Azlogos
  • Kimlər var
  • Bizi tanı

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək" Hökumətin trolları və primitiv media siyasətinə dair Qumarbaz yanılqısı Müasir incəsənət niyə belə anlaşılmazdır?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Seymur Baycan Seymur Baycan
., Mövqe
04 İyul 2019

Ümumdünya Səhiyyə Təşkilatının yerlibazlığı xəstəlik kimi qeydə alıb-almadığını bilmirəm, amma müşahidələrimə, eşitdiklərimə əsaslanıb qətiyyətlə deyə bilərəm ki, yerlibazlıq həqiqətən də iyrənc bir xəstəlikdir. Adama doğulduğu yerə görə qiymət vermək ibtidailikdir. Tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq, əgər bir insan başqa bir insanı doğulduğu yerə görə qiymətləndirirsə, özünə yaxın, doğma hesab edirsə, deməli, onun təfəkküründə problem var.

Yerlibazlıq insanı kiçildir, cılızlaşdırır, onu gülməli vəziyyətə salır. Nə qədər böyük vəzifə, mövqe, karyera sahibi olsa da insan yerlibazdırsa deməli, o, birmənalı olaraq cılız, səviyyəsiz adamdır. Yerlibaz insan heç vaxt böyük insan ola bilməz. O nə qədər də böyük ideyalardan, bəşəri dəyərlərdən, təriqətdən, mərifətdən danışsa da, əgər yerlibazdırsa deməli, onun danışdıqları sadəcə saxtakarlığın və ikiüzlülüyün nümayişindən savayı bir şey deyil.

Bizim ölkədə belə saxtakarlar və ikiüzlülər çoxdur. Millətdən, xalqdan, ölkədən danışmağı sevirlər, tostlar deyirlər, amma rəhbəri olduğu firmaya, idarəyə süpürgəçi işə götürəndə belə öz yerlilərinə üstünlük verirlər. Bu adamın xalqdan, millətdən danışmasına, ümumiyyətlə səmimiyyətinə necə inanmaq olar? Əlbəttə, insan doğulduğu kəndi, qəsəbəni, şəhəri, küçəni sevməkdə azaddır. Sevsə də özü bilər, sevməsə də. Heç kimi öz doğulduğu yeri sevməyə, yaxud doğulduğu məkana nifrət etməyə məcbur etmək olmaz. Heç kimə demək olmaz ki, sən əgər burda doğulmusansa mütləq buranı sevməlisən. Yaxud, sən burda doğulmusansa mütləq bura nifrət etməlisən. Doğulduğu kəndi, qəsəbəni, rayonu, bölgəni, şəhəri sevirsə sevsin. Heç kim bunu qadağan etmir, heç kim bunu qadağan edə, buna gülə bilməz. Təbii, insani hisslərdir. Amma doğulduğu məkanı sevməklə bərabər, həmin məkanda doğulanları ucdantutma başqalarından üstün hesab etmək, başqalarından qorxmaq, başqalarına inanmamaq ibtidailikdir. Özünü ziyalı adlandıran şəxs yerliçilik hissini içində tamam öldürməlidir. Eyni məkanda doğulduğuna görə birini başqasından üstün tutmaq insanın naqisliyindən xəbər verir.

Təəssüflər olsun ki, bizim ölkədə yerlibazlıq xəstəliyinə tutulan, bu xəstəlikdən əziyyət çəkən, qəbilə təfəkkürlü adamların sayı hədsiz dərəcədə çoxdur. Bir tanışım firmaya işə düzəlmişdi. Hamı onun firmaya necə işə düzəlməyinə mat qalmışdı, buna möcüzə kimi baxırdılar. Çünki ondan başqa firmada işləyənlərin hamısı süpürgəçidən tutmuş qarovulçuya, mühasibdən tutmuş sürücüyə qədər rəhbərliyin yerliləri imiş. İbtidai təfəkkürlü adamlar öz yerlibazlıqlarından utanmaq əvəzinə, bəzən açıq-aşkar yerlibazlıqları ilə fəxr edirlər. Toyda, yasda adamlardan, yəni öz yerlilərindən xüsusi diqqət tələb edirlər. Arqument isə çox sadədi – mən öz yerlilərimə, öz qohumlarıma iş verirəm, özümünküləri yedizdirirəm. Gərək siz buna görə mənə təşəkkür edəsiniz. Biz bir-birimizi dəstəkləməliyik….

Guya əslində çox yaxşı iş görürlər. Başqaları da onların işindən nümunə götürməlidir. Bir sözlə onların cılız təfəkkürünə görə, yerlibazlıqdan heç də utanmaq lazım deyil. Hətta yerlibaz olduğuna görə adamlar ona mütləq və mütləq təşəkkür də etməlidir. Bu cür səviyyəsiz adamlar bizim bir xalq kimi formalaşmağımıza böyük zərbə vurur. Belə pis nümunələr onsuz da sayı az olan sağlam düşüncəli adamlarda xalq, ölkə məfhumuna qarşı inamsızlıq doğurur. Hətta yerlibazlıqdan uzaq olan adamlar belə qəbilə təfəkkürlü adamların səviyyəsizliyindən davamlı olaraq əziyyət çəkməyin nəticəsində özünü artıq xalqın bir nümayəndəsi kimi yox, hər hansı bir qəbilənin nümayəndəsi kimi hiss etməyi üstün tutmağa başlayır. O görür ki, qəbilənin bir nümayəndəsi olmaq xalqın bir nümayəndəsi olmaqdan daha sərfəlidir.

Yerlibazlıq bizim inkişafımıza ciddi mənada böyük maneələr törədir. İnsanlar bir-birlərinə inanmırlar. İnsanlar bir-birlərini tanımaq, bir-birinə qaynayıb qarışmaq istəmirlər. Yerlibazlıq xəstəliyinin nəticəsində qəbilə halında yaşayıb, qəbilə təfəkkürü ilə məsələlərə münasibət bildirirlər. Qızı yalnız qəbilə üzvünə ərə verirlər. Yalnız qəbilə üzvündən qız alırlar. Toy edəndə qəbilənin müğənnisini toya çağırırlar. Xəstələnəndə qəbilənin həkiminə müraciət edirlər. Əgər müdürdüsə yalnız qəbilə üzvlərini işə götürür. Yaxını rəhmətə gedibsə qəbilənin mollasını yasa çağırır. Toyunu, ad gününü, nişan mərasimini qəbilənin restoranında keçirir. Beləliklə, hətta paytaxtda yaşasa belə qəbilə kimi mövcudiyyətlərini davam etdirirlər.

Söhbət ondan getmir ki, qəbilə elə mütləq mağarada yaşamalıdır, mamont ovlamalı və ocağın qırağında oturub mamontu yeməlidirlər. Xeyr. Zahiri təm-təraq, maşın, kostyum, titul sizi aldatmasın. Müşahidələr onu göstərir ki, hətta iyirmi birinci əsrdə də qəbilə halında yaşamaq mümkündür. Mən hətta Rusiyanın böyük şəhərlərində də qəbilə halında yaşayan adamlar görmüşəm. Adamın gözünü bağlayıb orda , onların keçirdikləri toyda, nişanda açsalar heç cürə ağlına gəlməz ki, bura Sank-Peterburqdu. Burda muzeylər, teatrlar, incəsənət mərkəzləri, universitetlər fəaliyyət göstərir. Hətta qəbilələrin yazılmamış daxili nizamnamələri, qayda qanunları var. Məsələn, hər qəbilə üzvü iyirmi qəbilə üzvünün bioqrafiyasını əzbər bilməlidir. Yalnız qəbilə üzvlərinin sahib olduğu restorana gedib xeyiri ona verməlisən. Yalnız qəbilədən qız almalısan. İşdi, başqa qəbilənin qızını sevib alsan, onda bütün qəbilənin təzyiqi ilə üzləşəcəksən. Hətta səni qəbilədən qovub uzaqlaşdıra bilərlər. Ya da səhvini düzəltməlisən. Başqa qəbilədən aldığın qızı boşayıb təzədən öz qəbiləndən olan qızla evlənməlisən. Qəbilədə mövqe sahibi olan adamlar bir-birlərinin övladları ilə ərkyana davranırlar. Çünki bu ərkyana davranışın kökündə ümumilikdə qəbilənin maraqlarını qorumaq məqsədi dayanır. Tutaq ki, bir qəbilə üzvü öz övladını qəbilədən olan bir firma rəhbərinin yanında xahişlə işə düzəldir. Həmin firma rəhbəri o gənclə istədiyi formada ərkyana davrana bilər. Gənc də bu ərkyana davranışı qəbul edir. Çünki o da bilir ki, ümumilikdə bu münasibətlər axır əvvəl qəbilənin maraqlarına xidmət edir. Ölkəmizdə bir neçə böyük qəbilələr mövcuddur. Bu qəbilələrin üzvləri özlərini xalqın bir nümayəndəsi adlandırsalar da əslində onların arasında böyük inamsızlıq, düşmənçilik hökm sürür. Biabırçılıqdır. Adam xəcalət çəkir. Bu cür xırda hisslərlə yaşayaraq heç vaxt bir cəmiyyət olaraq uğurlara imza ata bilmərik.

İnsanı yalnız öz seçiminə görə qınamaq olar. Ata, ana, bacı, qardaş, doğulduğu məkan insanın seçimi deyil. İnsanı əyninə geyindiyi şalvara, aldığı ata, aldığı maşına, aldığı arvada görə haradasa qınamaq mümkündür.

Amma dövlət, doğulduğu məkan, valideynlər insanın öz seçimi olmadığı üçün buna görə onu qınamaq yersizdir. Çünki doğulduğu məkanı, valideynlərini özü seçməyib. İnsanı yalnız və yalnız öz seçiminə görə qınaya bilərlər. Çox gözəl haldır ki, bir xeyli gənc artıq öz aralarında yerlibazlıq hissini tamam öldürüblər. Onları bir-birilərinə düşüncə, fikir, dəyişmək, dəyişdirmək istəyi bağlayır, hansısa məhəllədə siqaret çəkməkləri, futbol oynamaqları, bir eşşəyi minməkləri, bir bulaqdan su içməkləri yox. Bu mənada gənclərin yerlibazlıqdan uzaq olmaları çox xoş mənzərədir. Özünə hörmət edən gənc yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından uzaq durmağı bacarmalıdır. Yalnız özünü yetişdirmiş səviyyəli gənclərin sayının artması nəticəsində bizim inkişafımıza həm fərd, həm də cəmiyyət olaraq ciddi şəkildə mane olan yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından, qəbilə təfəkküründən yaxa qurtara bilərik. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Redaktorun seçimi

Narsistin viruslu bağı

Polisin sərhədsiz imtiyazı

450 milyon ədəd PlayStation

Bakının identikliyi

Azərbaycana yeni təzyiq: revalvasiya

Ronaldonun sirri: Finalda nə baş vermişdi?

Bir “həppi end”ə dair kiçik qeydlər

SoNoR… 20 il bundan əvvəlki konsert

İrəvan quberniyası. 1897

Ölüm çox yaxındır

190 manatlıq virus və real işsizlik

Cambridge Casus Toru və Kim Philby

Əlillərin sevişməsi

Sebastião Salgado: “Sperma əvəzinə qan gəlirdi”

Bir maşın kubik və xalqın partiyası

Niyə dahi qadın rəssamlar olmayıb?

Gürcü qambiti

Qəzəbli erməni ürəyi

Mərhələ aşmaq haqqında bədii-fəlsəfi esse

Pazolininin tanış süjetləri

Homo. “Erectus”dan “sapiens”ə

Covid-19 pandemiyası və Beynəlxalq Sistem

Degenerat deputat

Kimdir Kim Ki-duk?

Dünyanın ən varlı yazıçıları

Yaramaz qızın sərgüzəştləri

Qarabağ və ədalətsizlik

Faşizmin 14 əlaməti

Biznesdə kitabların yazmadığı şeylər – II Hissə

Üçüncü Reyxdə Seks

İnkişafımıza ciddi şəkildə mane olan xəstəlik

Seymur Baycan Seymur Baycan
., Mövqe
04 İyul 2019

Ümumdünya Səhiyyə Təşkilatının yerlibazlığı xəstəlik kimi qeydə alıb-almadığını bilmirəm, amma müşahidələrimə, eşitdiklərimə əsaslanıb qətiyyətlə deyə bilərəm ki, yerlibazlıq həqiqətən də iyrənc bir xəstəlikdir. Adama doğulduğu yerə görə qiymət vermək ibtidailikdir. Tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq, əgər bir insan başqa bir insanı doğulduğu yerə görə qiymətləndirirsə, özünə yaxın, doğma hesab edirsə, deməli, onun təfəkküründə problem var.

Yerlibazlıq insanı kiçildir, cılızlaşdırır, onu gülməli vəziyyətə salır. Nə qədər böyük vəzifə, mövqe, karyera sahibi olsa da insan yerlibazdırsa deməli, o, birmənalı olaraq cılız, səviyyəsiz adamdır. Yerlibaz insan heç vaxt böyük insan ola bilməz. O nə qədər də böyük ideyalardan, bəşəri dəyərlərdən, təriqətdən, mərifətdən danışsa da, əgər yerlibazdırsa deməli, onun danışdıqları sadəcə saxtakarlığın və ikiüzlülüyün nümayişindən savayı bir şey deyil.

Bizim ölkədə belə saxtakarlar və ikiüzlülər çoxdur. Millətdən, xalqdan, ölkədən danışmağı sevirlər, tostlar deyirlər, amma rəhbəri olduğu firmaya, idarəyə süpürgəçi işə götürəndə belə öz yerlilərinə üstünlük verirlər. Bu adamın xalqdan, millətdən danışmasına, ümumiyyətlə səmimiyyətinə necə inanmaq olar? Əlbəttə, insan doğulduğu kəndi, qəsəbəni, şəhəri, küçəni sevməkdə azaddır. Sevsə də özü bilər, sevməsə də. Heç kimi öz doğulduğu yeri sevməyə, yaxud doğulduğu məkana nifrət etməyə məcbur etmək olmaz. Heç kimə demək olmaz ki, sən əgər burda doğulmusansa mütləq buranı sevməlisən. Yaxud, sən burda doğulmusansa mütləq bura nifrət etməlisən. Doğulduğu kəndi, qəsəbəni, rayonu, bölgəni, şəhəri sevirsə sevsin. Heç kim bunu qadağan etmir, heç kim bunu qadağan edə, buna gülə bilməz. Təbii, insani hisslərdir. Amma doğulduğu məkanı sevməklə bərabər, həmin məkanda doğulanları ucdantutma başqalarından üstün hesab etmək, başqalarından qorxmaq, başqalarına inanmamaq ibtidailikdir. Özünü ziyalı adlandıran şəxs yerliçilik hissini içində tamam öldürməlidir. Eyni məkanda doğulduğuna görə birini başqasından üstün tutmaq insanın naqisliyindən xəbər verir.

Təəssüflər olsun ki, bizim ölkədə yerlibazlıq xəstəliyinə tutulan, bu xəstəlikdən əziyyət çəkən, qəbilə təfəkkürlü adamların sayı hədsiz dərəcədə çoxdur. Bir tanışım firmaya işə düzəlmişdi. Hamı onun firmaya necə işə düzəlməyinə mat qalmışdı, buna möcüzə kimi baxırdılar. Çünki ondan başqa firmada işləyənlərin hamısı süpürgəçidən tutmuş qarovulçuya, mühasibdən tutmuş sürücüyə qədər rəhbərliyin yerliləri imiş. İbtidai təfəkkürlü adamlar öz yerlibazlıqlarından utanmaq əvəzinə, bəzən açıq-aşkar yerlibazlıqları ilə fəxr edirlər. Toyda, yasda adamlardan, yəni öz yerlilərindən xüsusi diqqət tələb edirlər. Arqument isə çox sadədi – mən öz yerlilərimə, öz qohumlarıma iş verirəm, özümünküləri yedizdirirəm. Gərək siz buna görə mənə təşəkkür edəsiniz. Biz bir-birimizi dəstəkləməliyik….

Guya əslində çox yaxşı iş görürlər. Başqaları da onların işindən nümunə götürməlidir. Bir sözlə onların cılız təfəkkürünə görə, yerlibazlıqdan heç də utanmaq lazım deyil. Hətta yerlibaz olduğuna görə adamlar ona mütləq və mütləq təşəkkür də etməlidir. Bu cür səviyyəsiz adamlar bizim bir xalq kimi formalaşmağımıza böyük zərbə vurur. Belə pis nümunələr onsuz da sayı az olan sağlam düşüncəli adamlarda xalq, ölkə məfhumuna qarşı inamsızlıq doğurur. Hətta yerlibazlıqdan uzaq olan adamlar belə qəbilə təfəkkürlü adamların səviyyəsizliyindən davamlı olaraq əziyyət çəkməyin nəticəsində özünü artıq xalqın bir nümayəndəsi kimi yox, hər hansı bir qəbilənin nümayəndəsi kimi hiss etməyi üstün tutmağa başlayır. O görür ki, qəbilənin bir nümayəndəsi olmaq xalqın bir nümayəndəsi olmaqdan daha sərfəlidir.

Yerlibazlıq bizim inkişafımıza ciddi mənada böyük maneələr törədir. İnsanlar bir-birlərinə inanmırlar. İnsanlar bir-birlərini tanımaq, bir-birinə qaynayıb qarışmaq istəmirlər. Yerlibazlıq xəstəliyinin nəticəsində qəbilə halında yaşayıb, qəbilə təfəkkürü ilə məsələlərə münasibət bildirirlər. Qızı yalnız qəbilə üzvünə ərə verirlər. Yalnız qəbilə üzvündən qız alırlar. Toy edəndə qəbilənin müğənnisini toya çağırırlar. Xəstələnəndə qəbilənin həkiminə müraciət edirlər. Əgər müdürdüsə yalnız qəbilə üzvlərini işə götürür. Yaxını rəhmətə gedibsə qəbilənin mollasını yasa çağırır. Toyunu, ad gününü, nişan mərasimini qəbilənin restoranında keçirir. Beləliklə, hətta paytaxtda yaşasa belə qəbilə kimi mövcudiyyətlərini davam etdirirlər.

Söhbət ondan getmir ki, qəbilə elə mütləq mağarada yaşamalıdır, mamont ovlamalı və ocağın qırağında oturub mamontu yeməlidirlər. Xeyr. Zahiri təm-təraq, maşın, kostyum, titul sizi aldatmasın. Müşahidələr onu göstərir ki, hətta iyirmi birinci əsrdə də qəbilə halında yaşamaq mümkündür. Mən hətta Rusiyanın böyük şəhərlərində də qəbilə halında yaşayan adamlar görmüşəm. Adamın gözünü bağlayıb orda , onların keçirdikləri toyda, nişanda açsalar heç cürə ağlına gəlməz ki, bura Sank-Peterburqdu. Burda muzeylər, teatrlar, incəsənət mərkəzləri, universitetlər fəaliyyət göstərir. Hətta qəbilələrin yazılmamış daxili nizamnamələri, qayda qanunları var. Məsələn, hər qəbilə üzvü iyirmi qəbilə üzvünün bioqrafiyasını əzbər bilməlidir. Yalnız qəbilə üzvlərinin sahib olduğu restorana gedib xeyiri ona verməlisən. Yalnız qəbilədən qız almalısan. İşdi, başqa qəbilənin qızını sevib alsan, onda bütün qəbilənin təzyiqi ilə üzləşəcəksən. Hətta səni qəbilədən qovub uzaqlaşdıra bilərlər. Ya da səhvini düzəltməlisən. Başqa qəbilədən aldığın qızı boşayıb təzədən öz qəbiləndən olan qızla evlənməlisən. Qəbilədə mövqe sahibi olan adamlar bir-birlərinin övladları ilə ərkyana davranırlar. Çünki bu ərkyana davranışın kökündə ümumilikdə qəbilənin maraqlarını qorumaq məqsədi dayanır. Tutaq ki, bir qəbilə üzvü öz övladını qəbilədən olan bir firma rəhbərinin yanında xahişlə işə düzəldir. Həmin firma rəhbəri o gənclə istədiyi formada ərkyana davrana bilər. Gənc də bu ərkyana davranışı qəbul edir. Çünki o da bilir ki, ümumilikdə bu münasibətlər axır əvvəl qəbilənin maraqlarına xidmət edir. Ölkəmizdə bir neçə böyük qəbilələr mövcuddur. Bu qəbilələrin üzvləri özlərini xalqın bir nümayəndəsi adlandırsalar da əslində onların arasında böyük inamsızlıq, düşmənçilik hökm sürür. Biabırçılıqdır. Adam xəcalət çəkir. Bu cür xırda hisslərlə yaşayaraq heç vaxt bir cəmiyyət olaraq uğurlara imza ata bilmərik.

İnsanı yalnız öz seçiminə görə qınamaq olar. Ata, ana, bacı, qardaş, doğulduğu məkan insanın seçimi deyil. İnsanı əyninə geyindiyi şalvara, aldığı ata, aldığı maşına, aldığı arvada görə haradasa qınamaq mümkündür.

Amma dövlət, doğulduğu məkan, valideynlər insanın öz seçimi olmadığı üçün buna görə onu qınamaq yersizdir. Çünki doğulduğu məkanı, valideynlərini özü seçməyib. İnsanı yalnız və yalnız öz seçiminə görə qınaya bilərlər. Çox gözəl haldır ki, bir xeyli gənc artıq öz aralarında yerlibazlıq hissini tamam öldürüblər. Onları bir-birilərinə düşüncə, fikir, dəyişmək, dəyişdirmək istəyi bağlayır, hansısa məhəllədə siqaret çəkməkləri, futbol oynamaqları, bir eşşəyi minməkləri, bir bulaqdan su içməkləri yox. Bu mənada gənclərin yerlibazlıqdan uzaq olmaları çox xoş mənzərədir. Özünə hörmət edən gənc yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından uzaq durmağı bacarmalıdır. Yalnız özünü yetişdirmiş səviyyəli gənclərin sayının artması nəticəsində bizim inkişafımıza həm fərd, həm də cəmiyyət olaraq ciddi şəkildə mane olan yerlibazlıq xəstəliyindən, qəbilə qayda-qanunlarından, qəbilə təfəkküründən yaxa qurtara bilərik. 

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021
_rotator
.

Hökumətin trolları və primitiv media siyasətinə dair

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel