Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bu dəqiqə azərbaycanlıları narahat edən ən vacib məsələ toyların qadağan olunmasıdır Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Millət və bəşəriyyət

Ilahə Ucaruh Ilahə Ucaruh
Sərbəst
21 Oktyabr 2019

Milliyət — individual varlıqdır, ondan kənarda bəşəriyyətin mövcudluğu mümkün deyil. O  — həyatın ən dərin qatlarından gəlir. Millilik — dəyərdir, tarixdə yaradılan dinamik bir məsələdir.

Bəşəriyyət, milliyətin varlığı biçimində mövcuddur. Bu, heç də zooloji və ibtidai səviyyədə mütləq qarşılıqlı düşmənçilik və millətlərin bir-birinin kökünü kəsmə anlamına gəlməməlidir. Milliyət arxasında əbədi ontoloji təməl və əbədi dəyər daşıyan məqsəd durur.

Milliyət — varlığın individuallığıdır, varlığın ierarxik pillələrindən biridir; insan individuallığı və ya bəşəriyyət individuallığından fərqli, başqa pillədir, başqa dairədir, bir növ ümumiləşdirilmiş şəxsiyyətdir.

Bir zamanlar uzaq gələcəkdə xalqların ümümbəşəri qardaşlığı bərqərar olsa da, bu  — milli individuallıqların yoxa çıxmasına gətirməyəcək, onların təsdiqi olacaqdır. Bəşəriyyət  — müsbət birlikdir. Bu birlik, öz varlığı daxilində bütün reallıq pillələrini, milli individuallıqları, şəxsi individuallıqları söndürüb ləğv etsə, boş bir mücərrədliyə çevrilər.

İdeal cəmiyyət — individual şəxsiyyətlərin və individual millətlərin kamil və gözəl birgəyaşayışı kimi düşünülməlidir. Hər bir varlıq individualdır. Mücərrədlik  varlıq deyil. Mücərrəd və bütün konkret çoxluqdan azad edilmiş humanizmdə varlıq ruhu yoxdur, boşluq var. Bəşəriyyətin özü — konkret individuallığın ali ierarxik mərhələsidir, birləşmiş şəxsiyyətdir, abstraksiya deyil, mexaniki cəm deyil.

Bəşəriyyət — rəngarəng varlığın bütün individual mərhələlərinin söndürülməsi deyil, onların dolğunluğu və kamilliyidir.

Ümummilli, ümumbəşəri, kosmik və ta ilahi kamil vəhdət   — dünyada bütün individual məvcudluğun tam çoxluğunun ən ali və ən dolğun varlıq formasıdır. Hər bir millət, vahid və qardaşcasına birləşmiş bəşəriyyətin sərvətidir, onun yolunda duran bir əngəl deyil. Milliyət tarixi problemdir, sosial problem deyil; mücərrəd ictimaiyyətin yox, konkret bir mədəniyyətin problemidir.

Kosmopolitizm həm fəlsəfi, həm də həyati baxımdan tutarlı deyil. O — sadəcə bir abstraksiya və ya utopiyadır, hər şeyi konkret olan sahəyə mücərrəd kateqoriyaların tətbiqidir.

Kosmopolitizm öz adını doğrultmur, onun içində kosmik heçnə yoxdur, çünki kosmos da, dünya da konkret individuallıqdır, ierarxik pillələrdən biridir. Kosmopolit şüurda nə kosmos, nə də millət obrazı var. Özünü Kainatın vətəndaşı hiss etmək heç də milli hisslərin və milli vətəndaşlığın itirilməsi demək deyil. İnsan — kosmik, kainat həyatına bütün individual ierarxik pillələr və  milli həyat vasitəsilə qovuşur.

Kosmopolitizm — qardaşcasına birləşmiş vahid və kamil bəşəriyyət haqda  eybəcər və gerçəkləşməsi qeyri-mümkün olan arzudur; konkret canlı insanlığın mücərrəd utopiya ilə əvəz edilməsidir. Öz xalqını sevməyən və öz xalqının konkret obrazından xoşlanmayan insan, bəşəriyyəti də sevə bilməz, onun üçün bəşəriyyətin konkret obrazını da xoşlamaz. Abstraksiya abstraksiya törədir. İnsanı mücərrəd duyğular bürüyəndə, həyati, canlı-qanlı nə varsa, insanın nəzərindən yoxa çıxır.

Kosmopolitizm — individuallıq dəyərinin, bütün obraz və sifətlərin inkarı və sönməsidir, mücərrəd insan və mücərrəd bəşəriyyətin təbliğidir.

İnsan bəşəriyyətə mücərrəd insan kimi yox, milli individuallıq vasitəsi ilə, milli insan qismində daxil olur — rus kimi, fransız kimi, alman və ya ingilis kimi. İnsan, varlığın bütöv bir pilləsindən oppanıb keçə bilməz, belə olsa — o, yoxsullaşıb boşalar. Milli insan, sadə insandan daha kiçik yox — daha böyükdür, onda ümumi insan növü nəslinin cizgiləri və bir də individual-milli cizgilər var. Rusların, fransızların, ingilislərin, almanların və yerdəki bütün xalqıarın qardaşlığı və birliyini arzu etmək olar, lakin milli sima ifadələrinin, milli ruhani tiplərin və kültürlərin  yer üzündən silinməsini arzulamaq olmaz.

Tamamilə millilikdən arınmış insan və bəşəriyyət arzulamaq — bütöv dəyərlər və zənginliklər dünyasının sönməsinə susamaqdır.

Mədəniyyət heç vaxt mücərrəd-bəşəri olmamışdır, olmayacaqdır da. O, hər zaman konkret-insani, yəni milli, individual-xəlqidir və yalnız özünün bu keyfiyyətində ümumbəşəriliyə yüksələndir.

Tamamilə qeyri-milli, mücərrəd-bəşəri, xalqdan xalqa asanlıqla daşınan amillər— ən az yaradıcı olan amillərdir, onlar mədəniyyətin zahiri texniki tərəfidir. Mədəniyyətdə yaradıcı olan nə varsa — öz üstündə milli düha möhürünü daşıyır.  Möhtəşəm texniki kəşflər belə millidir, bütün xalqlar tərəfindən asanlıqla mənimsənilən dahi kəşflərin texniki istifadəsi yalnız qeyri-millidir. Elmi düha da, təşəbbüskar da, metod yaradan da millidir. Darvin ancaq ingilis ola bilərdi, Qelmqolç  xarakterik almandır. Mədəniyyətdə milli olan və ümumbəşəri olan bir-birinə qarşı qoyula bilməz. Məhz milli yaradıcılıq zirvələri ümumbəşəri məna daşıyır. Milli dahidə ümuminsani olan aşkarlanır, o, öz individual olanı ilə  universal olana daxil olur. Dostoyevski – rus dahisidir, milli obraz onun bütün yaradıcılığında əks edilibdir. O, rus ruhunun dərinliyini dünyaya açır. Lakin rusların ən rusu olanı da elə ən ümunbəşərisidir, rusların ən universalıdır. Dünyəvi, ümuminsani dərinliyi rus dərinliyindən aşkarlayır. Eyni sözləri hər bir dahi haqda da demək olar. O, hər zaman millini ümumbəşəri mənaya yüksəldir. Göte – mücərrəd insan qismində deyil, milli insan, alman qismində universal insandır.

Bütün dünyada varlığın yolu — individuallıqların, dünya iyerarxiyasının müxtəlif pillələrinin  mürəkkəb qarşılıqlı əlaqəsidir, bir iyerarxiyanın — digərində, şəxsiyyətin — millətə, millətin — bəşəriyyətə, bəşəriyyətin — kosmosa, kosmosun — tanrıya kök salmasıdır.  Mükəmməl bəşəriyyətdə siniflərin və zorakı dövlətlərin yoxa çıxması düşünülə bilər, düşünülməlidir də, lakin millətlərin yer üzündən yoxa çıxmasını düşünmək mümkün deyil. Millət — dinamik substansiyadır, ötəri tarixi funksiya deyil. O, öz kökləri ilə həyatın sirli dərinliklərinə qovuşub. Milliyət  —varlığın müsbət anlamda zənginləşməsidir, bir dəyər kimi onun uğrunda mübarizə aparılmalıdır. Milliyətdən kənarda yaradıcılıq arzu etmək — böyük özünüaldatmadır. Tolstoyda milli olan nə varsa — müqavimətsizlik və digər ideyalarıı ilə birlikdə — özünü dərin milli, rus özəlliyi kimi biruzə verir. “Milli həyatdan uzaqlaşma” adı ilə tanınan “cтранничество» (piyada zəvvarlıq.–Tərcüməçi.) da rus milli ruhu ilə möhürlənmiş sırf rus hadisəsidir. Milliyəti formal inkar da milli ola bilər. Milli yaradıcılıq — şüurlu şəkildə, qəsdən milli olmaq demək deyil, o, sərbəst və öz-özünə yaranır.

Milliyəti müəyyənetmədə rasional çabaların hamısı əbəsdir. Milliyətin təbiəti heç bir rasional əlamətlərlə müəyyən edilə bilməz. Milliyyəti müəyyənləşdirmədə irqin, ərazinin,  dilin, dinin bu və ya digər rolu olsa da, tamamən müəyyənləşdirən  əlamətlər deyillər. Milliyət – mürəkkəb tarixi yaradılışdır, o — irq və tayfaların qan qarışması, öz taleyini bağladığı torpaqların sahiblərinin dəyişilmələri, bənzərsiz mənəvi sima yaradan ruhani-mədəni  proseslərdən yaranır. bBtün tarixi və psixoloji araşdırmalar nəticəsində milli individuallığın bütöv sirrini daşıyan bir ayrılmaz və qaçılmaz qalıq, çöküntü çıxır ortaya. Hər bir individual varlıq kimi, milliyyət də sirrli, mistik, irrasionaldır.

Avropa sivilizasiyası və ya beynəlmiləl sivilizasiya  deyilən şey mahiyyətcə fantomdur.  Ümumbəşəri — özünü ancaq milli biçimdə üzə çıxarır. Bəşəriyyət naminə Rusiyanın kosmopolitik inkarı — bəşəriyyəti qarət etməkdir.

Nikolay Berdyayev 

Rus dilindən (ixtisarla) çevirən: İlahə Ucaruh

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Xankəndini ermənidən təmizləsəydik…

Nə oxuyaq? Beş müasir roman

Süni Zəka ürək çatışmazlığı diaqnozu qoya bilir

Zaman-məkanın qırılması

Ağ və qaranın 50 çaları

Çinin “kəmər” tələsi: sağ çıxmaq üçün nə etməli?

Kinoprokatsız kino

İslahat hekayəsi

5G haqqında hər şey

Homoseksuallıq və homofobiya. Made in Europa

Yeni həyat

101 ilin nəticələri

Xaricdən gələn mallar. Daha necə edək ki, əhaliyə pis olsun?

Azərbaycanlı oxucunun şüur defisiti

Dünəndən bugünə neft qiymətləri

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

Süni intellektə sahib silahın təqdimatı

Ac əllərə isti çörək

Dünyanın uşaqları

Samir Mirzəyevin yeni kitabı

Turistə necə pul xərclətməli?

Da Vinçi – dövrünün blogeri kimi

Cins, cinsi özünüdərk, cinsi meyl

Seksting nədir və niyə təhlükəlidir? – Yeniyetmə övladı olanların nəzərinə!

“Molla Nəsrəddin“ məktəbi

Şərin banallığı

Romansız Azərbaycan

Kiçik ölkənin böyük dərdləri

Vətəndaş Emin Milli

Şəxsiyyət olmamağı öyrətmək

Millət və bəşəriyyət

Ilahə Ucaruh Ilahə Ucaruh
Sərbəst
21 Oktyabr 2019

Milliyət — individual varlıqdır, ondan kənarda bəşəriyyətin mövcudluğu mümkün deyil. O  — həyatın ən dərin qatlarından gəlir. Millilik — dəyərdir, tarixdə yaradılan dinamik bir məsələdir.

Bəşəriyyət, milliyətin varlığı biçimində mövcuddur. Bu, heç də zooloji və ibtidai səviyyədə mütləq qarşılıqlı düşmənçilik və millətlərin bir-birinin kökünü kəsmə anlamına gəlməməlidir. Milliyət arxasında əbədi ontoloji təməl və əbədi dəyər daşıyan məqsəd durur.

Milliyət — varlığın individuallığıdır, varlığın ierarxik pillələrindən biridir; insan individuallığı və ya bəşəriyyət individuallığından fərqli, başqa pillədir, başqa dairədir, bir növ ümumiləşdirilmiş şəxsiyyətdir.

Bir zamanlar uzaq gələcəkdə xalqların ümümbəşəri qardaşlığı bərqərar olsa da, bu  — milli individuallıqların yoxa çıxmasına gətirməyəcək, onların təsdiqi olacaqdır. Bəşəriyyət  — müsbət birlikdir. Bu birlik, öz varlığı daxilində bütün reallıq pillələrini, milli individuallıqları, şəxsi individuallıqları söndürüb ləğv etsə, boş bir mücərrədliyə çevrilər.

İdeal cəmiyyət — individual şəxsiyyətlərin və individual millətlərin kamil və gözəl birgəyaşayışı kimi düşünülməlidir. Hər bir varlıq individualdır. Mücərrədlik  varlıq deyil. Mücərrəd və bütün konkret çoxluqdan azad edilmiş humanizmdə varlıq ruhu yoxdur, boşluq var. Bəşəriyyətin özü — konkret individuallığın ali ierarxik mərhələsidir, birləşmiş şəxsiyyətdir, abstraksiya deyil, mexaniki cəm deyil.

Bəşəriyyət — rəngarəng varlığın bütün individual mərhələlərinin söndürülməsi deyil, onların dolğunluğu və kamilliyidir.

Ümummilli, ümumbəşəri, kosmik və ta ilahi kamil vəhdət   — dünyada bütün individual məvcudluğun tam çoxluğunun ən ali və ən dolğun varlıq formasıdır. Hər bir millət, vahid və qardaşcasına birləşmiş bəşəriyyətin sərvətidir, onun yolunda duran bir əngəl deyil. Milliyət tarixi problemdir, sosial problem deyil; mücərrəd ictimaiyyətin yox, konkret bir mədəniyyətin problemidir.

Kosmopolitizm həm fəlsəfi, həm də həyati baxımdan tutarlı deyil. O — sadəcə bir abstraksiya və ya utopiyadır, hər şeyi konkret olan sahəyə mücərrəd kateqoriyaların tətbiqidir.

Kosmopolitizm öz adını doğrultmur, onun içində kosmik heçnə yoxdur, çünki kosmos da, dünya da konkret individuallıqdır, ierarxik pillələrdən biridir. Kosmopolit şüurda nə kosmos, nə də millət obrazı var. Özünü Kainatın vətəndaşı hiss etmək heç də milli hisslərin və milli vətəndaşlığın itirilməsi demək deyil. İnsan — kosmik, kainat həyatına bütün individual ierarxik pillələr və  milli həyat vasitəsilə qovuşur.

Kosmopolitizm — qardaşcasına birləşmiş vahid və kamil bəşəriyyət haqda  eybəcər və gerçəkləşməsi qeyri-mümkün olan arzudur; konkret canlı insanlığın mücərrəd utopiya ilə əvəz edilməsidir. Öz xalqını sevməyən və öz xalqının konkret obrazından xoşlanmayan insan, bəşəriyyəti də sevə bilməz, onun üçün bəşəriyyətin konkret obrazını da xoşlamaz. Abstraksiya abstraksiya törədir. İnsanı mücərrəd duyğular bürüyəndə, həyati, canlı-qanlı nə varsa, insanın nəzərindən yoxa çıxır.

Kosmopolitizm — individuallıq dəyərinin, bütün obraz və sifətlərin inkarı və sönməsidir, mücərrəd insan və mücərrəd bəşəriyyətin təbliğidir.

İnsan bəşəriyyətə mücərrəd insan kimi yox, milli individuallıq vasitəsi ilə, milli insan qismində daxil olur — rus kimi, fransız kimi, alman və ya ingilis kimi. İnsan, varlığın bütöv bir pilləsindən oppanıb keçə bilməz, belə olsa — o, yoxsullaşıb boşalar. Milli insan, sadə insandan daha kiçik yox — daha böyükdür, onda ümumi insan növü nəslinin cizgiləri və bir də individual-milli cizgilər var. Rusların, fransızların, ingilislərin, almanların və yerdəki bütün xalqıarın qardaşlığı və birliyini arzu etmək olar, lakin milli sima ifadələrinin, milli ruhani tiplərin və kültürlərin  yer üzündən silinməsini arzulamaq olmaz.

Tamamilə millilikdən arınmış insan və bəşəriyyət arzulamaq — bütöv dəyərlər və zənginliklər dünyasının sönməsinə susamaqdır.

Mədəniyyət heç vaxt mücərrəd-bəşəri olmamışdır, olmayacaqdır da. O, hər zaman konkret-insani, yəni milli, individual-xəlqidir və yalnız özünün bu keyfiyyətində ümumbəşəriliyə yüksələndir.

Tamamilə qeyri-milli, mücərrəd-bəşəri, xalqdan xalqa asanlıqla daşınan amillər— ən az yaradıcı olan amillərdir, onlar mədəniyyətin zahiri texniki tərəfidir. Mədəniyyətdə yaradıcı olan nə varsa — öz üstündə milli düha möhürünü daşıyır.  Möhtəşəm texniki kəşflər belə millidir, bütün xalqlar tərəfindən asanlıqla mənimsənilən dahi kəşflərin texniki istifadəsi yalnız qeyri-millidir. Elmi düha da, təşəbbüskar da, metod yaradan da millidir. Darvin ancaq ingilis ola bilərdi, Qelmqolç  xarakterik almandır. Mədəniyyətdə milli olan və ümumbəşəri olan bir-birinə qarşı qoyula bilməz. Məhz milli yaradıcılıq zirvələri ümumbəşəri məna daşıyır. Milli dahidə ümuminsani olan aşkarlanır, o, öz individual olanı ilə  universal olana daxil olur. Dostoyevski – rus dahisidir, milli obraz onun bütün yaradıcılığında əks edilibdir. O, rus ruhunun dərinliyini dünyaya açır. Lakin rusların ən rusu olanı da elə ən ümunbəşərisidir, rusların ən universalıdır. Dünyəvi, ümuminsani dərinliyi rus dərinliyindən aşkarlayır. Eyni sözləri hər bir dahi haqda da demək olar. O, hər zaman millini ümumbəşəri mənaya yüksəldir. Göte – mücərrəd insan qismində deyil, milli insan, alman qismində universal insandır.

Bütün dünyada varlığın yolu — individuallıqların, dünya iyerarxiyasının müxtəlif pillələrinin  mürəkkəb qarşılıqlı əlaqəsidir, bir iyerarxiyanın — digərində, şəxsiyyətin — millətə, millətin — bəşəriyyətə, bəşəriyyətin — kosmosa, kosmosun — tanrıya kök salmasıdır.  Mükəmməl bəşəriyyətdə siniflərin və zorakı dövlətlərin yoxa çıxması düşünülə bilər, düşünülməlidir də, lakin millətlərin yer üzündən yoxa çıxmasını düşünmək mümkün deyil. Millət — dinamik substansiyadır, ötəri tarixi funksiya deyil. O, öz kökləri ilə həyatın sirli dərinliklərinə qovuşub. Milliyət  —varlığın müsbət anlamda zənginləşməsidir, bir dəyər kimi onun uğrunda mübarizə aparılmalıdır. Milliyətdən kənarda yaradıcılıq arzu etmək — böyük özünüaldatmadır. Tolstoyda milli olan nə varsa — müqavimətsizlik və digər ideyalarıı ilə birlikdə — özünü dərin milli, rus özəlliyi kimi biruzə verir. “Milli həyatdan uzaqlaşma” adı ilə tanınan “cтранничество» (piyada zəvvarlıq.–Tərcüməçi.) da rus milli ruhu ilə möhürlənmiş sırf rus hadisəsidir. Milliyəti formal inkar da milli ola bilər. Milli yaradıcılıq — şüurlu şəkildə, qəsdən milli olmaq demək deyil, o, sərbəst və öz-özünə yaranır.

Milliyəti müəyyənetmədə rasional çabaların hamısı əbəsdir. Milliyətin təbiəti heç bir rasional əlamətlərlə müəyyən edilə bilməz. Milliyyəti müəyyənləşdirmədə irqin, ərazinin,  dilin, dinin bu və ya digər rolu olsa da, tamamən müəyyənləşdirən  əlamətlər deyillər. Milliyət – mürəkkəb tarixi yaradılışdır, o — irq və tayfaların qan qarışması, öz taleyini bağladığı torpaqların sahiblərinin dəyişilmələri, bənzərsiz mənəvi sima yaradan ruhani-mədəni  proseslərdən yaranır. bBtün tarixi və psixoloji araşdırmalar nəticəsində milli individuallığın bütöv sirrini daşıyan bir ayrılmaz və qaçılmaz qalıq, çöküntü çıxır ortaya. Hər bir individual varlıq kimi, milliyyət də sirrli, mistik, irrasionaldır.

Avropa sivilizasiyası və ya beynəlmiləl sivilizasiya  deyilən şey mahiyyətcə fantomdur.  Ümumbəşəri — özünü ancaq milli biçimdə üzə çıxarır. Bəşəriyyət naminə Rusiyanın kosmopolitik inkarı — bəşəriyyəti qarət etməkdir.

Nikolay Berdyayev 

Rus dilindən (ixtisarla) çevirən: İlahə Ucaruh

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel