Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hökumətin fiziki məhdudiyyəti

Orxan Adıgözəl Orxan Adıgözəl
Mövqe, Uncategorized
21 Noyabr 2019

Təbiətcə pessimist biri deyiləm. Özüm üçün müəyyən etdiyim aydın hədəflərim var. Pafoslu səslənməsin, nə üçün mübarizə apardığımı yaxşı bilirəm. İllərdir inkluziya və əlillik sahəsini öyrənirəm. Bu yolu öz xoşumla seçməmişəm. Vəziyyət belə gətirib. Əgər sənin əlilliyin varsa, bu sahədə öyrənmə prosesi daha praktik və hər zaman əlçatan olur. Bütün alətlər əlinin altındadır. Resurslar və münbit şərait özü yeni cığırlar açır və səni irəli itələyir.

Fiziki məhdudiyyətim bu sahəni daimi təcrübi şəkildə mənimsəməm üçün unikal imkanlar yaratmaqdadır. Özümlə bağlı hər hansı narahatlıq və ya məlumat öyrənərkən həkimlərdən çox, mənimlə eyni diaqnozda olan, eyni travma alan şəxslərdən məlumatlanıram. Bu, təkcə tibbin bərbad vəziyyətdə olduğu ölkəmizdə yox, eləcə də tibbi-sosial rifahı yüksək olan Avropa ölkələrində də keçərlidir. Yəni, təbii yaranan bu klassik hal hər yerdə oxşar şəkildə formalaşır. Bir kəs ki, nəyisə əyani və fiziki şəkildə yaşayırsa, onu nəzəri öyrənənlərdən daha çox təcrübəyə malik olur. Bu faktdır. Ona görə ürəklə deyə bilərəm ki, mən öz sahəmin mütəxəsisiyəm. Həm də bilgiləri təkcə praktiki yığmamışam. Məlumatlanmanı nəzəri şəkildə mənimsəməyi də unutmuram. Hətta bununla bağlı xarici təşkilatda da bir müddət işləmişəm. 

İnsanların qərəzə meyilli olduğunu nəzərə alıb, bildirməliyəm ki, bununla xüsusi fəxr etmir, nə də qürrələnmirəm. Yenə deyirəm, baş verən şey öz iradəmlə baş verməyib, taleh ya nə bilim həyat belə gətirib (adını nə qoyursunuz qoyun). Mövcud vəziyyətimdən narazı deyiləm. Guya narazı olub neyləyə bilərəm ki?! Narazı olduğum hal ölkədəki əlillik və inkluzivlik sahəsini bataqlığa çevirən instansiyalarla bağlıdır. Bəli, bu sahəni çirkaba çevirənlərdən narazıyam. Narazılığımda da haqlıyam. Çünki ordakı idarəçilər razı qalmağımız üçün hər hansı müsbət addımlarla, daha doğrusu səmimi və ədalətli idarəçiliklə məşğul deyillər. Böyük əksəriyyətinin də bu sahə ilə bağlı nəzəri bilikləri olduqca səthidir. Bəhs etdiyim kəslər axı heç bu sahə üzrə ixtisaslaşmayıblar da. Onsuz da analoqsuz ölkəmizdə “Əlinin papağı Vəlinin başında, Vəlinin papağı da Əlinin başındadır” prinsipi meydan sulayır.

Bilirəm sadəlöhv səslənir, ancaq vəziyyətlə barışmaq olmur. Reallığı qəbul edə bilirəm, sadəcə təslim olub, özümü laqeyd kölə kimi aparmayacağam. Çünki vəziyyət doğurdan da acınacaqlıdır. Bunu hamı bilir – Azərbaycanda yaşamaq çətindir. Kimin ki, fiziki məhdudiyyəti var, ona burda yaşamaq onqat çətinlik gətirir.

Yaşadığım Bakı şəhərində əlilliyi olan insanların müstəqil hərəkət etməsi üçün imkanlar olduqca aşağı səviyyədədir. Hələ bura paytaxtdır. Ölkənin heç də parlaq olmayan ictimai, siyasi, mədəni, eləcə də sosial həyatı Bakıda başlayıb, elə Bakıda da bitir. Paytaxtdan kənarda, yəni bölgələrdə vəziyyət burdakından da betərdir.

Əlil arabasından istifadə edən adam üçün hər pilləkən, hər səki bir növ Everest zirvəsi kimidir. Hətta şəhərin mərkəzi də mənim nəzərimdə dağlıq, keçilməz aşırım kimi görünən qeyri-müəssər infrastrukturla örtülüdür. Çox az hallarda təkbaşına harasa gedib-gəlmək qərarı alıram. Bu əslində özü-özlüyündə təhlükəlidir. Çünki hər an arabamın təkərləri harasa ilişə və yıxıla bilərəm(ki bu olub da) “Everest zirvəsi” sayılan səki və pilləkənlərlə qarşılaşanda isə vəziyyət lap ağırlaşır. Ona görə həmişə yanımda dost-tanış ya da mənə kömək edən xalamoğlu olur.

İnternetdə qarşıma çıxan və ya hardansa eşitdiyim, diqqətimi cəlb edən seminar, konfrans və ya konsert olanda, əgər tədbirin keçirildiyi məkan tanış deyilsə, öncədən oranın telefon nömrələrini tapıb, zəng edir və həmin yerin əlil arabası üçün münasib olub-olmadığını öyrənirəm. Əksər hallarda dəstəyin o tərəfindən dərindən ah çəkilir və təəssüflə bildirilir ki, bəs, məkana giriş-çıxışımız sizin arabaya uyğun deyil. Düzdür, bir çoxları “siz, gəlin, bizim əməkdaşlar içəri keçməyinizə, qalxmanıza və düşməyinizə yardımçı olacaqlar” deyirlər. Onsuz da çox vaxt elə də edirəm. Dörd kişi arabamın bir küncündən yapışır (bu, fiziki güc tələb edir) və məni fars imperatoru Birinci Dara kimi kürsüdə daşıyırmış kimi yuxarı-aşağı aparırlar. İnanırsınız, dəfələrlə olub ki, elektrik kəsiləndə ya da lift işləməyəndə yaşadığımız 6-cı mərtəbəyə 4-5 nəfərin köməyi ilə oxşar şəkildə düşüb-qalxmışam.

Düzdür bizim camaat çox köməkcanlıdır və hətta bəzən heç deməyə belə ehtiyac qalmır, özləri “kömək edim” deyə soruşur və ürəklə yardımçı olurlar. Ancaq bu heç bir halda belə olmamalıdır! Siravi insanların mənə kömək etmək öhdəliyi və ya borcu yoxdur. Bu öhdəlik və məsuliyyət hökümətin boynunun borcudur. Onlar buna görə Beynəlxalq öhdəliklər də götürüb, əlilliyi olan insanların həyatını yüngülləşdirməklə bağlı qanunlar ratifikasiya ediblər. Ancaq çifayda.

Ölkədə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunları oxuyarkən sanırsan ki, elə bil Hollandiyadakı əlilliyi olan vətəndaşlar üçün yazılmış hüquqi maddələri gözdən keçirirsən. Ancaq onlar kağız üzərində qalır. Həmin maddələrin 5-10 faizi icra olunsa, hələ “böyük şey”dir. Hüquqlarımız bərqərar olmur və reallaşmır. Sonra da reallaşmayan arzular və fantaziyalar kimi şüuraltımızda bulanıq və süst hal alıb yuxularımıza girir. Həbsxanada uzun müddət qalan geniş fantaziyaya malik olan məhbus kimi ancaq röyalarda xoşbəxt ola bilirik.

Birinci qrup əlilliyi olan biri kimi bir aya 250 manat pul alıram. Bilirəm oxuyanlar mənə həsəd aparacaqlar ki, “İlahi, necə də varlıdır, hər ay gör nə qədər pul alır…” Eləyəm, hə, çox zənginəm, oliqarxlardan seçilmirəm, paxıllıq etməyin. Bu qədər pulu necə xərcləyəcəyimi də bilmirəm. Güman ki, yaxın zamanda prestijli bir konsultant təyin edəcəm ki, var-dövlətimi idarə etməyimə yön vermək üçün mənə yardımçı olsun. Belə olmaz e vallah. Həmin pulu hətta Afrikada çətin vəziyyətdə olanlar üçün humanitar yardım səviyyəsinə qaldırmışam, ancaq yenə də pul qurtarmır ki, qurtarmır.

Kimsə “deklarasiya” dedi?! Deklarasiyadan söhbət gedə bilməz. Ənənəvi olaraq elə bizim varlı məmur-oliqarxlardan çox ciddi fərqim yoxdur. 2008-ci ildən zəbt etdiyim arabam istənilən növ kreslodan komfortludur. Ölənə qədər də orada oturacağam, bu postdan da getməyəcəyəm. Hansı məmuru 6-cı mərtəbəyə öz kreslosunda qaldırıb-düşürürlər e?!

Əslində belə qənaətə gəlirəm ki, hökümət binaları, iaşə obyektlərini və ümumilikdə infrastrukturu bilərəkdən belə qeyri-münasib edib ki, əlil arabasından istifadə edən şəxslər özlərini imperator Birinci Dara kimi hiss etsinlər. Bütün bunlar bizim faydamız üçündür. Doğurdan da hər dəfə 4-5 nəfər sənin arabanın bir küncündən tutub dolaşıq pilləkənləri enib-qalxanda özünü karuseldə, bəzən də lap Misirdə Kleopatranın sarayındakı kimi hiss edirsən. Əsl ekstrim yaşayırsan. İndi başa düşürəm ki, çox nankoram. Bu yazı bir növ affirmasiya (psixoloji təsdiq sənədi) oldu. Psixoemosional fonum parlaqlaşdı lap. Necə də qaraqəlbli imişəm. Arada belə affirmasiyalar yazmalıyam ki, qaranlıqları aydınlıq kimi görüm. Bu yazını isə tez bir zamanda sonlandırıb, gedib Birinci Dara kimi şəhəri dolaşmaq fikirindəyəm. Di, salamat qalın!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
sev-2
.

Üzeyir Mehdizadə və eşşəklər

08 Yanvar 2021
1400918859_seymur-baycan
.

Vəziyyət o vəziyyət deyil

08 Yanvar 2021
415536773
Mövqe

Şəhidlərin ruhunu incitməyən fişəng

02 Yanvar 2021
resize
Mövqe

Azərbaycan müəllimi müqəddəsdir?

29 Dekabr 2020
248503816
.

Biz – ermənilər, hamını bezdirmişik

28 Dekabr 2020

Redaktorun seçimi

Düşünməyin ağrıları

Millətçilik, kollektiv narsissizm və erməni məsələsi

СНАП

Əsrarəngiz kainat – NASA təqdim edir

Yəhudi tərzi sosializm

Vudi Allenlə tanış olmaq

Çauşesku: edama aparan yol

Azərbaycansayağı faşizm

Tesla-dan yeni, inqilabi ötürücü

Azərbaycanın Marşall planı

Allahsız kosmos

Nifrət dili

Xalaoğlunun genomu, zibil DNT və Diz qapağı

Dəyərlər olmayanda

“Salaam Cinema”

AzLogos-dan zəruri açıqlama. Qeybullayeva və havadarlarının nəzərinə

XXI əsrdə solun yeni üzü: Akselerasionizm

İtmiş kitabın axtarışında

Süni intellektə sahib silahın təqdimatı

Pafos barədə

Nemanzadənin od vurduğu pirin kəraməti

Elçin Şıxlı: “Elin adəti var, mütləq rüşvət almalısan”

100 il öncəki qətllə bağlı suallar

Sərhədlərə sığmayan qadın

Mühacirlərin porno-bloqları

“Leninqrad”. Yeddinci Simfoniya.

Oqtay Gülalıyevdən nə istədilər?

Badımcan haqqında bədii-fəlsəfi esse

Nə oxuyaq? Beş müasir roman

Məsud Pənahi: “Dominant qadın olmalıdır, kişi yox”

Hökumətin fiziki məhdudiyyəti

Orxan Adıgözəl Orxan Adıgözəl
Mövqe, Uncategorized
21 Noyabr 2019

Təbiətcə pessimist biri deyiləm. Özüm üçün müəyyən etdiyim aydın hədəflərim var. Pafoslu səslənməsin, nə üçün mübarizə apardığımı yaxşı bilirəm. İllərdir inkluziya və əlillik sahəsini öyrənirəm. Bu yolu öz xoşumla seçməmişəm. Vəziyyət belə gətirib. Əgər sənin əlilliyin varsa, bu sahədə öyrənmə prosesi daha praktik və hər zaman əlçatan olur. Bütün alətlər əlinin altındadır. Resurslar və münbit şərait özü yeni cığırlar açır və səni irəli itələyir.

Fiziki məhdudiyyətim bu sahəni daimi təcrübi şəkildə mənimsəməm üçün unikal imkanlar yaratmaqdadır. Özümlə bağlı hər hansı narahatlıq və ya məlumat öyrənərkən həkimlərdən çox, mənimlə eyni diaqnozda olan, eyni travma alan şəxslərdən məlumatlanıram. Bu, təkcə tibbin bərbad vəziyyətdə olduğu ölkəmizdə yox, eləcə də tibbi-sosial rifahı yüksək olan Avropa ölkələrində də keçərlidir. Yəni, təbii yaranan bu klassik hal hər yerdə oxşar şəkildə formalaşır. Bir kəs ki, nəyisə əyani və fiziki şəkildə yaşayırsa, onu nəzəri öyrənənlərdən daha çox təcrübəyə malik olur. Bu faktdır. Ona görə ürəklə deyə bilərəm ki, mən öz sahəmin mütəxəsisiyəm. Həm də bilgiləri təkcə praktiki yığmamışam. Məlumatlanmanı nəzəri şəkildə mənimsəməyi də unutmuram. Hətta bununla bağlı xarici təşkilatda da bir müddət işləmişəm. 

İnsanların qərəzə meyilli olduğunu nəzərə alıb, bildirməliyəm ki, bununla xüsusi fəxr etmir, nə də qürrələnmirəm. Yenə deyirəm, baş verən şey öz iradəmlə baş verməyib, taleh ya nə bilim həyat belə gətirib (adını nə qoyursunuz qoyun). Mövcud vəziyyətimdən narazı deyiləm. Guya narazı olub neyləyə bilərəm ki?! Narazı olduğum hal ölkədəki əlillik və inkluzivlik sahəsini bataqlığa çevirən instansiyalarla bağlıdır. Bəli, bu sahəni çirkaba çevirənlərdən narazıyam. Narazılığımda da haqlıyam. Çünki ordakı idarəçilər razı qalmağımız üçün hər hansı müsbət addımlarla, daha doğrusu səmimi və ədalətli idarəçiliklə məşğul deyillər. Böyük əksəriyyətinin də bu sahə ilə bağlı nəzəri bilikləri olduqca səthidir. Bəhs etdiyim kəslər axı heç bu sahə üzrə ixtisaslaşmayıblar da. Onsuz da analoqsuz ölkəmizdə “Əlinin papağı Vəlinin başında, Vəlinin papağı da Əlinin başındadır” prinsipi meydan sulayır.

Bilirəm sadəlöhv səslənir, ancaq vəziyyətlə barışmaq olmur. Reallığı qəbul edə bilirəm, sadəcə təslim olub, özümü laqeyd kölə kimi aparmayacağam. Çünki vəziyyət doğurdan da acınacaqlıdır. Bunu hamı bilir – Azərbaycanda yaşamaq çətindir. Kimin ki, fiziki məhdudiyyəti var, ona burda yaşamaq onqat çətinlik gətirir.

Yaşadığım Bakı şəhərində əlilliyi olan insanların müstəqil hərəkət etməsi üçün imkanlar olduqca aşağı səviyyədədir. Hələ bura paytaxtdır. Ölkənin heç də parlaq olmayan ictimai, siyasi, mədəni, eləcə də sosial həyatı Bakıda başlayıb, elə Bakıda da bitir. Paytaxtdan kənarda, yəni bölgələrdə vəziyyət burdakından da betərdir.

Əlil arabasından istifadə edən adam üçün hər pilləkən, hər səki bir növ Everest zirvəsi kimidir. Hətta şəhərin mərkəzi də mənim nəzərimdə dağlıq, keçilməz aşırım kimi görünən qeyri-müəssər infrastrukturla örtülüdür. Çox az hallarda təkbaşına harasa gedib-gəlmək qərarı alıram. Bu əslində özü-özlüyündə təhlükəlidir. Çünki hər an arabamın təkərləri harasa ilişə və yıxıla bilərəm(ki bu olub da) “Everest zirvəsi” sayılan səki və pilləkənlərlə qarşılaşanda isə vəziyyət lap ağırlaşır. Ona görə həmişə yanımda dost-tanış ya da mənə kömək edən xalamoğlu olur.

İnternetdə qarşıma çıxan və ya hardansa eşitdiyim, diqqətimi cəlb edən seminar, konfrans və ya konsert olanda, əgər tədbirin keçirildiyi məkan tanış deyilsə, öncədən oranın telefon nömrələrini tapıb, zəng edir və həmin yerin əlil arabası üçün münasib olub-olmadığını öyrənirəm. Əksər hallarda dəstəyin o tərəfindən dərindən ah çəkilir və təəssüflə bildirilir ki, bəs, məkana giriş-çıxışımız sizin arabaya uyğun deyil. Düzdür, bir çoxları “siz, gəlin, bizim əməkdaşlar içəri keçməyinizə, qalxmanıza və düşməyinizə yardımçı olacaqlar” deyirlər. Onsuz da çox vaxt elə də edirəm. Dörd kişi arabamın bir küncündən yapışır (bu, fiziki güc tələb edir) və məni fars imperatoru Birinci Dara kimi kürsüdə daşıyırmış kimi yuxarı-aşağı aparırlar. İnanırsınız, dəfələrlə olub ki, elektrik kəsiləndə ya da lift işləməyəndə yaşadığımız 6-cı mərtəbəyə 4-5 nəfərin köməyi ilə oxşar şəkildə düşüb-qalxmışam.

Düzdür bizim camaat çox köməkcanlıdır və hətta bəzən heç deməyə belə ehtiyac qalmır, özləri “kömək edim” deyə soruşur və ürəklə yardımçı olurlar. Ancaq bu heç bir halda belə olmamalıdır! Siravi insanların mənə kömək etmək öhdəliyi və ya borcu yoxdur. Bu öhdəlik və məsuliyyət hökümətin boynunun borcudur. Onlar buna görə Beynəlxalq öhdəliklər də götürüb, əlilliyi olan insanların həyatını yüngülləşdirməklə bağlı qanunlar ratifikasiya ediblər. Ancaq çifayda.

Ölkədə əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunları oxuyarkən sanırsan ki, elə bil Hollandiyadakı əlilliyi olan vətəndaşlar üçün yazılmış hüquqi maddələri gözdən keçirirsən. Ancaq onlar kağız üzərində qalır. Həmin maddələrin 5-10 faizi icra olunsa, hələ “böyük şey”dir. Hüquqlarımız bərqərar olmur və reallaşmır. Sonra da reallaşmayan arzular və fantaziyalar kimi şüuraltımızda bulanıq və süst hal alıb yuxularımıza girir. Həbsxanada uzun müddət qalan geniş fantaziyaya malik olan məhbus kimi ancaq röyalarda xoşbəxt ola bilirik.

Birinci qrup əlilliyi olan biri kimi bir aya 250 manat pul alıram. Bilirəm oxuyanlar mənə həsəd aparacaqlar ki, “İlahi, necə də varlıdır, hər ay gör nə qədər pul alır…” Eləyəm, hə, çox zənginəm, oliqarxlardan seçilmirəm, paxıllıq etməyin. Bu qədər pulu necə xərcləyəcəyimi də bilmirəm. Güman ki, yaxın zamanda prestijli bir konsultant təyin edəcəm ki, var-dövlətimi idarə etməyimə yön vermək üçün mənə yardımçı olsun. Belə olmaz e vallah. Həmin pulu hətta Afrikada çətin vəziyyətdə olanlar üçün humanitar yardım səviyyəsinə qaldırmışam, ancaq yenə də pul qurtarmır ki, qurtarmır.

Kimsə “deklarasiya” dedi?! Deklarasiyadan söhbət gedə bilməz. Ənənəvi olaraq elə bizim varlı məmur-oliqarxlardan çox ciddi fərqim yoxdur. 2008-ci ildən zəbt etdiyim arabam istənilən növ kreslodan komfortludur. Ölənə qədər də orada oturacağam, bu postdan da getməyəcəyəm. Hansı məmuru 6-cı mərtəbəyə öz kreslosunda qaldırıb-düşürürlər e?!

Əslində belə qənaətə gəlirəm ki, hökümət binaları, iaşə obyektlərini və ümumilikdə infrastrukturu bilərəkdən belə qeyri-münasib edib ki, əlil arabasından istifadə edən şəxslər özlərini imperator Birinci Dara kimi hiss etsinlər. Bütün bunlar bizim faydamız üçündür. Doğurdan da hər dəfə 4-5 nəfər sənin arabanın bir küncündən tutub dolaşıq pilləkənləri enib-qalxanda özünü karuseldə, bəzən də lap Misirdə Kleopatranın sarayındakı kimi hiss edirsən. Əsl ekstrim yaşayırsan. İndi başa düşürəm ki, çox nankoram. Bu yazı bir növ affirmasiya (psixoloji təsdiq sənədi) oldu. Psixoemosional fonum parlaqlaşdı lap. Necə də qaraqəlbli imişəm. Arada belə affirmasiyalar yazmalıyam ki, qaranlıqları aydınlıq kimi görüm. Bu yazını isə tez bir zamanda sonlandırıb, gedib Birinci Dara kimi şəhəri dolaşmaq fikirindəyəm. Di, salamat qalın!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
sev-2
.

Üzeyir Mehdizadə və eşşəklər

08 Yanvar 2021
1400918859_seymur-baycan
.

Vəziyyət o vəziyyət deyil

08 Yanvar 2021
415536773
Mövqe

Şəhidlərin ruhunu incitməyən fişəng

02 Yanvar 2021
resize
Mövqe

Azərbaycan müəllimi müqəddəsdir?

29 Dekabr 2020
248503816
.

Biz – ermənilər, hamını bezdirmişik

28 Dekabr 2020

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel