Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İndi biz kimə inanaq?

Mirzə Mirzə
., Mövqe
26 İyul 2020

Hərdən keçmişdə çox məşhur olmuş, bütün evlərdə sevilən, izlənilən insanlar yadıma düşür.  Onlar indi hardadılar, nə edirlər? Əslində cavab bəllidir: kütlə onları necə bəh-bəhlə həzmi-rabedən keçirirdisə, indi də eləcə ifraz edib və unudub. Bir vaxtlar kütlənin ürəyini fəth eləmiş o insanlar artıq onu ümummilli orqazm həzzi ilə təmin edə bilmədikləri üçün təqaüdə göndərilib.

Məsələn, 90-cı illərin əvvəllərində çox tanınan, nimdaş yumoru ilə evlərimizə daxil olan Arif Quliyevi götürək. Bir dəfə rayonlardan birində “palatka” toyunda idim. Hamı içmişdi, bayağı musiqilər və rəqs edənlər ortalıqda terror əsdirirdi. Qəflətən “palatkaya” Arif Quliyev daxil oldu. Əvvəlcə taxma dişlərini çıxarıb toy əhlinə göstərdi, hər kəs qəşş elədi. Sonra Arif Quliyevdən başqa “gülməli” hərəkətlər tələb etdilər. Təbii ki, aktyor onların bütün tələblərini yerinə yetirməliydi. Burada “kapitalizm onu öz əsirinə çevirmişdi” deyib solçu draması yaratmayacam, ancaq kütlə gözlərimin önündə bir vaxtlar pərəstiş elədiyi insanı oyuncağa çevirmişdi.

Bu proses bio-kütlə üçün çox da əziyyətli olmur, o, dünən ucaltdığını bu gün rahatca, heç bir dilemma qarşısında qalmadan yerlərdə süründürə bilər. Çünki onu özü yaradıb. Zatən o insanların əksəriyyəti hər fürsətdə bunu təsdiqləyir, “məni sizlər var etdiniz, siz olmasaydınız, mən heç kim idim” deyərək kütlənin eqosuna xidmət etdiklərini boynuna alır.

Bu hal özünü kütlənin rəyindən asılı hala salmış siyasətçiyə, jurnalistə, ictimai xadimə, hətta prezidentlərə də aiddir. Son proseslərdə işlədiyim sahənin vasitəsilə bunu daha aydın müşahidə etdim.

Dünənə qədər kütlə tərəfindən (bunun fərqində olmaq belə qəribə hiss elətdirir) qəhrəman elan olunan, hər proqramı saysız izlənmə alan jurnalist Sevinc Osmanqızı və digər mühacir blogerlərin timsalında cəmiyyətdə gedən prosesləri bir daha analiz etmək imkanım oldu, onsuz da fərqində olduğum şeyləri daha dərindən dərk etdim.

Sevinc Osmanqızı son proqramında Avropada və Amerikada keçirilən aksiyalarda azərbaycan tərəfinin iğtişaş yaratdığını, bütün proseslərin Bakıdan idarə edildiyini söyləyir. Başqa bir “bodybuilder” bloger isə baş verənlərin onu öldürmək üçün planlandığını deyir (narsizmin bu səviyyəsi ilə ilk dəfə rastlaşıram). Yəni, yüzillərə söykənən münaqişə tarixi, qarşı tərəfin miatsum eşqi, ASALA tərəfdarlarının sivil aksiyalara hücumları və s., necə deyərlər, “İlhamın oyunu” imiş.

Bu iddialar məni bir neçə ehtimal barədə düşünməyə vadar edir: birinci, azərbaycan diasporasının fəaliyyətinin güclənməsi bu şəxsləri qorxuya salıb; ikinci onlar yaşadıqları yerdə ermənilərin hücumuna məruz qalmaqdan qorxurlar. Diasporanın fəaliyyətindən qorxmalarının səbəbi o ola bilər ki, həmin fəaliyyət nəticəsində yeni, daha savadlı, obyektiv, AXCP-YAP dilemmasının fövqündə dayanan, rasional simalar ortaya çıxar və eyni zamanda söyüş söyməklə, nifrət nitqləriylə özünə siyasi kapital yığmış şəxslərin maliyyə mənbələrini əllərindən alarlar. İkinci ehtimal anlaşılandır – can qorxusu. Lakin burada diqqətçəkən daha bir məqam var: Qarabağ-Təbriz mövzusu ilə daima bio-kütləni manipulasiya edən, xal yığan bu şəxslər niyə, məhz, indi sülhpərvər kosmopolitlərə çevriliblər? Paradoksaldır.

Əlbəttə, bu istiqamətdə dəyişiklik müşahidə eləmək çox gözəl olardı, amma sözügedən insanların, ümumiyyətlə, kim olur-olsun, bir gün içində millətçidən kosmopolitə çevrilməsi qeyri-mümkündür.

Yəqin, dünənə qədər onlara qəhrəman gözüylə baxanlar da bu “mümkünsüzlüyü” hiss elədilər və nəticədə onlar kütlənin linçi ilə üzləşdilər. Əllərində qalan kart isə budur: hamısı İlhamın oyunudur!

Yeri gəlmişkən, sosial şəbəkələrdə, işlədiyim media orqanında yazılan rəylərə, inboxa gələn mesajlara əsasən, deyə bilərəm ki, artıq “İlhamın oyunudur!” ifadəsi də öz əhəmiyyətini, sehrini itirib və bunun təqsirkarı, səbəbkarı da elə bayaqdan haqqında danışdığım “qəhrəmanlar”dır.

Açığı, bu gün sosial şəbəkələrdə müşahidə etdiklərimdən sonra, “İlhamın oyunları”nın sözügedən şəxsləri “xilas edəcəyini”, nüfuzlarını geri qaytaracağını düşünmürəm. Çünki kütlə artıq o möcüzəvi sualı verməyə başlayıb: İndi biz kimə inanaq?

Əgər bir azərbaycanlı bu sualı verirsə, deməli, öz bütü onu kifayət qədər məyus edib, tələblərinə cavab verməyib, hələ bu, bəs deyilmiş kimi, öz şəxsi azadlığını üstün tutaraq onu təhqir edib.

Adətən, bu sualı eşidəndə gözümdə belə bir mənzərə canlanır: hansısa ibtidai bir tayfa özünə məhdud resurslarla tanrı düzəldir, sonra təbii fəlakət onu dağıdır. Sizcə, həmin anda da verilən ilk sual bu olmayacaq?

Özü-özlüyündə “indi biz kimə inanaq?” sualının dərin təhlilə ehtiyacı var. Əgər bu sualın üzərində işlənilsə, təhlil edilsə, bio-kütləni anlamaq, onu daha dərindən başa düşmək bir az asanlaşa bilər. Son dərəcə ilahi bir sualdır. Hətta bu sual Erkin Qədirlinin bir aforizmini yadıma salır: “Kütlə bəzən qəhrəman axtarışına çıxır. Sonra onu məhv etmək üçün…”

Bir ay əvvəl Sevinc Osmanqızını tənqid eləsən, ağır linçlə üzləşə, intihara qədər uzanan bir prosesdən keçə bilərdin, ancaq kütlə özü bunu bir günün içində qəhrəman saydığı insanlara tətbiq etdi. İndi isə yeni qəhrəmanların axtarışı başlayır, necə deyərlər “Winter is comming!” Amma bir şeyi də nəzərə almaq lazımdır: Artıq kütlə sorğulamağı bacarır (kütlə hər zaman kütlədir, onun hərəkət düsturu həmişə eynidir). Kütlə paradoksallığı qəbul etmir, bu, onda ikrah doğurur. Yeni qəhrəmanlar bunu unutmamalıdılar.

“İndi biz kimə inanaq?” sualına isə şəxsən mən belə cavab verirəm: İlk növbədə özünüzə inanın. Bu, başqalarına inanıb məyus olmaqdan qat-qat yaxşıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021

Redaktorun seçimi

Qələbə – 75

Kəpənəklər öləcək

Primakov söhbəti

Abort haqqının müxtəlif hüquq sistemlərinə görə müqayisəsi

Prof. Fuad Zərbiyevin Cambridge mühazirəsi

Psixoloji travma barədə

Cəsarətin ölümü

Dövlət yazıçıya niyə pul verməlidir?

Liberalizmin rus və türk optikasından Azərbaycan

Mənalı və mənasız söhbətlər

Gitaraya hökm edən adam

Qəzetsiz Azərbaycan

Quldurluğun cəngavərlik kimi təqdim olunması

Mədəni partlayış qaçılmazdır. London.

Statistikanın yanı

Koronavirusdan sonrakı həyat

Sülh: mümkünmü, mümkünsüzmü?

İtmiş kitabın axtarışında

Asqırmaqla öskürməyin əşəddu-fərqi

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

Dəstəbazlıq

XXI əsrdə solun yeni üzü: Akselerasionizm

Səidə Haqverdiyeva: “Qoxu gəlsə də burnunu tutmursan”

Göydən yerə

Eldarın milyonçu qohumları

Pandemiya tədbirləri və psixi sağlamlıq

Biznesdə kitabların yazmadığı şeylər – III HİSSƏ

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

Dünya universitetləri: dünəndən bu günə

Vəziyyət o vəziyyət deyil

İndi biz kimə inanaq?

Mirzə Mirzə
., Mövqe
26 İyul 2020

Hərdən keçmişdə çox məşhur olmuş, bütün evlərdə sevilən, izlənilən insanlar yadıma düşür.  Onlar indi hardadılar, nə edirlər? Əslində cavab bəllidir: kütlə onları necə bəh-bəhlə həzmi-rabedən keçirirdisə, indi də eləcə ifraz edib və unudub. Bir vaxtlar kütlənin ürəyini fəth eləmiş o insanlar artıq onu ümummilli orqazm həzzi ilə təmin edə bilmədikləri üçün təqaüdə göndərilib.

Məsələn, 90-cı illərin əvvəllərində çox tanınan, nimdaş yumoru ilə evlərimizə daxil olan Arif Quliyevi götürək. Bir dəfə rayonlardan birində “palatka” toyunda idim. Hamı içmişdi, bayağı musiqilər və rəqs edənlər ortalıqda terror əsdirirdi. Qəflətən “palatkaya” Arif Quliyev daxil oldu. Əvvəlcə taxma dişlərini çıxarıb toy əhlinə göstərdi, hər kəs qəşş elədi. Sonra Arif Quliyevdən başqa “gülməli” hərəkətlər tələb etdilər. Təbii ki, aktyor onların bütün tələblərini yerinə yetirməliydi. Burada “kapitalizm onu öz əsirinə çevirmişdi” deyib solçu draması yaratmayacam, ancaq kütlə gözlərimin önündə bir vaxtlar pərəstiş elədiyi insanı oyuncağa çevirmişdi.

Bu proses bio-kütlə üçün çox da əziyyətli olmur, o, dünən ucaltdığını bu gün rahatca, heç bir dilemma qarşısında qalmadan yerlərdə süründürə bilər. Çünki onu özü yaradıb. Zatən o insanların əksəriyyəti hər fürsətdə bunu təsdiqləyir, “məni sizlər var etdiniz, siz olmasaydınız, mən heç kim idim” deyərək kütlənin eqosuna xidmət etdiklərini boynuna alır.

Bu hal özünü kütlənin rəyindən asılı hala salmış siyasətçiyə, jurnalistə, ictimai xadimə, hətta prezidentlərə də aiddir. Son proseslərdə işlədiyim sahənin vasitəsilə bunu daha aydın müşahidə etdim.

Dünənə qədər kütlə tərəfindən (bunun fərqində olmaq belə qəribə hiss elətdirir) qəhrəman elan olunan, hər proqramı saysız izlənmə alan jurnalist Sevinc Osmanqızı və digər mühacir blogerlərin timsalında cəmiyyətdə gedən prosesləri bir daha analiz etmək imkanım oldu, onsuz da fərqində olduğum şeyləri daha dərindən dərk etdim.

Sevinc Osmanqızı son proqramında Avropada və Amerikada keçirilən aksiyalarda azərbaycan tərəfinin iğtişaş yaratdığını, bütün proseslərin Bakıdan idarə edildiyini söyləyir. Başqa bir “bodybuilder” bloger isə baş verənlərin onu öldürmək üçün planlandığını deyir (narsizmin bu səviyyəsi ilə ilk dəfə rastlaşıram). Yəni, yüzillərə söykənən münaqişə tarixi, qarşı tərəfin miatsum eşqi, ASALA tərəfdarlarının sivil aksiyalara hücumları və s., necə deyərlər, “İlhamın oyunu” imiş.

Bu iddialar məni bir neçə ehtimal barədə düşünməyə vadar edir: birinci, azərbaycan diasporasının fəaliyyətinin güclənməsi bu şəxsləri qorxuya salıb; ikinci onlar yaşadıqları yerdə ermənilərin hücumuna məruz qalmaqdan qorxurlar. Diasporanın fəaliyyətindən qorxmalarının səbəbi o ola bilər ki, həmin fəaliyyət nəticəsində yeni, daha savadlı, obyektiv, AXCP-YAP dilemmasının fövqündə dayanan, rasional simalar ortaya çıxar və eyni zamanda söyüş söyməklə, nifrət nitqləriylə özünə siyasi kapital yığmış şəxslərin maliyyə mənbələrini əllərindən alarlar. İkinci ehtimal anlaşılandır – can qorxusu. Lakin burada diqqətçəkən daha bir məqam var: Qarabağ-Təbriz mövzusu ilə daima bio-kütləni manipulasiya edən, xal yığan bu şəxslər niyə, məhz, indi sülhpərvər kosmopolitlərə çevriliblər? Paradoksaldır.

Əlbəttə, bu istiqamətdə dəyişiklik müşahidə eləmək çox gözəl olardı, amma sözügedən insanların, ümumiyyətlə, kim olur-olsun, bir gün içində millətçidən kosmopolitə çevrilməsi qeyri-mümkündür.

Yəqin, dünənə qədər onlara qəhrəman gözüylə baxanlar da bu “mümkünsüzlüyü” hiss elədilər və nəticədə onlar kütlənin linçi ilə üzləşdilər. Əllərində qalan kart isə budur: hamısı İlhamın oyunudur!

Yeri gəlmişkən, sosial şəbəkələrdə, işlədiyim media orqanında yazılan rəylərə, inboxa gələn mesajlara əsasən, deyə bilərəm ki, artıq “İlhamın oyunudur!” ifadəsi də öz əhəmiyyətini, sehrini itirib və bunun təqsirkarı, səbəbkarı da elə bayaqdan haqqında danışdığım “qəhrəmanlar”dır.

Açığı, bu gün sosial şəbəkələrdə müşahidə etdiklərimdən sonra, “İlhamın oyunları”nın sözügedən şəxsləri “xilas edəcəyini”, nüfuzlarını geri qaytaracağını düşünmürəm. Çünki kütlə artıq o möcüzəvi sualı verməyə başlayıb: İndi biz kimə inanaq?

Əgər bir azərbaycanlı bu sualı verirsə, deməli, öz bütü onu kifayət qədər məyus edib, tələblərinə cavab verməyib, hələ bu, bəs deyilmiş kimi, öz şəxsi azadlığını üstün tutaraq onu təhqir edib.

Adətən, bu sualı eşidəndə gözümdə belə bir mənzərə canlanır: hansısa ibtidai bir tayfa özünə məhdud resurslarla tanrı düzəldir, sonra təbii fəlakət onu dağıdır. Sizcə, həmin anda da verilən ilk sual bu olmayacaq?

Özü-özlüyündə “indi biz kimə inanaq?” sualının dərin təhlilə ehtiyacı var. Əgər bu sualın üzərində işlənilsə, təhlil edilsə, bio-kütləni anlamaq, onu daha dərindən başa düşmək bir az asanlaşa bilər. Son dərəcə ilahi bir sualdır. Hətta bu sual Erkin Qədirlinin bir aforizmini yadıma salır: “Kütlə bəzən qəhrəman axtarışına çıxır. Sonra onu məhv etmək üçün…”

Bir ay əvvəl Sevinc Osmanqızını tənqid eləsən, ağır linçlə üzləşə, intihara qədər uzanan bir prosesdən keçə bilərdin, ancaq kütlə özü bunu bir günün içində qəhrəman saydığı insanlara tətbiq etdi. İndi isə yeni qəhrəmanların axtarışı başlayır, necə deyərlər “Winter is comming!” Amma bir şeyi də nəzərə almaq lazımdır: Artıq kütlə sorğulamağı bacarır (kütlə hər zaman kütlədir, onun hərəkət düsturu həmişə eynidir). Kütlə paradoksallığı qəbul etmir, bu, onda ikrah doğurur. Yeni qəhrəmanlar bunu unutmamalıdılar.

“İndi biz kimə inanaq?” sualına isə şəxsən mən belə cavab verirəm: İlk növbədə özünüzə inanın. Bu, başqalarına inanıb məyus olmaqdan qat-qat yaxşıdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
1204191351041dp
Mövqe

Azərbaycanlıların şəxsi məlumatları

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel