Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
10 Oktyabr 2020

Məlum Moskva danışıqları nəticəsində bu gün saat 12.00-dan atəşkəs elan edildi. Sentyabrın 27-dən başlanmış İkinci Qarabağ müharibəsində humanitar pauza götürülüb, və ilk hesabatı aparmağın zamanıdır.

İlk öncə onu demək lazımdır ki, bu günlərdə Azərbaycan ordusu mümkünsüz olanı edə bildi.

1994-cü ilin 12 mayından indiyə kimi keçən 26 ildən artıq zaman ərzində orada qurulmuş neçə qatlı, dərin müdafiə istehkamlarını dünyada çox az ordu dağıda bilərdi. Düşmən tərəfin bütün yüksəkliklərə nəzarət etdiyi bir zamanda, çox dərindən eşalonlaşdırılmış, tamamilə minalanmış müdafiə xəttinin, bıçağın kərə yağını kəsməsi tək yarılması qarşı tərəfdə şok effekti yaratdı. Bu anlamda Azərbaycan ordusunun bu kampaniyası şühbəsiz ki, dünya hərb tarixi dərsliklərinin səhifələrinə yazılacaq.

Daha da əhəmiyyətlisi budur ki, əməliyyat nəticəsində erməni tərəfinin illərlə özünə yaratdığı miflər – “keçilməz Ohanyan xətti”, “məğlubedilməz erməni ordusu”, “qorxaq Mamed”, “azərbaycanlılar Qarabağ-filan istəmir, hamısı İlham Əliyevin işləridir”, “bir həmləmizlə Bakıya çatarıq” və s. kimi psixopat sicilləmələri – hamısı tamamilə puç oldu. Bu şiddətdə əməliyyata əsla hazır olmayan düşmən nəinki hərbi anlamda, eyni zamanda mənəvi cəhətdən də darmadağın edildi. “Azərbaycanı bir heç” hesab edən dünya erməniliyi də dərin şokdadır – bunu çox rahat sezmək olur.

Qarşı tərəfin bu illər ərzində haqqımızda dediklərini eşitmişdik: onlar (yəni biz, azərbaycanlılar) qorxaqdır, qələt eləyərlər bunu ağıllarından keçirərlər (yəni revanşı), səslərini çıxarsalar o saat Bərdəni götürərik, Mingəçevir su anbarını dağıdarıq, Bakını da alarıq, “müdafiə taktikasından yeni ərazilər uğrunda hücum taktikasına keçməliyk” kimi, təkrar edilən mantralar. Sonuncu hədə isə Ermənistanın müdafiə naziri David Tonoyana aiddir – keçən ilin martında ABŞ-da erməni diasporası ilə görüşdə şəxsən dilə gətirmişdi.

Azərbaycan ordusunun əməliyyatlarından aqoniyaya düşən ermənilər son 26 ildə təkrarladıqları bütün hədələri reallaşdırmağa cəhd etdilər – Mingəçevir su anbarını vurmaq istədilər, Tərtərə, Gəncəyə, Xızıya, Bərdəyə raketlər atdılar, BTC boru xəttini də dağıtmağa çalışdılar. Məqsəd əhalidə panika, qorxu yaratmaq idi, lakin hamısı boşa çıxdı, hələ üstəlik məlum oldu ki, raketlərin yarıdan çoxu zay imiş. Onların təfəkkürü hələ də qatil Serj Sarqsyanın “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər bizimlə zarafat etmək olar” səviyyəsində qalmışdı, xəstə-illüzor dünyalarında düşünürdülər ki, Azərbaycanı bu cür hərəkətlərlə çəkindirmək, ölkəmizdə milli təfriqə salmaq, cəmiyyəti bölmək mümkün olacaq. Nəticəni isə hamı gördü – bir heç.

İkinci Qarabağ Müharibəsinin ilk mərhələsinin ən vacib nəticəsi odur ki, illərdir mübaliğəsiz bütün dünya tərəfindən bizə yeridilməyə çalışılan, azərbaycanlıları məğlubiyyətin alternativsizliyinə inandırmağa hesablanmış “münaqişənin hərbi yolu yoxdur” tezisi yerlə-yeksan oldu.

Artıq bunu bir daha dilə gətirənin obyektivliyi, reallığı görmə qabiliyyəti şübhə altında olacaq. Çünki bu tezis ağ yalan çıxdı. Bunu bütün dünya gördü, ən əsası da Ermənistanın “böyük bacıları” şahidlik etdilər.

İstənilən halda 26 illik reallıq radikal şəkildə dəyişdirilib. Azərbaycan ordusu hamıya məlum olduğu kimi bir neçə ərazini geri qaytarıb. Ən maraqlısı isə ordumuzun yalnız işğal edilmiş rayonlarımızdakı əraziləri yox, keçmiş muxtar vilayətin tam olmasa da, faktiki iki rayonunu (Ağdərə və Xocavənd) da nəzarətə götürməsidir – bu da çox-çox maraqlı faktdır. Hətta səthi baxış da bəs edir ki, əməliyyatlar nəticəsində qarşı tərəfə güclü zərbənin vurulduğunu, Ermənistanın artıq tam tükəndiyini görəsən.

Çox vacib məsələlərdən biri də odur ki, bu əməliyyatlar nəticəsində Azərbaycan İranla olan sərhədlərinin önəmli hissəsini də bərpa etdi. Şübhəsiz ki, orada tez bir zamanda ölkənin sərhəd xidməti və gömrükçüləri yerini alacaq. Artıq qarşı tərəf “genosid” kamançası çala-çala Xudafərin körpüsünə, narkotik plantasiyalara, kontrabanda mallara əlvida deyə bilər.

Həmçinin, Azərbaycan tərəfi bu ərazilərdən əhəmiyyətli iqtisadi xeyir də əldə edəcək, 30 ildir ermənilərin qarşısını aldıqları Tərtər çayının faktiki “qaytarılmasını” da unutmamalıyıq. Qarşı tərəf bizə zərər vurmaq üçün suyu yayda saxlayıb, qış aylarında, lazım olmayanda Suqovuşan bəndindən buraxırdılar. Füzuli-Cəbrayıl ərazilərində də əməlli-başlı əkin-biçin aparırdılar. İndi bütün bunlara birdəfəlik son qoyuldu.

Məhz belə bir anda, tam bir hərbi və mənəvi üstünlük əldə edilmişkən qısamüddətli, humanitar atəşkəsə gedildi. Ordumuz müharibə qaçılmaz olarsa nələr edə biləcəyini bütün dünyaya nümayiş etdirdi, belə bir halda isə, üstün mövqedən aparılan danışıqlar konstruktiv məcraya yönələ bilər, çünki qarşı tərəfin illərlə vurğuladığı və beynəlxalq tərəfdaşlarının da dəstək verdikləri “status-kvo” və “müharibənin yaratdığı reallıq” tezisləri artıq yoxdur, məhv edilib.

Bu atəşkəsin sırf humanitar məqsədlərlə elan edildiyi deyilir. Azərbaycan tərəfi daima hücumda olduğu, irəli getdiyi üçün düşmən tərəfdə şəhidlərimiz olmamalıdır, o zaman belə çıxır ki, erməni tərəf cəsəd toplayacaq. Tamam, etsinlər, hətta ən qanlı müharibələrdə belə pauzalar olur.

Hazırda xalqın əhval-ruhiyyəsi elədir ki, onu hansısa uzunmüddətli atəşkəslə saxlamaq olmayacaq. Hökumət də bunu, əlbəttə nəzərə alır, zatən bu azadlıq müharibəsi də xalqın təkid və tələbi ilə başladılmışdı, odur ki, ermənilər onlara təqdim edilmiş şərtləri qəbul etməsələr, savaşa qalındığı yerdən davam ediləcək. Elə görünür və çox güman ki, doğrudan elədir.

Hazırda Azərbaycan tərəfinin şərtləri bəllidir – ya erməni silahlıları dərhal torpaqlarımızı tərk etməlidirlər, yaxud danışıqlar masasında buna dair qrafikə imza atmalıdırlar, əksi mümkün deyil və qəbuledilməzdir.

Reallıq tamamilə dəyişib.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Kimdir Kim Ki-duk?

Qlobal panika, yoxsa zəruri tədbirlər?

Geylərin daşlı protesti

Göydən yerə

Rus sektoru davası

Azərbaycan SSR-nın ilk hökuməti və onun taleyi

Bakı. Hökumət evi. Tarix və miras.

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

90-ların “korona”sız uşaqlığı

Bakının heykəllərinə virtual tur

Azərbaycanın Marşall planı

Məsumiyyət

Müəlliflər kütləni necə aldadır: X faylı – janrsızlıq

Gürcülər kimdir?

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

Bir daha Çernobıl, yenə HBO

İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Milli riyakarlığımız və Kleopatra

Əmilən oksigen və digital perspektivlər

Prof. Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır”

“Gecəyarısı uşaqları” adlı cəfəngiyyat

Yeddi dəvə istərəm

Yaradıcı birliklər nəyə lazımdır?

Penis və qəhrəman

Mercedes-Benz – tarix və bu gün

Qışda Azərbaycan ordusu məğlub olacaq?

Niyə alimlərin əksəriyyəti kişidir?

“İlham Əliyev hər şeyi düzgün hesablayıb”

İnformasiya çatışmazlığı sindromu

İkinci Qarabağ müharibəsi – reallıqlar və tələblər

Elmir Mirzəyev Elmir Mirzəyev
., Vətən müharibəsi
10 Oktyabr 2020

Məlum Moskva danışıqları nəticəsində bu gün saat 12.00-dan atəşkəs elan edildi. Sentyabrın 27-dən başlanmış İkinci Qarabağ müharibəsində humanitar pauza götürülüb, və ilk hesabatı aparmağın zamanıdır.

İlk öncə onu demək lazımdır ki, bu günlərdə Azərbaycan ordusu mümkünsüz olanı edə bildi.

1994-cü ilin 12 mayından indiyə kimi keçən 26 ildən artıq zaman ərzində orada qurulmuş neçə qatlı, dərin müdafiə istehkamlarını dünyada çox az ordu dağıda bilərdi. Düşmən tərəfin bütün yüksəkliklərə nəzarət etdiyi bir zamanda, çox dərindən eşalonlaşdırılmış, tamamilə minalanmış müdafiə xəttinin, bıçağın kərə yağını kəsməsi tək yarılması qarşı tərəfdə şok effekti yaratdı. Bu anlamda Azərbaycan ordusunun bu kampaniyası şühbəsiz ki, dünya hərb tarixi dərsliklərinin səhifələrinə yazılacaq.

Daha da əhəmiyyətlisi budur ki, əməliyyat nəticəsində erməni tərəfinin illərlə özünə yaratdığı miflər – “keçilməz Ohanyan xətti”, “məğlubedilməz erməni ordusu”, “qorxaq Mamed”, “azərbaycanlılar Qarabağ-filan istəmir, hamısı İlham Əliyevin işləridir”, “bir həmləmizlə Bakıya çatarıq” və s. kimi psixopat sicilləmələri – hamısı tamamilə puç oldu. Bu şiddətdə əməliyyata əsla hazır olmayan düşmən nəinki hərbi anlamda, eyni zamanda mənəvi cəhətdən də darmadağın edildi. “Azərbaycanı bir heç” hesab edən dünya erməniliyi də dərin şokdadır – bunu çox rahat sezmək olur.

Qarşı tərəfin bu illər ərzində haqqımızda dediklərini eşitmişdik: onlar (yəni biz, azərbaycanlılar) qorxaqdır, qələt eləyərlər bunu ağıllarından keçirərlər (yəni revanşı), səslərini çıxarsalar o saat Bərdəni götürərik, Mingəçevir su anbarını dağıdarıq, Bakını da alarıq, “müdafiə taktikasından yeni ərazilər uğrunda hücum taktikasına keçməliyk” kimi, təkrar edilən mantralar. Sonuncu hədə isə Ermənistanın müdafiə naziri David Tonoyana aiddir – keçən ilin martında ABŞ-da erməni diasporası ilə görüşdə şəxsən dilə gətirmişdi.

Azərbaycan ordusunun əməliyyatlarından aqoniyaya düşən ermənilər son 26 ildə təkrarladıqları bütün hədələri reallaşdırmağa cəhd etdilər – Mingəçevir su anbarını vurmaq istədilər, Tərtərə, Gəncəyə, Xızıya, Bərdəyə raketlər atdılar, BTC boru xəttini də dağıtmağa çalışdılar. Məqsəd əhalidə panika, qorxu yaratmaq idi, lakin hamısı boşa çıxdı, hələ üstəlik məlum oldu ki, raketlərin yarıdan çoxu zay imiş. Onların təfəkkürü hələ də qatil Serj Sarqsyanın “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər bizimlə zarafat etmək olar” səviyyəsində qalmışdı, xəstə-illüzor dünyalarında düşünürdülər ki, Azərbaycanı bu cür hərəkətlərlə çəkindirmək, ölkəmizdə milli təfriqə salmaq, cəmiyyəti bölmək mümkün olacaq. Nəticəni isə hamı gördü – bir heç.

İkinci Qarabağ Müharibəsinin ilk mərhələsinin ən vacib nəticəsi odur ki, illərdir mübaliğəsiz bütün dünya tərəfindən bizə yeridilməyə çalışılan, azərbaycanlıları məğlubiyyətin alternativsizliyinə inandırmağa hesablanmış “münaqişənin hərbi yolu yoxdur” tezisi yerlə-yeksan oldu.

Artıq bunu bir daha dilə gətirənin obyektivliyi, reallığı görmə qabiliyyəti şübhə altında olacaq. Çünki bu tezis ağ yalan çıxdı. Bunu bütün dünya gördü, ən əsası da Ermənistanın “böyük bacıları” şahidlik etdilər.

İstənilən halda 26 illik reallıq radikal şəkildə dəyişdirilib. Azərbaycan ordusu hamıya məlum olduğu kimi bir neçə ərazini geri qaytarıb. Ən maraqlısı isə ordumuzun yalnız işğal edilmiş rayonlarımızdakı əraziləri yox, keçmiş muxtar vilayətin tam olmasa da, faktiki iki rayonunu (Ağdərə və Xocavənd) da nəzarətə götürməsidir – bu da çox-çox maraqlı faktdır. Hətta səthi baxış da bəs edir ki, əməliyyatlar nəticəsində qarşı tərəfə güclü zərbənin vurulduğunu, Ermənistanın artıq tam tükəndiyini görəsən.

Çox vacib məsələlərdən biri də odur ki, bu əməliyyatlar nəticəsində Azərbaycan İranla olan sərhədlərinin önəmli hissəsini də bərpa etdi. Şübhəsiz ki, orada tez bir zamanda ölkənin sərhəd xidməti və gömrükçüləri yerini alacaq. Artıq qarşı tərəf “genosid” kamançası çala-çala Xudafərin körpüsünə, narkotik plantasiyalara, kontrabanda mallara əlvida deyə bilər.

Həmçinin, Azərbaycan tərəfi bu ərazilərdən əhəmiyyətli iqtisadi xeyir də əldə edəcək, 30 ildir ermənilərin qarşısını aldıqları Tərtər çayının faktiki “qaytarılmasını” da unutmamalıyıq. Qarşı tərəf bizə zərər vurmaq üçün suyu yayda saxlayıb, qış aylarında, lazım olmayanda Suqovuşan bəndindən buraxırdılar. Füzuli-Cəbrayıl ərazilərində də əməlli-başlı əkin-biçin aparırdılar. İndi bütün bunlara birdəfəlik son qoyuldu.

Məhz belə bir anda, tam bir hərbi və mənəvi üstünlük əldə edilmişkən qısamüddətli, humanitar atəşkəsə gedildi. Ordumuz müharibə qaçılmaz olarsa nələr edə biləcəyini bütün dünyaya nümayiş etdirdi, belə bir halda isə, üstün mövqedən aparılan danışıqlar konstruktiv məcraya yönələ bilər, çünki qarşı tərəfin illərlə vurğuladığı və beynəlxalq tərəfdaşlarının da dəstək verdikləri “status-kvo” və “müharibənin yaratdığı reallıq” tezisləri artıq yoxdur, məhv edilib.

Bu atəşkəsin sırf humanitar məqsədlərlə elan edildiyi deyilir. Azərbaycan tərəfi daima hücumda olduğu, irəli getdiyi üçün düşmən tərəfdə şəhidlərimiz olmamalıdır, o zaman belə çıxır ki, erməni tərəf cəsəd toplayacaq. Tamam, etsinlər, hətta ən qanlı müharibələrdə belə pauzalar olur.

Hazırda xalqın əhval-ruhiyyəsi elədir ki, onu hansısa uzunmüddətli atəşkəslə saxlamaq olmayacaq. Hökumət də bunu, əlbəttə nəzərə alır, zatən bu azadlıq müharibəsi də xalqın təkid və tələbi ilə başladılmışdı, odur ki, ermənilər onlara təqdim edilmiş şərtləri qəbul etməsələr, savaşa qalındığı yerdən davam ediləcək. Elə görünür və çox güman ki, doğrudan elədir.

Hazırda Azərbaycan tərəfinin şərtləri bəllidir – ya erməni silahlıları dərhal torpaqlarımızı tərk etməlidirlər, yaxud danışıqlar masasında buna dair qrafikə imza atmalıdırlar, əksi mümkün deyil və qəbuledilməzdir.

Reallıq tamamilə dəyişib.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel