Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Günel və Elmirin sındırdığı tabular

T. A. T. A.
., Mövqe
01 Oktyabr 2019

Cəbhənin neytral tərəfindən «cavab atəşi»

Səhv oxumadınız, «qarşı» tərəf yox, məhz neytral tərəf, çünki Elmir Mirzəyev və Günel Mövludla razılaşmamağım, hələ onların ənənəvi opponentləri – mühafizəkar və milli-mənəviyyatçı dəstənin yanında dayanmağım demək deyil.

Ona görə yox ki, özümü o «dəstəyə» layiq görmürəm. Sadəcə özümlə və oxucu ilə dürüst olmaq istəyirəm. Etiraf edirəm ki, ənənənin bir çox arqumentləri ilə razılaşıram, amma özüm onların prinsipial daşıyıcısı, ifadə edicisi deyiləm. Ən azından mürəkkəb, «çoxşahəli» həyat tərzim etibarilə.

Bu səbəbdən, qabaqdangəlmişlik edərək, özümü neytral xəttə qoyur və ənənə qarovulçularının mövqeyinə söykənmədən, yalnız şəxsi mülahizələrimi bölüşərək, hörmətli Elmir Mirzəyev və Günel Mövluda opponentlik etmək istəyirəm.

***

Mən, onlarla qətiyyən razı deyiləm və hesab edirəm ki, onların nail olmaq istədiyi – insanın özünü, çevrəsini, dünyanı tanımada, qavrayışda ibtidailik səviyyəsinə geri qayıtmasıdır. Zahirən belə görünür, yoxsa onların bunu səmimi istədiyinə inanmıram.

Qısaca – onların mövqeyi sivilizasiyadan, mədəniyyətdən barbarlığa aparan yoldur, əksi deyil. Mənə təəccüblü gələn odur ki, özünü kulturoloq kimi mövqeləndirən Elmir Mirzəyevin gənclərə «tabuları yıxmağı» məsləhət görərkən, araşdırma sahəsinin tabular sistemi ilə sıx bağlı olduğunu heç nəzərə almamasıdır (videoya keçid yazının sonunda)

Mədəniyyət – tabular sistemidir

İnsan – xəcalətdən, utanma hissindən «qızara bilən» meymundur.

Fikrimcə utanc – insanlığın əsas markeridir. Dostoyevskinin «Tanrı olmasaydı hər şey etmək olardı» cümləsini parafraz etsək – «utanmasan oynamağa nə var» alınar. Razılaşın ki, bu aksioma ilə mübahisə etmək çətindir.

Bəs, utanc hissi necə formalaşır? Müstəsna olaraq cəmiyyət tərəfindən ötürülən tabularla. O zaman, kulturoloq necə «tabu yıxmağa» səsləyə bilər?

İnsanın daxili mədəniyyəti qalmadıqdan sonra, ümumi mədəniyyətdən nə qalacaq? Biz utanma hissi ilə tanış olmasaq gözəl ilə eybəcəri, xeyir ilə şəri necə ayırd edəcəyik?

Cənab Mirzəyev tabular sisteminin yaranmasına səbəb kimi semit (ya da ibrahimi) din ənənəsinin teosentrikliyini göstərir, lakin mənim fikrimcə teosentrikliyə çox səthi yanaşır.

Teosentrik deyib keçmək olmaz, elə oxucular var ki məsələyə vaqif deyillər, bilmirlər nədən söhbət gedir. Gəlin əvvəl Elmir Mirzəyevin istinad etdiyi bu vacib aspekti xırdalayaq.

***

Elmir bəy, gəncliyi tabuları yıxmağa səslədiyi video-müraciətində ibrahimi dinlər və qadağalar sistemi haqda olduqca yayğın ştamplar translyasiya edir. Hər şeydən əvvəl, oxucuların diqqətini bir məqama çəkmək istəyirəm – «ibrahimi» dinlərin dırnaqarsı vəhdəti, homogenliyi barədə çoxluqda hakim olan əminlik – adi bir simulyakrdır və həqiqətdən uzaq postulatın tirajlanmasına xidmət edir. İslam, xristianlıq və iudaizmin «fərqli sözlərlə eyni şeylər haqda danışan, eyni şeyləri təkrarlayan təlimlər» olduğuna inanmağa meylliyik.  

Nəticədə, divarda penis rəsm edən qadın da, ibrahimi dinlərdən hansısa birinə mənsub olan bir diyardan gəlib. Deyə bilərsiniz ki, «dişi çıxarılmış» dinlər var, çıxarılmamış dinlər var. Lakin burada söhbət dişin çıxarılmasından xeyli əvvəldən gedir – çılpaqlığı ayıb hesab edən, tabuqoyucu bir təlimin intişarından. Opponentliyimin məğzi də budur – «ibrahimi dinlərin ortaq tabuları»nın əslində elə də çox olmadığını, konkret bu hadisədə isə ümumiləşdirmənin yersizliyini göstərmək.

Zənnimcə, Quran ilə Bibliya (Əhdi-Ətiq və İncil) arasındakı təməl fərq – Quranın «Allahın vəhyi», bir növ Allahın «manifesti» olması və insanlara, hər baxımdan yuxarıdan səslənməsidir. Quran, Allahın absolyut hakimiyyətini bəyan edir. İslam – yeni rejimin köhnəni əvəz etməsi hadisəsidir. Şəhərin əsas meydanında yeni nizam; cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni və dini həyatının yeni qaydaları təntənə ilə elan edilir.

Bibliya, Allahın «birbaşa nitqi»nə iddialı deyil – insan şüuru ilə ilahi ilhamın vəhdətindən doğan bir «vəhy»dir.

Quran yalnız bir tarixi personaja ünvanlanıb. Allah ona, öz manifestini retranslyasiya etmək səlahiyyəti tanıyıb.

Bibliya min illər boyu, müxtəlif nəsillərin, müxtəlif tarixi və mədəni kontekstlərdə – Allah, dünya, təbiət və insan münasibətlərinin quruluşu ilə bağlı fərziyyələrin motivləri əsasında yazılmış kitabdır.

Qısa desək, Bibliya – artıq həyat təcrübəsi toplamış, xeyri və şəri dadmış, fərdi enişlər və yüksəlişlər yaşamış insanın əsəridir. Buna görə də, Qurandan fərqli olaraq, Bibliya üçüncü şəxsin – nəqlçinin dilindən danışılan, dünyanın yaradılışı haqqında hekayə ilə başlayır. Burda əsas vurğu, dünyanın yaradılışdan mükəmməlliyinə, Yaradıcı ilə insan və qalan məxluqat arasında başdan harmoniya olmasına edilir. Bibliyanın bütün sonrakı tarixi – həmin ilkin harmoniyanı hər bir insanın həyatına qaytarmaq cəhdindən danışır.

Odur ki, Elmir Mirzəyevin istinad etdiyi “tabular”, “qadağalar” islamda fərqli rəmzlərə, hədəf anlamlara malikdir, xristianlıqda fərqli, xristianlığa qədərki iudaizmdə isə tam fərqli. Təkrar edirəm- xristianlığa qədərki; çünki xristianlıqdan sonrakı iudaizm – bu dinin Yerusəlim Məbədi olmadan inkişafı deməkdir, ki, bu da iudaizmin doktrinalarına çox böyük təsir göstərib və onu son dərəcə ciddi şəkildə Bibliyanın ilkin kontekstindən uzaqlaşdırıb.

Heç şübhəsiz, Elmir bəyin əks-arqumentini öncədən görə bilirəm: «Bu dinlər arasındakı fərqlər dindarların özü və avam təbəqə üçün lazımdır, maraqlıdır. Elm üçün isə, onların hamısı ibrahimidir və təməldə eynidir».

Əziz Elmir bəy, haqlısınız. Əlbəttə ki, ortaq nöqtələr var, hətta bu üç dindən başqa da, həmin «ortaq nöqtələr»ə malik dinlər var. Konkret bir dinə qəzəb, qərəz, nifrət əsla başqa təlimləri də onun gözünə qatıb «semit dinlərdən qaynaqlanan bütün tabuları dağıdın» çağırışı etməyə səbəb verə bilməz. Məncə.

***

Yeni nəsil azərbaycanlıları, ümumiyyətlə azərbaycanlıları aydıntlatmaq lazımdırsa, o zaman daha fərqli, bəlkə daha çətin amma ədalətli yol, üsul tapılmalıdır.

Biz, əhalisinin əksəriyyəti müsəlman olan ölkəyik. İslamda “tabular”, “qadağalar”, “ehkamlar” – Allahın absolyut qüdrətinin ifadəsidir, bu qüdrətə itaət insanın şəxsi razılığını nəzərdə tutmur, yalnız itaət faktının özü tələb olunur. İbrahimi dediyiniz bir başqa kitab – Bibliya isə, insanın ta qədimlərdən toplamağa nail olduğu mənəvi təcrübənin Allaha proyeksiyasıdır.

Bibliyadaki ehkamların “İlahi vəhyi”, ləyaqətli və təhlükəsiz şəkildə birlikdə mövcud olmağı təmin edən normativlər olaraq, insanın, onların zəruriliyinə daxili razılığı ilə müşayiət olunur.

Bibliya şəffaf şəkildə eyham vurur ki, insan özü sözügedən ehkamların hər biri ilə razılaşmağa qadirdir – öz varlığını və dünyanın varlığının dərkedilməsi nəticəsində.

İnsanlar arasındakı münasibətləri tənzimləyən ehkamların müqəddəsə və küfrə bölünməsi – Bibliyada, birinci, unikal deyil, çünki Bibliyaya qədərki təcrübəni ehtiva edir; ikinci isə – insan həyatının məqsədi və dəyərlərinin, insan şəxsiyyətinə xas məziyyətlərin təkrar gözdən keçirilməsinin bəhrəsidir.

Quranda Allah özü mütləq şəkildə insan üçün İlah olmaq qərarını verir. Bibliyada insan həm özü Allahın labüdlüyü fikrinə gəlir (ya da başqa sözlərlə desək, Allahın çağırışına bu şəkildə cavab verir və o çağırışı düşünülmüş halda özünü və dünyanı müşahidə edərək eşidir), həm də qarşılıqlı axtarış – Allahın insanı, insanın Allahı axtarması – əhvalatı başlayır.

Belə olan halda, ibrahimi dinlərin hansısa uydurma “vəhdətinin” birmənalı, ən əsası isə – bərabərhüquqlu teosentrikliyindən danışmaq mümkündürmü? Güman edirəm ki, yox. Əgər Quran birmənalı olaraq teosentrikdirsə, Bibliyada teosentrik dünyagörüşünü insan seçir – öz xeyri üçün.

***

Lakin hər üç sistemi bir şey birləşdirir – və deyəsən, Elmir Mirzəyev tərəfindən ən çox inkar edilən də budur – hər üç ənənədə insan yox, insandan ali bir şey (ya da insanın özündən üstün tutduğu bir şey), insan əməlinin, yaxud da bu və ya digər təzahürün mənəvi sağlamlığını, ya da qüsurluluğunu ölçür və müəyyənləşdirir.

Başqa necə ola bilər ki?! Əgər tabular, icazə verilənlər, müqəddəslik və küfrlə bağlı konsensus yoxdursa, insan cəmiyyəti necə təhlükəsiz, sivil ola bilər? Bu konsensus artıq özü-özlüyündə hamı üçün normativə çevrilir. Onda deməli, o, individual yozumların fövqündədir!

Əminəm ki, hörmətli kulturoloq özü də həyatında dəfələrlə bu cür normativlərə müraciət edib. Onda niyə mənəvi və ictimai sferada onları təkzib edir? Niyə gəncliyi, ən azı, insan bədəninin çılpaqlığından ehtiyatla, münasib şəkildə istifadə etmək ənənəsinə qarşı çıxmağa səsləyir?

Şairə Günel Mövludun incəsənətdə insan genitaliyalarının tabuluqdan çıxarılması ilə bağlı həddindən artıq çoxmənalı çağırışı cənab Elmir Mirzəyevin fikirləriylə səsləşir. Bu cür çağırışın anlamı nədir? Bizim cəmiyyətimiz ümumdünya incəsənətində çılpaq insanların təsvir olunduğu rəsm, heykəl örnəkləri ilə yaxşı tanışdır. Məgər, həmin əsərlərin əsas məqsədi genitaliyaların təsviri olub? Tamaşaçının diqqətini insan genitaliyalarına yönəltməyi qarşısına məqsəd qoymuş yaradıcılıq, hansı ictimai əhəmiyyətli mesaj daşıya bilər? Tabu kateqoriyasına aid olan şeylərin üzərindəki örtüyü qaldırmağın nə mənası var? Məsələn, təbii ehtiyacların ödənilməsi kimi. Ki, bu, son nəticədə sivilizasiyamızın mövcudluğunu təmin edir.

“Kultura” sözünün (“kultivasiya” ilə yanaşı) “kult”a – avtoritet sayılan bir şeyə ehtiram göstərməyə də aidiyyatı var. Bütün tabuları qırmaq insanı öz heyvani, həya anlayışından xəbərsiz təbiəti ilə təkbətək qoyacaq. Onda belə çıxır ki, Elmir Mirzəyevlə Günel Mövludun nöqteyi-nəzərindən avtoritetləri və tabuları məhvetmə vasitəsi olan antroposentriklik əvvəl-axır elə insanın bütövlüyünü yox edəcək.

Paradoksal olsa da, “antroposu” – “qızarmağı bacaran meymunu” məhv etmək antroposentrik dünyanın hədəfinə çevrilməyə başlayır.

Nəticədə əlimizdə sadəcə danışmağı bacaran meymun qalacaq.

Apostrof – Qadın olmaq

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

NSAC_gay_men
.

Homoseksuallıq və homofobiya. Made in Europa

01 Mart 2021
Kak-vse-1-1024x717
.

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir?

28 Fevral 2021
_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021

Redaktorun seçimi

Virus+Virus

İntellektualların kapitalizm nazı

Zəngəzur problemi

Cins, cinsi özünüdərk, cinsi meyl

Azərbaycanda atom enerjisi perspektivi

Beynin müdafiə mexanizmləri

Nə müharibə, nə sülh – Atəşkəsin 25 ili

Mart qırğını olduğu kimi

Azadlığı azadsızlıqda tapanlar

Homoseksuallıq və homofobiya. Made in Europa

Müharibə və milli efir

O, bir fenomen idi

Azərbaycanda pasifizm

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

“Toy serialının” barıt qoxusu

Hər şey çox pisdir və daha da pis olacaq

Qaregin Njde irqçilik və nifrətə abidə kimi

Kimdir Kim Ki-duk?

Abbas Atilay təqdim edir – Maydan-5 il

Azərbaycanda niyə mesenatlar yoxdur?

«Qanun»dan kənar tərcümələr

Azərbaycan nefti – 1965-ci ildə

Vaksinasiya söhbəti – vurmalımı, vurmamalımı?

Ermənilərin çala-çala uduzmaqlığı haqqında

Prinsip məsələsi

Şəhid biznesi

Naftalin qoxulu ritorika

Mercedes-Benz – tarix və bu gün

Milli Şura və Hitler səviyyəsi

Kvant mexanikası necə yaranıb?

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel