Azlogos
  • Kimlər var
  • Bizi tanı

Müasir incəsənət niyə belə anlaşılmazdır? Xankəndini ermənidən təmizləsəydik… Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hər fəsildə “çiçək aça” bilən gündəmlər

Rafiq Hunaltay Rafiq Hunaltay
., Mövqe
10 May 2019

Azərbaycanda gündəm yaratmaq çox asan məsələdir. Bəlli müddətdən bir 4-5 mövzu var ki, o mövzunu aç, bacarsan mövzunu televiziyaya, o da olmasa sosial şəbəkələrdə bir-iki tanınmış şəxslə müzakirə et, olsun gündəm. Camaat da o saat küyə gedir, şərhlərdə “qırğın” başlayır. Hətta o səviyyədə  qırğın ki, icazə versən bir-birilərini al-qan edərlər. “Sünni-şiə”, “az sektor – rus sektor”, “milli mentalitet” kimi ana başlıqlar var ki, mövsümsüz gündəm mallarıdır.

Elə gündəmlər var ki, onlar mövsümidir. Məsələn, hər il Ramazanda eyni mövzular gündəm olur – “əsas ürəyin təmizliyidir”, “namaz qılmır, oruc tutur”, “oruc tutaq, yoxsa xeyriyyəçilik edək” və s. tipli. Bunlar mövsümi gündəmlərdir. Amma yuxarıda da dediyim 3 məsələnin gecəsi-gündüzü, prime-off prime-time fərqi, fəsil problemi yoxdur. Nə vaxt mövzunu açsan “çiçək açasıdır”. İstənilən fəsildə “meyvə verə bilən” mövzulardır.

O gün oxu.az-da Kübra xanımın həmin gündəm mövzulardan biri haqqında olan ”Az sektoru” “döyər” ya “rus sektoru” yazısına rast gəldim. Bu arada həmin yazının rusdili versiyasında isə başlıq tamamən fərqli qoyulub. Açıq görünür ki, azərbaycan dilində olan mətn bilərəkdən qıcıqlandırıcı seçilib. Rusca versiyasını buradan oxuya bilərsiniz.

Ümumiyyətlə, 2-3 ildir ki, bu tip mövzularda şərh vermirəm, çünki mənasız yerə uzanır, heç kim də fikrini dəyişmir. Çünki bəsit polemika qaydaları, bir-birimizə səbrli şəkildə adekvat cavab vermə bacarıqlarımız, mübahisəsiz, təhqirsiz müzakirə etmə şəklimiz o qədər də ürəkaçan deyil. Amma bu yazını oxuyandan sonra bir az məyus oldum. Ona görə də yazıya münasibət bildirməyi vacib hesab etdim. Məyusluq səbəblərim barədə çox qısa izah verim.

Əvvəla ondan başlayım ki, yazı birtərəfli qaydada yazılıb, o da rusdillilik məsələsinin müdafiəsi istiqamətindədir. Bu formada mövqe qoymaq subyektiv qərardır, amma dayaz şəkildə olmamalıdır, arqumentlərlə əsaslandırılmalıdır. Məsələn, hörmətli yazarımız yazıya belə başlayır “Heç bilmirəm, haradan başlayım… Bəlkə, oradan başlayım ki, mükəmməl Azərbaycan dilində yazıb-oxuyan o qədər vicdansız, imansız adam gördüm ki, həmin adamların öz millətimdən olmasına şübhə etdim?! Amma hamı susanda, qorxanda, çəkinəndə özünü rəhbərliyin qarşısına verib öz hüququnu, ya da iş yoldaşının haqqını tələb edən rusdillilər də gördüm.”

Ümumiyyətlə necə belə kəskin bölmək olar ki?! Bəyəm azərbaycanda yaşayıb rus dilində yazıb-yaradan vicdansız adam olmayıb, yoxsa indi yoxdur? Və ya ikinci cümləsinə müvafiq olaraq bəyəm öz iş yoldaşının haqq-hüququnu qoruyan azərbaycandilli yoxdur və ya azdır? Haradan o qənaətə gəldi ki, öz iş yoldaşının haqq və hüquqlarını rusdillilər daha çox qoruyur? Varmı elə bir fakt? Olsa-olsa ümumən fakt kimi o hal var, amma onu edənlərin azərbaycan və rusdilli olması, neçə faiz olması haqqında heç kim hökm irəli sürə bilməz. Sizin qarşılaşdıqlarınız arasında çoxluq təşkil edibsə, bu ümumi fikir ola bilməz. Ona qalsa, məsələn, mən də “n” qədər rus-dilli ziyalı sadalayaram ki, ölkənin ən vacib gündəmləri vaxtında ağızlarına su alıb, ancaq “icazə verilmiş” mövzulara girişirlər. Amma bu faktın özü mənə heç cürə əsas verə bilməz ki, mən bütün rusdillilər elədir, belədir deyim. Bölücülük etmək düzgün deyil, insanların haqqına girmək sayılır.

Biz müstəqil respublikayıq. Ölkəmizin adı Azərbaycandır. Bu uğurda qan tökülüb və biz müstəqil olan 200 civarı ölkədən biriyik. Hər bir millətin öz rəsmi dili olur. Rəsmi dilin qorunması, təbliği dövlətlə yanaşı, hər bir vətəndaşın borcudur. Azərbaycan respublikasının vətəndaşı ölkənin rəsmi dilinə hörmət etməyə borcludur. Uşinski deyirdi ki, “bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al”. Bu söz boğazdan yuxarı deyilmiş bir söz deyil. Bu gün heç bir azərbaycanlı dana bilməz ki, biz 200 il Rusiya müstəmləkəsi olmuşuq, işğal edilmişik. Bəli, işğal. Bunu bizim indiki bütün dərsliklərimiz də yazır. Gürcüstanda, məsələn, Gürcüstan Sovet işğalı dönəminə dair muzey belə var, üzərində məhz bu cür yazılıb. O cümlədən biz də çar Rusiyası, daha sonra SSRİ tərəfindən işğal edilmişik.

Təbii ki, işğal edən ölkə ilk növbədə işğal etdiyi yerdə öz köklərini möhkəmləndirməyə çalışır. Bunu İngiltərə də edib, Fransa da, Almaniya da, o cümlədən Rusiya da edib. İmperialist dövlətlərin hansı etməyib ki?! Bu baxımdan onların addımı onların baxış bucağından hardasa “normal” hesab etmək olar. Öz mənafeyini gücləndirir. Bəs müstəmləkədə olana nə gəlib? O niyə bu halı müdafiə edir? O gün bir videoya baxdım, xanım ağlayaraq deyir ki, “heyf ki, mən indi öz dilimi bilmirəm, amma bilməməyim mənim günahım deyil, öz dilimdə təhsil imkanı verilməyib. Amma indi də öyrənmək mənə çətindir və bu duruma görə utanıram” Yəni bu və ya digər səbəbdən bizim misalda götürsək, ölkədə rus dilinə geniş şərait yaradılıbsa, o dili bilənlər vəzifəyə çəkilibsə, bütün ədəbiyyatlar o dildə olubsa, yerlilərə çox da imkan verilməyibsə, hətta əksər hallarda qarşısı alınıbsa, siyasi qərar olaraq məqsədli şəkildə rusdilli elektorat formalaşdırılıbsa, ölkəyə yerləşdirilibsə, burada sadə və rus dilini bilməyən xalqın günahı nədir?

Bəli, mən də onla razıyam ki, əgər müstəmləkə olmuşuqsa və bunu dəyişə bilmiriksə, o zaman hakim dili yaxşı öyrənməlisən ki, baş çıxara biləsən, özünü qoruya, nisbətdə daha çox savadlana biləsən və s. Ancaq Azərbaycan tarixini yaxşı bilməyən adamlar deyə bilər ki, bizdə öz dilimizi, ədəbiyyatımızı qorumaq üçün canından keçən, ömrünü bu işə həsr edən adamlar olmayıb. Kaş ki, o vaxt çox adam öyrənə bilərdi rus dilini, bəlkə də elə daha effektiv mübarizə apara bilərdik. Amma bütöv bir əhali də müstəmləkədə olub deyə o dili sərbəst bilməlidir deyə bir şərt yoxdur. Eyni zamanda o dili bilənlərin də bilməyənlərə xor baxmağa nə hüquqi, nə də mənəvi haqqları yoxdur. Əksinə bir az içlərində utanmalıdırlar ki, niyə millət olaraq belə durumdayıq ki, inkişaf üçün öz dilimiz kifayət etmir. Amma daha xor baxmaq nəyə lazımdır?

Bu gün rəqəmsallaşan və qloballaşan dünyada nə qədər xarici dil bilsən, o qədər yaxşıdır. Bunu heç kim inkar edə bilməz. Amma bunların yanında öz dilində danışmayan, gündəlik ünsiyyət forması doğma dili olmayan adamlar bu haqda məncə, iki dəfə düşünməlidir. Bəli, zamanında buna bizi məcbur ediblər, o cür danışanların da bunda günahı yoxdur, şərait və tələb belə olub deyib yola vermək olar, amma bu faktla öyünmək nə deməkdir?! Bu açıq-aşkar Azərbaycan dilinə və dəyərlərinə hörmətsizlikdir. 70 il əsarətdə yaşayıb, hətta şəhərdə yaşayıb rus dilini öyrənməyənlər nə qədər “günahkardırsa”, azərbaycanda doğulub böyüyüb, azərbaycanlı olub bu dildə danışa bilməyənlər də o qədər “günahkardır”.

Çox gözəl atalar sözümüz var – “eşşəyə gücü çatmır, palanı döyür”. Bir çox adamlarımız bu məsələdə məhz belə edir – cəsarət göstərib faktı qəbul edə bilmir. Məktəblərdə dil seçimi olmasını müstəmləkəçiliyin bir növü olduğunu deməyə, kimlərisə qəzəbləndirməyə qorxur, amma oturub onun külləri ilə söz güləşdirir. Ay nə bilim, “internet var, gedin oxuyun, sizə nə mane olur. Gedin baxın onlara da bunlara da, mədəni səviyyəsinə də və s.” kimi 100 ildi təkrarlanan sözlər. Cürət də edib problemin kökünə enə, həqiqəti öz adı ilə çağıra bilmirlər.

Hamımız xarici ölkələrdə olmuşuq. Mən jurnalist işləyəndə, İngiltərə ilə Fransa səfirinin press-relizdə ölkə adlarının hansının yuxarıda, hansının aşağıda olmasına görə mübahisə etdiklərinin şahidi olmuşam. Fransada ingiliscə danışanda üzünü çöndərib gedənlərin şahidi olmuşam. Türkiyədə rusun necə türkcə danışmağa cəhd etdiyini, azərbaycan dilində danışa bilmirəm deyən rusdillinin Türkiyədə türkcə “konuştuğunu” da görmüşəm. Kimi aldadırıq? Əmin olun ki, Sizin rusa, ingilisə, fransıza oxşamağınız o millətlərin hec vecinə də deyil. Özünüz kimi olanda daha dəyərlisiniz.

Son olaraq istəyirəm xatırladım ki, bir milləti total ittiham etmək olmaz. Şimali Koreya və Cənubi Koreya buna bariz sübutdur. Millətdən, xalqdan nə istəsən onu da ala bilərsən. Yüzillərlə hökmranlıq etmiş Monqol xalqı bugün düzəməlli dövlət belə qura bilməyibsə, bu millətin günahı deyil, idarəçilik günahıdır. Sabah güclü idarəçilik olsa, onlar elə həmin xalqdırlar. Bəs deyirdilər, azərbaycan xalqı müharibə istəmir, heç kim müharibəyə getmək istəmir? Aprel hadisələrində xalq göstərdi ki, o hisslər onlarda ölməyib, yetər ki, istəyin.

Kübra xanım, “Nə, harada, nə zaman” yarışında qalib gələnlərlə, Moskva küçələrində “hoqqa çıxaran” azərbaycanlıları müqayisə edərək guya sübut edir ki, alın sizə bu rusdilli, bu da azərbaycandilli. Yazıda özünü heç bir sektora aid etməmiş göstərsə də, açıqca “rus-sektorunu” müdafiə edir. Bunu anlamaq elə də çətin deyil. Xanım özü azərbaycan dilində yazıb, amma aydın şəkildə hiss olunur ki, azərbaycan dilinin qrammatik qaydalarına, cümlə quruluş formalarına əməl edilməyib, yazı rusca yazılıb azərbaycan dilinə tərcümə edilib. Yuxarıda da yazdığım kimi, Azərbaycanda rus dilinin bu qədər yayılmasının aydın tarixi səbəbləri var, amma bu faktla öyünmək olmaz. Əgər vicdandan danışırıqsa, o halda o vicdan öz millətinin və dilinin qorunmasına, gələcək nəsilə düzgün ötürülməsinə daha çox işləməlidir. Bu qədər.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
photo_442090
.

Xankəndini ermənidən təmizləsəydik…

16 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021

Redaktorun seçimi

Qaçqınlar – Rəna Əfəndinin obyektivində

Michael Reinhard Heß: “Elm adamı öz işi ilә cәmiyyәtә fayda vermәlidir”

Günel Mövludla müsahibə (Frankfur Kitab Sərgisi)

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

Kinoya sevgilərlə

Zövqsüz olmaq haqqınızdır

Seks intizarı haqqında

Qadınlar kişilərdən güclü olsaydı…

“Zapı” haqqında bədii-fəlsəfi esse

Autizm haqqında hər kəsin bilməli olduğu 10 fakt

Ağ xalatlı cəlladlar 

Tolstoy və Şekspir

PSYCHO – Nərmin Şahmarzadənin yeni vloqu

Dillə bağlı iki əhvalat

“Dəyərli bəy” erasının sonu

Dindən necə uzaqlaşdım?

65 yaşdan yuxarı olanların aqibəti

Tarixi coğrafiya və bizim tarixçilər

Kitab oxumayan cahildir?

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

Tənqidin əhəmiyyəti

Təkə-türkmən elində

Neft, futbol, nida

“Corona” şilləsi

Azərbaycansayağı ölüpərəstlik

Analoqu olmayan böhranın dərsləri

Harvarda necə qəbul olmaq olar?

Seçkilər barədə daha bir pSevdointellektual söhbət

“Azərbaycansayağı” siyahıyaalma

“Qəhbə” sözünün yaratdığı beyin partlayışı

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel