Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mərkəzi Bankın yeni binası

Aqşin İbişovAqşin İbişov
., Bazar
18 Yanvar 2021

Mərkəzi Banka 218 milyon avroluq yeni bina tikilir xəbəri də hər zamanki kimi reallıq dərk olunmadığında göstərilən reaksiyalara səbəb oldu. Lağlağı, qorxu, həyəcan, hay-küy və əlaqəsiz söz-söhbət. “Mərkəzi Bankın bu binaya ehtiyacı yoxdur”, “bu pula Qarabağda bərpa işləri görmək olar”, “xaricdə nə qədər tələbə oxutmaq olar” bənzəri <100 IQ ifadələri illərdir Azərbaycanın ictimai sferasında dominant iqtisadi, siyasi və s. analizlərə çevrilmişdir.

Bu cür ifadələr özlüyündə düz ola bilər, amma məsələnin mahiyyəti, arxadakı reallıq barədə heç nə demir. Analiz səni həqiqətə yaxınlaşdırmalı, görüntünü dumanlaşdıran pərdəni aralamalıdır. 10 min il əvvəlki qəbilənin ərazisinə çoxlu yağış yağır və onlar da yağışı illərlə bu cür analiz edirlər; “bizim ərazinin bu qədər yağışa ehtiyacı yoxdur, bu yağış bərabər paylansa daha geniş ərazilərdən məhsul götürmək olar”. Mülahizələr düzgündür, amma zəka və yaradıcılıq əsəri deyil, yağışın necə əmələ gəlməsi, səbəbləri haqqında heç nə demir.

Doğrudur, optimal istifadə olunsa Mərkəzi Bankın baş ofis işçiləri üçün indikindən 2 dəfə artıq olsa belə, hazırki bina yetərlidir. Bir də, 28 Maydakı ofisi qoyub tozlu-küləkli, təbiətsiz və maraqsız prospektdə ağıllı adam işləmək istəməz.

Bina məsələsi Mərkəzi Bankın iradəsi ilə baş tutmuş məsələ deyil.

Belə bir qüllənin tikilməsi Mərkəzi Bankdan daha çox SOCAR-ın ethiyacından irəli gəlir. Layihənin icraçısı Tekfenin 50 faizini almış və onunla dərin əlaqələri olan SOCAR-ın maliyyə vəziyyəti belə anlaşılır ki, yaxşı deyil, borcları çoxdur və bu cür layihə ilə SOCAR-ın sağlamlaşdırılmasına çalışılır. Yaxınlarda baş tutmuş benzin və dizel qiymətinin də qalxma səbəbi sadəcə SOCAR-dır. Ola bilsin SOCAR özəlləşdirilsin (həm də ümid edək) amma olmaya da bilər. Elman Rüstəmov da MB-dan getməmiş çoxdan ortada olan bu bina söhbətini də yekunlaşdırmaq lazım idi. Mərkəzi Banka yeni bina tikilir söhbətlərini mən orada işlədiyim 2013-cü ildə eşitmişdim. Ümumi səbəb budur ki, şəhərsalmanın predmeti kimi ofis göydələnləri H.Əliyev prospektinə toplanır. Konkret səbəb budur ki, SOCAR Mərkəzi Bankdan aldığı krediti bina tikməklə bağlamaq istəyirdi. Praktikada bu, çox olur, aldığın borcu işinlə bağlayırsan. Mərkəzi Bank da neftlə işləmir ki, ona borcun müqabilində neft verəsən.

İndi isə bu qənaətin əmələ gəlməsinə səbəb olan xəbərləri burada paylaşıram. Detalçılar özləri üçün maraqlı mövzular çıxara bilərlər.

Tekfen İnşaatın alınması – 2008

“Tekfen Holding CEO-su Erhan Öner, “Tekfen İnşaat-ın yüzde 50-sini Azerbaycan devlet şirketi SOCAR-ın almasıyla birlikte bize önümüzdeki 10 yılda 37 milyar dolara kadar ulaşabilecek projeleri üstlenme kapısı açıldı” dedi.” (2008, hurriyet.com.tr)

Mərkəzi Bankdan Borc – 2009

“Mərkəzi Bank 2009-cu ildə qlobal maliyyə böhranının tüğyan etdiyi vaxtlarda SOCAR-a müxtəlif layihələrin həyata keçirilməsi üçün 7 illiyə 750 milyon manat kredit ayırmışdı. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib.” (virtualaz.org 2014)

Sonradan bu borc təbii ki, yeni borclarla bağlandı və ən sonda dövlət tərəfindən ödəndi.

SOCAR Borclarının dövlət tərəfindən ödənməsi – 2017, 2018

“Bakı/10.24.18/Turan: Nazirlər Kabineti sentyabrın 13-də 626 nömrəli sərəncam imzalayıb. Sənədə əsasən, SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat (təxminən 400 milyon ABŞ dolları) məbləğində borcları ləğv edilib. Bu məsələ ilə bağlı təklif SOCAR rəhbərliyindən gəlib.

Borc şirkətin 2014-cü ildə Mərkəzi Bankdan (472 milyon 870,7 min manat), 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınan (1 milyard 291,5 milyon manat və 198 milyon manat) kreditləri nəticəsində yaranıb.”

“2017-ci ilin yanvarında Nazirlər Kabinetinin 1s saylı sərəncamına əsasən, hökumət SOCAR-ın Mərkəzi Bank və ABB-yə 645,4 milyon manat məbləğində əsas borclarını dövlət büdcəsindən ödəyib. Bu borcu tələb etmək hüququ Maliyyə Nazirliyinin şəxsində dövlətə verilib.”

SOCAR istiqrazları – 2016

“SOCAR İstiqrazları, Azərbaycanın en böyük beynəlxalq şirkəti olan SOCAR tərəfindən 2016-cı ildə dollarda buraxılmış qiymətli kağızdır.

Nominal qiyməti 1000 (min) ABŞ dolları olan SOCAR İstiqrazları vətəndaşlara maliyyə alətləri bazarında tamamilə yeni alternativ yatırım imkanı yaratmaqla, bazarda indiyədək olmayan sərfəli şərtlərlə – 100 milyon dollar həcmində, illik 5% gəlirliliklə, 5 illik müddətə buraxılıb.” (http://SOCARistiqraz.az/)

SOCAR 2021-ci ildə 100 mln dollar dəyərində istiqraz borcu ödəməlidir.

Mərkəzi Bank tender elanı – 27 fevral 2020-ci il

“Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi (bundan sonra “Layihə” adlandırılacaq) üçün potensial şirkətləri təklif verməyə dəvət edir.”

“Müqavilənin bağlanması: 01 iyun 2020-ci il“

(https://www.cbar.az/press-release-2497/tender-announcement)

Tender qərarı pandemiyadan əvvəl verilmişdi. Müqavilə isə iyunda yekunlaşmalı idi. İctimaiyyətə açıqlanması indi lazım bilinib.

Qısaca, H. Əliyev prospektində əzəmətli ofis qüllələrin olması şəhərin mənzərəsi üçün vacib hesab olunub. Bu həm də sərfəli inşaat mexanizmidir. Durğun iqtisadiyyata faydaları da var. Bu mexanizm bəzən əndazəni aşaraq ehtiyac olmayan binaların tikilməsinə də səbəb olur. Digər məsələ budur ki, SOCAR, Neft Fondu, Azərsu, Vergilər nazirliyinə aid olan bu binalar iqtisadiyyatda dövlət hegemonluğunu rəqəmlərə baxmadan göstərir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021

Redaktorun seçimi

Hindistanın ayda itən kosmik vasitəsi tapıldı

Proyeksiya (əvvəli)

Milli Şuradan bir Eldəniz keçdi

İnsanlıq tarixinin dəhşətli epidemiyaları

National Geographic-dən “Fotoqrafiya 2019”

Avtoritar Kapitalizm?

“Mimino” filmində azərbaycanlı obrazı almasatan olmalı imiş

Üzr istədən oğlanlar

Mercedes-Benz – tarix və bu gün

Tati Səttar: “Qadın niyə seksual olmasın?”

Mühacirlərin missiyası

100 ilik işğal. Mif. Şarikov kompleksi

Penisimə baxmalısan

“İlham Əliyev hər şeyi düzgün hesablayıb”

Azərbaycanlılar kömək etməyə hazırdırmı?

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Azərbaycanda pasifizm

Erkən xristianlıq tarixi

İdeal insan axtarışında

“Bizim etirazımız hər zaman estetik olub”

Onurğa travmam

Müalicə üçün xaricə getməyə ehtiyac yoxdur

Bizdə niyə modern sənət yoxdur?

Pis xalq, yaxşı xalq

Deyingənlik – ümummilli depressiya

Mühacirlərin porno-bloqları

Əlvida, Avropa. Salam, Avropa

Söyüş və alçalan ləyaqət

Azərbaycanlıların qəribə sekulyarizmi

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Mərkəzi Bankın yeni binası

Aqşin İbişovAqşin İbişov
., Bazar
18 Yanvar 2021

Mərkəzi Banka 218 milyon avroluq yeni bina tikilir xəbəri də hər zamanki kimi reallıq dərk olunmadığında göstərilən reaksiyalara səbəb oldu. Lağlağı, qorxu, həyəcan, hay-küy və əlaqəsiz söz-söhbət. “Mərkəzi Bankın bu binaya ehtiyacı yoxdur”, “bu pula Qarabağda bərpa işləri görmək olar”, “xaricdə nə qədər tələbə oxutmaq olar” bənzəri <100 IQ ifadələri illərdir Azərbaycanın ictimai sferasında dominant iqtisadi, siyasi və s. analizlərə çevrilmişdir.

Bu cür ifadələr özlüyündə düz ola bilər, amma məsələnin mahiyyəti, arxadakı reallıq barədə heç nə demir. Analiz səni həqiqətə yaxınlaşdırmalı, görüntünü dumanlaşdıran pərdəni aralamalıdır. 10 min il əvvəlki qəbilənin ərazisinə çoxlu yağış yağır və onlar da yağışı illərlə bu cür analiz edirlər; “bizim ərazinin bu qədər yağışa ehtiyacı yoxdur, bu yağış bərabər paylansa daha geniş ərazilərdən məhsul götürmək olar”. Mülahizələr düzgündür, amma zəka və yaradıcılıq əsəri deyil, yağışın necə əmələ gəlməsi, səbəbləri haqqında heç nə demir.

Doğrudur, optimal istifadə olunsa Mərkəzi Bankın baş ofis işçiləri üçün indikindən 2 dəfə artıq olsa belə, hazırki bina yetərlidir. Bir də, 28 Maydakı ofisi qoyub tozlu-küləkli, təbiətsiz və maraqsız prospektdə ağıllı adam işləmək istəməz.

Bina məsələsi Mərkəzi Bankın iradəsi ilə baş tutmuş məsələ deyil.

Belə bir qüllənin tikilməsi Mərkəzi Bankdan daha çox SOCAR-ın ethiyacından irəli gəlir. Layihənin icraçısı Tekfenin 50 faizini almış və onunla dərin əlaqələri olan SOCAR-ın maliyyə vəziyyəti belə anlaşılır ki, yaxşı deyil, borcları çoxdur və bu cür layihə ilə SOCAR-ın sağlamlaşdırılmasına çalışılır. Yaxınlarda baş tutmuş benzin və dizel qiymətinin də qalxma səbəbi sadəcə SOCAR-dır. Ola bilsin SOCAR özəlləşdirilsin (həm də ümid edək) amma olmaya da bilər. Elman Rüstəmov da MB-dan getməmiş çoxdan ortada olan bu bina söhbətini də yekunlaşdırmaq lazım idi. Mərkəzi Banka yeni bina tikilir söhbətlərini mən orada işlədiyim 2013-cü ildə eşitmişdim. Ümumi səbəb budur ki, şəhərsalmanın predmeti kimi ofis göydələnləri H.Əliyev prospektinə toplanır. Konkret səbəb budur ki, SOCAR Mərkəzi Bankdan aldığı krediti bina tikməklə bağlamaq istəyirdi. Praktikada bu, çox olur, aldığın borcu işinlə bağlayırsan. Mərkəzi Bank da neftlə işləmir ki, ona borcun müqabilində neft verəsən.

İndi isə bu qənaətin əmələ gəlməsinə səbəb olan xəbərləri burada paylaşıram. Detalçılar özləri üçün maraqlı mövzular çıxara bilərlər.

Tekfen İnşaatın alınması – 2008

“Tekfen Holding CEO-su Erhan Öner, “Tekfen İnşaat-ın yüzde 50-sini Azerbaycan devlet şirketi SOCAR-ın almasıyla birlikte bize önümüzdeki 10 yılda 37 milyar dolara kadar ulaşabilecek projeleri üstlenme kapısı açıldı” dedi.” (2008, hurriyet.com.tr)

Mərkəzi Bankdan Borc – 2009

“Mərkəzi Bank 2009-cu ildə qlobal maliyyə böhranının tüğyan etdiyi vaxtlarda SOCAR-a müxtəlif layihələrin həyata keçirilməsi üçün 7 illiyə 750 milyon manat kredit ayırmışdı. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib.” (virtualaz.org 2014)

Sonradan bu borc təbii ki, yeni borclarla bağlandı və ən sonda dövlət tərəfindən ödəndi.

SOCAR Borclarının dövlət tərəfindən ödənməsi – 2017, 2018

“Bakı/10.24.18/Turan: Nazirlər Kabineti sentyabrın 13-də 626 nömrəli sərəncam imzalayıb. Sənədə əsasən, SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat (təxminən 400 milyon ABŞ dolları) məbləğində borcları ləğv edilib. Bu məsələ ilə bağlı təklif SOCAR rəhbərliyindən gəlib.

Borc şirkətin 2014-cü ildə Mərkəzi Bankdan (472 milyon 870,7 min manat), 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınan (1 milyard 291,5 milyon manat və 198 milyon manat) kreditləri nəticəsində yaranıb.”

“2017-ci ilin yanvarında Nazirlər Kabinetinin 1s saylı sərəncamına əsasən, hökumət SOCAR-ın Mərkəzi Bank və ABB-yə 645,4 milyon manat məbləğində əsas borclarını dövlət büdcəsindən ödəyib. Bu borcu tələb etmək hüququ Maliyyə Nazirliyinin şəxsində dövlətə verilib.”

SOCAR istiqrazları – 2016

“SOCAR İstiqrazları, Azərbaycanın en böyük beynəlxalq şirkəti olan SOCAR tərəfindən 2016-cı ildə dollarda buraxılmış qiymətli kağızdır.

Nominal qiyməti 1000 (min) ABŞ dolları olan SOCAR İstiqrazları vətəndaşlara maliyyə alətləri bazarında tamamilə yeni alternativ yatırım imkanı yaratmaqla, bazarda indiyədək olmayan sərfəli şərtlərlə – 100 milyon dollar həcmində, illik 5% gəlirliliklə, 5 illik müddətə buraxılıb.” (http://SOCARistiqraz.az/)

SOCAR 2021-ci ildə 100 mln dollar dəyərində istiqraz borcu ödəməlidir.

Mərkəzi Bank tender elanı – 27 fevral 2020-ci il

“Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi (bundan sonra “Layihə” adlandırılacaq) üçün potensial şirkətləri təklif verməyə dəvət edir.”

“Müqavilənin bağlanması: 01 iyun 2020-ci il“

(https://www.cbar.az/press-release-2497/tender-announcement)

Tender qərarı pandemiyadan əvvəl verilmişdi. Müqavilə isə iyunda yekunlaşmalı idi. İctimaiyyətə açıqlanması indi lazım bilinib.

Qısaca, H. Əliyev prospektində əzəmətli ofis qüllələrin olması şəhərin mənzərəsi üçün vacib hesab olunub. Bu həm də sərfəli inşaat mexanizmidir. Durğun iqtisadiyyata faydaları da var. Bu mexanizm bəzən əndazəni aşaraq ehtiyac olmayan binaların tikilməsinə də səbəb olur. Digər məsələ budur ki, SOCAR, Neft Fondu, Azərsu, Vergilər nazirliyinə aid olan bu binalar iqtisadiyyatda dövlət hegemonluğunu rəqəmlərə baxmadan göstərir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel