Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Həsən bəy Zərdabinin Əlimərdan bəy Topçubaşovdan başlıq istəməsi

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
14 Oktyabr 2020

Azərbaycan dilində “başlıq” sözü fərqli anlamlarda işlədilir – baş örtüyü, yaxud sərlövhə, məqalənin adı kimi.

Bu sözün anlamlarından biri də vaxtilə xalq arasında geniş yayılmış ənənə ilə bağlıdır: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən ödənilən pul. “Yolpulu”, “südpulu” kimi sinonimləri də var.

Günümüzdə bu ənənə böyük ölçüdə aradan qalxıb, yaxud formasını dəyişib. Sevən cütlüklərin bir-birinə qovuşmasında başlıca əngəllərdən biri olaraq uzun illər tənqid hədəfinə çevrilən başlıq məsələsinə görə dara düşənlərdən biri Azərbaycan Cümhuriyyətinin qurucularından və aparıcı simalarından, eləcə də aydınlanma tariximizin öncüllərindən Əlimərdan bəy Topçubaşov olub.

Qarşı tərəfdə isə başqa bir görkəmli aydınımız vardı – Həsən bəy Zərdabi! Günümüzün pəncərəsindən baxdıqda təəccüblü görünür: çünki Zərdabi kimi irəligörüşlü, maarifçi təfəkkürlü bir şəxsiyyətin başlıq səbəbilə qızının Əlimərdan bəylə evliliyinə əngəl yaratması həqiqətən qəribədir.

Yaxşısı budur, lap əvvəldən başlayaq.

Həsən bəy qızı Pəri xanımın təhsil almasını çox istəyirdi. Lakin Azərbaycanda qız məktəbi yox idi. Odur ki, məcbur olub Pəri xanımı Tiflisə aparmışdı. Pəri xanım buradakı rus gimnaziyasında təhsil almışdı. O, bu gimnaziyada oxuyan ilk azərbaycanlı qızlardan biri idi.

Pəri xanım təhsilə marağı, eləcə də gözəlliyi ilə həmin vaxt 30 yaşında olan Əlimərdan bəyin diqqətini çəkir. Onların tanışlığı sevgiyə çevrilir. Evlənmək qərarına gəlirlər. Qızının Əlimərdan bəyə sevgisini eşidən Həsən bəy Bakıdan Tiflisə gəlir. Topçubaşovla tanış olur. Onun rəftarını, dünyagörüşünü bəyənir.

Lakin gənclər talelərini birləşdirməyə qərar verincə gözlənilməzlik yaşanır: Həsən bəy Topçubaşovdan başlıq istəyir.

Əlimərdan bəyin tələb olunan pulu ödəmək imkanı yoxdu.

Pəri xanım məsələdən hali olunca atasının istəyinə qarşı çıxır və Topçubaşovla evlənməkdə israr edir. O, qızların əşya kimi satılmasına qarşı idi, dövrü üçün adi sayılan bu ənənəni olduqca zərərli hesab edirdi.

Nəhayət, 1893-cü il dekabrın 31-də Əlimərdan bəylə 20 yaşlı Pəri xanım evlənirlər.

Hənifə xanım indiyədək naməlum qalan səbəbdən iştirak edə bilmədiyi toyun üstündən çox keçməmiş qızından məktub alır.

Pəri xanım anasına ünvanladığı məktubda mərasimin gözəl keçdiyini vurğulayır və bircə ona təəssüflənirdi ki, Hənifə xanım toyda olmayıb.

Pəri xanım kəbin mərasimi yaranan anlaşılmazlıqdan da yazır. Bildirir ki, sən demə, atası Əlimərdan bəydən 10 min pul tələb edibmiş. Əlavə edir ki, sevdiyi insanın bu məbləği ödəməyə imkanı çatmayıb. “Mərdan bəy mənə bildirdi ki, pula görə evlənməyi təxirə salmaq olmaz. Əziz anam, bir halda ki, mən əvvəl-axır ərə getməliydim, onda qoy bu insan başqası yox, elə sevdiyim adam olsun” – Pəri xanım yazırdı.

İki il sonra Topçubaşov da Hənifə xanıma məktub ünvanlayır. Ona “Əziz ana” deyə xitab edir, qızının taleyi üçün narahat olmamasını istəyir. Hənifə xanımı arxayın salır ki, Pəri xanıma sevgisi hər gün daha da artır. Üstəlik, bu sevgisi ilə qayınanasının da rəğbətini qazanacağına ümid etdiyini bildirir.

Məktubdakı aşağıdakı sətirlər isə xüsusilə diqqət çəkir: “Bu gündən əziz Pərim mənim ideyalarımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizə müqəddəs amallarımızın birgə həlli yolunda daha çox güc verəcək, cəhalət qaranlığında çapalayan bədbəxt müsəlmanlarımızın maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsinə kömək edəcək”.

Əlimərdan bəyin həmin məktubu Tiflisdən Bakıya yollaması səbəbsiz deyildi. Hənifə xanım Həsən bəydən fərqli olaraq kürəkənini tanımırdı, buna görə də qızının gələcəyi baxımından əndişəli idi.

Sonralar Əlimərdan bəylə Bakıda görüşdükdən sonra Hənifə xanım bu təşvişinin yersiz olduğunu anlayacaq, qızının sakit və xoşbəxt ailə həyatına görə fərəh hissi keçirəcəkdi.

Topçubaşov nəinki həyat yoldaşının təhsilini Peterburqda davam etdirməsinə yardımçı olacaq, Həsən bəyə də arxa duracaq, onların qayınata-kürəkən qohumluğu əqidə yoldaşlığına çevriləcəkdi. Belə ki, yaradıcılarından və redaktorlarından olduğu “Kaspi” qəzetinin nəşrinə Zərdabini də cəlb edəcək, onun mütərəqqi fikirlərindən, təcrübəsindən gen-bol yararlanacaqdı.   

Haqqında danışdığımız xoşbəxt ailə həyat Topçubaşov qürbətdə, sülh konfransına gedib geri qayıtmaq imkanı tapa bilmədiyi Parisdə dünyasını dəyişənə – 1934-cü ilədək davam edəcək, özü ilə birgə apardığı Pəri xanım isə sevimli həyat yoldaşından sonra 13 il yaşayacaq və bu müddətdə Əlimərdan bəyi bir an olsun belə unutmayacaq, hər yadına düşəndə, adı çəkiləndə doluxsunacaqdı…

Hələ evliliklərindən iki il sonra, 1895-ci ildə Topçubaşov Hənifə xanıma ünvanladığı məktubda Pəri xanımı özünün “xilaskar lövbəri” adlandırmışdı. Tarix Əlimərdan bəyin yanılmadığını göstərdi: həyat yoldaşı onun çətin anlarında yalnız buraxmadı, işlərində yaxından kömək etdi. Hər ikisi yüksək hüquq təhsili aldığından çox vaxt sənədlərin hazırlanmasında Pəri xanım həyat yoldaşına yardımını əsirgəmirdi.

İndi onlar Paris yaxınlığındakı Sen-Klu məzarlığında yanaşı uyuyurlar.

Gəl gör ki, bu sarsılmaz sevgi tarixçəsi Həsən bəyin tələb etdiyi başlıq səbəbilə yaşanmaya da bilərdi…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Redaktorun seçimi

Həyatın başlanğıcı və əcdadımız

Milli Reconquista

Koen qardaşlarının qara təbəssümü

Vivianın kvadrat Nyu-Yorku

İrəvan quberniyası. 1897

İbrahim Tatlısəsin oxşarı

Posthumanizm dövründə sevgi

Qar – Abbas Atilayın təqdimatında

Bütün ölkələrin seksual orgiyaları, birləşin!

“Avtomatlaşdırılmış” hüquqla əlləşmək

Sosial beyinə doğru

Əmilən oksigen və digital perspektivlər

Təkrar kəşf etmək

Zorakılıq və istefa

Bərabərsizlik eyforiyası

Geylərin daşlı protesti

Küpəgirən din taciri, yoxsa müqəddəs?

Yuxulu kalaçililər

TeamViewer-dən rekord hissə satışı

Bakı və Vaşinqtonun ortaq dərdi

Mühakimə etmək haqqında

Beş sual-cavabda Əbdürrəhim bəy…

Vaksinasiya əleyhdarlarının axmaqlığı

Alman xalqını formalaşdıran təhsil sistemi

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

«İt ürəyi» – uğursuz təcrübənin tarixi

Xəyanət barədə PSevdosöhbət

Pandemiya tədbirləri və psixi sağlamlıq

“Leninqrad”. Yeddinci Simfoniya.

Bizim yaxşı sənədli kinomuz

Həsən bəy Zərdabinin Əlimərdan bəy Topçubaşovdan başlıq istəməsi

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
14 Oktyabr 2020

Azərbaycan dilində “başlıq” sözü fərqli anlamlarda işlədilir – baş örtüyü, yaxud sərlövhə, məqalənin adı kimi.

Bu sözün anlamlarından biri də vaxtilə xalq arasında geniş yayılmış ənənə ilə bağlıdır: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən ödənilən pul. “Yolpulu”, “südpulu” kimi sinonimləri də var.

Günümüzdə bu ənənə böyük ölçüdə aradan qalxıb, yaxud formasını dəyişib. Sevən cütlüklərin bir-birinə qovuşmasında başlıca əngəllərdən biri olaraq uzun illər tənqid hədəfinə çevrilən başlıq məsələsinə görə dara düşənlərdən biri Azərbaycan Cümhuriyyətinin qurucularından və aparıcı simalarından, eləcə də aydınlanma tariximizin öncüllərindən Əlimərdan bəy Topçubaşov olub.

Qarşı tərəfdə isə başqa bir görkəmli aydınımız vardı – Həsən bəy Zərdabi! Günümüzün pəncərəsindən baxdıqda təəccüblü görünür: çünki Zərdabi kimi irəligörüşlü, maarifçi təfəkkürlü bir şəxsiyyətin başlıq səbəbilə qızının Əlimərdan bəylə evliliyinə əngəl yaratması həqiqətən qəribədir.

Yaxşısı budur, lap əvvəldən başlayaq.

Həsən bəy qızı Pəri xanımın təhsil almasını çox istəyirdi. Lakin Azərbaycanda qız məktəbi yox idi. Odur ki, məcbur olub Pəri xanımı Tiflisə aparmışdı. Pəri xanım buradakı rus gimnaziyasında təhsil almışdı. O, bu gimnaziyada oxuyan ilk azərbaycanlı qızlardan biri idi.

Pəri xanım təhsilə marağı, eləcə də gözəlliyi ilə həmin vaxt 30 yaşında olan Əlimərdan bəyin diqqətini çəkir. Onların tanışlığı sevgiyə çevrilir. Evlənmək qərarına gəlirlər. Qızının Əlimərdan bəyə sevgisini eşidən Həsən bəy Bakıdan Tiflisə gəlir. Topçubaşovla tanış olur. Onun rəftarını, dünyagörüşünü bəyənir.

Lakin gənclər talelərini birləşdirməyə qərar verincə gözlənilməzlik yaşanır: Həsən bəy Topçubaşovdan başlıq istəyir.

Əlimərdan bəyin tələb olunan pulu ödəmək imkanı yoxdu.

Pəri xanım məsələdən hali olunca atasının istəyinə qarşı çıxır və Topçubaşovla evlənməkdə israr edir. O, qızların əşya kimi satılmasına qarşı idi, dövrü üçün adi sayılan bu ənənəni olduqca zərərli hesab edirdi.

Nəhayət, 1893-cü il dekabrın 31-də Əlimərdan bəylə 20 yaşlı Pəri xanım evlənirlər.

Hənifə xanım indiyədək naməlum qalan səbəbdən iştirak edə bilmədiyi toyun üstündən çox keçməmiş qızından məktub alır.

Pəri xanım anasına ünvanladığı məktubda mərasimin gözəl keçdiyini vurğulayır və bircə ona təəssüflənirdi ki, Hənifə xanım toyda olmayıb.

Pəri xanım kəbin mərasimi yaranan anlaşılmazlıqdan da yazır. Bildirir ki, sən demə, atası Əlimərdan bəydən 10 min pul tələb edibmiş. Əlavə edir ki, sevdiyi insanın bu məbləği ödəməyə imkanı çatmayıb. “Mərdan bəy mənə bildirdi ki, pula görə evlənməyi təxirə salmaq olmaz. Əziz anam, bir halda ki, mən əvvəl-axır ərə getməliydim, onda qoy bu insan başqası yox, elə sevdiyim adam olsun” – Pəri xanım yazırdı.

İki il sonra Topçubaşov da Hənifə xanıma məktub ünvanlayır. Ona “Əziz ana” deyə xitab edir, qızının taleyi üçün narahat olmamasını istəyir. Hənifə xanımı arxayın salır ki, Pəri xanıma sevgisi hər gün daha da artır. Üstəlik, bu sevgisi ilə qayınanasının da rəğbətini qazanacağına ümid etdiyini bildirir.

Məktubdakı aşağıdakı sətirlər isə xüsusilə diqqət çəkir: “Bu gündən əziz Pərim mənim ideyalarımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizə müqəddəs amallarımızın birgə həlli yolunda daha çox güc verəcək, cəhalət qaranlığında çapalayan bədbəxt müsəlmanlarımızın maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsinə kömək edəcək”.

Əlimərdan bəyin həmin məktubu Tiflisdən Bakıya yollaması səbəbsiz deyildi. Hənifə xanım Həsən bəydən fərqli olaraq kürəkənini tanımırdı, buna görə də qızının gələcəyi baxımından əndişəli idi.

Sonralar Əlimərdan bəylə Bakıda görüşdükdən sonra Hənifə xanım bu təşvişinin yersiz olduğunu anlayacaq, qızının sakit və xoşbəxt ailə həyatına görə fərəh hissi keçirəcəkdi.

Topçubaşov nəinki həyat yoldaşının təhsilini Peterburqda davam etdirməsinə yardımçı olacaq, Həsən bəyə də arxa duracaq, onların qayınata-kürəkən qohumluğu əqidə yoldaşlığına çevriləcəkdi. Belə ki, yaradıcılarından və redaktorlarından olduğu “Kaspi” qəzetinin nəşrinə Zərdabini də cəlb edəcək, onun mütərəqqi fikirlərindən, təcrübəsindən gen-bol yararlanacaqdı.   

Haqqında danışdığımız xoşbəxt ailə həyat Topçubaşov qürbətdə, sülh konfransına gedib geri qayıtmaq imkanı tapa bilmədiyi Parisdə dünyasını dəyişənə – 1934-cü ilədək davam edəcək, özü ilə birgə apardığı Pəri xanım isə sevimli həyat yoldaşından sonra 13 il yaşayacaq və bu müddətdə Əlimərdan bəyi bir an olsun belə unutmayacaq, hər yadına düşəndə, adı çəkiləndə doluxsunacaqdı…

Hələ evliliklərindən iki il sonra, 1895-ci ildə Topçubaşov Hənifə xanıma ünvanladığı məktubda Pəri xanımı özünün “xilaskar lövbəri” adlandırmışdı. Tarix Əlimərdan bəyin yanılmadığını göstərdi: həyat yoldaşı onun çətin anlarında yalnız buraxmadı, işlərində yaxından kömək etdi. Hər ikisi yüksək hüquq təhsili aldığından çox vaxt sənədlərin hazırlanmasında Pəri xanım həyat yoldaşına yardımını əsirgəmirdi.

İndi onlar Paris yaxınlığındakı Sen-Klu məzarlığında yanaşı uyuyurlar.

Gəl gör ki, bu sarsılmaz sevgi tarixçəsi Həsən bəyin tələb etdiyi başlıq səbəbilə yaşanmaya da bilərdi…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

56cd4e5182abec85b5aa65d94cca4f93
.

Azərbaycanın ət, yağ, süd dərdi

20 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021
4bffe6a4796c9511a402fbca114b4c36
.

Homolar niyə danışmağa başladılar?

19 Yanvar 2021
Bildschirmfoto 2021-01-19 um 09.28.26
.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

19 Yanvar 2021
MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel