Azlogos
  • Qaydalar
  • Kimlər var

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində - (2-ci hissə) Məni tənqid et, Sevda  Eros və Tanatos Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə) Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası ) ON 1K2 - (esse)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kərimlinin məkrli gülü

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
29 Aprel 2020
Sevinc Osmanqızına münasibət birmənalı deyil: bir qisminə görə o, haqq-ədalət carçısıdır. Digər qism isə onun ayrı-ayrı vaxtlardakı sürüşkən reputasiyasına görə tənqid edir.

Osmanqızı peşəkar jurnalistdir, AzTV və BBC məktəbini keçib. Onun keçmiş iş təcrübəsinin detallarına girmədən bugünki peşəkar fəaliyyəti ilə bağlı müşahidələrimi bölüşəcəm.

Yazını hazırlamaq üçün Osmanqızı TV-də də xeyli veriliş izlədim. Verişildən-verilişə keçdikcə Osmanqızı “Təhlükəli əlaqələr” filminin qəhrəmanı Markiza de Merteyi xatırladırdı…

Markiza de Mertey

“Mənə hücumlar bir mərkəzdən idarə olunur” adlı videoda jurnalist özünün “AXCP-nin AzTV-si” adlandırılmasına aydınlıq gətiməkdən çox, çıxışını özünəbəraət üzərində qurur. Qəzəbdən gülüşə, gülüşdən qəzəbə keçən emosional əhval-ruhiyyəsini idarə edə bilməyən Osmanqızının nitqi – biri digərini inkar edən, sistemisiz fikir yığnağına çevrilir. O, “AXCP-nin AzTV-si” ittihamının eyni mərkəzdən idarə edildiyini iddia edərək onu “nağıl” (oxu – uydurma) adlandırır. Növbəti ifadəsində isə “nağıl” adlandırdığı fikrin əslində həqiqət olduğunu etiraf edir. “Kim meydanda olacaqsa onun AzTV-si olacağam. Kim mübarizə aparacaqsa, mən onun AzTV-si olacağam” və s.

Müxalifətçilər arasında yalnız Əli Kərimlini xüsusi rəğbətlə vurğulayır, digərlərini (Müsavat və ReAl üzvlərini) isə aşağılayır. Elə həmin verilişdə simvolik bir situasiya yaşanır. Canlı efirə zəng vuran adam cəbhəçi olduğunu bildirərək, AzTV-nin sifarişli tamaşaçısının ritorikasında və üslubunda Osmanıqızını dəstəklədiyini, “cəbhənin AzTV-si” olmaqdan qürurlandığını dilə gətirir. Beləliklə, Osmanqızı və onun dəstəklədiyi cəbhəçilər subliminal mesaj verirlər: hakimiyyətə gəldikləri təqdirdə, onların “AzTV-si”ndə də alternativ, tənqidi fikirlər olmayacaq.

Osmanqızının əksər verilişlərinin qonağı Əli Kərimlidir. Fikir verdim, Osmanqızı yalnız Əli Kərimlinin qarşısında tərki-silahdır, xoşbəxtdir, ona heyranlıqla baxır, sözünü kəsmir, müdaxilə etmir, tərs və sərt suallar vermir. Nəticədə veriliş müsahibə yox, Əli Kərimlinin monoloqu janrını alır. Osmanqızı bunu jurnalistikanın normallığı kimi qəbul edir və etdirməyə çalışır.

Son videolardan birində Osmanqızı nitqinin emosional təsirini artırmaq məqsədilə manipulyativ lirik-poetik intonasiya və pauzaları, üzündəki hüznqarışıq qətiyyəti ilə tamaşaçıya səslənir: “Az sonra Əli Kərimli ilə müsahibə başlanacaq. Bəyənin və paylaşın… O, canlı olmasa da… Hökumət başa düşsün: izolyasiyada olan Əli Kərimli azadlıqda olan Əli Kərimlidən daha təhlükəlidir”. Son cümlə efirdən hədəliyici xəbərdarlıq libasında yayılır.

Digər verilişində o, qonaqları Ramiz Yunus və Qubad İbadoğlu ilə neftin qiymətinin aşağı düşməsinin dünyaya təsiri mövzusunu müzakirə edir. Əli Kərimlinin qonaq olduğu buraxılışlardan fərqli olaraq, Osmanqızının entuziazmı burada duyulmur, o, elə də həvəsli görünmür. Hətta sanki müsahiblərini candərdi dinləyir. Amma buzun sındığı an gəlir. Ramiz Yunusun “Verilişdən öncə Altay Göyüşovla danışdım. Professor Altay Göyüşov…” A.Göyüşovun adının çəkilməsi ilə Osmanqızının üzündəki laqeydlik əsəbiliyə doğru dəyişir, R.Yunusun bir neçə dəfə sözünü kəsməyə çalşır: “Hər halda ümid edirdim ki, ziyalı kimi fərli nümunə taparsız. Altay Göyüşovun gətirib adını saldız. Həqiqətən professorlarmız, həqiqətən vətənpərvərlərimiz… hansısa partiyanın qanadının altına sığınan, demokratik düşərgəyə (Əli Kərimli nəzərdə tutulur) şər-böhtan atanlar yox”.

Osmanqızı A.Göyüşovu fikirlərindən çox, kinayəli təbəssümü və intonasiyası ilə aşağılayır. Onun qəzəbi soyumaq bilmir, qonaqlar başqa mətləblərdən xeyli danışandan sonra da, verilişin sonuna yaxın aparıcı guya yarızarafat yenidən söhbətə qayıdır: “Mənsə Altay Göyüşov söhbətini hələ Ramiz müəllimlə davam etdirəcəm”. Verilişin əvvəlindən demokratik labüdlükdən cəsarətlə danışan Ramiz Yunus onun davranışına müti təbəssümlə reaksiya verir və Osmanqızıdan sanki ehtiyat edərək üzrxahlıq etmiş kimi görünür.

Osmanqızının Göyüşova qəzəbi, ikincinin sosial şəbəkədə Əli Kərimlinin ünvanına yazdığı statuslardan qaynaqlanır. AzLogos-dakı vlogumda məsələyə toxunmuşam. Ancaq indi mövzu bu deyil. Osmanqızı ölkədə nəyisə dəyişmək istəyən siyasi təşkilatın maraqları naminə, dediyi hansısa sözə görə kimisə hər fürsətdə hikkəylə aşağılaya bilir. Qanunauyğun paradoks ortaya çıxır. Hakimiyyəti avtoritarlıqda ittiham edən Osmanqızı davranış və fəaliyyətilə avtoritarizmin mücəssəməsinə çevrilir.

Osmanqızı bir qayda olaraq, Əli Kərimlinin tənqidçilərinə psixoloji təzyiq səviyyəsində münasibət göstərir. Ötən ilin dekabrındakı buraxılışda Tofiq Yaqublu və Natiq Cəfərli ilə seçkilər müzakirə edilirdi. Osmanqızı tez-tez N.Cəfərlinin sözünü kəsərək müdaxilə edir, sarkastik baxışı, gülüşü, süzüşü, intonasiyası ilə müsahibini əzməyə çalışır, T.Yaqublu opponent olduğu təqdirdə, Osmanqızı özü də opponent, tərəf kimi çıxış edir.

…“Təhlükəli əlaqələr” filminin rejissoru Stiven Frirz final səhnəsində məkrli oyunbaz, intriqant Markiza de Merteyin obrazının mahiyyətinin əla təsvir həllini verir: güzgü qarşısında dayanan Markiza ləng hərəkətlə üzündəki makiyajı silir. Makiyaj silindikcə, onun ənlik-kirşan altında gizlənən həqiqi siması ortaya şıxır. Və tamaşaçının qarşısında çirkin bir qadın dayanır. Təbii ki, zahiri çirkinliyi onun mənəvi dünyasını, mövqeyini, prinsiplərini simvolizə edirdi…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022

Redaktorun seçimi

Yer üzərində həyatın yaranma səbəbi açıqlanıb

Dedi-qodu

AzLogos müsabiqənin nəticələrini açıqlayır

Sürixdə Zəfər günü

Bizim qırmızı xəttimiz

Gözyaşı, yoxsa qayaların toqquşması? – Abbas Atilay təqdim edir

Transmilli fallos fenomeni

Rəşad Məcid nə istəyir?

Putin: “Onlar xain və cəllad idilər”

Müasir dünyada virtual tanışlıq

Memardan üzr istədilər

Serena filminin təqdimi

Bir qapıya vurulan qollar

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Havayi qalalar

Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

Komendant-karantin dövrü

Nəriman Nərimanov – 151

Oblomov kimdir?

Bakının sirləri

Qədim yunanlar və romalılar mükəmməl insanları necə yetişdirirdilər

Putin Qərbin dostudur

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

Ziddiyyətlər ölkəsi

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

Bu fransızlar yenə dinc durmur – Əli Novruzov

Abort haqqının müxtəlif hüquq sistemlərinə görə müqayisəsi

Love

Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti

Mitinqlər Tiflisə necə təsir edib?

Kərimlinin məkrli gülü

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
29 Aprel 2020
Sevinc Osmanqızına münasibət birmənalı deyil: bir qisminə görə o, haqq-ədalət carçısıdır. Digər qism isə onun ayrı-ayrı vaxtlardakı sürüşkən reputasiyasına görə tənqid edir.

Osmanqızı peşəkar jurnalistdir, AzTV və BBC məktəbini keçib. Onun keçmiş iş təcrübəsinin detallarına girmədən bugünki peşəkar fəaliyyəti ilə bağlı müşahidələrimi bölüşəcəm.

Yazını hazırlamaq üçün Osmanqızı TV-də də xeyli veriliş izlədim. Verişildən-verilişə keçdikcə Osmanqızı “Təhlükəli əlaqələr” filminin qəhrəmanı Markiza de Merteyi xatırladırdı…

Markiza de Mertey

“Mənə hücumlar bir mərkəzdən idarə olunur” adlı videoda jurnalist özünün “AXCP-nin AzTV-si” adlandırılmasına aydınlıq gətiməkdən çox, çıxışını özünəbəraət üzərində qurur. Qəzəbdən gülüşə, gülüşdən qəzəbə keçən emosional əhval-ruhiyyəsini idarə edə bilməyən Osmanqızının nitqi – biri digərini inkar edən, sistemisiz fikir yığnağına çevrilir. O, “AXCP-nin AzTV-si” ittihamının eyni mərkəzdən idarə edildiyini iddia edərək onu “nağıl” (oxu – uydurma) adlandırır. Növbəti ifadəsində isə “nağıl” adlandırdığı fikrin əslində həqiqət olduğunu etiraf edir. “Kim meydanda olacaqsa onun AzTV-si olacağam. Kim mübarizə aparacaqsa, mən onun AzTV-si olacağam” və s.

Müxalifətçilər arasında yalnız Əli Kərimlini xüsusi rəğbətlə vurğulayır, digərlərini (Müsavat və ReAl üzvlərini) isə aşağılayır. Elə həmin verilişdə simvolik bir situasiya yaşanır. Canlı efirə zəng vuran adam cəbhəçi olduğunu bildirərək, AzTV-nin sifarişli tamaşaçısının ritorikasında və üslubunda Osmanıqızını dəstəklədiyini, “cəbhənin AzTV-si” olmaqdan qürurlandığını dilə gətirir. Beləliklə, Osmanqızı və onun dəstəklədiyi cəbhəçilər subliminal mesaj verirlər: hakimiyyətə gəldikləri təqdirdə, onların “AzTV-si”ndə də alternativ, tənqidi fikirlər olmayacaq.

Osmanqızının əksər verilişlərinin qonağı Əli Kərimlidir. Fikir verdim, Osmanqızı yalnız Əli Kərimlinin qarşısında tərki-silahdır, xoşbəxtdir, ona heyranlıqla baxır, sözünü kəsmir, müdaxilə etmir, tərs və sərt suallar vermir. Nəticədə veriliş müsahibə yox, Əli Kərimlinin monoloqu janrını alır. Osmanqızı bunu jurnalistikanın normallığı kimi qəbul edir və etdirməyə çalışır.

Son videolardan birində Osmanqızı nitqinin emosional təsirini artırmaq məqsədilə manipulyativ lirik-poetik intonasiya və pauzaları, üzündəki hüznqarışıq qətiyyəti ilə tamaşaçıya səslənir: “Az sonra Əli Kərimli ilə müsahibə başlanacaq. Bəyənin və paylaşın… O, canlı olmasa da… Hökumət başa düşsün: izolyasiyada olan Əli Kərimli azadlıqda olan Əli Kərimlidən daha təhlükəlidir”. Son cümlə efirdən hədəliyici xəbərdarlıq libasında yayılır.

Digər verilişində o, qonaqları Ramiz Yunus və Qubad İbadoğlu ilə neftin qiymətinin aşağı düşməsinin dünyaya təsiri mövzusunu müzakirə edir. Əli Kərimlinin qonaq olduğu buraxılışlardan fərqli olaraq, Osmanqızının entuziazmı burada duyulmur, o, elə də həvəsli görünmür. Hətta sanki müsahiblərini candərdi dinləyir. Amma buzun sındığı an gəlir. Ramiz Yunusun “Verilişdən öncə Altay Göyüşovla danışdım. Professor Altay Göyüşov…” A.Göyüşovun adının çəkilməsi ilə Osmanqızının üzündəki laqeydlik əsəbiliyə doğru dəyişir, R.Yunusun bir neçə dəfə sözünü kəsməyə çalşır: “Hər halda ümid edirdim ki, ziyalı kimi fərli nümunə taparsız. Altay Göyüşovun gətirib adını saldız. Həqiqətən professorlarmız, həqiqətən vətənpərvərlərimiz… hansısa partiyanın qanadının altına sığınan, demokratik düşərgəyə (Əli Kərimli nəzərdə tutulur) şər-böhtan atanlar yox”.

Osmanqızı A.Göyüşovu fikirlərindən çox, kinayəli təbəssümü və intonasiyası ilə aşağılayır. Onun qəzəbi soyumaq bilmir, qonaqlar başqa mətləblərdən xeyli danışandan sonra da, verilişin sonuna yaxın aparıcı guya yarızarafat yenidən söhbətə qayıdır: “Mənsə Altay Göyüşov söhbətini hələ Ramiz müəllimlə davam etdirəcəm”. Verilişin əvvəlindən demokratik labüdlükdən cəsarətlə danışan Ramiz Yunus onun davranışına müti təbəssümlə reaksiya verir və Osmanqızıdan sanki ehtiyat edərək üzrxahlıq etmiş kimi görünür.

Osmanqızının Göyüşova qəzəbi, ikincinin sosial şəbəkədə Əli Kərimlinin ünvanına yazdığı statuslardan qaynaqlanır. AzLogos-dakı vlogumda məsələyə toxunmuşam. Ancaq indi mövzu bu deyil. Osmanqızı ölkədə nəyisə dəyişmək istəyən siyasi təşkilatın maraqları naminə, dediyi hansısa sözə görə kimisə hər fürsətdə hikkəylə aşağılaya bilir. Qanunauyğun paradoks ortaya çıxır. Hakimiyyəti avtoritarlıqda ittiham edən Osmanqızı davranış və fəaliyyətilə avtoritarizmin mücəssəməsinə çevrilir.

Osmanqızı bir qayda olaraq, Əli Kərimlinin tənqidçilərinə psixoloji təzyiq səviyyəsində münasibət göstərir. Ötən ilin dekabrındakı buraxılışda Tofiq Yaqublu və Natiq Cəfərli ilə seçkilər müzakirə edilirdi. Osmanqızı tez-tez N.Cəfərlinin sözünü kəsərək müdaxilə edir, sarkastik baxışı, gülüşü, süzüşü, intonasiyası ilə müsahibini əzməyə çalışır, T.Yaqublu opponent olduğu təqdirdə, Osmanqızı özü də opponent, tərəf kimi çıxış edir.

…“Təhlükəli əlaqələr” filminin rejissoru Stiven Frirz final səhnəsində məkrli oyunbaz, intriqant Markiza de Merteyin obrazının mahiyyətinin əla təsvir həllini verir: güzgü qarşısında dayanan Markiza ləng hərəkətlə üzündəki makiyajı silir. Makiyaj silindikcə, onun ənlik-kirşan altında gizlənən həqiqi siması ortaya şıxır. Və tamaşaçının qarşısında çirkin bir qadın dayanır. Təbii ki, zahiri çirkinliyi onun mənəvi dünyasını, mövqeyini, prinsiplərini simvolizə edirdi…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
sev-2
.

Məni tənqid et, Sevda 

24 İyun 2022
IMG-20220522-WA0005
.

Eros və Tanatos

17 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Çaykənd_əməliyyatı
.

Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası )

30 May 2022
IMG-20220526-WA0001
.

ON 1K2 – (esse)

27 May 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel