bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

“Mimino” filmində azərbaycanlı obrazı almasatan olmalı imiş

Elmir Mirzəyev Elmir Mirzəyev
Kültür
31 İyul 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
KcOCBC9rL9uqhJx6XM
Paylaş

Bu günlərdə dahi rejissor Georgi Daneliya dünyasını dəyişdi. Gürcü kinematoqrafı haqda çox deyilib, çox yazılıb, amma yaradıcılığının mərkəzinə bütün müsbət-mənfi tərəfləri ilə İnsanı qoyan (gülməli, gücsüz, zəif, axmaq, dəli-doğru, lakin insan), möcüzəli dünyaların yaradıcısı Daneliya həqəqətən də bir başqa sehrkar idi.

Vəfatəndan sonra haqqında çox danışılan Daneliya haqda mən də, illərlə paylaşmadığım bir xatirəni qələmə almaq istəyirəm.

İlk öncə deyim ki, bəzi istisnaları çıxmaq şərtilə (“Qəm yemə” və “Kin-dza-dza!”), onun bütün filmlərinin  heyranı olmuşam. “Uğur centlmenləri”, “Payız marafonu”, “Nastya”, xüsusən “Pasport” və “Орёл и решка” və daha nələr… Bu şedevrləri dəfələrlə yenidən və yenidən izləmək olar.

Lakin mənim üçün, bu qədər möhtəşəm filmlərin sırasından birinin – “Mimino”nun yeri tam başqadır. Fikrimcə, əgər Daneliya hətta “Mimino”dan başqa heç bir film çəkməsəydi belə, yenə də kino tarixinə qızıl hərflərlə adını yazacaqdı.

O filmin rəssam tərəfindən çəkilmiş afişasını yaşadığımız NZS məhəlləsində ilk dəfə məktəbdən geri dönərkən görmüşdüm. 1-ci sinifdə idik, bir neçə uşağı anası məktəbdən alıb geri qayıdırdı, əlvan rənglərlə “Мимино” yazılmış afişanı görcək anam başqa qadına dedi: «Deyəsən baxmalı kinodu, gürcülərlə ermənilər oynayır…»

O zaman gürcülərlə ermənilərin kim olduğunun dəqiq definisiyası mənim üçün çətin idi, sadəcə bizdən fərqli, yaxınlıqda yaşayan insanlar olduğunu bilirdim.

Filmə baxmağa getdik, o zaman NZS-də açıq yay kinoteatrı fəaliyyət göstərirdi, orada izlədik və əlbəttə, demək olar ki, heç nə başa düşmədim. Sadəcə helikopterdə qoyunların daşınması gülməli idi, sonra qoçlar bir-birinə kəllə vururdu. Baş qəhrəman da xoşuma gəlmişdi, amma onun başına gələnləri heç xoşlamadım. Telefonda sonralar məşhuri-cahan olmuş “Ларису Ивановну хочу!” ifadəsini deyib, sonra da “otval” almasını isə heç cür özümə sığışdıra bilmirdim.

Erməni dostu ilə bir yerdə getdiyi mənzildəki adamı niyə döydüyünü, xaricdən telefon açıb səhvən İsrailə düşəndə isə dəstəyin o başındakı həmsöhbətinin niyə ağladığını ümumiyyətlə anlamamışdım, amma məhkəmə səhnəsində hökm oxunanda Fruzik Mkrtçyanın çox üzvi şəkildə “ara vay vay vay” deyib başını əyməsi, baş qəhrəmanların restoranda bəhsə girib ləzginka oynaması, hətta hoteldə dava etmələri, sonra erməni dostunun yük maşını almasını eşidib bir yerdə oynamaları, maşının oğurlanmasını düşünüb vurnuxmaları səhnələri də çox məzəli idi, bizimkiləri xatırladırdı.

Filmdə Helikopterin zəncirlə bağlanması da, Zarbazan da xoşuma gəlmişdi. “Professor Xaçikyan” (məşhur “Dzer nmannere xaytarakumen Respublikain!” replikası) söhbətinin məğzini isə ümumiyyətlə tutmamışdım.

Bu 7 yaşlı sadəlöhv uşağın o filmdən baş kəsdirəcəyi qədərki təəssüratı idi. Xatirimdədir ki, kinoteatrdakı adamların da çox xoşuna gəlmişdi, hamı filmi müsbət dəyərləndirirdi, çünki koloriti və mövzusu bizlərə yaxın və doğma idi.  

1977-ci ildən zaman sürətlə adladı, hər şey dəyişdi – indi o dövrdən 40 ildən artıq bir zaman keçib, düşünmək belə qorxunc gəlir insana… Doğrudan da çox şeylər dəyişdi, amma “Mimino” filminə münasibət heç dəyişmədi. 21 il öncə isə, 1998-ci ilin yayında, o zamanlar tez-tez görüşdüyümüz akademik Azad Mirzəcanzadə bu film haqda maraqlı xatirələrini və nə qədər təəccüblü olsa da, filmlə olan «əlaqəsini» bizə danışmışdı.

Azad müəllim bu söhbəti edən zaman məclisdə dostlardan pianoçular Samir Mirzəyev və Rəşad Kazımov, o zaman Azad müəllimin köməkçisi kimi çalışan hüquqşünas Bəxşeyiş Əsgərov, bir də dünyasını dəyişmiş rəhmətlik dostumuz, klarnetist Nizami Zeynalovu xatırlayıram. Bəlkə başqa insanlar da vardı.  

Demək Azad müəllim nəql edirdi ki, Moskvada Daneliya ilə tanışlığı bu filmin çəkilişlərindən xeyli öncə baş veribmiş və onlar möhkəmcə dostlaşıblarmış. «Mimino» filminin ideyası və ssenarisi məşəqqətlər içində doğulurmuş, rejissor neçə dəfə əsas süjeti dəyişibmiş, ikinci qəhrəmanın Frunzik Mkrtçyan (ilk versiyada Yevgeni Leonov olmalı idi) olacağının qərarı veriləndən sonra isə, rejissor düşünür ki, əgər burada baş qəhrəmanların simasında bir növ Qafqaz xaqları təmsil olunacaqsa, o zaman bura hökmən bir azərbaycanlı obrazı, azərbaycanlı ilə epizod da daxil etmək gərəkdir.

Daneliyanın xatirələrində var ki, filmin ssenarisi (süjet tamam başqa idi) artıq hazır olan zaman Maqsud İbrahimbəyovla görüşür və bizim yazıçı ona süjetin öz variantını təklif edir. Yəni əyalətdə helikopterini oğurlamasınlar deyə zəncirlə pərçimləyən, böyük uçaqları xəyal edən kənd helikopterçisi haqdakı məlum xətti. Görünür Maqsudla olan ünusiyyətin təsiri ilə rejissor filmdə həm də həmyerlimizin obrazını yaratmaq istəyir və Azad müəllimi görən kimi sevincək ona bu haqda danışır.

«Mimino»dakı azərbaycanlı obrazı almasatan olmalı imiş. Bunu eşidən Azad müəllim rejissorun gözlədiyi kimi nəinki sevinir, əksinə çox bərk əsəbiləşir. «Znaçit, gürcü şturmandı, lyotçikdi, elitadı, erməni də «professor», sonra da azından şofer, bizimki də – almasatan? Olmaz!»

Azad müəllim danışırdı ki, bu söhbətdən bərk əsəb hissi keçirmişdi. Daneliya kimi məşhur bir rejissorun filmində o cür azərbaycanlı obrazı olması qəbuledilməz imiş. Məsələni həll etmək üçün akademik Moskvanın hansısa bahalı restoranlarından birində böyük bir ziyafət təşkil edir, oraya lazım bildiyi nüfuzlu azərbaycanlıları çağırır və rejissor da bu «razborkaya» dəvət edilir. Dostcasına yeyib-içilən məclisdə Daneliyaya necə lazımdı başa salırlar ki, azərbaycanlıların bu cür obrazını kinoda yaratmaq lazım deyil. Rejissor da təbii ki, razılaşır, daha nə deyəcəkdi ki?..

Beləcə bütün SSRİ və dünyaya növbəti dəfə «almasatan xalq» obrazı ilə çıxmaqdan xilas olduq. 

P.S. Amma indiyə kimi qərar verə bilməmişəm ki, bu bizim xeyrimizə oldu, yoxsa necə…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör