Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Gülnar Əhməd Gülnar Əhməd
., Kültür
12 Sentyabr 2020

Amerikalı filosof Fred Feldman mənfəətpərəstliyin nə qədər təbii və intuitiv olduğunu izah etmək üçün “Etika nədir?” əsərində belə bir nümunə təqdim edir.

Bob adlı bir gənc motosiklet qəzasında ağır yaralanır və reanimasiyaya yerləşdirilir. Həkimlərin rəyinə görə, Bobun şüuru bir də geri gəlməyəcək, ən yaxşı halda yalnız bir müddət vegetativ həyat sürə bilər, bütün həyat fəaliyyəti qarmaqarışıq tibbi avadanlıqlardan asılıdır. Onlardan biri olmasa, Bob öləcək. Dostları Bobun vəziyyətini öz aralarında müzakirə edirlər. Biri “aparatdan ayırmağın” tamamilə əxlaqsız hərəkət olacağını və dolayısıyla Bobun rahat şəkildə ölməsinə icazə vermək lazım gəldiyini söyləyir. Digəri isə bu fikirlə razılaşmır və həkimlər aparatdan ayırsa, Bobun rahat şəkildə öləcəyini deyir: “Əsla ağrı hiss etməyəcək, onsuz da şüurunu itirib. Bundan başqa Bobun gələcəkdə yaşayacağı xoşbəxlikdən məhrum olacağından da söhbət gedə bilməz. Hətta uzun illər yaşasa da, şüuru özünə qayıtmayacaq. Bobu aparatdan ayırsalar, valideynlərinin də vəziyyəti yaxşı olacaq. Çünki onu yaşatmaq üçün çox pul xərcləmək lazımdır, amma pullarını bu şəkildə xərcləyərək xoşbəxtlik əldə edə bilməyəcəklər. Onun ölü olduğunu bilmək vegetativ həyatda qalmasından daha pis olmayacaq. Bizə, yaxın dostlarına gəlincə, onun sağ qalması bizə heç nə vermir. Bobu belə görməkdənsə, ölü görmək məni daha xoşbəxt edər. Zənnimcə, belə bir vəziyyətdə ən birinci nə etməli olduğumuz bəllidir. Bobun ölməyinə imkan vermək lazımdır”.

Ardınca Feldman sual verir: “Bir əməlin əxlaqi olub-olmadığını, əməl reallaşacağı təqdirdə bütün maraqlı tərəflərə verəcəyi xoşbəxtliyin miqdarında görürsünüz? Böyük ehtimalla siz mənfəətpərəstsiniz. Hətta mənfəətpərəstliyin nə olduğunu bilməsəniz belə, əxlaq anlayışınızın böyük hissəsinin təməli baxımdan mənfəətpərəst olduğunu güman etmək mümkündür”.

Mənfəətpərəstlik – Utilitarianizm nədir?

Mənfəətpərəstlik nəzəriyyəsinin klassik tərifini Con Stüart Millin “Mənfəətpərəstlik” adlı əsərində tapa bilərik. Mill mənfəət, yaxud ən ali xoşbəxtlik prinsipinə belə aydınlıq gətirir: “Əməllər xoşbəxtliyə vasitə olmağa meyil göstərdiyi qədər doğrudur, bədbəxtliyə yol açmağa meyil göstərdiyi qədər yanlışdır. “Xoşbəxtlik” deyəndə həzzi və kədərin yoxluğunu nəzərdə tuturuq; “bədbəxtlik” deyəndə də kədəri və həzdən məhrum olmağı nəzərdə tuturuq”.

Millin dəyər nəzəriyyəsinin təməlində, yuxarıda ifadə edildiyi kimi, “yeganə arzuolunan şey xoşbəxtlikdir” düşüncəsi yatır. Buna görə, Mill üçün ancaq bir dəyərdən söhbət gedə bilər – xoşbəxtlikdən. Fəqət Mill, insanların təkcə xoşbəxtliyin yox, başqa fəzilətlərin də arxasınca düşdüklərini inkar etməyi məntiqsiz sayır. Məsələn, o, bir fərdin sağlamlıq, güc, şöhrət və s. şeyləri arzuladığını və ardınca getdiyini qəbul edir. Fəqət, onun fikrincə, fərdin bunların ardınca getməsinin səbəbi sadalananların xoşbəxtliyə alternativ bir məqsəd olmasına deyil. Bütün bunların xoşbəxtliyə aparan vasitələr olduğu üçündür. Başqa sözlə, yuxarıda sadalananlar məqsəd yox, vasitədir. Xoşbəxtlik isə məqsəddir.

Əməl seçimində qarşısına “mənfəəti” məqsəq qoyan bir etika nəzəriyyəsi olan mənfəətpərəstlik, bir əməlin əxlaq baxımından doğru olub-olmadığını onun təsir edəcəyi şəxslər üçün digər əməllərdən daha çox fayda verib-vermədiyi ilə ölçür. Mənbəyini qədim yunanlardan alan və təməlində həzzin yaxşı olduğu düşüncəsi yatan mənfəətpərəstliyin mərkəzində isə, mümkün qədər çox insanın mümkün qədər yüksək səviyyədə xoşbəxt olması dayanır. Buna görə mənfəət-fayda prinsipinə “ən yüksək xoşbəxtlik prinsipi də deyilir (the greatest happiness principle).”

Feldman Millin nəzəriyyəsini bir neçə aspektdən çürüdür.

Birincisi, Feldmana görə, “… qədər” məsələsi yanlışdır. Çünki bir əməl ya doğrudur, ya yanlış. İkinci aspekt isə “xoşbəxtlik vəd etməyə meylli olmaq”dır. Nəticə əldə olunacağı nə qədər realdır? Bu məsələ sual altındadır. Yaxud, ən yaxşını seçərkən, pisin arasından yaxşısını seçmək özü xeyli kədər gətirə bilər.

Feldman Millin “bir əməl yalnız və yalnız həzz gətirib kədərə səbəb olmursa, doğrudur” düsturunu çürütmək üçün belə bir nümunə göstərir.

Fərz edin ki, gənc bir tələbə məşhur professorla arxeoloji qazıntıya gedir. Professor tələbəyə qarşı həmişə comərd davranır, təqaüd qazanmasına kömək edir. Professor bütün həyatını qumru ilə göyərçin arasındakı əskik soy zənciri halqasını axtarmağa həsr edib. Qazıntı zamanı tələbə əskik quşun sümük qalıntısını tapır və nə tapdığını dərhal anlayır, amma sümüyü professora vermək əvəzinə dişçöpü kimi istifadə edir. Əlbəttə, tələbənin hərəkəti yanlışdır, amma o, bunu professora demir. Nəticədə həzz var, kədər yoxdur. Bu nümunə Millin təliminə uyğun nümunədir, amma doğru hərəkət deyil. Yəni həzz yaradan, ancaq kədər yaratmayan yanlış əməllər də ola bilir.

Feldman, həzz və kədər arasındakı nisbəti anlamaq üçün maraqlı bir fərziyyə qurmağımızı təklif edir.

Fərziyyəyə görə, “hedon” həzzi dəyərləndirən ölçü vahididir, dolor isə kədəri. Məsələn, axşam yeyilən gözəl bir şam yeməyindən alınan həzz 10 hedon, tələm-tələsik dəmlənmiş qəhvənin verdiyi həzz isə 0,5 hedondur. Azacıq baş ağrısının verdiyi kədər 1 dolor, miqren ağrısının verdiyi kədər 10 dolordur. Feldman fərziyyəsində hedonun alma, dolorun portağal olmadığı barədə xəbərdarlıq edir. 12 hedon həzlə 4 dolor kədər arasında 8-lik bir həzz-kədər dəyəri var. Biri qərb, o biri şərq istiqamətində uzanır.

Məsələn, bir nəfərin məşhur bir siyasətçiyə sui-qəsd hazırladığını fərz edin. Bu hadisə milyon nəfərə üzüntü verir, hər biri də 10 dolor. Bunun cəmi 10 milyon dolor edir. Sui-qəsdçinin və digər fanatiklərin həzz duyğusunu bir qədər artıq sayaq – 500 hedon. Dolordan hedonu çıxanda arada nəhəng bir fərq yaranır.

Biz də öz cəmiyyətimizdə bu kimi içindən çıxa bilmədiyimiz saysız-hesabsız vəziyyətlərlə qarşılaşırıq. Feldmanın təlimini cəmiyyətimizə tətbiq edərək mən də iki fərziyyə təklif edirəm. Ümid edirəm ki, Feldmanın metodu (“hedon-dolor” arasındakı dəyəri müəyyən etməklə), oxuculara cəmiyyətimizdə baş verən sonsuz sayda qeyri-etik hadisələri analiz etməyə və nəticə çıxarmağa köməklik edəcək.

Birinci, cəmiyyət tərəfindən çox sevilən bir siyasətçi şərlənərək həbs edilir. Deyək ki, bir milyon insan bu hadisəyə üzülür, 50 nəfər vətəndaşımız isə sevinir.

İkinci situasiya ilə də biz azərbaycanlılar 2000-ci illərin əvvəllərində çox rastlaşmışıq. Təsəvvür edin, kimsəsiz, ahıl bir kişi var. Cavan vətəndaşlarımızdan birinə, ona yaxşı baxmaq şərti ilə evini bağışlayıb. Bağışlama o, öləndən sonra reallaşacaq. Yaşlı adam tam əldən düşməyib, şəkərli diabet xəstəsidir. Pəhriz gözləsə, hələ uzun illər yaşaya bilər. Lakin cavan həmyerlimiz, bunu bilərək, öhdəsinə götürdüyü ahıl həmyerlimizə hər gün paxlava kimi yüksək kalorili şirniyyatlar alır. Dostlarına da “alıram ki, tez ölüb rədd olsun” deyir. Dostları da bu vəziyyətlə əylənib nəticəni gözləyirlər. Yaşlı adam isə çox məmnundur, “mənə yaxşı baxır, hər gün cürbəcür şirniyyatlar alıb gətirir” qənaətindədir. Cavan adamın ehtimalı doğrulur, bir müddət sonra öhdəsindəki ahıl həmyerlimiz şəkər xəstəliyinin verdiyi fəsaddan vəfat edir.

Hər iki nümunədə dolor və hedonun vahidini oxucu özü müəyyənləşdirsin.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021

Redaktorun seçimi

Edip kompleksi – Psycho

Nifrətin sevgi dili. Müharibəyə sözardı

“Şeyx”in tənqidi

Totalitarizm və Avanqard – XX əsr Avropa incəsənəti prizmasında

Cin atına minmək

Seçkidən başqa hər şey

Atəşkəs vaxtının düşüncələri

O söz gəlməz olaydı

Sosial elmlərin güzgüdə əksi: utopiya və antiutopiya

Tanrının varlığı ilə yoxluğu arasında qalanlar

“Bir Təbəssüm, Bir Ümid”

Azərbaycanda alkoqollu içki statistikasında saxtakarlıq

Ucalsız keçən 15 il…

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

“Atatürkün islahatı”, yoxsa itlərin qətliamı?

Aydınlanma tariximizin sui-qəsdləri – 2

Elvin Adıgözəl: “Türkmənistana çevrilmir ölkə”

Azərbaycanda memuar ədəbiyyatına dair

Sabir əzabı

Bolşevizmin talançı mahiyyəti

İsa Qəmbər: “Hakimiyyət könüllü şəkildə heç bir islahata getməyəcək”

Planet hirsini necə soyudur?

Mauser – Zombie apocalypse (2-ci sezon)

Selektiv müdafiə

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Biz nəyə görə ağlayırıq?

Seymur Baycan too

“Emiqrant”. Roman. Doğrudan.

“Semiçka” və tamaşa, yaxud milli pop-korn

Mənfəətpərəstlikdən xoşbəxtliyə

Gülnar Əhməd Gülnar Əhməd
., Kültür
12 Sentyabr 2020

Amerikalı filosof Fred Feldman mənfəətpərəstliyin nə qədər təbii və intuitiv olduğunu izah etmək üçün “Etika nədir?” əsərində belə bir nümunə təqdim edir.

Bob adlı bir gənc motosiklet qəzasında ağır yaralanır və reanimasiyaya yerləşdirilir. Həkimlərin rəyinə görə, Bobun şüuru bir də geri gəlməyəcək, ən yaxşı halda yalnız bir müddət vegetativ həyat sürə bilər, bütün həyat fəaliyyəti qarmaqarışıq tibbi avadanlıqlardan asılıdır. Onlardan biri olmasa, Bob öləcək. Dostları Bobun vəziyyətini öz aralarında müzakirə edirlər. Biri “aparatdan ayırmağın” tamamilə əxlaqsız hərəkət olacağını və dolayısıyla Bobun rahat şəkildə ölməsinə icazə vermək lazım gəldiyini söyləyir. Digəri isə bu fikirlə razılaşmır və həkimlər aparatdan ayırsa, Bobun rahat şəkildə öləcəyini deyir: “Əsla ağrı hiss etməyəcək, onsuz da şüurunu itirib. Bundan başqa Bobun gələcəkdə yaşayacağı xoşbəxlikdən məhrum olacağından da söhbət gedə bilməz. Hətta uzun illər yaşasa da, şüuru özünə qayıtmayacaq. Bobu aparatdan ayırsalar, valideynlərinin də vəziyyəti yaxşı olacaq. Çünki onu yaşatmaq üçün çox pul xərcləmək lazımdır, amma pullarını bu şəkildə xərcləyərək xoşbəxtlik əldə edə bilməyəcəklər. Onun ölü olduğunu bilmək vegetativ həyatda qalmasından daha pis olmayacaq. Bizə, yaxın dostlarına gəlincə, onun sağ qalması bizə heç nə vermir. Bobu belə görməkdənsə, ölü görmək məni daha xoşbəxt edər. Zənnimcə, belə bir vəziyyətdə ən birinci nə etməli olduğumuz bəllidir. Bobun ölməyinə imkan vermək lazımdır”.

Ardınca Feldman sual verir: “Bir əməlin əxlaqi olub-olmadığını, əməl reallaşacağı təqdirdə bütün maraqlı tərəflərə verəcəyi xoşbəxtliyin miqdarında görürsünüz? Böyük ehtimalla siz mənfəətpərəstsiniz. Hətta mənfəətpərəstliyin nə olduğunu bilməsəniz belə, əxlaq anlayışınızın böyük hissəsinin təməli baxımdan mənfəətpərəst olduğunu güman etmək mümkündür”.

Mənfəətpərəstlik – Utilitarianizm nədir?

Mənfəətpərəstlik nəzəriyyəsinin klassik tərifini Con Stüart Millin “Mənfəətpərəstlik” adlı əsərində tapa bilərik. Mill mənfəət, yaxud ən ali xoşbəxtlik prinsipinə belə aydınlıq gətirir: “Əməllər xoşbəxtliyə vasitə olmağa meyil göstərdiyi qədər doğrudur, bədbəxtliyə yol açmağa meyil göstərdiyi qədər yanlışdır. “Xoşbəxtlik” deyəndə həzzi və kədərin yoxluğunu nəzərdə tuturuq; “bədbəxtlik” deyəndə də kədəri və həzdən məhrum olmağı nəzərdə tuturuq”.

Millin dəyər nəzəriyyəsinin təməlində, yuxarıda ifadə edildiyi kimi, “yeganə arzuolunan şey xoşbəxtlikdir” düşüncəsi yatır. Buna görə, Mill üçün ancaq bir dəyərdən söhbət gedə bilər – xoşbəxtlikdən. Fəqət Mill, insanların təkcə xoşbəxtliyin yox, başqa fəzilətlərin də arxasınca düşdüklərini inkar etməyi məntiqsiz sayır. Məsələn, o, bir fərdin sağlamlıq, güc, şöhrət və s. şeyləri arzuladığını və ardınca getdiyini qəbul edir. Fəqət, onun fikrincə, fərdin bunların ardınca getməsinin səbəbi sadalananların xoşbəxtliyə alternativ bir məqsəd olmasına deyil. Bütün bunların xoşbəxtliyə aparan vasitələr olduğu üçündür. Başqa sözlə, yuxarıda sadalananlar məqsəd yox, vasitədir. Xoşbəxtlik isə məqsəddir.

Əməl seçimində qarşısına “mənfəəti” məqsəq qoyan bir etika nəzəriyyəsi olan mənfəətpərəstlik, bir əməlin əxlaq baxımından doğru olub-olmadığını onun təsir edəcəyi şəxslər üçün digər əməllərdən daha çox fayda verib-vermədiyi ilə ölçür. Mənbəyini qədim yunanlardan alan və təməlində həzzin yaxşı olduğu düşüncəsi yatan mənfəətpərəstliyin mərkəzində isə, mümkün qədər çox insanın mümkün qədər yüksək səviyyədə xoşbəxt olması dayanır. Buna görə mənfəət-fayda prinsipinə “ən yüksək xoşbəxtlik prinsipi də deyilir (the greatest happiness principle).”

Feldman Millin nəzəriyyəsini bir neçə aspektdən çürüdür.

Birincisi, Feldmana görə, “… qədər” məsələsi yanlışdır. Çünki bir əməl ya doğrudur, ya yanlış. İkinci aspekt isə “xoşbəxtlik vəd etməyə meylli olmaq”dır. Nəticə əldə olunacağı nə qədər realdır? Bu məsələ sual altındadır. Yaxud, ən yaxşını seçərkən, pisin arasından yaxşısını seçmək özü xeyli kədər gətirə bilər.

Feldman Millin “bir əməl yalnız və yalnız həzz gətirib kədərə səbəb olmursa, doğrudur” düsturunu çürütmək üçün belə bir nümunə göstərir.

Fərz edin ki, gənc bir tələbə məşhur professorla arxeoloji qazıntıya gedir. Professor tələbəyə qarşı həmişə comərd davranır, təqaüd qazanmasına kömək edir. Professor bütün həyatını qumru ilə göyərçin arasındakı əskik soy zənciri halqasını axtarmağa həsr edib. Qazıntı zamanı tələbə əskik quşun sümük qalıntısını tapır və nə tapdığını dərhal anlayır, amma sümüyü professora vermək əvəzinə dişçöpü kimi istifadə edir. Əlbəttə, tələbənin hərəkəti yanlışdır, amma o, bunu professora demir. Nəticədə həzz var, kədər yoxdur. Bu nümunə Millin təliminə uyğun nümunədir, amma doğru hərəkət deyil. Yəni həzz yaradan, ancaq kədər yaratmayan yanlış əməllər də ola bilir.

Feldman, həzz və kədər arasındakı nisbəti anlamaq üçün maraqlı bir fərziyyə qurmağımızı təklif edir.

Fərziyyəyə görə, “hedon” həzzi dəyərləndirən ölçü vahididir, dolor isə kədəri. Məsələn, axşam yeyilən gözəl bir şam yeməyindən alınan həzz 10 hedon, tələm-tələsik dəmlənmiş qəhvənin verdiyi həzz isə 0,5 hedondur. Azacıq baş ağrısının verdiyi kədər 1 dolor, miqren ağrısının verdiyi kədər 10 dolordur. Feldman fərziyyəsində hedonun alma, dolorun portağal olmadığı barədə xəbərdarlıq edir. 12 hedon həzlə 4 dolor kədər arasında 8-lik bir həzz-kədər dəyəri var. Biri qərb, o biri şərq istiqamətində uzanır.

Məsələn, bir nəfərin məşhur bir siyasətçiyə sui-qəsd hazırladığını fərz edin. Bu hadisə milyon nəfərə üzüntü verir, hər biri də 10 dolor. Bunun cəmi 10 milyon dolor edir. Sui-qəsdçinin və digər fanatiklərin həzz duyğusunu bir qədər artıq sayaq – 500 hedon. Dolordan hedonu çıxanda arada nəhəng bir fərq yaranır.

Biz də öz cəmiyyətimizdə bu kimi içindən çıxa bilmədiyimiz saysız-hesabsız vəziyyətlərlə qarşılaşırıq. Feldmanın təlimini cəmiyyətimizə tətbiq edərək mən də iki fərziyyə təklif edirəm. Ümid edirəm ki, Feldmanın metodu (“hedon-dolor” arasındakı dəyəri müəyyən etməklə), oxuculara cəmiyyətimizdə baş verən sonsuz sayda qeyri-etik hadisələri analiz etməyə və nəticə çıxarmağa köməklik edəcək.

Birinci, cəmiyyət tərəfindən çox sevilən bir siyasətçi şərlənərək həbs edilir. Deyək ki, bir milyon insan bu hadisəyə üzülür, 50 nəfər vətəndaşımız isə sevinir.

İkinci situasiya ilə də biz azərbaycanlılar 2000-ci illərin əvvəllərində çox rastlaşmışıq. Təsəvvür edin, kimsəsiz, ahıl bir kişi var. Cavan vətəndaşlarımızdan birinə, ona yaxşı baxmaq şərti ilə evini bağışlayıb. Bağışlama o, öləndən sonra reallaşacaq. Yaşlı adam tam əldən düşməyib, şəkərli diabet xəstəsidir. Pəhriz gözləsə, hələ uzun illər yaşaya bilər. Lakin cavan həmyerlimiz, bunu bilərək, öhdəsinə götürdüyü ahıl həmyerlimizə hər gün paxlava kimi yüksək kalorili şirniyyatlar alır. Dostlarına da “alıram ki, tez ölüb rədd olsun” deyir. Dostları da bu vəziyyətlə əylənib nəticəni gözləyirlər. Yaşlı adam isə çox məmnundur, “mənə yaxşı baxır, hər gün cürbəcür şirniyyatlar alıb gətirir” qənaətindədir. Cavan adamın ehtimalı doğrulur, bir müddət sonra öhdəsindəki ahıl həmyerlimiz şəkər xəstəliyinin verdiyi fəsaddan vəfat edir.

Hər iki nümunədə dolor və hedonun vahidini oxucu özü müəyyənləşdirsin.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel