökm çıxarır və müəyyən “vizual savadlılığı” yoxdursa, düşünməyə davam etmir.

Siz hələ də müasir incəsənətin “anlaşılmaz”, köhnə ustadların əsərlərininsə “anlaşılan” olduğunu düşünürsünüz? Təklifləri qaldıraq: ikona. Pravoslav ikonostasının simvolikasını katexumenlər və bu mövzunu xüsusi olaraq öyrənənlər başa düşür : onlar, əsərlərdə hansı müqəddəslərin təsvir olunduğunu, niyə məhz belə düzüldüklərini, rus ikonostasının yunan ikonalarından nə ilə fərqləndiyini və sair bilirlər. Məsələn, Andrey Rublyovun “Üç üqnumunun” niyə əsərlərin şahı olduğunu anlamaq çox böyük işdir.

Bildschirmfoto 2021-01-16 um 18.52.03
Natürmort, Piter Klas

Qədim yunan mifləri üzrə süjetə malik incəsənət əsərləri də bəsit deyil – hekayələr zamanla inkişaf etdiriliblər. İncəsənət tarixində tanrı obrazları müxtəlif interpretasiyalarda təqdim olunub. Məsələn, antik yunan himnlərində və ellinistik dövrün mətnlərində fərqlənirlər və bu, təsvirin xarakterinə təsir edərək, fərqli mifoloji süjetlərin hərəkətə keçməyinə səbəb olur. Mədəni kontekst də təsir edir – tanrı anılır, insanların ona bu və ya digər vaxtlarda münasibəti xatırlanır. Deyək ki, Renessans sənətkarlarının rəsmlərindəki tanrılar barokko tanrılarına oxşamır. Bir sözlə, süjetli rəsm əsərinin başa düşülməsi üçün yalnız antik mifologiyadan Zevsin “ildırım və şimşək tanrısı” olduğunu bilmək yetərli deyil.

Müasir incəsənəti anlamağın əslində çox sadə olduğunu deyərdim, çünki bizə yaxşı tanış olan mövzularla əks olunur. Yuxarıda qeyd etdiyim həmin məktəblilərlə birlikdə bir neçə il əvvəl Teyt Moderndə sərgiyə qoyulan, müəllifi incəsənət rəssamı Ay Veyvey olan “Günəbaxan tumlarına” tamaşa edirdik. Turbin zalının döşəməsi 3-4 santimetr uzunluqda olan günəbaxan tumları ilə örtülmüşdü.Təsəvvür edin: bu döşəmə ilə gedirsiz, tumlar ayaqlarınızın altında xırçıldayır… və qəfildən anlayırsınız ki, tumlar həqiqi deyil, farfordan hazırlanıb. Əyilib tumlardan birini əlinizə götürdükdə onların əl işi ilə rəngləndiyini görürsünüz. Narahat olursunuz: atılası, amma eyni zamanda dəyərli bir şeyə ayaq basırsınız, adını bilmədiyiniz çinli ustalar tərəfindən farfordan hazırlanmış heykəlciklər üzərində yeriyirsiniz. Ay Veyveyin kim olduğunu bilməmiş olsanız belə installyasiyanın nədən bəhs etdiyini asanlıqla anlaya bilərsiniz. Yaxşı modern incəsənət bizimlə danışır və ürəyimizə yatır.

Pis müasir incəsənətdə rəssam üqəlalıq xatirinə üqəlalıq edir. O, özü ilə fərəhlənir, məsələn, filosof Jil Delözün yazı işlərini başqalarından fərqli olaraq original dildə oxuduğu üçün fəxarət hissi duyur. Yaxşı rəssam isə Delözün ideyasını daha aydın bir şeyə inkişaf etdirər və beləliklə də tamaşaçı birazca baş sındıraraq, söhbətin nədən getdiyini anlamış olar.

Bildschirmfoto 2021-01-16 um 18.52.07
Günəbaxan tumları, Ay Veyvey, 2010

Müasir incəsənətin çox vaxt gözəl olmadığını deyirlər. Və haqlıdırlar da. Başa düşürsünüz, cəlbedici əsər, qüsursuz bir forma görürüksə sonrasını düşünməməyə başlayacağımız riski var. Gözəl bir notda saxlayaq, şirin mürgüləməyə dalaq. Sanki şirin bir şey yemisiniz və beyniniz sönüb. Belə incəsənət nümunəsi də lazımdır və həddindən artıq çoxdur: birincisi, bunlar bizi klassik tarixə aid muzey zallarında gözləyir, ikincisi isə bizi bihuş edəcək dərəcədə gözəlliyə malik bu rəsmlərdən kütləvi mədəniyyətimizdə doludur. Rokoko üslubunda olan olduqca gözəl duchesse brisée kreslona oturub amerikan serialını seyr etmək çox yaxşı istirahətdir. Müasir incəsənət isə istirahət etmək üçün deyil, tamamilə başqa tərzdə bir zövq almaq üçündür. Bu, intellektual oyundan alınan zövq və ruhunda nələrinsə hələ tərpənə bildiyi duyğusunun verdiyi fərəhdir, hərgünkü fikirlər və reaksiyalardan kənara çıxaraq yeni üfüqləri görmək, əvvəlki sən ilə müqayisədə daha qəliz və dərin olmaq sevincidir. Müasir incəsənət sərgisinə ona görə gedirəm ki, bilmədiyim şeyləri öyrənim, bu, məndə bir dəyişiklik yaratsın. Tamaşaçıda yeni bir dəyişiklik yaratmaq üçün isə rəssam gözlənilməyən bir qeydi-adilik etməlidir. Belə olduqda tamaşaçı bir saniyəlik dayanır və düşünür: “Başa düşmürəm… Nə baş verir? Niyə belə edilir?” Ən maraqlısı da elə burada başlayır.

Aleksandra Perşeyeva

Postnauka

Bildschirmfoto 2021-01-16 um 18.49.14

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Zəhər tuluğu

СНАП

Həddən çox penis

Vüqarın landşaft və arxitekturası

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Kütlə istəklərinin ifadəçiləri

Bu xarabadan çıxıb getmək…

Gipsy Kings: Mənşəyi və albomları

Londonda azərbaycanlı vəkil

Yuvadan uçmalı, ya uçmamalı?

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

İnsan həyatının məna(sızlığ)ı və mədəni böhranlar

“Carmen” və parislilər

100 ilik işğal. Mif. Şarikov kompleksi

Bir daha rusdilli mövzusu haqda

Psixoloji travma barədə

“Arşın mal alan” Türkiyədə

Şəhidlərin ruhunu incitməyən fişəng

Post-truth və ya cəfəngiyyatın təntənəsi

Azərbaycan kürdləri

Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti

İslam – bir lağlağı kimi

Ət yeməyən gəlin

Yeni həyat

Niyyətin mənşəyi haqqında

Geylərin daşlı protesti

“Quqark” romanı Polşada nəşr edildi

Umberto Eko Rusiyaya niyə laqeyd idi?

Homoseksuallıq təkamül aləti kimi

Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel