Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İnsan vəsvəsəsi

Saleh Mehdizadə Saleh Mehdizadə
., Mövqe
10 İyun 2023

“İnsan”ı anlamaq nə üçün vacibdir? İnsanmı cəmiyyəti şərtləndirir yoxsa cəmiyyətmi insanı müəyyən edir? Narahat olmayın, bu suala bayağı “hər ikisi bir-birinə təsir edir” cavabı verməyəcəyəm. Onsuz da bir çox mütəfəkkir cəmiyyət haqqında tezislərini qurarkən insanı cəmiyyətin təməl daşı kimi görür. Cəmiyyətin təməl daşı kimi insan təbiətinin cəmiyyətin quruluşuna və xarakterinə təsir etdiyini bildirirlər. Digər tərəfdən, cəmiyyətin özü insan təbiətini dəyişə bilər. Lakin aydınlaşdırmaq lazımdır ki, insan dedikdə bu mütəfəkkirlər nəyi nəzərdə tutur? Ümumiyyətlə haradan qaynaqlanır bu insan vəsvəsəsi?

Düşüncə tarixində insanı mərkəz alaraq onun ətrafında fəlsəfi sistem yaratmaq, insanın əsas alan etik, siyasi nəzəriyyələr inkişaf etdirmək heç də yeni bir hadisə deyil. Hələ qədim yunanda İnsan hər şeyin ölçüsüdür deyən Prataqordan, fəlsəfənin əsas problemini təbiətdən insana dəyişən Sokratdan bəri bu ideya bəşər tarixində mövcud olmuşdur. İnsanı mərkəzə qoyaraq icmaçı görüşlərə əks olan insanın arzuları, istəkləri, xoşbəxtliyi, doğru bilgiyə çatması və.s digər problemləri əsas alan insanmərkəzçi liberalizmdə də və hətta dərindən baxsaq bu prinsiplərələ icmaçı görüşlərdə də qarşılaşırıq. Nəticədə icmanın vacibliyini önə qoyan mütəfəkkirlərin də bunu etmə səbəbi yenə də insan üçün daha yaxşı olacağına inanmalarıdır. Yəni nəticə nə olursa olsun bütün siyasi ideologiyalar və etik nəzəriyyələr əslində insanı mərkəzə qoyaraq öz sistemlərini yaradırlar.

“İnsan”ı anlamaq

Burada məsələ insan deyərkən ona verilən şərhlərin necəliyində, yəni fərqliyindədir. Bu fərqli şərhləri kobudca iki əsas kateqoriyaya ayırsaq, qarşımıza iki fərqli düntyagörüşü çıxır. İnsanın cahanşümul bir anlayış olaraq şərh edilməsi və insanın əlahiddə, məhəlli bir anlayış olaraq mənalandırılması.

Cahanşümul dedikdə nəzərdə tutduğum bütün insanların ortaq keyfiyyətlərinin mücərrədləşdirilməsi yoluyla yaradılan insan anlayışıdır. İnsanın təbii tələblərindən tutmuş ona apriori xas olan hüquqları, bütün insanlara aid xoşbəxtlik, yaşama arzusu, gerçək bilgiyə çatma, rasional düşünmə, ləyqətli həyat kimi sosial və təbii istəkləri nəzərdə tutulur. İnsanın əlahiddə şərhi isə, prinsipcə insana xas cahanşümul keyfiyyətlərin mövcudluğunu qəbul etsə də, insanın sadəcə mücərrəd ideya olmadığını, onun ətdən-sümükdən ibarət sosial varlıq olduğunu və bir cəmiyyətdə doğulduğu fikrini müdafiə edir. İnsanı doğulduğu, boya başa çatdığı, həyatını yaşadığı cəmiyyət daha dəqiq o cəmiyyətin mürəkkəb siyasi-etik münasibətlər yumağı yetişdirir və müəyyən edir. Bu baxımdan insan daha çox məhəlli varlıqdır nəinki, cahanşümul. İnsanın cahanşümul anlaşılmasına qarşı yönəldişmiş maraqlı tənqidlərdən biri fərdin yəni insanın liberal perspektivdə kontekstdən çıxarılmış akultural anlayış olması təsbitidir. Bu baxımdan liberalizmin konseptualizə etdiyi fərd əslində qərb kontekstindən çıxarıldıqda dünyanın heç bir bucağında özünə yer tapmır. Liberalizmin cahanşümul fərd anlayışını, qərbli, ağ, kişi, orta-üst sinifə aid olan insanların ümumiləşdirilməsidir. Bu təndiq liberalizmin özünün əslində bir kontekstdən çıxarılmış fərdi, cahanşümul, ümumbəşəri fərd olaraq qəbul etdirməyə çalışmasını bütün çılpaqlığı ilə ortaya çıxarır.

Yaxşı və yaman “insan”

Doğrudan da liberalizmin insan anlayışı ümumbəşəridir və bu baxımdan da birləşdiricidir. Bütün insanların eyni hüquqlara sahib olması, yaxşı həyat yaşaması ideyası nə üçün yaman bir ideya olsun ki? Bu düşüncə, bərabərlik və ədalətin təmin edilməsi yolunda bir yolgöstərici kimi ortaya çıxır. Nə üçün belə bir ideyanı sorğulamalıyıq ki? Əslində məsələ də bundadır. İdeyanın universal olma iddiasında.

Mən əxlaqın yaxşı və yaman anlayışlarının təcrübədən kənar sadəcə nəzəri olaraq təsbit oluna bilməyəcəyi fikrini müdafiə edirəm. İnsanın, inancları, etik və mənəvi dəyərləri, tərbiyəsi yaşadığı mühit, aid olduğu mədəniyyət, dövrünün ictimai-siyasi gerçəklikləri kimi bir çox amil tərəfindən formalaşdırılır. Buna görə də, “yaxşı” və “yaman” anlayışları, müxtəlif mədəniyyətlər və cəmiyyətlər arasında fərqli anlamlar daşıyabilir.

Məsələ ondadır ki, əgər biz qərb kontekstindən çıxarılmış və cahanşümul olaraq təqdim olunan insanı bütün insanlığa əks etdirsək, böyük bir yanlışa düşmüş olarıq. Öz gerçəkliyimizdən qoparaq, öz insanımızın əsl arzularını, tələblərini dərk etməkdən uzaqlaşarıq. “Cahanşümul insanın” keyfiyyətlərini öz insanımıza proyeksiya edib və bunun qarşılığını öz insanımızda tapmadıqda necə bir qənaətə gəlmiş olarıq? Ən kəskin ehtimal öz insanımızın insanlıq keyfiyyətlərindən məhrum olduğunu düşünərik. Nə üçün azərbaycanlının ümumbəşəri dəyərlər, insan haqları kimi mövzularda qayğısız olduğunu anlamarıq, ancaq hansısa məhəlli bir münaqişəni həyatının ən vacib probleminə çevirdiyini görüb gözümüzü döyə-döyə dərin düşüncələrə dalar və bir az qüssələnib, bir az əsəbiləşib hətta onları söyə, aşağılaya da bilərik. Axı necə ola bilər ki, insan olan bir varlıq belə önəmli cahanşümul məsələləri vecinə almasın, ancaq bir parça torpağa görə ölümə getsin və ya heç vaxt ala bilməyəcəyini bildiyi halda bir anadolu kəndlisi TOGG maşınının istehsalına niyə sevinsin?

Bu yazını oxuyan oxucu yəqin belə halların artıq baş verdiyinin də fərqinə varıb. Azərbaycan insanının sərt tənqidçilərinin əksəriyyətinin cahanşümul insan, ümumbəşəri insan anlayışından çıxış edərək tənqid etdiyini və öz insanımızı bu baxımdan da dərk etmədiyini yəqin anlayanlar olub.

İnsanın vəsvəsəyə çevrilməsi

Cahanşümul İnsanı mərkəzə qoyan əxlaq yüksək pərdədən danışır, özünün yeganə doğru əxlaqi prinsip olduğunu iddia edir. Əks olan hər görüşün “insani” olmadığını buna görə də rədd edilməli olduğunu müdafiə edir. Burada bir təzad yoxdurmu? Eyni zamanda çoxfikirlilik, əks fikirlərə dözümlülük, ifadə azadlığının əvəzolunmazlığını müdafiə edən bir dünyagörüşü necə həm də totalitar bir mövqedən çıxış edə bilər? Liberalizmi totalitarlığa sürükləyən nədir? Əslində hər nə qədər ziddiyyətli görünsə də bu ziddiyyətin səbəbi liberalizmin ən təməlində yatır. Ümumbəşəri, cahanşümul, universal olma iddiası istər-istəməz yeganə doğru olma iddiasına çevrilir və nəticədə qeyri-demokratik, totalitar bir forma alır. Ona görə də, bir fikrin sadəcə nəzəriyyədə yaxşı olması kifayət deyil, onun təcrübədə yol açdığı nəticələr də diqqətə alınmalıdır. Məsələn, qərbdə LGBT hüquqlarının indoktrinasiyasına etiraz edən insanların “cancel” olunması, ictimai qınağa məruz qoyulması. Bu problemi necə ələ ala bilərik? İnsan haqları sadəcə bir düşüncəni qəbul edən insanlaramı şamil edilir? Bəlkə bu düşüncəni qəbul etməyən nəinki insan haqlarından məhrum olur, hətta “insanlıq”dan da çıxmış olur? Cahanşümul insan anlayışı buna görə təhlükəlidir, zərərlidir.

Məsələ o həddə gəlib çatıb ki, artıq bu özgələşmiş, gerçəklikdən qopmuş, hətta qərbdə belə özünə qarşılıq tapmayan “insan” bir vəsvəsəyə çevrilib. Bütün siyasi, əxlaqi, dini görüşlərimizi bu anlayışa uyğun olub-olmama nöqteyindən qiymətləndirmə məcburiyyətində qalırıq. Yəqinki, bu gedişat həm də post-modernizmin sonudur. Oxucuya daha anlaşıqlı olması üçün qısaca izah edim ki, əgər modernizm rasional, məntiqi, elmi gerçəklikləri etalon olaraq qəbul edərək dünyanı şərh edirdisə, post-modernizm bu ölçünün artıq olmadığını, ağılın artıq yetərli olmadığını və bir növ yuxarıda Protagorun dediyi kimi insanın ölçü olduğu fikrini irəli sürür. Sənin doğru olaraq qəbul etdiyini, mən yalnış olaraq qəbul edə bilərəm və hansı fikrin doğru olduğunu heç kəs müəyyən edə bilməz. Hazırda Qərbdə hakim olan gender ideologiyasının da bir növ bu düşüncəyə əsaslanaraq ortaya çıxdığını deyə bilərəm, ancaq görünən odur ki, etalonsuzluq artıq yenidən tarixə qovuşur. “Yeni insan” hətta Qərbdə belə tam mənada əksini tapmayan “Yeni insan” əsas etalona çevrilir. İnsanın vəsvəsəyə çevrilməsi də burada yaranır. İnsan, insan deyib hamıya ehkam kəsənlərin insan anlayışının gerçəklikdə bir əksi yoxdur. Onların düşündükləri insan yoxdur. İnsan Anadoluda TOGG maşınını görüb sevinir, Azərbaycanda Qarabağ deyib həyatını qurban verir, Yaxın Şərqdə Allahu Əkbər deyə bağırıb özünü partladır, Yaponiyada xarakiri edərək intihar edir, həm də Qərbdə yüksək əxlaqi pərdədən ehkam kəsir. Bunların hamısı insandır. İnsan ümumbəşəri, cahanşümul, universal bir varlıq deyil. İnsan məhəllidir, əlahiddədir. Onun üçün önəmli və önəmsiz, yaxşı və yaman yaşadığı bölgədən, aid olduğu mədəniyyətdən asılı olaraq dəyişir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023

Redaktorun seçimi

Mirzə Fətəli Axundov – paniranizmin banisi kimi

Uydurma talış problemi

Post-truth və ya cəfəngiyyatın təntənəsi

Atlant çiyinlərini düzəltdi

Bir maşın kubik və xalqın partiyası

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Oğru “demokratlar”

Flora Kərimovanın sidik terapiyası

65 yaşdan yuxarı olanların aqibəti

Məişətin fantastik dünyası

Mario Varqas Lyosa. Qloballaşma və mədəni identiklik

“No war” deməyə haqqı olmayanlar

Azərbaycanın elektromobil perspektivləri

«Primakov söhbəti»nə sözardı

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Zərərli və zəhərli dərdlər haqqında

Çoxlu Faust

Millətçilik anlayışı – mono və polietniklik işığında

Koronavirus rekordları uğrunda

Azərbaycanda hər şeyin müxtəsər tarixi

Dəyərlər olmayanda

Şəxsiyyət olmamağı öyrətmək

İnsanın Yer üzündə qoyduğu ən böyük iz aşkarlanıb

Havana: Between Here and Paradise – Rəna Əfəndi təqdim edir

Xüsusən “Kolleksiyaçı” haqqında

Sındıra bilmədiyimiz oyuncaq

Cəmil Həsənlinin Səriyyə problemi

Sabaha adlaya bilməyən solçuluq

Sənət nə üçün lazımdır?

Emin Əmrullayev kommentləri oxuyurmu?

İnsan vəsvəsəsi

Saleh Mehdizadə Saleh Mehdizadə
., Mövqe
10 İyun 2023

“İnsan”ı anlamaq nə üçün vacibdir? İnsanmı cəmiyyəti şərtləndirir yoxsa cəmiyyətmi insanı müəyyən edir? Narahat olmayın, bu suala bayağı “hər ikisi bir-birinə təsir edir” cavabı verməyəcəyəm. Onsuz da bir çox mütəfəkkir cəmiyyət haqqında tezislərini qurarkən insanı cəmiyyətin təməl daşı kimi görür. Cəmiyyətin təməl daşı kimi insan təbiətinin cəmiyyətin quruluşuna və xarakterinə təsir etdiyini bildirirlər. Digər tərəfdən, cəmiyyətin özü insan təbiətini dəyişə bilər. Lakin aydınlaşdırmaq lazımdır ki, insan dedikdə bu mütəfəkkirlər nəyi nəzərdə tutur? Ümumiyyətlə haradan qaynaqlanır bu insan vəsvəsəsi?

Düşüncə tarixində insanı mərkəz alaraq onun ətrafında fəlsəfi sistem yaratmaq, insanın əsas alan etik, siyasi nəzəriyyələr inkişaf etdirmək heç də yeni bir hadisə deyil. Hələ qədim yunanda İnsan hər şeyin ölçüsüdür deyən Prataqordan, fəlsəfənin əsas problemini təbiətdən insana dəyişən Sokratdan bəri bu ideya bəşər tarixində mövcud olmuşdur. İnsanı mərkəzə qoyaraq icmaçı görüşlərə əks olan insanın arzuları, istəkləri, xoşbəxtliyi, doğru bilgiyə çatması və.s digər problemləri əsas alan insanmərkəzçi liberalizmdə də və hətta dərindən baxsaq bu prinsiplərələ icmaçı görüşlərdə də qarşılaşırıq. Nəticədə icmanın vacibliyini önə qoyan mütəfəkkirlərin də bunu etmə səbəbi yenə də insan üçün daha yaxşı olacağına inanmalarıdır. Yəni nəticə nə olursa olsun bütün siyasi ideologiyalar və etik nəzəriyyələr əslində insanı mərkəzə qoyaraq öz sistemlərini yaradırlar.

“İnsan”ı anlamaq

Burada məsələ insan deyərkən ona verilən şərhlərin necəliyində, yəni fərqliyindədir. Bu fərqli şərhləri kobudca iki əsas kateqoriyaya ayırsaq, qarşımıza iki fərqli düntyagörüşü çıxır. İnsanın cahanşümul bir anlayış olaraq şərh edilməsi və insanın əlahiddə, məhəlli bir anlayış olaraq mənalandırılması.

Cahanşümul dedikdə nəzərdə tutduğum bütün insanların ortaq keyfiyyətlərinin mücərrədləşdirilməsi yoluyla yaradılan insan anlayışıdır. İnsanın təbii tələblərindən tutmuş ona apriori xas olan hüquqları, bütün insanlara aid xoşbəxtlik, yaşama arzusu, gerçək bilgiyə çatma, rasional düşünmə, ləyqətli həyat kimi sosial və təbii istəkləri nəzərdə tutulur. İnsanın əlahiddə şərhi isə, prinsipcə insana xas cahanşümul keyfiyyətlərin mövcudluğunu qəbul etsə də, insanın sadəcə mücərrəd ideya olmadığını, onun ətdən-sümükdən ibarət sosial varlıq olduğunu və bir cəmiyyətdə doğulduğu fikrini müdafiə edir. İnsanı doğulduğu, boya başa çatdığı, həyatını yaşadığı cəmiyyət daha dəqiq o cəmiyyətin mürəkkəb siyasi-etik münasibətlər yumağı yetişdirir və müəyyən edir. Bu baxımdan insan daha çox məhəlli varlıqdır nəinki, cahanşümul. İnsanın cahanşümul anlaşılmasına qarşı yönəldişmiş maraqlı tənqidlərdən biri fərdin yəni insanın liberal perspektivdə kontekstdən çıxarılmış akultural anlayış olması təsbitidir. Bu baxımdan liberalizmin konseptualizə etdiyi fərd əslində qərb kontekstindən çıxarıldıqda dünyanın heç bir bucağında özünə yer tapmır. Liberalizmin cahanşümul fərd anlayışını, qərbli, ağ, kişi, orta-üst sinifə aid olan insanların ümumiləşdirilməsidir. Bu təndiq liberalizmin özünün əslində bir kontekstdən çıxarılmış fərdi, cahanşümul, ümumbəşəri fərd olaraq qəbul etdirməyə çalışmasını bütün çılpaqlığı ilə ortaya çıxarır.

Yaxşı və yaman “insan”

Doğrudan da liberalizmin insan anlayışı ümumbəşəridir və bu baxımdan da birləşdiricidir. Bütün insanların eyni hüquqlara sahib olması, yaxşı həyat yaşaması ideyası nə üçün yaman bir ideya olsun ki? Bu düşüncə, bərabərlik və ədalətin təmin edilməsi yolunda bir yolgöstərici kimi ortaya çıxır. Nə üçün belə bir ideyanı sorğulamalıyıq ki? Əslində məsələ də bundadır. İdeyanın universal olma iddiasında.

Mən əxlaqın yaxşı və yaman anlayışlarının təcrübədən kənar sadəcə nəzəri olaraq təsbit oluna bilməyəcəyi fikrini müdafiə edirəm. İnsanın, inancları, etik və mənəvi dəyərləri, tərbiyəsi yaşadığı mühit, aid olduğu mədəniyyət, dövrünün ictimai-siyasi gerçəklikləri kimi bir çox amil tərəfindən formalaşdırılır. Buna görə də, “yaxşı” və “yaman” anlayışları, müxtəlif mədəniyyətlər və cəmiyyətlər arasında fərqli anlamlar daşıyabilir.

Məsələ ondadır ki, əgər biz qərb kontekstindən çıxarılmış və cahanşümul olaraq təqdim olunan insanı bütün insanlığa əks etdirsək, böyük bir yanlışa düşmüş olarıq. Öz gerçəkliyimizdən qoparaq, öz insanımızın əsl arzularını, tələblərini dərk etməkdən uzaqlaşarıq. “Cahanşümul insanın” keyfiyyətlərini öz insanımıza proyeksiya edib və bunun qarşılığını öz insanımızda tapmadıqda necə bir qənaətə gəlmiş olarıq? Ən kəskin ehtimal öz insanımızın insanlıq keyfiyyətlərindən məhrum olduğunu düşünərik. Nə üçün azərbaycanlının ümumbəşəri dəyərlər, insan haqları kimi mövzularda qayğısız olduğunu anlamarıq, ancaq hansısa məhəlli bir münaqişəni həyatının ən vacib probleminə çevirdiyini görüb gözümüzü döyə-döyə dərin düşüncələrə dalar və bir az qüssələnib, bir az əsəbiləşib hətta onları söyə, aşağılaya da bilərik. Axı necə ola bilər ki, insan olan bir varlıq belə önəmli cahanşümul məsələləri vecinə almasın, ancaq bir parça torpağa görə ölümə getsin və ya heç vaxt ala bilməyəcəyini bildiyi halda bir anadolu kəndlisi TOGG maşınının istehsalına niyə sevinsin?

Bu yazını oxuyan oxucu yəqin belə halların artıq baş verdiyinin də fərqinə varıb. Azərbaycan insanının sərt tənqidçilərinin əksəriyyətinin cahanşümul insan, ümumbəşəri insan anlayışından çıxış edərək tənqid etdiyini və öz insanımızı bu baxımdan da dərk etmədiyini yəqin anlayanlar olub.

İnsanın vəsvəsəyə çevrilməsi

Cahanşümul İnsanı mərkəzə qoyan əxlaq yüksək pərdədən danışır, özünün yeganə doğru əxlaqi prinsip olduğunu iddia edir. Əks olan hər görüşün “insani” olmadığını buna görə də rədd edilməli olduğunu müdafiə edir. Burada bir təzad yoxdurmu? Eyni zamanda çoxfikirlilik, əks fikirlərə dözümlülük, ifadə azadlığının əvəzolunmazlığını müdafiə edən bir dünyagörüşü necə həm də totalitar bir mövqedən çıxış edə bilər? Liberalizmi totalitarlığa sürükləyən nədir? Əslində hər nə qədər ziddiyyətli görünsə də bu ziddiyyətin səbəbi liberalizmin ən təməlində yatır. Ümumbəşəri, cahanşümul, universal olma iddiası istər-istəməz yeganə doğru olma iddiasına çevrilir və nəticədə qeyri-demokratik, totalitar bir forma alır. Ona görə də, bir fikrin sadəcə nəzəriyyədə yaxşı olması kifayət deyil, onun təcrübədə yol açdığı nəticələr də diqqətə alınmalıdır. Məsələn, qərbdə LGBT hüquqlarının indoktrinasiyasına etiraz edən insanların “cancel” olunması, ictimai qınağa məruz qoyulması. Bu problemi necə ələ ala bilərik? İnsan haqları sadəcə bir düşüncəni qəbul edən insanlaramı şamil edilir? Bəlkə bu düşüncəni qəbul etməyən nəinki insan haqlarından məhrum olur, hətta “insanlıq”dan da çıxmış olur? Cahanşümul insan anlayışı buna görə təhlükəlidir, zərərlidir.

Məsələ o həddə gəlib çatıb ki, artıq bu özgələşmiş, gerçəklikdən qopmuş, hətta qərbdə belə özünə qarşılıq tapmayan “insan” bir vəsvəsəyə çevrilib. Bütün siyasi, əxlaqi, dini görüşlərimizi bu anlayışa uyğun olub-olmama nöqteyindən qiymətləndirmə məcburiyyətində qalırıq. Yəqinki, bu gedişat həm də post-modernizmin sonudur. Oxucuya daha anlaşıqlı olması üçün qısaca izah edim ki, əgər modernizm rasional, məntiqi, elmi gerçəklikləri etalon olaraq qəbul edərək dünyanı şərh edirdisə, post-modernizm bu ölçünün artıq olmadığını, ağılın artıq yetərli olmadığını və bir növ yuxarıda Protagorun dediyi kimi insanın ölçü olduğu fikrini irəli sürür. Sənin doğru olaraq qəbul etdiyini, mən yalnış olaraq qəbul edə bilərəm və hansı fikrin doğru olduğunu heç kəs müəyyən edə bilməz. Hazırda Qərbdə hakim olan gender ideologiyasının da bir növ bu düşüncəyə əsaslanaraq ortaya çıxdığını deyə bilərəm, ancaq görünən odur ki, etalonsuzluq artıq yenidən tarixə qovuşur. “Yeni insan” hətta Qərbdə belə tam mənada əksini tapmayan “Yeni insan” əsas etalona çevrilir. İnsanın vəsvəsəyə çevrilməsi də burada yaranır. İnsan, insan deyib hamıya ehkam kəsənlərin insan anlayışının gerçəklikdə bir əksi yoxdur. Onların düşündükləri insan yoxdur. İnsan Anadoluda TOGG maşınını görüb sevinir, Azərbaycanda Qarabağ deyib həyatını qurban verir, Yaxın Şərqdə Allahu Əkbər deyə bağırıb özünü partladır, Yaponiyada xarakiri edərək intihar edir, həm də Qərbdə yüksək əxlaqi pərdədən ehkam kəsir. Bunların hamısı insandır. İnsan ümumbəşəri, cahanşümul, universal bir varlıq deyil. İnsan məhəllidir, əlahiddədir. Onun üçün önəmli və önəmsiz, yaxşı və yaman yaşadığı bölgədən, aid olduğu mədəniyyətdən asılı olaraq dəyişir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

500 Karl Marx Statues Are Highlight Of Trier Exhibition
.

Kultural Marksizm və onun qısa tarixi

21 Sentyabr 2023
seymur-baycan-1
.

“Sergi ata” “Zorba”ya qarşı

12 Sentyabr 2023
photo_561190
.

Rüfət Həsənovun gəliri hara gedib?

11 Sentyabr 2023
7ca73460-3b71-11ee-8aef-9567526d09ca
.

BBC-nin emosional düşüklüyü və Rasim Balayev

17 Avqust 2023
365885219_6538589506200538_3985501127184540780_n
.

Varisin tullantıdan ibarət yaradıcılığı

14 Avqust 2023
344299258_1732660937189678_477290732747053219_n
.

İtlərdən öyrəndiklərim haqqında

30 İyul 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel