Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Köhnə və yeni nağıllar

Əli Novruzov Əli Novruzov
., Mövqe
07 İyun 2019

Böyük Vətən müharibəsi illərində almanlara əsir düşən sovet hərbçiləri üçün Berlin-Tempelhof aerodromunun yanında salınmış Liliental əmək düşərgəsində qazıntılar aparan arxeoloqlar olduqca maraqlı tapıntılar aşkara çıxarıb. Ekspedisiyanın rəhbəri Professor Reinhard Bernbek bu tapıntılardan biri haqqında danışanda təəccübünü gizlədə bilmir: Lufthansanın müəssisələrində işlədilən hərbi əsirlər üçün barakların tikintisində keyfiyyətsiz betondan istifadə olunub. Rəsmi sənədlərə inansaq, Lufthansa kifayət qədər sement alıb və onu barakların tikintisinə yönəldib, amma arxeoloqlar normal beton əvəzinə əsasən daş, qum, köhnə beton qalıqları və cüzi sement qarışdırılmış yararsız bir materialla qarşılaşıb.

Professor Bernbekin gəldiyi nəticə aydındır: sənədlər sırf formallıq üçün tərtib olunurdu, əslində isə sementi oğurlayırdılar. Kim? Çox güman ki, düşərgə rəhbərliyi. Obyektivlik üçün Professor Bernbek barakları inşa edən əsirlərin sementi oğurlayıb qara bazarda satışa çıxarması ehtimalını də səsləndirir – zatən obyektiv tarixçi bütün ehtimallara eyni nəzərlə baxmalıdır. Lakin nasist Almaniyasında əmək düşərgəsinə həbs olunmuş hərbi əsirlərin böyük həcmdə sementi oğurlayaraq qara bazarda satması imkanı mahiyyətcə dəvənin iynə gözündən keçməsinə bərabərdir. Yəni söhbəti haraya fırlatsaq, ortada Lufthansa tərəfindən ciddi korrupsiya əməli var.

***

Aşqabad-Bakı-Frankfurt reysi ilə uçan Lufthansa təyyarəsinin səmaya qalxması yarım saatdan çox gecikirdi. Axırda təyyarə kapitanı sərnişinlərə səsləndi: “biz on ildir Aşqabad reysi ilə uçuruq, amma ilk dəfə belə gecikirik, ona görə də anlayışla qarşılayacağınıza ümid edirəm” tipli bir elandan sonra təyyarə nəhayət havaya qalxdı.

Əgər mən onda bilsəydim ki, Lufthansa banal sement oğrusudur, təyyarə kapitanına heç vaxt inanmazdım. Amma inanmışdım.

***

Bizim gördüyümüz təhsil, təlim və tərbiyə qərblilərin məlahəti qarşısında tərksilah olmağımızın qarşısını ala bilmir.

Görüşə yarım saat gecikən alman tıxacda ilişib qaldığını desə, sidq ürəkdən inanarıq, amma yarım saat gecikən öz azərbaycanlımız olsa, yalan danışdığına və evdən yarım saat gec çıxdığına dərhal hökm verərik.

Gecikmək, işi başdansovdu yola vermək, tənbəllik, səriştəsizlik, məsuliyyətsizlik, yalançılıq və oğurluq, nadürüstlük və nankorluq – bütün bu kimi mənfi xüsusiyyətlər əslində irqindən, cinsindən, milliyətindən və mənşəyindən asılı olmayaraq hər bir insana xas ola bilər, amma biz qərbliləri bu günahlardan by default azad etmişik və bütün bu rəzilətləri azərbaycanlıların milli xüsusiyyətlərinə çevirmişik. Buna görə də azərbaycanlı həmişə gecikir, amma qərbli yubanır.

Mən Həmid Herisçinin və Ağalar Məmmədovun Azərbaycanda dominant intellektual diskursa qarşı tənqidlərini yaxşı anlayıram. Axundovun komediyalarından Səməd Vurğunun “Azərbaycan” şeirinə kimi yüz il çəkən millətyaratma prosesində maarifçi ziyalılarımızın bizlər üçün yazdığı proqram təminatı antivirussuz qalıb. Bu “milli antivirus” olmadığına görə də biz bir almanın gecikməyinə, bir fransızın zövqsüz olmağına, bir ingilisin ədəbsiz davranmağına, bir amerikalının oğru olduğuna inana bilmirik. Axı onlar azərbaycanlı deyil, niyə belə etsinlər?

***

Köhnə ziyalıların Qərb nağılları azmış kimi, bir də son zamanlar yeni ziyalıların Uzaq Şərq nağılları yaranır.

Dostumuz Cavid Ramazanov bu təmayülə haqlı olaraq qəzəblənir, amma necə deyərlər, qaş düzəldən yerdə vurub göz çıxardır: biz Cənubi Koreya və Sinqapur ola bilmərik, çünki “təkcə bir səbəb yetərlidir: biz disiplin cəmiyyəti deyilik”.

Cavidin qəzəbini mən də bölüşürəm. Bizə demokratiya, azadlıq və insan hüquqları əvəzinə Cənubi Koreya və Sinqapur təklif edən başıboşları və boşboğazları ayaqlarından asmaq lazımdır ki, bəlkə o boş başlarına bir az qan sızsın və o boş boğazları bəlkə mədə şirəsi ilə bir az islansın. Lakin icazə verin bir məqamla razılaşmayım – niyə axı disiplin, yəni intizam bizə tamam yad ünsür olsun ki? Niyə intizam ancaq protestant Avropasının və konfutsiçi Uzaq Şərqin inhisarındadır?

Məgər bu köhnə Qərb nağılları və yeni Şərq nağıllarının kökündə “biz tənbəlik, amma avropalılar işgüzar”, “yaponlar intizamlıdır, biz isə başıpozuq” kimi iddialar dayanmırmı?

İntizam heç kəsin anadangəlmə xüsusiyyəti deyil. İntizam – təhsil, təlim və tərbiyə, eləcə də özünütəhsil, özünütəlim və özünütərbiyə nəticəsində yaranan xüsusiyyətdir. Bu gün Azərbaycanda insanlarda intizam yoxdursa, deməli nə onların intizamlı olmasını tələb edən sistem mövcud deyil, nə də onların özündə intizam yaratması üçün motivasiya yoxdur.

Əlli ildən çox bir müddətdə fəaliyyət göstərən Bakı metropolitenində qatarların hərəkət cədvəli sərnişinlərə hələ də məlum deyilsə, insanlar görüş təyin edəndə öz vaxtını dəqiq necə planlaşdıra bilər? Strasburqda məsələn, heç yerə gecikmirdim, çünki tramvayların hərəkət cədvəlinə telefonda baxıb vaxtımı da ona görə uyğunlaşdırırdım. Amma gəlin indi məni bir də Bakıda görün.

[Elə dünən yoldaşlarla çimərliyə gedirdik, düz deyilən vaxtda artıq görüş yerində idim, amma yoldaşlar gəlib çıxana kimi bir saat Əzizbəyov ətrafında gün altında gəzib dolanmalı olmuşam. Hökumətin saldığı yeni park da səhra kimi bir yer imiş, nə qədər axtardım, kölgə tapmadım. İndi həmin yoldaşların adını çəkə bilməyəcəm, hamısı hörmətli gənc intellektuallardır, adlarını çəksəm, heç kəs inanmayacaq, nəticədə mən yalançı çıxacam. Amma gələn dəfə mən də belə bir görüşə ən azı yarım saat geciksəm yaxşıdır, yoxsa yenə vaxtında gəlib gün altında bir saat gözləsəm?]

Əgər sistem və ya mühit insanlardan intizamlı olmağı tələb edərsə, insanlar da zamana ayaq uydurmaq üçün mütləq intizamlı olacaqlar. Elə Cavidin öz yazısında nümunə göstərdiyi ASAN Xidmət mərkəzləri bizdə də intizamın mümkünlüyünə dəlil deyilmi?

***

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi?

Ən asanından başlayaq. Cənubi Koreya soyuq müharibə illərində ABŞ-ın Uzaq Şərqdə kommunizmə qarşı platsdarmı, forpostu idi, ona görə də Cənubi Koreyanın iqtisadi inkişafında və dövlət kimi güclənməsində amerikalılar az qala koreyalılar qədər maraqlı idilər. ABŞ 1946-1978-ci illər arasında təkcə Cənubi Koreyaya bütün Afrika qitəsinə göstərdiyi iqtisadi yardım həcmində maliyyə vəsaiti yatırmışdı. ABŞ öz bazarını Cənubi Koreya məhsullarına açmışdı, koreyalılarla elmi-texniki əməkdaşlıq edirdi, üstəlik onların bütün hərbi-müdafiə ehtiyaclarını qarşılayırdı. Cənubi Koreya möcüzəsinin arxasında duran şərtlər məhz bunlar idi.

Sinqapur bir az daha mürəkkəb məsələdir, amma o da möcuzə deyil. Beynəlxalq dəniz ticarət yolları üzərində əlverişli mövqedə yerləşən liman şəhər (cəmi milyon yarım sakin ilə), bu coğrafi mövqenin böyük iqtisadi potensialını anlayan vizyonlu, iradəli və səriştəli lider, onun gələcəyə baxışını anlayan və bölüşən daxili və xarici müttəfiqlər. İndi nə lazımdır? İnkişafa aparan lazımlı tədbirləri planlaşdırıb həyata keçirmək və inkişafa mane olan lazımsız əngəlləri aradan qaldırmaq.

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi? Əlbəttə, nəzəri olaraq mümkündür, amma pişiyin boynundan zınqırovu kim asacaq?

***

Bakıda qəbulların birində təsadüfən alman beton eksperti ilə qarşılaşmışdım. İkimiz də bərk içkili idik, ona görə də söhbətin Putin, Kafka və Appenvayer dəmiryol stansiyasında velosiped dayanacağı kimi mövzular arasında var-gəl etməsi heç də təəccüblü gəlmirdi. Söhbətin axırına doğru məni narahat edən bir mövzu barəsində sual verdim: Berlin divarı 30 il əvvəl sökülüb, amma necə olur ki, Berlində hələ də həmin divarın betonundan hazırlanan suvenirlər satırlar? Onlar saxtadır, yoxsa həqiqi?

Alman beton eksperti bir balaca fikirləşib qərarını verdi: həqiqidir. Sonra da əlavə etdi: bunu sizə alman beton eksperti deyir, nəzərə alın!

İndi sizcə, mən alman beton ekspertinə inanmışdımmı?

Əlbəttə inanmışdım.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

İsveçrədə də qadınları döyürlər

Qaranlıqdakı işıqlardan: Mirzə Muxtar

İtirilmiş toyuqların axtarışında

Ölümünüzdən illər sonra yenidən dirilmək istərdinizmi?

SSRİ niyə dağıldı?

Yer üzərində həyatın yaranma səbəbi açıqlanıb

Üzeyir bəyin qanını nə qaraldardı?

İntellektual pafosun zərərləri haqqında

Bizim Sinqapur nağılımız

Ölümlə oynayanlar

İtmiş kitabın axtarışında

Mühakimə etmək haqqında

Nikasın azərbaycanlı ürəyi

Koronavirus günlərinin kinosu

Milli emosionallıq, yoxsa “matışkə”lik

Ya TƏBİB-i

Qəhvə və parkinqi nə birləşdirir?

Qismət. Dünəndən bu günə Türkiyə hekayəsi

Cəfər Cabbarlının ölümü – 2

Buyurun süfrəyə!

Atəşkəs vaxtının düşüncələri

Oqtay Gülalıyevdən nə istədilər?

Bir daha Çernobıl, yenə HBO

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf?

Mario Varqas Lyosa. Qloballaşma və mədəni identiklik

Siyasi xalq yoxsa bio-kütlə?

“Parazitlər” filminin təhlili

Milli-mənəvi homofobiya

Müəlliflər kütləni necə aldadır: X faylı – janrsızlıq

Mədəni partlayış qaçılmazdır. London.

Köhnə və yeni nağıllar

Əli Novruzov Əli Novruzov
., Mövqe
07 İyun 2019

Böyük Vətən müharibəsi illərində almanlara əsir düşən sovet hərbçiləri üçün Berlin-Tempelhof aerodromunun yanında salınmış Liliental əmək düşərgəsində qazıntılar aparan arxeoloqlar olduqca maraqlı tapıntılar aşkara çıxarıb. Ekspedisiyanın rəhbəri Professor Reinhard Bernbek bu tapıntılardan biri haqqında danışanda təəccübünü gizlədə bilmir: Lufthansanın müəssisələrində işlədilən hərbi əsirlər üçün barakların tikintisində keyfiyyətsiz betondan istifadə olunub. Rəsmi sənədlərə inansaq, Lufthansa kifayət qədər sement alıb və onu barakların tikintisinə yönəldib, amma arxeoloqlar normal beton əvəzinə əsasən daş, qum, köhnə beton qalıqları və cüzi sement qarışdırılmış yararsız bir materialla qarşılaşıb.

Professor Bernbekin gəldiyi nəticə aydındır: sənədlər sırf formallıq üçün tərtib olunurdu, əslində isə sementi oğurlayırdılar. Kim? Çox güman ki, düşərgə rəhbərliyi. Obyektivlik üçün Professor Bernbek barakları inşa edən əsirlərin sementi oğurlayıb qara bazarda satışa çıxarması ehtimalını də səsləndirir – zatən obyektiv tarixçi bütün ehtimallara eyni nəzərlə baxmalıdır. Lakin nasist Almaniyasında əmək düşərgəsinə həbs olunmuş hərbi əsirlərin böyük həcmdə sementi oğurlayaraq qara bazarda satması imkanı mahiyyətcə dəvənin iynə gözündən keçməsinə bərabərdir. Yəni söhbəti haraya fırlatsaq, ortada Lufthansa tərəfindən ciddi korrupsiya əməli var.

***

Aşqabad-Bakı-Frankfurt reysi ilə uçan Lufthansa təyyarəsinin səmaya qalxması yarım saatdan çox gecikirdi. Axırda təyyarə kapitanı sərnişinlərə səsləndi: “biz on ildir Aşqabad reysi ilə uçuruq, amma ilk dəfə belə gecikirik, ona görə də anlayışla qarşılayacağınıza ümid edirəm” tipli bir elandan sonra təyyarə nəhayət havaya qalxdı.

Əgər mən onda bilsəydim ki, Lufthansa banal sement oğrusudur, təyyarə kapitanına heç vaxt inanmazdım. Amma inanmışdım.

***

Bizim gördüyümüz təhsil, təlim və tərbiyə qərblilərin məlahəti qarşısında tərksilah olmağımızın qarşısını ala bilmir.

Görüşə yarım saat gecikən alman tıxacda ilişib qaldığını desə, sidq ürəkdən inanarıq, amma yarım saat gecikən öz azərbaycanlımız olsa, yalan danışdığına və evdən yarım saat gec çıxdığına dərhal hökm verərik.

Gecikmək, işi başdansovdu yola vermək, tənbəllik, səriştəsizlik, məsuliyyətsizlik, yalançılıq və oğurluq, nadürüstlük və nankorluq – bütün bu kimi mənfi xüsusiyyətlər əslində irqindən, cinsindən, milliyətindən və mənşəyindən asılı olmayaraq hər bir insana xas ola bilər, amma biz qərbliləri bu günahlardan by default azad etmişik və bütün bu rəzilətləri azərbaycanlıların milli xüsusiyyətlərinə çevirmişik. Buna görə də azərbaycanlı həmişə gecikir, amma qərbli yubanır.

Mən Həmid Herisçinin və Ağalar Məmmədovun Azərbaycanda dominant intellektual diskursa qarşı tənqidlərini yaxşı anlayıram. Axundovun komediyalarından Səməd Vurğunun “Azərbaycan” şeirinə kimi yüz il çəkən millətyaratma prosesində maarifçi ziyalılarımızın bizlər üçün yazdığı proqram təminatı antivirussuz qalıb. Bu “milli antivirus” olmadığına görə də biz bir almanın gecikməyinə, bir fransızın zövqsüz olmağına, bir ingilisin ədəbsiz davranmağına, bir amerikalının oğru olduğuna inana bilmirik. Axı onlar azərbaycanlı deyil, niyə belə etsinlər?

***

Köhnə ziyalıların Qərb nağılları azmış kimi, bir də son zamanlar yeni ziyalıların Uzaq Şərq nağılları yaranır.

Dostumuz Cavid Ramazanov bu təmayülə haqlı olaraq qəzəblənir, amma necə deyərlər, qaş düzəldən yerdə vurub göz çıxardır: biz Cənubi Koreya və Sinqapur ola bilmərik, çünki “təkcə bir səbəb yetərlidir: biz disiplin cəmiyyəti deyilik”.

Cavidin qəzəbini mən də bölüşürəm. Bizə demokratiya, azadlıq və insan hüquqları əvəzinə Cənubi Koreya və Sinqapur təklif edən başıboşları və boşboğazları ayaqlarından asmaq lazımdır ki, bəlkə o boş başlarına bir az qan sızsın və o boş boğazları bəlkə mədə şirəsi ilə bir az islansın. Lakin icazə verin bir məqamla razılaşmayım – niyə axı disiplin, yəni intizam bizə tamam yad ünsür olsun ki? Niyə intizam ancaq protestant Avropasının və konfutsiçi Uzaq Şərqin inhisarındadır?

Məgər bu köhnə Qərb nağılları və yeni Şərq nağıllarının kökündə “biz tənbəlik, amma avropalılar işgüzar”, “yaponlar intizamlıdır, biz isə başıpozuq” kimi iddialar dayanmırmı?

İntizam heç kəsin anadangəlmə xüsusiyyəti deyil. İntizam – təhsil, təlim və tərbiyə, eləcə də özünütəhsil, özünütəlim və özünütərbiyə nəticəsində yaranan xüsusiyyətdir. Bu gün Azərbaycanda insanlarda intizam yoxdursa, deməli nə onların intizamlı olmasını tələb edən sistem mövcud deyil, nə də onların özündə intizam yaratması üçün motivasiya yoxdur.

Əlli ildən çox bir müddətdə fəaliyyət göstərən Bakı metropolitenində qatarların hərəkət cədvəli sərnişinlərə hələ də məlum deyilsə, insanlar görüş təyin edəndə öz vaxtını dəqiq necə planlaşdıra bilər? Strasburqda məsələn, heç yerə gecikmirdim, çünki tramvayların hərəkət cədvəlinə telefonda baxıb vaxtımı da ona görə uyğunlaşdırırdım. Amma gəlin indi məni bir də Bakıda görün.

[Elə dünən yoldaşlarla çimərliyə gedirdik, düz deyilən vaxtda artıq görüş yerində idim, amma yoldaşlar gəlib çıxana kimi bir saat Əzizbəyov ətrafında gün altında gəzib dolanmalı olmuşam. Hökumətin saldığı yeni park da səhra kimi bir yer imiş, nə qədər axtardım, kölgə tapmadım. İndi həmin yoldaşların adını çəkə bilməyəcəm, hamısı hörmətli gənc intellektuallardır, adlarını çəksəm, heç kəs inanmayacaq, nəticədə mən yalançı çıxacam. Amma gələn dəfə mən də belə bir görüşə ən azı yarım saat geciksəm yaxşıdır, yoxsa yenə vaxtında gəlib gün altında bir saat gözləsəm?]

Əgər sistem və ya mühit insanlardan intizamlı olmağı tələb edərsə, insanlar da zamana ayaq uydurmaq üçün mütləq intizamlı olacaqlar. Elə Cavidin öz yazısında nümunə göstərdiyi ASAN Xidmət mərkəzləri bizdə də intizamın mümkünlüyünə dəlil deyilmi?

***

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi?

Ən asanından başlayaq. Cənubi Koreya soyuq müharibə illərində ABŞ-ın Uzaq Şərqdə kommunizmə qarşı platsdarmı, forpostu idi, ona görə də Cənubi Koreyanın iqtisadi inkişafında və dövlət kimi güclənməsində amerikalılar az qala koreyalılar qədər maraqlı idilər. ABŞ 1946-1978-ci illər arasında təkcə Cənubi Koreyaya bütün Afrika qitəsinə göstərdiyi iqtisadi yardım həcmində maliyyə vəsaiti yatırmışdı. ABŞ öz bazarını Cənubi Koreya məhsullarına açmışdı, koreyalılarla elmi-texniki əməkdaşlıq edirdi, üstəlik onların bütün hərbi-müdafiə ehtiyaclarını qarşılayırdı. Cənubi Koreya möcüzəsinin arxasında duran şərtlər məhz bunlar idi.

Sinqapur bir az daha mürəkkəb məsələdir, amma o da möcuzə deyil. Beynəlxalq dəniz ticarət yolları üzərində əlverişli mövqedə yerləşən liman şəhər (cəmi milyon yarım sakin ilə), bu coğrafi mövqenin böyük iqtisadi potensialını anlayan vizyonlu, iradəli və səriştəli lider, onun gələcəyə baxışını anlayan və bölüşən daxili və xarici müttəfiqlər. İndi nə lazımdır? İnkişafa aparan lazımlı tədbirləri planlaşdırıb həyata keçirmək və inkişafa mane olan lazımsız əngəlləri aradan qaldırmaq.

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi? Əlbəttə, nəzəri olaraq mümkündür, amma pişiyin boynundan zınqırovu kim asacaq?

***

Bakıda qəbulların birində təsadüfən alman beton eksperti ilə qarşılaşmışdım. İkimiz də bərk içkili idik, ona görə də söhbətin Putin, Kafka və Appenvayer dəmiryol stansiyasında velosiped dayanacağı kimi mövzular arasında var-gəl etməsi heç də təəccüblü gəlmirdi. Söhbətin axırına doğru məni narahat edən bir mövzu barəsində sual verdim: Berlin divarı 30 il əvvəl sökülüb, amma necə olur ki, Berlində hələ də həmin divarın betonundan hazırlanan suvenirlər satırlar? Onlar saxtadır, yoxsa həqiqi?

Alman beton eksperti bir balaca fikirləşib qərarını verdi: həqiqidir. Sonra da əlavə etdi: bunu sizə alman beton eksperti deyir, nəzərə alın!

İndi sizcə, mən alman beton ekspertinə inanmışdımmı?

Əlbəttə inanmışdım.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel