Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İnternet blokadasında itirdiklərimiz – qazandıqlarımızdır

Gülnar Əhməd Gülnar Əhməd
Vətən müharibəsi
15 Oktyabr 2020

Müharibə şəraitində bizə internet blokadası lazımdırmı? Lazımdırsa, nəyimizə lazımdır? İşin gedişinə internetlə daha çox fayda verə bilirik, yoxsa internetsiz, sosial dünyadan deaktiv qalaraq?

Mövzunu çözələmək, fikirlərimizi əsaslandırmaq üçün əvvəlcə qısaca hərb tarixində KİV-in roluna göz ataq. Hərb tarixində müharibəni KİV vasitəsilə olduğu kimi görənlərmi qazanclı çıxır, yoxsa cəmiyyətini “hovuz sistemi”ndə saxlayanlarmı?

Müharibələr tarixində xəbərlərin birbaşa müxbir vasitəsi ilə qəzetlərdə verilməsi və bir təbliğat vasitəsi kimi istifadə edilməsi ilk dəfə Osmanlı-Rusiya (Krım, 1878) müharibəsi ilə başlayır. Təxminən, 30 il – I Dünya Müharibəsindən həm əvvəl, həm də sonra aparılan siyasi təbliğat işləri sayəsində medianın əhəmiyyəti daha da artır. II Dünya Müharibəsinin başlaması ilə KİV-in əhəmiyyətilə yanaşı, təsiri də artır. Müharibə illərində ABŞ, SSRİ, Almanya və İtaliya kimi bir çox Avropa ölkəsinin təbliğat işlərində KİV-lə əməkdaşlığa üstünlük verilir və bu məsələ üçün ayrıca qurumlar yaradılır. O illərdə artıq radio kəşf olunmuşdu və funksional şəkildə istifadə edilirdi.

Televiziyanın insanların həyatına girməsi isə bütün sahələrdə təbliğat vasitələrinin önünə keçir.

Televiziya ekranlarından canlı yayımlanan ilk müharibə, Vyetnam müharibəsi idi. ABŞ-dan 19 min kilometr uzaqda baş verən bu müharibə televiziya vasitəsi ilə amerikalıların evlərinə gəlmişdi. Fəqət ABC, CBS, NBC kimi üç böyük televiziya kanalı, rəhbərliyin təziyiqilə sponsorlarını itirməmək və geniş xalq kütlələrilə qarşı-qarşıya gəlməmək üçün daxili senzura tətbiq etdi. Kanallar, əvvəlcə ABŞ-ın müharibədən zəfərlə çıxacağı ümidi ilə Amerika ordusunun imicinə zərər verməməkdən ötrü Şimali Vyetnam və Vietkonq gerillalarına edilən zülmlər, viran olan kəndlər, şikəst qalan insanlar, yəni qan və gözyaşı kimi xəbərləri vermədi. Statistikaya görə, ABŞ-ın Vyetnamda olan 500 nəfərə qədər müxbirindən çox azı həqiqi müharibə xəbəri verirdi.

Entam və Paletz, Vyetnam Müharibəsinin medyadakı yerini iki dövrə bölür. “Xoşluq dövrü”ndə (1963-1967) Vyetnam məsələsi cəmiyyətə kommunizmin qarşısını almağa yönəlmiş proses kimi təqdim edilir. Buna görə, mediadan, siyasi çevrədən, universitetlərdən və Amerika xalqından böyük dəstək alır.

Lakin 1965-də müharibəyə göndərilən əsgərlərin sayının hədsiz çoxalması medianın və xalqın həssaslığını artırır. Müharibə istəməyənlərin sayı 1967-ci ilə qədər 24%-dən 46%-ə qalxır. Müharibəyə qarşı müxalifətin artması, media və televiziyada müharibə qurbanlarının göstərilməsi, şübhəli bir veytkonqlunun Sayqon küçələrində güllələnməsi, atılan bombalardan yaralanan bir qız uşağının qaçması, bir amerikalı əsgərin çaxmağıyla Şimali Vyetnam kəndilisinin evinin yandırılması kimi hadisələri tv-lərdən canlı izləmək öz nəticəsini verir. Yəni kütlənin emosional zəkası ağıl zəkasını üstələyir, empatiya hissi öz sözünü deyir. Hətta o illərdə yaxınlarının ölümünü tv-dən öyrənənlər, izləyənlər belə olur.

Amerika rəhbərliyi, Vyetnam müharibəsində kütlələrin dəstəyini almaqda KİV-in əhəmiyyətini qavramışdı, lakin bir şeyi diqqətdən qaçırmışdı – tv-lərin müharibəyə qarşı mövqe göstərə biləcəyini. Bu telekanallar müharibənin fəsadlarını kütləyə göstərməklə kütlədə empatiya hissini oyadacaqdı və bu addım, ABŞ-ın müharibədəki uğursuzluğunda ciddi rol oynayacaqdı.

ABŞ, bu səhvindən ciddi dərs çıxardı və Körfəz böhranında KİV-i yanında və nəzarətində saxlayıb səmərəsini gördü.

 “Qiyaməti də göstərəcəyik” şüarıyla meydana atılan CNN, Körfəz müharibəsində bütün dünya tv-lərini qabaqladı. Pentaqonun tenderinə rəqibsiz girərək canlı yayın haqlarını əldə etdi, (müharibənin başladığını xəbər verən ABC olsa da) təmiz və mediatik olaraq tanıtdığı bu müharibəni Bağdaddakı Əl-Rəşid otelindən canlı yayınlamağa nail oldu. Fransadan Türkiyəyə qədər bütün ittifaq ölkələrinin tv-ləri CNN-ə bağlandı. Heç kim İraq mediasını diqqət yetirmədi.

Körfəz müharibəsi müddətində izləyicisinin sayını 6 dəfə artıran CNN müharibə boyu bir dəfə də olsun, iraqlıların cəsədlərini göstərmədi. Qan qoxuyan, dəhşət saçan heç bir səhnə insanların evinə qonaq ola bilməzdi. Sadəcə hərbi hədəflərin vurulduğu, sivillərin zərər çəkmədiyi vurğulanırdı. Müharibə, müharibədən çox bir kompüter oyunu kimi təqdim olunurdu. Bundan başqa, CNN hərbi qüvvələrin əhvalını pozan xəbərlərdən də qaçır, vurulan təyyarələrlə bağlı məlumatlar vermirdi. 1400 nəfər jurnalistə rəğmən tətbiq olunan “hovuz sistemi” sayəsində istənməyən heç bir məlumat mediaya sızmadı. ABŞ, Vyetnam müharibəsində olanların əksinə, bu dəfə dünyanı öz istədiyi informasiya ilə məlumatlandıraraq Körfəz böhranından uğurla çıxdı. “Hovuz sistemi” isə müharibənin ən əsas silahlarından biri olan kütlənin emosiyalarını nəzarətdə saxlamaq üçün əsas taktikalardan biri kimi hərb tarixinə düşdü.

Və dünya tarixi gəlib çatdı XXI əsrə – ağıllı telefon dövrünə.

Bu gün əlində ağıllı telefon olan hər kəs bu dünyada potensial informasiya yayıcısıdır. Kimin əlinə hansı məlumat keçsə, ağına-bozuna baxmadan bir neçə dəqiqə ərzində milyonlara çatdırmaq imkanına sahibdir. Demək vəziyyətə nəzarət tv dövründən daha çətindir. Dünya hərb tarixində hələ ki internet dövründə bizim kimi lokal müharibəyə məruzqalma təcrübəsi yoxdur. O zaman öz göbəyimizi kəsmək öz üzərimizə düşür.

EQ-sü (emosional zəkası) daha yüksək olan kütləni necə idarə edə bilərik ki, hadisələr bizim ziyanımıza işləməsin?

Rotterdamlı Erasmus ağıl və emosiya arasındakı bu çox qədimlərə gedib çıxan gərginliyi belə dilə gətirirdi: Yupiter ağıldan çox ehtirasdan bəhs edir. Bunun nisbətini hesablasaq, 24-ün 1-ə nisbəti düşər. Yupiter, ağlın mütləq gücünə qarşı mübarizə aparması üçün iki ayrı hiddətli üsyankar yaradır – hirs və şəhvət. İnsanın həyatdakı yerini asanlıqla göstərə bilən bu bu iki gücün birliyinə qarşı ağıl necə mübarizə apara bilər? Hirslə şəhvət getdikcə səsini yüksəldir, qarşı çıxır, ağlı yox eləməyə çalışır. Ağlın əlindən gələn yeganə iş isə bağıra-bağıra ərdəmli olmağın yollarını təkrarlamaqdır, ta ki tükənənə, əl çəkənə və boyun əyənə qədər.

Toplumumuzun EQ-su yüksək hissəsinin internet blokadasında qalmağından itirdiklərimiz – qazandıqlarımızdır.

Çox vaxt ağıl zehnimizlə (IQ) emosional zehnimiz (EQ) bir-biri ilə əməkdaşlıq edir. Emosiyalar düşüncələr üçün, düşüncələr isə emosiyalar üçün keçilməzdir. Ancaq ehtiraslar bu balansı zədələdikdə, emosional zehin üstünlük qazanır və ağıl zehnini təsirsiz hala gətirir. Təsəvvür edin, sərhəd kəndlərindən birinin bir sakininin emosional zehni ağıl zehnini təsirsiz hala gətirir və o, qulaqdan eşitdiyi “həqiqəti” “facebook”da paylaşır. “Erməni qırıcısı bizim könüllüləri daşıyan maşını bombaladı.” (Bu dezonun şahidi şəxsən mən özüməm. İyirmi dəqiqə sonra öyrənə bildik ki, məlumat dezinformasiyadır.) Və bütün ölkə, o cümlədən övladı sərhəddə olan ailələr dəyir bir-birinə. Dezinformasiya xarici ölkələrə, xüsusən, düşmən ölkəyə yayılır. Tülkü tülkülüyünü sübut edənə qədər, dərisini boğazından çıxararlar. Çünki emosiyalar infeksiya kimi keçicidir. Yaxud “gecə yatmayın, iki erməni dığası sərhədi keçib buraları dağıdacaqlar” kimi əsassız şayiələr cəbhə bölgəsində sonsuzdur və lokal yayılmasının qarşısını almaq mümkün deyil.

Bir şeyin təhlükəli ola biləcəyini anlamağımız üçün onun tam olaraq nə olduğunu bilməyə ehtiyacımız yoxdur. Necə ki amiqdalanın təsirilə qorxusunu milyonlara çatdıranlar, onun məsuliyyətini daşıya bilmir. Nevroloq Jozef Le Dyuks, “belə inkişaf eləməmiş emosional xətaların kökündə emosiyanın düşüncədən əvvəl gəlməsi yatır” deyirdi. Daniel Golemanın fikrinə görə isə, “stress insanları axmaq edir”. Onda təxmin eləməyə çalışaq, dövlətin maraqları və sosial şəbəkələrdəki milyonlarla insanı, emosional zəkası ağıl zəkasını zəbt etmiş digər minlərlə insanın sonunu düşünmədiyi, nəticəsini görə bilmədiyi, özünü məsul hiss etmədiyi müharibə dezinformasiyalarından hansı aqibət gözləyə bilər?

Bu internet blokadasında sosial şəbəkədən kənar qalanlar, əsasən, rayon sakinləri, əksəriyyəti də qadınlardır. Daniel Qolemana görə, “yüksək IQ-lu qadınlar özlərindən gözlənən intellektual güvənə sahibdirlər. Düşüncələrini ağıllı şəkildə ifadə edə bilir, intellektual mövzulara dəyər verirlər, geniş intellektual və estetik maraq dairəsinə sahibdirlər. Bu tip qadınlar eyni zamanda öz-özlərini təhlil edə bilən, qayğıya, dərin düşüncəyə malik, özlərini günahkar hiss etməyə meyilli, bundan başqa hirslərini açıq şəkildə göstərməyən adamlardır.

Emosional zəkası (EQ) yüksək qadınlar isə əksinə, özünü ortaya qoya bilən, hisslərini birbaşa dilə gətirən, özlərinə müsbət tərəfdən baxan, həyatda bir məna tapan insanlardır. Kişilər kimi, onlar da ekzoterik, yüksək əhval ruhiyyəli olurlar, hisslərini uyğun şəkildə ifadə etməyi, stressə asanlıqla uyğunlaşmağı bacarırlar. Sosial davranışları yeni insanlara asanlıqla uyğunlaşa bilmələrini təmin edir. Saf IQ-lu qadınların əksinə, onlar nadirən qayğılı olur, yaxud özlərini nədəsə günahkar hiss edir və dərin fikirlərə dalırlar.”

Cəmiyyətimizdə Qolemanın ikinci tərifinə daha çox uyğun gələn, bizim az bilgili, daha səmimi və davranışının məsuliyyətini daşımayan analarımızın, xalalarımızın, bibi və bacılarımızın daha çox olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu gün bu məsələdə verilən ən doğru qərar internet blokadasıdır. Dövlətin və demək olar, bütün xalqın zəfər gözləntisini bu kiçik məhdudiyyətə güzəştə getmək olmaz.

Bəs virtual savaş necə olsun?

Əvvəla 27 sentyabrdan bəri özəl serverlərdə internetin sürəti zəifləsə də, davamlı olaraq var. İkinci tərəfdən virtual savaşı edəcək adamlar, ən azı, ingilis dilini bilən, bu işin ciddiyətini anlayan İQ-sü EQ-sünü zəbt etmək gücünə malik fərdlərdir. Onlar da internetə qoşulmağın yolunu tapırlar. Blokada vəziyyətində belə gənclərimiz lazımlı şəkildə virtual savaş apardılar və davam etdirirlər. Əlbəttə, bu vəziyyət onlar üçün maddi cəhətdən bir qədər çətinlik törədir. Lakin son zərurət halında seçə biləcəyimiz ən doğru yol budur.

Hər şeyə yaxşı tərəfindən baxmaq da ümid kimi, çətinliklərə və maneələrə rəğmən həyatda hər şeyin yaxşı olacağına dair bir gözləntidir.

Təxminlərə görə, bəlli bir zəka səviyyəsindəki insanların əldə etdikləri nailiyyətlərin başında, təkcə qabiliyyətlərinin yox, məğlubiyyətə qarşı dözümlü ola bilməklərinin də payı var. Xalqımızın bu yolda nailiyyət əldə etmək üçün qarşılaşacağı hər bir çətinliyə dözümlü olması diləyi ilə…

Ü. Yıldıran Ömk, Yaşar Universiteti jurnalı, Televiziyada müharibə xəbərləri üzərinə qarşılaşdırma
Danilel Qoleman, Emosional zəka
Son göndərdiyim yazıda bu mənbələrdən istifadə eləmişəm. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

e8f99b6cf04cc41a33c378a2695df1bb
.

Robert Köçəryanın erməni təbliğatına vurduğu zərbə

06 Dekabr 2020
Azerbaijan-Military-October-22-2020-e1603709200824
Vətən müharibəsi

Qalibiyyətə şübhə edən biçarələr

05 Dekabr 2020
965ec228574b8fe
.

Laçının işğalı (1992)

01 Dekabr 2020
1585801479_1490968822_13
.

Kəlbəcərin işğalı (1993)

25 Noyabr 2020
unnamed
Vətən müharibəsi

31 il öncəki Kəlbəcər faciəsi

22 Noyabr 2020
1595939906963_PIB32VEx
.

Ağdam uğrunda döyüşlər (1993)

20 Noyabr 2020

Redaktorun seçimi

Azərbaycanda və Ermənistanda yəhudi olmaq

Erməni qızın oyanışı və yanan kenqurular

Dağıstanda Azərbaycan dili

Sağlamlaşdırma əməliyyatı – 2020

Həqiqəti görmək niyə çətindir?

Milli kimlik anlayışının formalaşmasında kədər məfhumunun rolu

Kütlə və fərd – dialektik təzad

Leviafan və Hippopotam – Apostrof

Depressiya və Azərbaycan gəncliyi

Azərbaycanda əcaib işsizlik

Porno narahat edəndə

Ölü kənddə gəzinti

Azərbaycanın qələbədə rolu

Meliorasiya şousu

Azərbaycan ədəbiyyatının yuxu xəstəliyi

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Kamran Ağabalayev: “Azərbaycanda kinonun olması vacib deyil”

Qorxaqlığımız genetikdir?

Bəlğəmə həsrət küçələr

Yemişsatan arvadın əhvalatı

Ermənilər və biz

Mercedes-Benz – tarix və bu gün

“731-ci dəstə”: yapоn ölüm fabriki haqqında dəhşətli həqiqətlər (18+)

Azərbaycanda kitab oxunurmu?

NASA “dünyanın axırının” şəklini çəkib

Avropadan niyə inciyirik?

Səma uşaqları

Qəhvə və parkinqi nə birləşdirir?

28 Aprelin ilk qurbanlarından birini niyə kürəyindən güllələdilər?

Planet hirsini necə soyudur?

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel