Azlogos
  • Kimlər var
  • Bizi tanı

Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese Nəriman Nərimanov - 151 Türk Şurasının qeyri-rəsmi zirvəsinə sözardı
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Landşaft memarlığı? O nədir?

Sahil Qənbərli Sahil Qənbərli
Dizayn
16 Dekabr 2020

Yəqin ki, bir çoxunuz “Landşaft memarlığı nədir?” sualına cavab verməkdə çətinlik çəkəcək: Necə yəni landşaft? Necə yəni memarlıq? Bəyəm elə də şey olar?

İnkişaf edən texniki elmlər arasında memarlıq (sənət və elmin harmoniyası) özü bir neçə yerə ayrılır. İnteryer, eksteryer (bunu çox vaxt landşaftla səhv salırlar) şəhərsalma və planlama, landşaft – bunların hər biri memarlığın ayrıca qolu olub, eyni zamanda inşanın təbii parçasıdır. (Olmalıdır!)

Ədəbiyyatımızda landşaft memarlığı haqqında məlumatlar olduqca azdır. Bu, çox təbiidir. Çünki ölkəmizdə bu ixtisas sahəsi heç bakalavr səviyyəsində də tədris olunmur. (Bunu salınan parklara baxaraq anlamaq çətin deyil). Lakin müasir dünyamızda landşaft memarlığı şəhərsalmanın, şəhər planlanmasının bel sütunu hesab olunur. Landşaft memarlığı olmadan hər hansı bir inşaya başlamaq bəzi ölkələrdə, ümumiyyətlə, mümkün deyil. Bunun ən böyük səbəbi inşa prosesində ekosistemə vurulan zərəri landşaft memarlığı ilə bərpa edə bilməkdir.

Bildschirmfoto 2020-12-16 um 15.52.07Qısaca tarixə nəzər salsaq, deyə bilərik ki, landşaft memarlığı anlayışı ilk dəfə 1863-cü ildə – F.L.Olmsted və C. Vaux ABŞ-da New York Mərkəzi Parkını (Central Park) hazırladığı zaman ön plana çıxıb. O zamandan bəri də landşaft memarlığı digər ətraf mühit mütəxəssisləri (memarlar, mühəndislər və s.) ilə rəqabət aparmağa davam edir. Hal-hazırda isə hansısa memari inşanı landşaft memarlığı olmadan təsəvvür etmək sadəcə mümkün deyil. 

Bildschirmfoto 2020-12-16 um 15.52.10Landşaft memarlığı – ekoloji, planlama və dizayn qanunlarını sistematik bir inşa üzərində təhlil edən, insan və onun fiziki çevrəsini, təbii və kulturoloji mənbələri qoruma və idarəetmə ilə birlikdə, sənəti, elmi, mühəndisliyi və texnologiyanı özündə cəmləyən bir peşədir. 

Çətin gəldi? Əlbəttə çətindir. Çünki ölkəmizdə elə bilirlər ki, landşaft memarlığı, dizaynı bağbanlıqdan (bu sənətə böyük hörmətim var) o tərəfə keçmir. Bunu da, əlbəttə ki, işəyaramaz, “layihənin qiyməti budur, landşaft da üstündə hədiyyə” deyən memarların (!) uydurduğu şəhər əfsanəsi saymaq olar. Xülasə, landşaft memarı olmaq, layihəni hazırlamaq heç də “hədiyyə” ediləcək səviyyənin işi deyil. Bu özü böyük bir sahəni əhatə edən elmdir. Gəlin, birlikdə nəzər salaq, görək, landşaft memarlarının əsas işləri nələrdən ibarətdir?

Bildschirmfoto 2020-12-16 um 15.52.17

Bildschirmfoto 2020-12-16 um 15.52.20

  1. Açıq hava yaşayış sahələri, uşaq oyun meydançaları və ictimaiyyətə açıq dincəlmə və idman sahələri təşkil etmək;
  2. Şəxsi və ya ictimai qurumlara aid bağları, parkları inşa etmək;
  3. Torpağın ətraf mühitə uyğunluğunu qiymətləndirmək;
  4. Ətraf mühitin problemlərini (ekoloji çirklənmə, erroziya və s.) aradan qaldırmaq üçün lazımi işlər aparmaq;
  5. Parklar, oyun meydançaları və istirahət zonaları kimi ictimai və ya özəl sahələrdə peyzaj planlarını həyata keçirmək;
  6. Yaşayış yerlərində yanlış yerləşdirmələri yenidən təşkil etmək üçün işlər aparmaq və bu kontekstdə ekosistemin balansını təmin edə biləcək resursları təhlil və idarə etmək;
  7. İqlimə görə açıq hava ərazilərində dizayn işləri etmək. Bu məqsədlə avtoyolları, piyada yolları, meydanlar, parklar, bağlar, hobbi parkları, meşələr, arboretumlar, dəniz və meşə qurğuları daxil olmaqla, bütün sahələr üzrə xüsusi işlər aparmaq və s.

Bildschirmfoto 2020-12-16 um 15.52.27Qısacası, landşaft memarlarının bina xaricindəki bütün sahələri əhatə edən təbiətə aid bütün sferalarla məşğul olduğunu deyə bilərik. Bu sfera yağış sularının faydalandırılmasından tutmuş yeraltı suyun zənginləşdirilməsinə qədər ucsuz-bucaqsız istiqamətləri əhatə edir. 

Amma bizim memarların gözündə landşaft memarı sadəcə “bağban”dır. Dəfələrlə həmin memarlar “işlərini” yalvar-yaxarla revizə etdirib. Özü də deyim ki, onların arasında sanballı memarlar da var.

Parklarda, küçələrdə, istirahət etdiyiniz açıq məkanlarda landşaft memarlarının izini görmək istəyirsinizsə, istifadə etdiyiniz məkanın həm funksionallığına, həm də estetikliyinə nəzər yetirin. İkisi arasında kəskin fərq hiss etsəniz, deməli, həmin yeri landşaft memarı yox, hansısa “qızıldiş”, fərsiz memar dizayn edib (Əlbəttə, istisnalar da var). Gələcək yazılarımızda bir çox yanlış dizaynların gətirdiyi problemlərə toxunacaq, onların necə həll olunduğunu izah edəcəyik.

Sonda “kim landşaft memarı ola bilər?” sualına cavab verim:

Landşaft memarlığı sahəsində işləmək istəyən, təbiəti sevən və müşahidə edən, biologiyadan məlumatı olan, geniş maraq dairəsinə, estetik baxışlara, zəngin təxəyyülə və istedada sahib, məkanın (bu, memarlığın ən böyük anlayışlarından biridir) istifadəsi üçün asan həllər tapmağa cəhd edən və digər ixtisaslarla əlaqələrdən istifadə etməyi bacaran insan potensial landşaft memarıdır. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-02 um 08.25.12
.

Kadokava Mədəniyyət Muzeyi

02 Aprel 2021
Bildschirmfoto 2021-03-16 um 08.48.06
Dizayn

Yarpaqlanmadan çiçək açan bitkilər

16 Mart 2021
Bildschirmfoto 2021-03-13 um 09.17.14
Dizayn

Sahil Qənbərli təqdim edir

13 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
Bildschirmfoto 2021-02-26 um 07.09.47
Dizayn

Biomimetika – təbiətdən ilham almaq

26 Fevral 2021
Bildschirmfoto 2021-02-17 um 08.17.02
Dizayn

Bonsai sənəti

17 Fevral 2021

Redaktorun seçimi

“Mövcud olmayan müqəddəs kitab” – Tora Ağabəyova təqdim edir

Dindən necə uzaqlaşdım?

Qadın və orqazm

AzLogos-u “bəyənməmək”

Üç xanəndənin taleyi

Bir sürgünün maraqlı tarixçəsi

“Mazut Konstitusiyası”: tələbdən şükürə

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

İlqar Məmmədov Üzeyiri dəstəkləyə bilərmi?

Erməniləri Azərbaycana buraxmaq

“Qeyri-adi novellalar”

Mühacirlərin porno-bloqları

His Last Bow

Elman Rüstəmovun iqtisadi nəzəriyyəsi

Ermənilər kimdir?

Mən facebook-da necə qətlə yetirildim?

Seçkidən başqa hər şey

Dəyişən büdcə

“Böyüt sat” prinsipi

Eşşəkliyin adı brutallıq olanda

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Millət nədir?

Səhv göndərilən peyklər sayəsində nəzəriyyə sübuta yetirildi

İnqilabdan sonrakı İran kinosu

Dəstəbazlıq

Ac-yalavacların üsyanı

Emin Millinin barış statusları və milli vizion

Mühacirlərin missiyası

Ziya – Ziyalılıq – Missiya

Landşaft memarlığı? O nədir?

Sahil Qənbərli Sahil Qənbərli
Dizayn
16 Dekabr 2020

Yəqin ki, bir çoxunuz “Landşaft memarlığı nədir?” sualına cavab verməkdə çətinlik çəkəcək: Necə yəni landşaft? Necə yəni memarlıq? Bəyəm elə də şey olar?

İnkişaf edən texniki elmlər arasında memarlıq (sənət və elmin harmoniyası) özü bir neçə yerə ayrılır. İnteryer, eksteryer (bunu çox vaxt landşaftla səhv salırlar) şəhərsalma və planlama, landşaft – bunların hər biri memarlığın ayrıca qolu olub, eyni zamanda inşanın təbii parçasıdır. (Olmalıdır!)

Ədəbiyyatımızda landşaft memarlığı haqqında məlumatlar olduqca azdır. Bu, çox təbiidir. Çünki ölkəmizdə bu ixtisas sahəsi heç bakalavr səviyyəsində də tədris olunmur. (Bunu salınan parklara baxaraq anlamaq çətin deyil). Lakin müasir dünyamızda landşaft memarlığı şəhərsalmanın, şəhər planlanmasının bel sütunu hesab olunur. Landşaft memarlığı olmadan hər hansı bir inşaya başlamaq bəzi ölkələrdə, ümumiyyətlə, mümkün deyil. Bunun ən böyük səbəbi inşa prosesində ekosistemə vurulan zərəri landşaft memarlığı ilə bərpa edə bilməkdir.

Bildschirmfoto 2020-12-16 um 15.52.07Qısaca tarixə nəzər salsaq, deyə bilərik ki, landşaft memarlığı anlayışı ilk dəfə 1863-cü ildə – F.L.Olmsted və C. Vaux ABŞ-da New York Mərkəzi Parkını (Central Park) hazırladığı zaman ön plana çıxıb. O zamandan bəri də landşaft memarlığı digər ətraf mühit mütəxəssisləri (memarlar, mühəndislər və s.) ilə rəqabət aparmağa davam edir. Hal-hazırda isə hansısa memari inşanı landşaft memarlığı olmadan təsəvvür etmək sadəcə mümkün deyil. 

Bildschirmfoto 2020-12-16 um 15.52.10Landşaft memarlığı – ekoloji, planlama və dizayn qanunlarını sistematik bir inşa üzərində təhlil edən, insan və onun fiziki çevrəsini, təbii və kulturoloji mənbələri qoruma və idarəetmə ilə birlikdə, sənəti, elmi, mühəndisliyi və texnologiyanı özündə cəmləyən bir peşədir. 

Çətin gəldi? Əlbəttə çətindir. Çünki ölkəmizdə elə bilirlər ki, landşaft memarlığı, dizaynı bağbanlıqdan (bu sənətə böyük hörmətim var) o tərəfə keçmir. Bunu da, əlbəttə ki, işəyaramaz, “layihənin qiyməti budur, landşaft da üstündə hədiyyə” deyən memarların (!) uydurduğu şəhər əfsanəsi saymaq olar. Xülasə, landşaft memarı olmaq, layihəni hazırlamaq heç də “hədiyyə” ediləcək səviyyənin işi deyil. Bu özü böyük bir sahəni əhatə edən elmdir. Gəlin, birlikdə nəzər salaq, görək, landşaft memarlarının əsas işləri nələrdən ibarətdir?

Bildschirmfoto 2020-12-16 um 15.52.17

Bildschirmfoto 2020-12-16 um 15.52.20

  1. Açıq hava yaşayış sahələri, uşaq oyun meydançaları və ictimaiyyətə açıq dincəlmə və idman sahələri təşkil etmək;
  2. Şəxsi və ya ictimai qurumlara aid bağları, parkları inşa etmək;
  3. Torpağın ətraf mühitə uyğunluğunu qiymətləndirmək;
  4. Ətraf mühitin problemlərini (ekoloji çirklənmə, erroziya və s.) aradan qaldırmaq üçün lazımi işlər aparmaq;
  5. Parklar, oyun meydançaları və istirahət zonaları kimi ictimai və ya özəl sahələrdə peyzaj planlarını həyata keçirmək;
  6. Yaşayış yerlərində yanlış yerləşdirmələri yenidən təşkil etmək üçün işlər aparmaq və bu kontekstdə ekosistemin balansını təmin edə biləcək resursları təhlil və idarə etmək;
  7. İqlimə görə açıq hava ərazilərində dizayn işləri etmək. Bu məqsədlə avtoyolları, piyada yolları, meydanlar, parklar, bağlar, hobbi parkları, meşələr, arboretumlar, dəniz və meşə qurğuları daxil olmaqla, bütün sahələr üzrə xüsusi işlər aparmaq və s.

Bildschirmfoto 2020-12-16 um 15.52.27Qısacası, landşaft memarlarının bina xaricindəki bütün sahələri əhatə edən təbiətə aid bütün sferalarla məşğul olduğunu deyə bilərik. Bu sfera yağış sularının faydalandırılmasından tutmuş yeraltı suyun zənginləşdirilməsinə qədər ucsuz-bucaqsız istiqamətləri əhatə edir. 

Amma bizim memarların gözündə landşaft memarı sadəcə “bağban”dır. Dəfələrlə həmin memarlar “işlərini” yalvar-yaxarla revizə etdirib. Özü də deyim ki, onların arasında sanballı memarlar da var.

Parklarda, küçələrdə, istirahət etdiyiniz açıq məkanlarda landşaft memarlarının izini görmək istəyirsinizsə, istifadə etdiyiniz məkanın həm funksionallığına, həm də estetikliyinə nəzər yetirin. İkisi arasında kəskin fərq hiss etsəniz, deməli, həmin yeri landşaft memarı yox, hansısa “qızıldiş”, fərsiz memar dizayn edib (Əlbəttə, istisnalar da var). Gələcək yazılarımızda bir çox yanlış dizaynların gətirdiyi problemlərə toxunacaq, onların necə həll olunduğunu izah edəcəyik.

Sonda “kim landşaft memarı ola bilər?” sualına cavab verim:

Landşaft memarlığı sahəsində işləmək istəyən, təbiəti sevən və müşahidə edən, biologiyadan məlumatı olan, geniş maraq dairəsinə, estetik baxışlara, zəngin təxəyyülə və istedada sahib, məkanın (bu, memarlığın ən böyük anlayışlarından biridir) istifadəsi üçün asan həllər tapmağa cəhd edən və digər ixtisaslarla əlaqələrdən istifadə etməyi bacaran insan potensial landşaft memarıdır. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Bildschirmfoto 2021-04-02 um 08.25.12
.

Kadokava Mədəniyyət Muzeyi

02 Aprel 2021
Bildschirmfoto 2021-03-16 um 08.48.06
Dizayn

Yarpaqlanmadan çiçək açan bitkilər

16 Mart 2021
Bildschirmfoto 2021-03-13 um 09.17.14
Dizayn

Sahil Qənbərli təqdim edir

13 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
Bildschirmfoto 2021-02-26 um 07.09.47
Dizayn

Biomimetika – təbiətdən ilham almaq

26 Fevral 2021
Bildschirmfoto 2021-02-17 um 08.17.02
Dizayn

Bonsai sənəti

17 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel